Məhkəmə qərarları › İş №2(107)-1266/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1266/2020

03.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1266/2020 03.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X11 iclas katibliyi, Cavabdeh2 nümayəndəsi və vəkili Azərbayçan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Ərəbov X20 Rayon Məhkəməsində cavabdehlər Zaqatala Rayon 2 saylı Notariat Ofisinə, İddiaçı Hacıömər oğluna və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12rşı iddia qaldıraraq xx xxxxxx 2013-cü il tarixli 2V-37, 2V-38, 2V39 və 2V-40 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız sayılması (hesab edilməsi), o cümlədən iş üzrə Cavabdeh2 adına xx xxxxxx 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın, həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx xxxxxx 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın, həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Samir Şərifov ərizə ilə müraciət edərək iddia ərizəsinin “xahiş etdi” hissəsində yol verilmiş texniki səhvin nəzərə alınması və dövlət reyestrindən çıxarışların verilmə tarixlərinin “xx xxxxxx 2013” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, cavabdehin vəkili və nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonunun Aşağı Tala bələdiyyəsində xx.xx.2006cı ildə təsdiq edilmiş Ərəbov Hacıömər Şaban oğlunun İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi, Zaqatala Rayon 1 saylı Dövlət Notarial Kontorunda xx.xx.2009-cu ildə 2V-58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyət etməsilə bağlı verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsinin “xahiş edirəm” hissəsinin 3-cü bəndində “çıxarışın” dedikdə ******* saylı MH seriyalı, qeydiyyat nömrəsi ********** olan İddiaçı adına olan çıxarışın başa düşülməsini, alqı-satqı müqaviləsi dedikdə xx.xx.2009-cu il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsi başa düşülməsini, alqı-satqıdan sonra alınmış çıxarışın ləğv edilməsi sözlərinin isə iddiadan çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) xx xxxxxx 2020-ci il tаrixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair Cavabdeh2 adına Zaqatala Rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, onların əsasında iş üzrə Cavabdeh2 adına xx xxxxxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və xx xxxxxx 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 33 nömrəli reyestr kitabının 91 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsi üzrə cavabdehlər İddiaçı, Zaqatala Rayon 2 saylı Notariat Ofisinə və qarşılıqlı iddia ərizəsi üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X12rşı Zaqatala rayonunun Aşağı Tala bələdiyyəsində xx.xx.2006-cı ildə təsdiq edilmiş Ərəbov Hacıömər Şaban oğlunun İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi, Zaqatala Rayonu 1 saylı Dövlət Notarial Kontorunda xx.xx.2009cu il tarixdə 2V-58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin isə rədd edilməsi, İddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh2 iddia ərizələri ilə bağlı dövlət rüsumu olaraq ödədikləri 10 manatın özlərinə aid edilməsi qət edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkilqətnamədən аpelyаsiyа şikаyəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv оlunmаsı, ilkin iddiаnın rədd edilməsi və qarşılıqlı iddianın təmin оlunmаsı barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, mərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X3 ünvan 1ində JN seriyalı 342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha və JN seriyalı 342B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 ha həyətyanı, o cümlədən A seriyalı 164769 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 3374 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Nənəsi X15 xx xxxxxxxx 2007-ci ildə, babası isə xx xxxxx 2007-ci ildə vəfat etmişlər. X31 Hacıömər oğlu isə nənə və babasından əvvəl, yəni xx xxxxxx 2006-cı ildə öldüyündən, o birinci dərəcəli vərəsə hesab olunmuşdur. Qeyd olunan torpaq sahələrdindən JN seriyalı 342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mərhum babası Hacıömər Ərəbov və mərhum nənəsi Kəlimət Ərəbovanın mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinə dair babası Hacıömər Ərəbovdan qalmış paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq, xx xxxx 2009-cu ildə Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontorunda ona 2V-58 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Onun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları xx xxxxxx 2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. Lakin 2019-cu ildə nənə və babasından miras qalmış digər həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının tanıtdırılması üçün müraciət etdikdə, əmisi – iş üzrə Cavabdeh2 xx.xx.2013-cü ildə həmin əmlakları dövlət reyestrində öz adına qeydiyyata aldırdığı müəyyən olunmuşdur. Bu səbədən aparılmış həmin qeydiyyatın və qeydiyyatın aparılması üçün əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi üçün Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh2 isə qarşılıqlı iddia tələbini onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsində göstərilən vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən bütün digər qanun üzrə və vəsiyyət üzrə vərəsələr notariusda öz razılıq və imtina ərizələrini yazmışlar. Bundan başqa, iddia ərizəsində iddia edilir ki, 2013-cü ildə verilmiş şəhadətnamələr etibarsız sayılsın, o cümlədən 2012-ci ildə verilmiş çıxarışlar ləğv edilsin. 2013-cü ildə verilmiş vərəsəlik şəhadətnamələri əsasında verilmiş çıxarışların tarixləri 2012-ci il ola bilməz. Bundan başqa, işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilir ki, notariat kontorunda xx.xx.2005-ci ildə təsdiq edilən vəsiyyətnamə əsasında Aşağı Tala kəndində yerləşən JN 342A nömrəli 40200028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,40 ha torpaq sahəsindən Hacıömər Ərəbova məxsus 0,20 ha torpaq sahəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildi. İşə əlavə edilmiş digər vəsiyyətnamədən isə görünür ki, Hacıömər Ərəbov xx.xx.2006cı ildə Zaqatala rayonunun Aşağı Tala bələdiyyəsində başqa bir vəsiyyətnamə yazmışdır. Buradan görünür ki, mərhum 2 dəfə vəsiyyətnamə yazmışdır. Vəsiyyətnamələrin birincisi notariusda, ikincisi isə bələdiyyədə yazılmışdır. Əvvəla onlar bələdiyyədə yazılmış vəsiyyətnaməni mübahisələndirirlər. Həmin vəsiyyətnamədəki imzalar Hacıömər Ərəbova məxsus deyildir. Mülki Məcəllənin 1223-cü maddəsində qeyd olunur ki, əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilir. Həmin maddədən görünür ki, notariat vəsiyyətnaməsi başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilməz. Mülki Məcəllənin 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Qeyd olunanlara əsasən, bələdiyyə tərəfindən təsdiq olunması iddia edilən vəsiyyətnamə etibarsız hesab edilməlidir. Bundan başqa, xx.xx.2019-cu il tarixli 2V-58 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız hesab edilməlidir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının... vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil etməlidir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 21(107)- 409/2019 saylı qərarı ilə hazırda sözügedən JN-342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunmuş 0,40 ha torpaq sahəsinin 0,20 ha hissədə ləğv edilməsinə dair qərar verilmişdir. Həmin JN-342A nömrəli şəhadətnamədəki 0,40 ha torpaq sahəsi mərhum Hacıömər Ərəbova və mərhum Kəlimət Ərəbovaya məxsusdur. Hansıki, həmin 0,40 ha torpaq sahəsinin 0,20 ha hissəsi, yəni Kəlimət Ərəbovaya məxsus hissəsi xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh2, digər 0,20 hektarı, yəni Hacıömər Ərəbova məxsus hissəsi isə xx.xx.2019-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı verilmişdir. Yuxarıda adı çəkilən məhkəmə qərarı qüvvədə qaldığı təqdirdə mərhum Hacıömər və Kəlimət Ərəbovlara məxsus 0,40 ha torpaq sahəsi azalaraq 0,20 ha qalır. Belə olan halda yerdə qalan 0,20 ha torpaq sahəsi mərhumlar Kəlimət Ərəbovaya və Hacıömər Ərəbova məxsus olan torpaq sahəsi olduğundan, həmin 0,20 ha torpaq sahəsinin yarısı, yəni 0,10 hektarı Kəlimət Ərəbovaya, 0,10 hektarı isə Hacıömər Ərəbova məxsus olmuş olur. Beləliklə, qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməyə əsasən Kəlimət Ərəbovaya məxsus 0,10 ha torpaq sahəsi Cavabdeh2, Hacıömər Ərəbova məxsus 0,10 ha torpaq sahəsinin yarısı, yəni 0,05 ha hissəsi vəsiyyətnamə üzrə İddiaçı, yerdə qalan 0,05 ha hissəsi isə məcburi pay kimi Cavabdeh2 verilməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsində qeyd olunan torpaq sahəsinin azaldılması həyata keçərsə, həmin torpaq sahəsinə dair verilmiş vəsiyyətnamə və qanun üzrə vərəsəlik şəhadətnamələri öz hüquqi qüvvələrini itirmiş olur. Notariusun təsdiq etdiyi xx.xx.2009-cu il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqından şəhadətnamə verilərkən Cavabdeh2 məcburi pay verilmədən Hacıömər Ərəbova məxsus torpaq sahəsi bütövlükdə İddiaçı verildiyindən, Cavabdeh2 məcburi pay almaq hüququ pozulmuşdur. Beləliklə, Mülki Məcəllənin 1193-cü maddəsinin tələbi pozulduğundan, vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Bütün bu məsələlər məhkəmə tərəfindən qiymətləndirilərək, ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməlidir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti vəsiyyət edən şəxs Hacıömər Ərəbovun 2 dəfə vəsiyyətnamə yazması, vəsiyyətnamələrin birini notariusda, ikincisini isə bələdiyyədə yazması, əgər bir şəxs bir neçə vəsiyyətnamə tərtib etmişdirsə və onlardan yalnız biri notariat formasında tərtib edilmişdirsə, notariat formasında tərtib edilmiş vəsiyyətnaməyə üstünlük verilməsi, notariat vəsiyyətnaməsinin başqa formalı vəsiyyətnamə ilə ləğv edilə bilinməməsi, notariusun təsdiq etdiyi xx.xx.2009-cu il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Cavabdeh2 məcburi pay verilmədən Hacıömər Ərəbova məxsus torpaq sahəsinin bütövlükdə İddiaçı verilməsinə görə Cavabdeh2 məcburi pay almaq hüququnun pozulması, məhkəmənin MPM-in 14-cü maddəsinin tələblərini pozaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, bunun üçün işdə iştirak edən şəxslərə prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərməməsi, iş üzrə əhəmiyyət kəsb edən vərəsəlik işlərinin, vəsiyyətnamələrin məhkəmənin sorğusu əsasında tələb olunaraq əldə olunması xahiş edilməsinə baxmayaraq, məhkəmənin yalnız ilkin iddiada mübahisələndirilən vərəsəlik şəhadətnamələrini tələb edib əldə etməsi ilə kifayətlənməsi, qarşılıqlı iddiada yazılmış vəsatət əsasında həmin vəsatətdə qeyd edilmiş vərəsəlik işləri və vəsiyyətnamə deyil, başqa vərəsəlik şəhadətnamələri əldə etməsi, məhkəmənin qətnaməsində ilkin iddia və qarşılıqlı iddia tələbləri üzrə dəyərləndirmə apardığını qeyd etsə də əslində qarşılıqlı iddia tələbi üzrə heç bir araşdırma və dəyərləndirmə aparılmaması, xx.xx.2009-cu ildə İddiaçı 2- V-58 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilən notariat işinin notariat arxivindən tələb edilməməsi və məhkəmə tərəfindən araşdırılmaması, məhkəmənin notariusda təsdiqlənmiş vəsiyyətnaməni Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinin Arxivindən tələb edib əldə etməməsi, məhkəmənin qarşılıqlı iddianın qarşılıqlı 2-V-58 saylı xx.xx.2009-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsihissəsini araşdırmaması və qətnamədə qarşılıqlı iddianın bu hissəsinə heç bir hüquqi qiymət verməməsi, məhkəmə tərəfindən MPM-nin 88-ci maddəsinin tələblərinin kobud şəkildə pozulması, qətnamədə Mülki Məcəllənin vərəsəlik hüququnun ümumi müddəalarına dair bölməsindəki maddələrin sadalamaqla kifayətlənməsi və hansı maddənin işin hansı mübahisəli halını tənzimlədiyini göstərməməsi, qətnamənin hüquqi cəhətdən düzgün tərtib edilməməsi, qarşılıqlı iddia üzrə məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaması, baxdığı, araşdırdığı ilkin iddianın sübutlarına isə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq düzgün qiymət verməməsi ilə əsaslandırılmış və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-(033)- 153/2020 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında qarşılıqlı iddia tələbi və apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında izahat verən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıl İsmayılov bildirmişdir ki, İddiaçı torpağını satmış, mən də pul verib almışam. Hər hansı bir qanun pozuntusuna yol verməmişəm. Ona görə də apelyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq, İddiaçı, onun vəkili və nümayəndəsi Samir Şərifov, cavabdehlər Cavabdeh2, Zaqatala Rayon 2 saylı Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X17 nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X24 məhkəmə kollegiyasına məktub göndərərək, idarənin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb və iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixliqətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan sübutlardan, yəni: xx.xx.2006-cı il tarixdə Zaqatala rayonunun Aşağı Tala bələdiyyəsində təsdiq edilmiş V- 51 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını İddiaçı vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra DƏDRX) tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 77 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 181 nömrəli vərəqində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş RX ******* seriyalı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,20 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabın 180 nömrəli vərəqində qeydiyyata alınmışdır. Reyestrdə 2V-38 nömrə ilə qeyd edilən xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi X1 şəhəri, Novoselskaya küç. ev, 15, p/s korp. yaşayan oğlu Cavabdeh2 DƏDRX-nın X24 tərəfindən verilmiş **********57 nömrəli xx.xx.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən torpaq sahəsinin bir hissəsindən, mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus miras əmlakdan irs almalıdır. Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 3374,32 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma düşən hissədən ibarətdir. Reyestrdə 2V-37 nömrə ilə qeyd edilən xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş X9 vərəsəsi X8 şəhəri, Novoselskaya küç. Ev 15, p/s korp. yaşayan oğlu Cavabdeh2 DƏDRX-nın X24 tərəfindən verilmiş **********57 nömrəli xx.xx.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən torpaq sahəsinin bir hissəsi, mərhum X13 məxsus miras əmlakdan irs almalıdır. Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 3374,32 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhuma düşən hissədən ibarətdir. Reyestrdə 2V-39 nömrə ilə qeyd edilən xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi X8 şəhəri, Novoselskaya küç. ev, 15, p/s korp. yaşayan oğlu Cavabdeh2 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-342B, kod 40200028, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 64 nömrəli qərarı ilə verilmiş şəhadətnamə 2889 nömrə ilə qeydiyyata alınmaqla torpaq sahəsinin bir hissəsi Ərəbov Hacıömər Şaban oğluna məxsus miras əmlakdan irs almalıdır. DƏDRX-nın X24 tərəfindən verilmiş 1994 nömrəli xx.xx.2012-ci il tarixli arayışa əsasən, Zaqatala rayonunun Aşağı Tala kəndində mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsindən mərhuma düşən hissəsindən ibarətdir. Reyestrdə 2V-40 nömrə ilə qeyd edilən xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş X9 vərəsəsi X1 şəhəri, Novoselskaya küç. ev, 15, p/s korp. yaşayan oğlu Cavabdeh2 - torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-342B, kod 40200028, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 64 nömrəli qərarı ilə verilmiş şəhadətnamə 2889 nömrə ilə qeydiyyata alınmaqla torpaq sahəsinin bir hissəsi X13 məxsus miras əmlakdan irs almalıdır. DƏDRX-nın X24 tərəfindən verilmiş 1994 nömrəli xx.xx.2012 il tarixli arayışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsindən mərhuma düşən hissəsindən ibarətdir. Reyestrdə 2V-57 nömrə ilə qeyd edilən xx xxxx 2009-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 mərhum X10 məxsus olan ünvan 1ində yerləşən 0,40 ha torpaq sahəsindən 0,20 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Reyestrdə 2V-58 nömrə ilə qeyd edilən xx xxxx 2009-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı Famiıl oğluna mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus olan ünvan 1ində yerləşən 0,40 ha torpaq sahəsində olan payı, 0,20 ha torpaq sahəsinə, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-342A nömrəli 40200028 kodlu şəhadətnamənin surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X10 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-342B nömrəli 40200028 kodlu şəhadətnamənin surətindən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 64 saylı qərarı ilə Ərəbov Hacıömər Şaban oğlu və X10 0,15 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 209 nömrəli arayışdan görünür ki, AN seriyalı 164769 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, qeyd olunan 0,3374 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilən torpaq sahəsi Ərəbov Hacıömər Şaban oğlu və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən: xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X15 xx.xx.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 55-ci səhifəsində xx.xx.2007-ci il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Ərəbov Hacıömər Şaban oğlu xx.xx.2007-ci il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 31-ci səhifəsində xx.xx.2007-ci il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, Ərəbov Famil Hacıömər oğlu xx.xx.2006-cı il tarixdə ölmüşdür və bu barədə ölüm kitabının 31-ci səhifəsində xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır. xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur və bu barədə doğum kitabının 151-ci səhifəsində qeydiyyat aparılmışdır. Onun X31 Hacıömər oğlu, anası isə X7r. xx xxxx 2018-ci il tarixli 2(033)-71/2018 nömrəli qətnamədən görünür ki, iddia təmin edilərək iddiaçı Cavabdeh2 məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən RX seriyalı ******* və ******* nömrəli çıxarışlarda göstərilən 0,14 və 0,3374 ha torpaq sahələrindən cavabdehlər X14 və İddiaçı çıxarılması və həmin torpaq sahələrinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. xx.xx.2013-cü il tarixli reyestrdə 2V-432 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan nəvəsi İddiaçıdur. DƏDRX-nın X24 tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli 623 nömrəli arayışdan görünür ki, ünvan 1ində yerləşən mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,40 ha torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində Ərəbov Hacıömər Şaban oğlunun və X6 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Sorğu əsasında təqdim edilmiş X18 Aktlarının Dövlət Qeydiyyatı Şöbəsinin Zamoskvoreskiy bölməsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş İİ- МЮ seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərəbov Daşqın Hacıömər oğlu xx.xx.2002-ci il tarixdə ölmüşdür və bu barədə xx.xx.2002-ci il tarixdə 931 nömrəli ölüm aktı qeydi hazırlanmışdır. Sorğu əsasında təqdim edilmiş Murmansk şəhər administrasiyasının Vətəndaşlıq aktlarının dövlət qeydiyyatı bölməsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş İ- ДП seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ərəbov Adil Hacıömər oğlu xx.xx.2009-cu il tarixdə ölmüşdür və bu barədə xx.xx.2009-ci il tarixdə 1582 nömrəli ölüm aktı qeydi hazırlanmışdır. Sorğu əsasında təqdim edilmiş Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 140 nömrəli arayışın suratəndən görünür ki, Ərəbov Hacıömər Şaban oğlu öldüyü günədək Zaqatala rayonunun Aşağı Tala kəndində qeydiyyata olduğu evdə yaşamış və onun varisləri 1950-ci ildə anadan olmuş X16, 1953-cü ildə anadan olmuş Ərəbov Adil Hacıömər oğlu, 1964-cü ildə anadan olmuş Ərəbov Daşqın Hacıömər oğlu, 1934-cü ildə anadan olmuş X15, 1957-ci ildə anadan olmuş Cavabdeh2dur. Sorğu əsasında təqdim edilmiş Zaqatala RİH başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixli 140 nömrəli arayışın surətindən görünür ki, X15 öldüyü günədək Zaqatala rayonunun Aşağı Tala kəndində qeydiyyata olduğu evdə yaşamış və onun varisi Cavabdeh2dur. DƏDRX-nın X17 12.2012-ci il tarixli 1994 nömrəli arayışdan görünür ki, ünvan 1i ünvanda yerləşən mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,15 ha torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində Ərəbov Hacıömər Şaban oğlunun və X6 mülkiyyət hüquqları dövlət qediyyatına alınmışdır. Sorğu əsasında təqdim edilmiş Zaqatala RİH başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 2101 nömrəli arayışın suratəndən görünür ki, Ərəbov Hacıömər Şaban oğlu öldüyü günədək Zaqatala rayonunun Aşağı Tala kəndində qeydiyyata olduğu evdə yaşamış və onun varisi İddiaçıdur. xx.xx.2009-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı DƏDRX-nın X24 tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 660 nömrəli arayışa əsasən ********** qeydiyyat nömrəli xx.xx.2009-cu il tarixli çıxarış əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,20 ha torpaq sahəsini alıcı X4 daimi olaraq heç bir şərti olmadan 5000 manata satmışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 64 saylı qərarına əsasən, Zaqatala rayonunun Aşağı Tala kəndində JN 342A nömrəli 40200028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçınınmərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X10 0,40 ha, JN 342B nömrəli 40200028 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçınınmərhum babası Ərəbov Hacıömər Şaban oğlu və mərhum nənəsi X10 0,15 ha həyətyanı, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxxxx 2003-cü il tarixli 110 saylı qərarına əsasən, A seriyalı 164769 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə təsdiq edilməklə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə iddiaçınınmərhum babası Ərəbov Hacıömər Şaban oğluna 3374 kv m torpaq sahəsi verilmişdir. İddiaçının nənəsi və babası vəfat etmişlər. X31 Hacıömər oğlu isə nənə və babasından əvvəl, yəni xx xxxxxx 2006-cı ildə öldüyündən, o birinci dərəcəli vərəsə hesab olunmuşdur. Qeyd olunan torpaq sahələrdindən JN 342A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mərhum babası Hacıömər Ərəbov və mərhum nənəsi Kəlimət Ərəbovanın mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinə dair babası Hacıömər Ərəbovdan qalmış paya vəsiyyətnamə üzrə vərəsəlik hüququ tanınaraq, xx xxxx 2009-cu ildə Zaqatala Rayon 1 saylı Dövlət Notariat Kontorunda ona 2V-58 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Onun qeyd olunan daşınmaz əmlak üzərində hüquqları xx xxxxxx 2009-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. xx.xx.2006-cı il tarixdə Ərəbov Hacıömər Şaban oğlu ölən günədək Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını nəvəsi İddiaçı vəsiyyət etmişdir. İddiaçının babası Ərəbov Hacıömər Şaban oğlu xx.xx.2007-ci ildə, nənəsi X19 isə xx.xx.2007-ci ildə ölmüşdür. Eyni zamanda, vəsiyyət edən Hacıömər Ərəbovun oğlu, yəni iddiaçı X31 Hacıömər oğlu xx.xx.2006-cı ildə ölmüşdür. Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi Cavabdeh2 xx xxxxxx 2013-cü ildə atası Hacıömər Ərəbova məxsus Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 3374,32 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və Zaqatala rayonu Aşağı Tala kəndində mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr almış, onların əsasında isə Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,3374 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,14 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 33 nömrəli reyestr kitabın 91 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bundan başqa, ünvan 1i ünvanda yerləşən mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,40 ha torpaq sahəsi haqqında məlumatlar dövlət reyestrinə daxil edilmiş və onun üzərində Ərəbov Hacıömər Şaban oğlu və X9 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 mərhum X13 məxsus olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,40 ha torpaq sahəsindən 0,20 hektarı torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, İddiaçı isə mərhum Hacıömər Ərəbova məxsus olan 0,40 ha torpaq sahəsinin 0,20 hektarına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamələr əsasında Cavabdeh2 və İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixli çıxarış əsasında ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsini alıcı X4 5000 manata satmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməkdə düzgün nəticəyə gəlsə də, qarşılıqlı iddia tələbini bütövlükdə rədd etməkdə səv yol vermişdir. Həm iş materiallarında olan, həm də Zaqatala 2 saylı Dövlət Notariat Kontoru tərəfindən Cavabdeh2 xx xxxxxx 2013-cü il tarixdə 2V-37, 2V-38, 2V-39 və 2V-40 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilərkən Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, həmin notariat işlərindən görünür ki, Cavabdeh2 reyestrdə 2V-37 nömrə ilə qeyd edilən xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2007-ci il tarixdə ölmüş X9 vərəsəsi kimi DƏDRX-nın X24 tərəfindən verilmiş **********57 nömrəli xx.xx.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən vəfat etmiş anası Kəlmət Ərəbovaya məxsus olmuş 3374,32 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən irs alaraq həmin torpaq sahəsinin anasına məxsus hissəsinə hüquq əldə etmişdir. Bundan başqa, Cavabdeh2 reyestrdə 2V-38 nömrə ilə qeyd edilən xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2007-ci il tarixdə ölmüş Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi kimi DƏDRX-nın X24 tərəfindən verilmiş **********57 nömrəli xx.xx.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən vəfat etmiş atası Hacıömər Ərəbova məxsus olmuş 3374,32 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən irs alaraq həmin torpaq sahəsinin atasına məxsus hissəsinə hüquq əldə etmişdir. Bundan əlavə, Cavabdeh2 reyestrdə 2V-39 nömrə ilə qeyd edilən xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2007-ci ildə vəfat etmiş atası Ərəbov Hacıömər Şaban oğlunun vərəsəsi kimi Zaqatala RAİK-nın xx xxxxxx 1997-ci il tarixli 64 nömrəli qərarı ilə Hacıömər Ərəbovun mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-342B nömrəli 40200028 kodlu şəhadətnamə ilə Zaqatala rayonunun Aşağı Tala kəndində Hacıömər Ərəbovun mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsindən irs alaraq həmin torpaq sahəsinin atasına məxsus hissəsinə hüquq əldə etmişdir. Həmçinin, Cavabdeh2 reyestrdə 2V-40 nömrə ilə qeyd edilən xx xxxxxx 2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2007-ci ildə vəfat etmiş anası X9 vərəsəsi kimi Zaqatala RAİK-nın xx xxxxxx 1997-ci il tarixli 64 nömrəli qərarı ilə Kəlmət Ərəbovun mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-342B nömrəli 40200028 kodlu şəhadətnamə ilə Zaqatala rayonunun Aşağı Tala kəndində Hacıömər Ərəbovun mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsindən irs alaraq həmin torpaq sahəsinin atasına məxsus hissəsinə hüquq əldə etmişdir. Göründüyü kimi, Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən digər vərəsə, iş üzrə İddiaçı birinci növbəli vərəsə olaraq həmin miraslardan irs, yəni pay almaq hüququnun olması nəzərə alınmamışdır. Halbuki, Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin (bundan sonra MM) tələblərinə əsasən, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır (mad. 1133). Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar (mad. 1159.1.1, 1159.1.2 və 1159.1.3). Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını vəsiyyət etdiyi halda iddiaçıya aid miras əmlakını bütünlükdə Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməklə rəsmiləşdirilməsi qanuni və əsaslı sayıla bilməz. Çünki, həmin şəhadətnamələr verilərkən Hacıömər Ərəbov və onun arvadı Kəlmət Ərəbovadan miras qalmış DƏDRX-nın X24 tərəfindən verilmiş **********57 nömrəli xx.xx.2012-ci il tarixli (əlavə 37) arayışa əsasən Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 3374,32 kv m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-342B nömrəli 40200028 kodlu şəhadətnamə ilə Zaqatala rayonunun Aşağı Tala kəndində Hacıömər Ərəbovun mülkiyyətində olan 0,15 ha həyətyanı torpaq sahəsi bütövlükdə Cavabdeh2 verilə bilməzdi. Qanunun şərh olunan tələbinə görə həmin torpaq sahəsi birinci növbəli vərəsələr olan iddiaçı ilə cavabdeh arasında 1/2 hissədə bölünməli olduğu halda bölünməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Ona görə də birinci instansiya məhkəməsinin həmin şəhadətnamələri etibarsız hesab etməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Mübahisəli miras əmlakların qanunla müəyyən edilmiş müddətlərdə qəbul edilibedilməməsi mübahisələndirilmədiyi üçün məhkəmə kollegiyası həmin məsələyə hüquqi qiymət verməyə zərurət görməmişdir. Ancaq cavabdehə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edildiyi üçün həmin şəhadətnamələrə əsasən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışlar da özü-özlüyündə qanuni hesab oluna bilməz. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Ona görə də Cavabdeh2 etibarsız hesab olunmuş vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında verilmiş xx xxxxxx 2013-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və xx xxxxxx 2013-cü il tarixli ********** qeydiyyat nömrəsli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. Bu səbəblərdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bununla belə, qarşılıqlı iddia ərizəsindən görünür ki, cavabdeh məhkəmədən 1) Zaqatala rayonunun Aşağı Tala bələdiyyəsində xx.xx.2006-cı ildə təsdiq edilmiş Ərəbov Hacıömər Şaban oğlunun İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi, 2) Zaqatala Rayon 1 saylı Dövlət Notarial Kontorunda xx.xx.2009-cu ildə 2V-58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyət etməsilə bağlı verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, 3) həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, 4) həmin çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin Zaqatala rayonunun Aşağı Tala bələdiyyəsində xx.xx.2006-cı ildə təsdiq edilmiş Ərəbov Hacıömər Şaban oğlunun İddiaçı vəsiyyət etməsinə dair vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə tələbinin təmin edilməli olmaması barədə gəldiyi nəticəni də əsaslı hesab edir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, MM-in1225-ci (Vəsiyyətnamənin etibarsızlığı) maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanunazidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Ancaq miras qoyan Hacıömər Ərəbovun ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını İddiaçı vəsiyyət etməsinə dair xx.xx.2006-cı il tarixdə Zaqatala rayonunun Aşağı Tala bələdiyyəsində təsdiq edilmiş V-51 reyestr nömrəli vəsiyyətnaməsinin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası qarşılıqlı iddianın Zaqatala Rayon 1 saylı Dövlət Notarial Kontorunda xx.xx.2009-cu ildə 2V-58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş Ərəbov Hacıömər Şaban oğluna məxsus 0,20 ha torpaq sahəsinin nəvəsi İddiaçı vəsiyyət etməsilə bağlı verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməli olması barədə tələbini əsaslı hesab edir və bununla bağlı apelyasiya şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, iş materialları və xx xxxx 2009-cu il tarixli 2V-57 və 58 nömrəli notariat işində olan xx.xx.2006-cı il tarixdə Zaqatala rayonunun Aşağı Tala bələdiyyəsində təsdiq edilmiş V-51 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Ərəbov Hacıömər Şaban oğlu ölən günədək ona məxsus olan Aşağı Tala kəndində yerləşən və ona məxsus olan fərdi yaşayış evini, həyətyanı və əmlak torpağını İddiaçı vəsiyyət etmiş və bundan sonra o, Zaqatala Rayon 1 saylı Dövlət Notariat nontoruna müraciət edərək reyestrdə 2V-58 nömrə ilə qeyd edilən xx xxxx 2009ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməyə əsasən, İddiaçı mərhum Ərəbov Hacıömər Şaban oğluna məxsus olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,40 ha torpaq sahəsində olan payı, 0,20 ha torpaq sahəsinə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. MM-in 1193-cü (Mirasda məcburi pay anlayışı) maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. İşdən görünür ki, Cavabdeh2 vəsiyyət edən Hacıömər Ərəbovun oğlu olmaqla, birinci növbəli vərəsədir. Belə olan halda, Ərəbov Hacıömər Şaban oğlu və X6 mülkiyyətində olmuş 0,40 ha torpaq sahəsinin 0,20 hektarının İddiaçı vəsiyyət edilməsindən asılı olmayaraq, Cavabdeh2 həmin 0,20 ha torpaq sahəsində məcburi payı olmuşdur. Lakin notariat kontorunda İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunun bu tələbi nəzərə alınmamışdır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin bu məsələ ilə bağlı dəlilləri ilə razılaşır və hesab edir ki, İddiaçı verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Zaqatala Rayon 1 saylı Dövlət Notarial Kontorunda xx.xx.2009-cu ildə 2V-58 nömrə ilə qeydə alınaraq tərtib edilmiş vəiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Həm iş materiallarında, həm də xx xxxx 2009-cu il tarixli 2V-57 və 58 nömrəli notariat işində olan qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxx 2009-cu il tarixli 2V-57 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh2 mərhum X13 məxsus olan Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,40 ha torpaq sahəsindən 0,20 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Ona görə də həmin şəhadətnaməyə əsasən Kəlimət Ərəbovaya məxsus 0,20 ha torpaq sahəsinin yarısı İddiaçı, Hacıömər Ərəbovun İddiaçı vəsiyyət etdiyi 0,20 ha torpaq sahəsinin yarısının yarısı, yəni 0,05 ha hissəsi məcburi pay kimi Cavabdeh2 verilməli olduğu halda verilməmişdir ki, bu da xx xxxx 2009-cu il tarixli qanun və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx xxxx 2009-cu il tarixli 2V-58 nömrəli şəhadətnamə verilərkən notariat orqanı tərəfindən yol verilmiş qanun pozuntusu ondan əvvəl Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında eyni tarixli 2V-57 nömrəli Şəhadətnamə verilərkən də mövcud olmuşdur. Ona görə də həmin məsələ ilə yuxarıda qeyd olunan nəticələr bu şəhadətnaməyə də aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda həmin şəhadətnamə əsasında iddiaçıya verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir. Çıxarışın ləğv edilməsinə yuxarıda hüquqi qiymət verildiyindən məhkəmə kollegiyası eyni məsələyə yenidən münasibət bildirməyə lüzum görmür. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı, qarşılıqlı iddianın çıxarış əsasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair tələbilə razılaşa bilmir. Belə ki, MM-in 166.3-cü maddəsində göstərilir ki, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İsmayıl İsmayılovun izahatından, habelə işdə olan notariat qaydada təsdiq edilmiş xx xxxxxx 2009-cu il tarixli ******* nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsindən görünür ki, İsmayıl İsmayılov qeyd olunan tarixdə İddiaçı mülkiyyətində olub, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,20 ha torpaq sahəsini 5000 manata satın almışdır. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (MM-in 567-ci maddəsi). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (MM, mad. 421.1). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (MM, mad. 421.2). Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur (MM, mad. 422.1). Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir (MM, mad. 422.4). Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür (MM, mad. 646.1). Göründüyü kimi, alıcı İsmayıl İsmayılov satıcı, iş üzrə İddiaçı 0,20 torpaq sahəsinin dəyərini nağd formada ödəmiş və satıcı həmin torpaq sahəsini alıcının mülkiyyətinə vermişdir. Müqavilə bağlandan on ilə yaxın vaxt ötmüş və bu müddət ərzində tərəflər arasında müqavilənin ləğv edilməsini şərtləndirən hər hansı bir hal baş verməmişdir. Belə olan halda məhkəmə kollegiyası müqavilənin ləğv edilməsi üçün heç bir qanuni əsas görmür. Apelyasiya şikayətinin digər dəlillərinə gəlincə, məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin Zaqatala Rayonu 1 saylı Dövlət X26 Ərəbova verilmiş xx xxxx 2009-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə istinad olunan xx xxxx 2005-ci il tarixli 2V-127 reyestr nömrəli vəsiyyətnaməyə dair notariat işinin aydınlaşdırılması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə göndərdiyi sorğuya cavab olaraq xx xxxxxx 2020-ci il tarixli xx/xx-1365/11 nömrəli məktubla bildirilmişdir ki, Zaqatala Rayonu 1 saylı Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş xx xxxx 2005-ci il tarixli 2V-127 reyestr nömrəli vəsiyyətnamənin digər şəxslər barəsində rəsmləşdirildiyi müəyyən edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2005-ci il tarixli 2V-127 nömrəli notariat işində olan eyni tarixli vəsiyyətnamədən müəyyən olunur ki, həmin vəsiyyətnamə üzrə vəsiyyət edən şəxs Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Ərəbov Hacıömər Şaban oğlu deyil, Zaqatala şəhəri, Vidadi küçəsi, ev 26-da yaşayan X5. Belə olan halda Hacıömər Ərəbovun 2 dəfə vəsiyyətnamə yazmasına dair apelyasiya şikayətinin dəlilləri əsaslı ola bilməz. Bundan əlavə, məhkəmə kollegiyası həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaqla işdə iştirak edən şəxslərə prosessual hüquqlarının həyata keçirilməsinə köməklik göstərmiş, iş üzrə əhəmiyyət kəsb edən vərəsəlik işlərini tələb edərək almış və tərəflərin iştirakı ilə tədqiq etmişdir. MPM-ə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmarm Çex Respublikasına qarşı” işi üzrə xx xxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əlverişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. MPM-in 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpelyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən ümumilikdə düzgün nəticəyə gəlmədiyindən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən, qətnamə qəbul edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən, apelyasiya şikayəti qismən təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Ərəbov Hacıömər Şaban oğlunun özünə məxsus 0,20 ha torpaq sahəsini nəvəsi İddiaçı vəsiyyət etməsilə əlaqədar Zaqatala Rayon 1 saylı Dövlət Notarial Kontorunda xx.xx.2009cu ildə 2V-58 nömrə ilə qeydə alınınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı, həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MH seriyal ******* nömrəli çıxarış ləğv edilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikаyəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Ərəbov Hacıömər Şaban oğlunun özünə məxsus 0,20 ha torpaq sahəsini nəvəsi İddiaçı vəsiyyət etməsilə əlaqədar Zaqatala Rayon 1 saylı Dövlət Notarial Kontorunda xx.xx.2009-cu ildə 2V-58 nömrə ilə qeydə alınınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunsun və həmin şəhadətnamə əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən MH seriyal ******* nömrəli çıxarış ləğv edilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar