Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1577/2021 15.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki Regional “Asan” xidmət mərkəzinə və Cavabdeh1 qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(075)-788/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(075)-788/2021 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı mərhum atası X11 miras qalmış Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı onun özünə aid edilməsi, 20 manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçıya qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(075)-788/2021 saylı qərardadının nəzərə alınması qət edilmişdir. İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum atası X11 miras qalmış Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, atası X12 adına Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evindən ibarət miras əmlakı qalmışdır. Anası 1976-cı, atası isə 1997-ci ildə vəfat etmişdir. Göstərmişdir ki, onlar ailədə 5 qardaş və 4 bacı olmuşlar. O özü ailənin üçüncü, Cavabdeh1 isə axırıncı övlad olmuşdur. Qeyd etmişdir ki, bütün bacı-qaradşlar həmin evdə böyüyüb boya-başa çatmış, sonradan ayrılaraq hal-hazırda ayrıca təsərrüfat şəklində yaşayırlar. Göstərmişdir ki, özü, 1974-cü ildə ailə qurmuş və ailəsi ilə birlikdə 3 il qeyd olunan miras əmlakda yaşamış, 3 övladı olmuşdur. 1977-ci ildə miras əmlaka yaxın ərazidə kolxozun bölünməyən torpaq sahəsində ona 15 sot torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində ev tikmiş, ailəsi və uşaqları ilə birlikdə köçərək, hal-hazıradək həmin evdə yaşayır. Qeyd etmişdir ki, ata evi yaxın olduğundan daim həmin evə gedibgəlmişdir. Hal-hazırda miras əmlaka yaxın, yuxarıda qeyd etdiyi əmlakda yaşayır. O, ayrılan zaman ata yurdunda 2 qardaş və 3 bacısı qalmışdır. Qardaşlarından biri Lətif olmuşdur. Həmin vaxt Lətifin 10 yaşı olmuşdur. Sonradan bütün qardaş-bacıları ailə quraraq, ayrılmış və ayrıca təsərrüfat olmuşlar. Lətif, 1981-ci ildə hərbi xidmətə getmiş və 1983-cü ildə hərbi xidmətdən qayıtmışdır. Bundan sonra o, ailə quraraq Rusiya Federasiyasına getmişdir. Həmin vaxt atasının yanında bir bacısı qalmışdır. Lətif 1991-ci ildə Rusiyadan qayıtmış və miras əmlakda yaşamağa başlamışdır. 1997-ci ildə atası vəfat etmiş, yas mərasimi miras əmlakın həyətində keçirilmişdir. Yas mərasimində o özü, Lətif və digər bacı-qardaşları iştirak etmişlər. Yasın keçirilməsinin əsas yükü bacısı Dilbərin üzərinə düşmüşdür. Atası vəfat etdikdən 3-4 ay sonra Lətif yenidən Rusiya Federasiyasına getmişdir. Sonradan qayıdaraq yenidən miras əmlakda yaşamağa başlamışdır. Lətif təxminən 20 il olar ki, miras əmlakda yaşayır. Miras əmlakda olan qaz, işıq və telefon onu adına deyil və həmin evin kommunal xərcləri onu tərəfindən deyil, Lətif tərəfindən ödənilir. Lətif özünə pay kimi verilən torpaq sahəsini satmışdır. Ayrı evinin olubolmamasını bilmir. Lətif son 3 ildir ki, qeyd olunan miras əmlakda qeyri-qanuni yaşayır. Həmçinin göstərmişdir ki, atası vəfat edəndən sonra digər bacı-qardaşları Lətifin qaldığı ata yurduna getməsə də o, özü 2018-ci ilədək ata yurduna gedib-gəlmişdir. İddianı müdafiə edir və onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 göstərmişdir ki, atası X12 adına Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evindən ibarət miras əmlakı qalmışdır. Anası 1976-cı, atası isə 1997-ci ildə vəfat etmişdir. Göstərmişdir ki, onlar ailədə 5 qardaş və 4 bacı olmuşlar. O özü ailənin kiçiyi, iddiaçı isə İİİ övlad olmuşdur. Göstərmişdir ki, bütün bacı-qaradşlar həmin evdə böyüyüb boya-başa çatmış, sonradan ailə quraraq ayrılmış və hal-hazırda ayrıca təsərrüfat şəklində yaşayırlar. İddiaçı özü də 1977-ci ildə miras əmlakı tərk edərək miras əmlaka yaxın ərazidə qaynanası tərəfindən ona verilən torpaq sahəsində ev tikmiş, ailəsi və uşaqları ilə 1977-ci ildə həmin evə köçərək indiyədək həmin evdə yaşayır. Onun ayrıca evi, torpaq sahəsi və təsərrüfatı vardır. İddiaçı həmin vaxtdan sonra miras əmlakda yaşamayıb və onunla birlikdə təsərrüfat aparmayıb. Bildirmişdir ki, 1981-ci ildə hərbi xidmətə getmiş, 1983-cü ildə hərbi xidməti başa vurmuş və miras əmlakda yaşamışdır. 1984-cü ildə ailə qurmuş və Rusiya Federasiyasına getmişdir. 1990-cı ildə atasının təkidi ilə RF-dan qayıdaraq halhazıradək miras əmlakda yaşamağa başlamışdır. Atası 1997-ci ildə vəfat etmiş, atasının yas mərasimi onun həyətində onun tərəfindən verilmiş, yasda iddiaçı da daxil olmaqla əksər bacı-qardaşları iştirak etmişdir. Hazırda da həmin əmlakda yaşayır. Göstərmişdir ki, miras əmlak indiyədək atasının adında qalsa da həmin evin qaz, işıq sayğacları və telefonu onun adınadır və bütün kommunal xərclər onun tərəfindən ödənilir. Miras əmlaka aid torpaq sahəsi onun tərəfindən becərilir, ağaclar onun tərəfindən suvarılaraq istifadə olunur. Belə ki, ağacların meyvələrini yığır, həyətyanı sahədə tərəvəz əkir və.s təsərrüfat işləri ilə məşğul olur. Göstərmişdir ki, atası vəfat edəndən sonra iddiaçıdan başqa heç bir qardaşbacısı onunla münasibət saxlamamış, onun evinə, yəni miras əmlaka gəlibgetməmişlər. Yalnız iddiaçı onunla münasibət saxlamış və 2018-ci ilədək miras əmlaka, yəni onun evinə gəlib-getmişdir. Göstərdiklərini nəzərə alaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X39 Xidmət Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin xüsusi notarius Xətai Səmədov 10.06.2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək işə notariat ofisinin nümayəndəsi olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə cavabdeh X39 Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X24 göstərmişdir ki, atası X12 adına Şəki rayonu, Baş Zəyzid kəndində fərdi yaşayış evindən ibarət miras əmlakı qalmışdır. Qeyd etmişdir ki, həm iddiaçı həm də cavabdeh onun qardaşıdır. Anası 1976-cı, atası isə 1997-ci ildə vəfat etmişdir. Göstərmişdir ki, onlar ailədə 5 qardaş və 5 bacı olmuşlar. Bacilarindan biri uşaq evində böyümüşdür. Qardaşı İlham ailənin üçüncü, Lətif isə axırıncı övlad olmuşdur. Qeyd etmişdir ki, bütün bacı-qaradşlar həmin evdə böyüyüb boya-başa çatmış, sonradan ayrılaraq hal-hazırda ayrıca təsərrüfat şəklində yaşayırlar. Göstərmişdir ki, İlham 1974-cü ildə ailə qurmuş və ailəsi ilə birlikdə 3 il qeyd olunan miras əmlakda yaşamışdır. Belə ki, İlham 1977-ci ildə miras əmlaka yaxın ərazidə qaynanası tərəfindən ona verilən torpaq sahəsində ev tikmiş, ailəsi və uşaqları ilə 1977-ci ildə həmin evə köçərək indiyədək həmin evdə yaşayır. İlhamın Onun ayrıca evi, torpaq sahəsi və təsərrüfatı vardır. Bütün qardaşbacıları ailə quraraq, ayrılmış və ayrıca təsərrüfat olmuşlar. Lətif 1981-ci ildə hərbi xidmətə getmiş və 1983-cü ildə hərbi xidmətdən qayıtmışdır. Bundan sonra o, 1984-cü ildə ailə quraraq Rusiya Federasiyasına getmişdir. Lətif 1990-ci ildə Rusiyadan qayıtmış və miras əmlakda yaşamağa başlamışdır. 1997-ci ildə atası vəfat etmiş, yas mərasimi miras əmlakın həyətində keçirilmişdir. Yas mərasimində o özü RF-da olduğundan iştirak edə bilməmişdir. Lətif və digər bacı-qardaşları iştirak etmişlər. Lətif təxminən 1991-cı ildən miras əmlakda yaşayır. Həmçinin göstərmişdir ki, ataları vəfat edən 1997-ci ildən etibarən İlhamdan başqa heç bir bacı-qardaş Lətifin ailəsi ilə ünsiyyət saxlamamış, onun evunə gedib-gəlməmişlər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 şahid qardaşı X13 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X14 göstərmişdir ki, həm iddiaçını həm də cavabdehi tanıyır, onlarla qonşudur. Onların heç biri ilə düşmənçiliyi və ədavəti yoxdur. Qeyd etmişdir ki, özünü tanıyandan Lətifi qeyd olunan miras əmlakda yaşayan görmüşdür. Lətif və ailəsi hazırda da həmin evdə yaşayır. Şakir kişidən miras qalan evə nəzarəti, həmçinin ev və həyatyanı sahədə aparılan bütün təsərrüfat işləri Lətif və ailəsi tərəfindən həyata keçirilir. Şakir kişinin yas mərasimi də Lətifin həyətində olmuşdur. Yası Lətif idarə etmiş və vermişdir. Digər bacıqardaşlar, o cümlədən İlham da yas da iştirak etmişdir. İlham da miras əmlakda yaşayıb, lakin üzün müddətdir ki, o ata yurdunda yaşamır, hər hansı təsərrüfat aparmır. İlhamın miras əmlaka yaxın ərazidə ayrıca evi və təsərrüfatı var. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin vəsatəti ilə şahid qismində dindirilmiş X19 digər şahid X7 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xahiş edir ki, onun 2018ci ildə məhkəməyə verdiyi sənədlər araşdırılsın. O, heç kimə qarşı yox, qardaşı Cavabdeh1 qarşı iddia qaldırmışdır. Çünki o, səkkiz nəfərin əmlakını mənimsəmişdir. 2021-ci ildə o Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etdikdən sonra məhkəmə işə baxmış, lakin düzgün qərar çıxarmamışdır. Məhkəmədə şahid qismində iştirak edənlər qardaşının onun atası və bacısına baxması barədə ifadə veriblər. Guya atasına və bacısına Lətif baxmışdır. Həmin vaxt məhkəmə onlara nə özü sual vermədi, nə də ona sual verməyə imkan yaratmadı. Lətif 1983-cü ildə hərbi xidmətdən qayıdıb, 1984-cü ildə qaçırdığı qızla birlikdə bir neçə aydan sonra Rusiya Federasiyasına gedib. İfadə verən Salamov Elxan 1986-cı ildə anadan olub, yəni Lətif Rusiyaya getdikdən 2 il sonra anadan olub. Onda bu adam akta nə adla imza atıb? Həmin vaxt hakim də buna və Lətifin yalanlarına göz yumur. Akta imza atan digər şahidlərdən biri də Xəlilov Əfsərdir. Əfsərlə o, 1977-ci ildən qonşu olmuşdur. O, həmin illər atası və bacılarıyla barama becərmişdir. Əfsər də həmin vaxt atasıyla onun baxdığı baramaların yarpağını daşımaq üçün gündə bir neçə dəfə atasının məhləsinə gəlirdi. İndi belə çıxır ki, onun atasına Lətif baxıb, yoxsa onun 3 nəfər adamı? Onların hər biri işləməyən insanlardı. Həmin şahidlərdən biri də Sadıqov Fazildi. Həmin insan özünün 3 uşağını hələ ibtidai sinifdə oxuyarkən məktəbdən çıxarıb, indi uşaqlar adlarını yazmağı belə bacarmırlar. Heç Fazil özü də akt nədi, imza nədi bilmir. Qalan iki nəfər şahid isə cəbhəçilərdir. Onlardan da öz doğma uşaqları bir şey ummur, o nə gözləsin. Lətifə gəldikdə, o qız qaçırandan sonra atası heç onun adını da çəkməyib. Atası həmin vaxt heç onun qapısına getməyib və onları da ölüncə öz evinə qoymayıb. Hətta həmin vaxt Lətifi həmin evə o aparıb yerləşdirmişdir, atası da ona görə onunla danışmayıb. Bunları yazmaqda məqsədi odur ki, onların əmlakı Cavabdeh1 alınıb özlərinə qaytarılsın. Ona görə də, Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(075)-788/2021 nömrəli qətnaməsinin ləğv edilməsini iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(075)-788/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Şəki Regional “Asan” xidmət mərkəzinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(075)-788/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 21 avqust 1992-ci il tarixdə qeydə alınmış qeydə alma vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən 4 otaqlı yaşayış evi şəxsi mülkiyyət əsasında X12 adına qeydə alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 1988-ci il tarixli yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən yaşayış evi X12 adına qeydə alınmışdır. İşdə olan V-JQ 257639 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 13.06.1997-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində ölmüşdür. İşdə olan doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı atası X25, anası isə X8r. İşdə olan doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 atası X25, anası isə X8r. İşdə olan Şəki şəhər İHB-nın Baş Zəyzid kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 03.05.2018-ci il tarixli, 572 nömrəli arayışından görünür ki, X12 X16, X9, İddiaçı, X26, X20, X27, X21, X24, Cavabdeh1 adlı varisləri vardır. İşdə olan Baş Zəyzid Bələdiyyəsi tərəfindən verilmiş 02.02.2018-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, X12 istifadəsində olmuş 0,22 ha həyətyanı torpaq sahəsi hal-hazırda oğlu Cavabdeh1 istifadəsindədir. Həmin torpaq sahəsinə dair heç bir sənəd aşkar edilməmişdir. İşdə olan Şəki rayonu, Baş Zəyzid kənd sakinləri X2, X10, X1, X19 və X17 tərəfindən tərtib edilmiş 15.04.2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 həqiqətən atası mərhum X25 ilə birgə yaşamış, ona sağlığında qulluq etmiş, atasının hər bir köməyinə çatmış, atası yaşlanıb xəstə olduğu zaman ona dava-dərmanlarını vaxtı-vaxtında almışdır. Atası 12 iyun 1997-ci ildə rəhmətə gedərkən onun yas mərasimini öz şəxsi vəsaiti hesabına keçirmişdir. Atası rəhmətə getdikdən sonra atasının mülkündə yaşayan Lətif atasından qalan bağbağçaya qulluq etmiş, həyət-bacanı belləmiş, həyətdə olan kol-kosları, daşları təmizləyərək həyəti səliqəyə salmışdır. X3 və İddiaçı atalarını danışdırmadığına görə atasına nə baş çəkmişlər, nə xəstə olduğu zaman onun xəstəliyi ilə maraqlanmamışlar, nə də onun dava-dərmanının alınmasında köməklik etməmişlər. Atası öldükdən sonra yas mərasimində də iştirak etməmişlər. Qardaşı İlham atası son nəfəsdə olanda da ona xəbər etmişlər ki, “atan son nəfəsdədir, gəl atana baş çək”, o isə atasının son nəfəsində belə onu görməkdən imtina etmişdir. Digər qardaşı Maqsud Rusiya Federasiyasında olduğu üçün ona atalarının son nəfəsdə olduğunu xəbər etmişlər, ama o da atasını görməkdən imtina etmişdir. Ataları rəhmətə gedən günü də qardaşı İlhamı kənd ağsaqqalları töhmət edərək zorla yas mərasiminə gətirsələr də, ancaq digər qardaşı Maqsud isə ona dəfələrlə xəbər göndərilməyinə baxmayaraq yas mərasiminə gəlməmişdir. Bundan əlavə olaraq Lətif öz zəhməti və pulu hesabına atasının sağlığında həyətyanı torpağın kənarlarına daş hasar çəkdirmiş, atasının vəfatından sonra isə atasından qalma evi təmir etdirmişdir. İşdə olan 28 oktyabr 2016-cı il tarixli, 5431 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, "xxxx" İB, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Şəki rayonu, Baş Zəyzid kəndində yaşayan Cavabdeh1 məxsus mənzilində müvafiq alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İşdə olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* və ******* nömrəli aktlardan görünür ki, Cavabdeh1 yaşadığı Şəki rayonu, Baş Zəyzid kəndində yaşadığı fərdi yaşayış evində istismarda olmuş sayğaclar işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. İşdə olan 27 aprel 2006-cı, 30 aprel 2008-ci, 15.12.2016-cı, 31.12.2016-cı, 20.04.2017-ci və 21.05.2021-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh1 yuxarıda göstərilən tarixlərdə yaşadığı Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən miras əmlakı üzrə Baş Zəyzid Bələdiyyəsiə, ”Azəriqaz” ASC-nə, "xxxx" ASC Şəki EŞ-nə, Telekommunikasiya Qovşağına, "xxxx" Dövlət Müəssisəsinə müvafiq məbləğlərdə kommunal ödənişlər etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 307.2.9-cu maddələrinə və 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528 və 552-ci maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi İddiaçı atasından qalmış mirasın qəbulu faktının müəyyən edilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə həmin iddiaya baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1965-ci il redaksiyası) 528-ci maddəsinə əsasən vərəsəliyin açılması vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 21 avqust 1992-ci il tarixdə qeydə alınmış qeydə alma vəsiqəsinə əsasən Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən 4 otaqlı yaşayış evi şəxsi mülkiyyət əsasında X12 mülkiyyətindədir. Tərəflərin atası X25 13 iyun 1997-ci tarixdə vəfat etmişdir. Miras qoyanın ölümündən sonra, yəni miras açıldığı gündən İddiaçı vərəsə kimi mirası faktiki olaraq qəbul etməmiş, miras evdə yaşammış, miras əmlaka faktiki olaraq yiyələnməmiş, miras əmlaka sahiblik etməmiş, miras əmlakı idarə etməmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş, mirası qəbul etməmişdir. Belə ki, iddiaçı məhkəmə iclasında özünün də dediyi kimi 1952-ci il tarixdə anadan olmuş, 1974-cü ildə ailə quraraq mübahisəli əmlkada 1977-ci ildək yaşamış, miras əmlakla qonşuluqda ev tikdirmiş və həmin ildən etibarən ailəsi ilə birlikdə miras əmlakı tərk edərək qonşuluqda tikdirdiyi evə köçmüş və hal-hazıradək özünə məxsus evdə yaşayır. Ailə qurub ayrılsa da 2018-ci ilədək mütəmadi olaraq normal halda ata evinə gəlib getmişdir. Göründüyü kimi iddiaçı atası vəfat etdiyi 13.06.1997-ci ildən 20 il əvvəl hələ atasının sağlığında miras əmlakı tərk etməklə ayrıca təsərrüfat kimi ayrı evdə yaşamağa başlamışdır. Həmçinin iddiaçı miras qoyan vəfat edikdən sonra da miras əmlakda yaşamamış, həmin əmlakdakı təsərrüfatı idarə etməmişdir. Əksinə araşdırma zamanı aydın oldu ki, Cavabdeh1 bəzi istisnalarla döğulduğu andan miras əmlakda yaşamış və 1991-ci ildən indiyədək miras əmlakda yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmiş və hal-hazırda miras əmlak üzrə təsərrüfatı idarə edir. Mülki qanunvericiliyə əsasən qanun mirasın qəbulunun 2 formasını müəyyən etmişdir: 1) vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi; 2) vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi. Müəyyən olunur ki, iddiaçı 1-ci formadan istifadə etməmişdir, yəni notariat orqanına ərizə verməmişdir, bunu iddiaçının özü də etiraf edir. İddiaçı iddia edir ki, miras evdə doğulmuş, orada yaşamış, həmin evdə ailə qurmuşdur. Atası vəfat etdikdən sonra onun yas mərasimində iştirak etmişdir. Atasının vəfatından sonra və 20 il əvvəl miras evdə yaşamamış, sadəcə miras əmlaka gəlib getmiş, qeyd edilən miras əmlakda yaşamamış, faktiki olaraq miras əmlakı idarə etməmiş və hazırda da idarə etmir. İddiaçı bildirmişdir ki, atasının yas mərasimində iştirak etməklə mirası qəbul etmişdir. Belə olan halda iddiaçının mirası 2-ci formadan istifadə etməklə qəbul etdiyi müəyyən olunmur. Bu hal iddiaçının, cavabdehlərin izahatı ilə təsdiq olunur. İddiaçının miras evdə yaşamadığı təqdirdə miras evə sahiblik etməsi və ya idarə etməsinə yönələn hərəkətlər etməsi müəyyən olunmur. Mülki qanunvericiliyin hazırkı münasibətləri tənzimləyən normalarının məzmununa görə vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, qanunvericilik “şəksiz nümayiş etdirmə” ifadəsindən istifadə etmişdir. Bu isə o deməkdir ki, vərəsə əmlakı mülkiyyətinə qəbul etdiyini digər şəxslərə şəksiz nümayiş etdirməli, bunun üçün isə vərəsənin bir gün miras qoyanın yas mərasimində iştirak etməsi və ya həmin miras əmlaka qonaq kimi gəlib-getməsi kifayət deyildir. Vərəsə evə sahiblik etməli, evi idarə etməli, evə yiyələnməlidir. İddiaçının “miras evə sahiblik etmə”, “mirası idarə etmə”, “miras evə yiyələnmə” əlamətləri müəyyən olunmur. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mirasın qəbulu faktı öz təsdiqini tapmadı. İddiaçı tərəf mirası qəbul etməsini təsdiq edən hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Miras qoymuş şəxs X25 13.06.1997-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində ölmüşdür. Göründüyü kimi tərəflər arasındakı hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək olan dövrdə əmələ gəlmişdir. Ona görə də tərəflər arasındakı hüquq münasibətlərinə 2000-ci ilin sentyabr ayının 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Yuxarıda qeyd olunan maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı mərhum atası X11 miras qalmış Şəki rayonu, Baş Zəyzid kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan iddiaçı da göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(075)-788/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(075)-788/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-1577/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1577/2021
15.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver