Məhkəmə qərarları › İş №e-2(3-9)-1337/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-9)-1337/2026

02.10.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № e-2(3-9)-1337/2026 02.10.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh onun mülkiyyətində olan Mersedes Benz C 20 markalı, **-HJ-*** dövlət nömrə nişanlı avtomobilinə vurduğu 5300 manat məbləğində maddi zərərin tutlaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi ilə, iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş və Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsini ləğv edib, iddia ərizəsinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı ilə Yardımlı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması və ona buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Qərardaddan narazı qalan Cavabdeh Yardımlı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı şikayət vermişdir. Yardımlı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ######## 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Yardımlı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, qərardaddan verilmiş şikayət apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra şikayətin qəbul edilməsi üçün prosessual əsaslar MPM ilə tənzimlənmədiyindən, Prosessaul Məcəllənin 13.4-cü maddəsini əsas götürərək Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən şikayətə apellyasiya qaydasında baxılması üçün müəyyən olunmuş qaydada qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 13.4cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Odur ki, kollegiya qərardaddan verilmiş şikayətin prosessual əsaslarını MPM-in 366.1-ci maddəsinə əsasən yoxlanılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Yardımlı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 396-cı maddəsinə əsasən şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Şikayət elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Məhkəmə kollegiyası verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət elektron kabinet vasitəsi ilə verilsə də, iş materiallarından görünür ki, Yardımlı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadı cavabdeh Cavabdeh məxsus elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş, bundan sonra cavabdeh ##.##.2026-cı il tarixdə şikayət vermişdir. Kollegiya qeyd edir ki, qərardaddan şikayət verilməsi üçün prosessual müddətin axımı ##.##.2026-cı il tarixdə başlamış, ##.##.2026-cı il tarixdə başa çatmışdır. Cavabdeh tərəfindən şikayət prosessual müddət ötürülməklə verilmiş və şikayətə müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Belə olan halda cavabdeh Cavabdeh apelyasiya şikayəti verərkən şikayətə müddətin bərpası barədə ərizə əlavə etməli, bundan sonra Yardımlı Rayon Məhkəməsi tərəfindən həmin ərizəyə qiymət verilməli, daha sonra müddət bərpa edildiyi halda iş materialları baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməli idi. Lakin cavabdeh müddətin bərpası barədə ərizə ilə müraciət etməmiş, nə də Yardımlı Rayon Məhkəməsi şikayətin MPM-nin tələblərinə uyğunluğunu yoxlamışdır. Belə olan halda şikayətin mümükünlüyü üçün prosessual əsaslar yaranmamış olur ki, bu da buraxılmış müddət bərpa edilmədən şikayət üzrə apellyasiya icraatın davam etməsini mümkünsüz edir. Kollegiya qeyd edir ki, müddətin bərpası barədə ərizə verilmədiyindən müddət ötürülmüş hesab edilməli, şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Yardımlı Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən verilmiş şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, qərardaddan verilmiş şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Lənkəran Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Kollegiya onu da qeyd edir ki, müvəqqəti təminat tədbiri barədə qərardadlardan verilmiş şikayətə yazılı icraat qaydasında baxıldığından və həmin şikayətlər üzrə qəbul edilmiş qərardadlardan şikayət verilmədiyindən hazırkı qərardaddan da şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: Yardımlı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ###### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Iş materialı şikayətinin yuxarıda qeyd olunan prosessual məcəllənin tələblərinə uyğun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar