Məhkəmə qərarları › İş №2-2(1-8)-273/2026

Ali Məhkəmə Qərar — İş №2-2(1-8)-273/2026

02.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-273/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə cavabdehlər cavabdeh1 və “cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs2 Açıq Səhmdar Cəmiyyəti, maraqlı şəxs1 və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta müqaviləsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun (məruzəsi ilə), Qarayev Sənan Məmməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı MMC-nin cavabdehlər cavabdeh1 və “xxxx” ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər maraqlı şəxs2 ASC, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi) qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il ## #### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC-yə məxsus iribuynuzlu (Aberden-Anqus) kənd təsərrüfatı heyvanları, kənd təsərrüfatı məqsədilə yetişdirilən iribuynuzlu heyvanların sığortası çərçivəsində, Zəngilan təsərrüfatı ərazisində cavabdeh1 adından “xxxx” ASC tərəfindən sığortalanmışdır. Belə ki, 2023-cü il ## ### tarixdən 2024-cü il ## ### tarixədək qüvvədə olan № HS-2023035147-PS sığorta şəhadətnaməsinə əsasən 35, 2023-cü il ## ### tarixdən 2024-cü il ## ### tarixədək qüvvədə olan № HS-2023025689-PS sığorta şəhadətnaməsinə əsasən 382, 2023-cü il ## ##### tarixdən 2024-cü il ## ##### tarixədək qüvvədə olan № HS-2023025621-PS sığorta şəhadətnaməsinə əsasən 119, 2023-cü il ## ### tarixdən 2024-cü il ## ### tarixədək qüvvədə olan № HS- 2023025520-PS sığorta şəhadətnaməsinə əsasən 352, 2023-cü il ## ### tarixdən 2024-cü il ## ### tarixədək qüvvədə olan № HS-2023025465-PS sığorta şəhadətnaməsinə əsasən 169, 2023-cü il ## ##### tarixdən 2024-cü il ## ##### tarixədək qüvvədə olan № HS-2023025365-PS sığorta şəhadətnaməsinə əsasən 100, 2023-cü il ## ##### tarixdən 2024-cü il ## ##### tarixədək qüvvədə olan № HS- 2023025352-PS sığorta şəhadətnaməsinə əsasən 291, 2023-cü il ## ##### tarixdən 2024-cü il ## ##### tarixədək qüvvədə olan № HS-2023025181-PS sığorta şəhadətnaməsinə əsasən 182, 2023-cü il ## ##### tarixdən 2024-cü il ## ##### tarixədək qüvvədə olan № HS-2023024473-PS sığorta şəhadətnaməsinə əsasən 250, 2023-cü il ## ### tarixdən 2024-cü il ## ### tarixədək qüvvədə olan № HS- 2023024469-PS Sığorta şəhadətnaməsinə əsasən 120, 2022-ci il ## ###### tarixdən 2023-cü il ## ###### tarixədək qüvvədə olan № HS-2022109484 PS Sığorta şəhadətnaməsinə əsasən 100, 2022-ci il ## ###### tarixdən 2023-cü il ## ###### tarixədək qüvvədə olan № HS-2022109188-PS Sığorta şəhadətnaməsinə əsasən 821, 2022-ci il ## ###### tarixdən 2023-cü il ## ###### tarixədək qüvvədə olan № HS- 2022109171-PS Sığorta şəhadətnaməsinə əsasən 628, 2022-ci il ## ###### tarixdən 2023-cü il ## ###### tarixədək qüvvədə olan № HS-2022109072-PS Sığorta şəhadətnaməsinə əsasən 651, 2022-ci il ## ###### tarixdən 2023-cü il ## ###### tarixədək qüvvədə olan № HS-2022109150-PS Sığorta şəhadətnaməsinə əsasən 606 Aberden-Anqus cinsli iribuynuzlu heyvan, Zəngilan təsərrüfatında, şəhadətnamələrdə razılaşdırılmış sığorta risklərindən sığortalanmışdır. Sığorta sənədlərinə əsasən sığortalı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş Qaydaların icrası ilə əlaqədar müəyyən olunmuş sığorta haqqını ödəməyi, sığortaçı isə qüvvədə olan qanunvericiliyə uyğun olaraq göstərilən sığorta hadisəsi baş verdikdə, sığortalının təqdim edəcəyi siyahıda göstərilən heyvanlara - sığorta predmetinə dəyən ziyan və zərərləri ödəməyi öhdələrinə götürmüşdür.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdehlər cavabdeh1 və “cavabdeh2 (bundan sonra – birlikdə “cavabdehlər”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və “xxxx” ASC-dən 197 baş iribuynuzlu (Aberden Anqus) kənd təsərrüfatı heyvanlarının tələf olması ilə bağlı hər baş heyvana görə 5.100 manat olmaqla, cəmi 1.004.700 manat sığorta ödənişinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, sığorta şəhadətnamələrinin qüvvədə olduğu dövr ərzində, iddiaçıya məxsus Zəngilan heyvandarlıq təsərrüfatında müxtəlif səbəblərdən (yemdən zəhərlənmə, enterotoksemiya, ilan sancması, vəhşi heyvan tərəfindən parçalanması və s.) tələf olmuş 46 baş sığortalı iribuynuzlu heyvan üçün edilmiş müraciətlər üzrə Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsinin və “xxxx” ASC-nin nümayəndələrinin iştirakı təmin edilməklə, sənədləşdirilərək sığorta ödənişləri verilmişdir. Lakin sığorta şəhadətnamələrinin qüvvədə olduğu 2023-cü il # ###### tarixindən 2024-cü il ## ##### tarixədək olan müddətdə, iddiaçıya məxsus Zəngilan heyvandarlıq təsərrüfatında müxtəlif səbəblərdən (yemdən zəhərlənmə, enterotoksemiya, ilan sancması, vəhşi heyvan tərəfindən parçalanması və s.) tələf olmuş 197 baş Sığortalı iribuynuzlu heyvan üçün edilmiş müraciətlər üzrə nə Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsinin, nə də “xxxx” ASC-nin nümayəndələrinin iştirakı təmin edilməmiş, onlar tərəfindən müvafiq sənədlər tərtib edilməmiş və nəticədə sığorta ödənişi verilməmişdir. Belə ki, müqavilə ilə sığortalanmış heyvanlardan 197 baş heyvanın birka nömrəsi, tələf olma tarixi qeyd olunmaqla saxlanıldığı Zəngilan rayonu, Zəngilan təsərrüfatı ərazisində tələf olması barədə iddiaçı tərəfindən “Aqrar Xidmətlər Agentliyinin” Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsinə, “xxxx” ASC-yə, “cavabdeh1”, əlaqə telefonu, whatsapp vasitəsi ilə, şifahi, eləcə də yazılı müraciətlər göndərilməklə eyni təcrübə ilə məlumatlar verilmişdir. Baş vermiş sığorta hadisəsi barədə məlumat verilməsinə baxmayaraq, nə Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsi tərəfindən hadisə yerinə heç bir əməkdaş göndərilməmiş, rəy verilməmiş nə də “xxxx” ASC-nin, cavabdeh1 nümayəndəsi sığorta hadisəsi yerinə gəlməmişdir. Bununla bağlı müraciətlərinə şifahi olaraq bildirilmişdir ki, Qarabağ ərazisində hərəkət etmək məhdudiyyəti olduğundan, gediş-gəliş icazəli olduğundan, teztez gəlmək imkanı olmamışdır. 197 baş heyvanın tələf olma sığorta hadisələri ilə əlaqədar müvafiq rəyin alınması ilə bağlı cavabdeh “xxxx” ASC tərəfindən də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsinə, Aqrar Xidmətlər Agentliyinə ayrı-ayrılıqda 197 sayda müraciətlər göndərilsə də nəticə alınmamışdır. Müraciətlərin mətninə görə, iddiaçı tərəfindən sığorta hadisələri ilə bağlı cavabdehə məlumat verilmişdir. Odur ki, qanunvericilikdə müəyyən olunan müddət gözlənilməklə müvafiq qaydada aktlar tərtib edilərək tələf olmuş heyvanların cəsədi basdırılaraq zərərsizləşdirilmişdir. Sığorta ödənişinin verilməsi üçün əsas baş vermiş hadisənin sığorta hadisəsi olması şərtidir. Baş vermiş hadisənin də, sığorta hadisəsi olub-olmasını müəyyən etmək üçün də, qanunvericiliyə əsasən sığortalı tərəfindən hadisə baş verdikdən mümkün olan ən qısa müddət ərzində sığortaçıya hər hansı formada məlumat verilməsidir. Baş vermiş sığorta hadisələri ilə bağlı, yəni müqavilə ilə Sığortalanmış heyvanlardan 197 baş heyvanın birka nömrəsi, tələf olma tarixi qeyd olunmaqla saxlanıldığı Zəngilan təsərrüfatı ərazisində tələf olması barədə sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi iddiaçı tərəfindən cavabdehlər “xxxx” ASC-yə, cavabdeh1 məlumatlar təqdim edilmişdir. Lakin, cavabdehlərin hadisənin sığorta hadisəsi olubolmadığını müəyyən etmək imkanlarının olduğuna baxmayaraq, iddiaçıya məxsus olan, birka nömrələri və tələfolma tarixləri iddia ərizəsində sıyahıda qeyd olunan 197 baş iribuynuzlu (AberdenAnqus) kənd təsərrüfatı heyvanlarının tələf olması ilə bağlı cavabdehlər tərəfindən Sığorta ödənişi verilməmişdir. Bununla bağlı cavabdehlərə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair pretenziyalar göndərilmiş, lakin sığorta ödənişinin verilməsi təmin edilməmişdir. Cavabdeh cavabdeh1 tərəfindən 2025-ci il # #### tarixli məktubla müraciətinə imtina cavabı verilmişdir. Həmçinin cavabdeh1 Apellyasiya Şurasına, Azərbaycan Respublikası Mərkəzi Bankına və cavabdeh1 şikayət ərizələrinin verilməsinə baxmayaraq mübahisə həll edilməmişdir. Sığorta şəhadətnamələrinə əsasən hər baş heyvana görə 5.100 manat, tələf olmuş 197 baş Sığortalı heyvana görə cəmi 1.004.700 manat sığorta ödənişi iddiaçıya ödənilməlidir.

4. Cavabdeh cavabdeh1 iddiaya etiraz etmiş və bildirmişdir ki, sığortalı 2022-ci il ## ###### - 2024-cü il ## ##### tarixləri aralığnda Fondun “1651” Çağrı Mərkəzinə müraciət edərək ona məxsus heyvanlara həmin tarix aralığında müxtəlif səbəblərdən dolayı zərər dəyməsi barədə məlumat vermiş və hadisənin araşdırılması üçün “xxxx” ASC tərəfindən müstəqil ekspert təhkim edilmişdir. Müstəqil ekspert qoşmada qeyd edilmiş heyvanların patoloji yarma prosesində iştirak etmiş, heyvanların fotoşəkillərini çəkmiş və ekspert rəyini tərtib etmişdir. Bundan sonra sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını əks etdirən və faktı təsdiq edən sənədin alınması üçün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Zəngilan Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə müxtəlif vaxtlarda sorğular göndərilmiş, lakin sorğulara cavab təqdim edilməmişdir. Həmçinin qoşmada qeyd edilən heyvanlar üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə 2024-cü il # ####### tarixli **-*-*/*- ****/**** nömrəli sorğu göndərilmiş və 2024-cü il ## ###### tarixli *-**-*-*/*-***/**** nömrəli cavab məktubuna əsasən iddiaçıya məxsus təsərrüfatda qoşmada qeyd edilən birka nömrəli heyvanların zərər hadisəsi ilə bağlı idarəyə heç bir məlumatın daxil olmadığı müəyyən edilmişdir. Həmçinin, idarəedici qurumdan Fonda 2025-ci il ## ###### tarixli **-*-*/*-***/**** nömrəli əsaslandırılmış təqdimat ünvanlanmışdır. Sığortalı iddiaçı ilə bağlanmış sığorta müqavilələri üzrə sığortalanmış heyvanlara zərər dəyməsi faktı müvafiq səlahiyyətli dövlət orqanı, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən təsdiq edilmədiyindən nəticədə Fond sığorta ödənişinin verilməsindən imtina barədə qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən iddia tələbinə mülahizə təqdim edərək göstərilmişdir ki, iddiaçıya məxsus təsərrüfatda 46 baş iribuynuzlu heyvanın tələf olması barədə Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinə daxil olmuş müraciət əsasında 46 baş heyvana idarənin mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş və nəticəsi müvafiq qaydada sənədləşdirilmişdir. Məlumat üçün qeyd etmişdir ki, iddiaçı tərəfindən Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə və Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Idarəsinə 46 baş heyvandan əlavə heyvan tələfatı barədə heç bir müraciət daxil olmamışdır.

6. Cavabdeh cavabdeh1 nümayəndəsi bildirmişdir ki, məhkəməyə maraqlı şəxs qismində cəlb olunmuş Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin məhkəməyə şifahi və yazılı formada təqdim etdiyi məlumatlara əsasən 197 heyvanın ölüm faktını təsdiq edən heç bir sənəd tərtib olunmayıb və iddia tələbinin mötəbər sübutlarla təsdiq olunmadığını hesab edirlər. Müstəqil Sığorta eksperti prosesdə iştirak etmişdir. Onlara məlumat daxil olduqdan sonra, xidməti müqavilə əsasında ekspertlər baxış keçirir və onlar rəyləri təqdim edirlər. 243 hadisə üzrə müstəqil sığorta eksperti işə cəlb edilmiş və rəy tərtib edilmişdir. 46 hadisə üzrə sorğu verilmiş və Sığorta ödənişləri həyata keçirilmişdir. Digər 197 hadisə üzrə sorğu verilsə belə cavab daxil olmuşdur ki, iddiaçı tərəfindən heyvanların tələf olmasına dair məlumat verilməmişdir. Bu halda ödəniş edilməmişdir. Hadisələrin baş verməsi zamanı nə fondun, nə də müştərək Sığorta şirkətinin nümayəndələri olmamışdır. Bunun səbəbi isə əlavə monitorinqin keçirilməsinə ehtiyacın olmamasıdır. Sığorta şəhadətnamələrinə əsasən hər baş heyvana görə 5.100 manat, tələf olmuş 197 baş sığortalı heyvana görə cəmi 1.004.700 manat sığorta ödənişi iddiaçıya ödənilməli olması iddia ərizəsində qeyd edilmişdir. Lakin bu yanlış addımdır. Ilkin olaraq iddiaçı tərəfindən sığorta ödənişi zamanı verilməli olan azadolma məbləği nəzərə alınmalıdır. AKIA-nın maliyyə ayırmasına dair isə müraciət edilməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbi düzgün qoyulmamışdır. Nümayəndələri 197 hadisə ilə bağlı prosesin hər birində iştirak etmişdir. Yoluxucu xəstəliklər, vəhşi heyvanların hücumu təminatın məzmununa uyğundur. 197 baş heyvan üzrə ekspert rəyi ilə təminatın düşüb-düşməməsinə, yəni sığorta hadisəsi olub-olmamasına dair cədvəli EMİS-ə əlavə edilmişdir. Ödəniş edildiyi halda onlar tərəfindən maraqlı şəxs1 sorğu verilir. 57 heyvan Sığorta təminatının dairəsinə düşdüyü üçün Sığorta ödənişi edilə bilər. Ekspert rəyi vasitəsi ilə risklər müəyyən edilir. Sığorta dairəsinə düşən heyvanlar tədqiq edilsəydi 3.060 manat müqavilə üzrə faydalanan şəxs Aqrar Kredit və Inkişaf Agentliyinə veriləcəkdi. Mübahisəyə dair müstəqil ekspertlər hadisə yerinə təhkim edilmişdir. Onlara təqdim edilmiş cavablarda, 46 heyvandan başqa digər 197 heyvanın ölüm faktı təsdiq edilmədiyi üçün Sığorta ödənişi edilməmişdir. Ölüm faktını təsdiq edən heç bir fakt qeyd edilməmişdir. Aqrar Xidmətlər Agentliyinə müraciət etmək Sığortalının vəzifəsidir. Onlar tərəfindən müraciətlər edilməmişdir. 197 baş heyvana dair fərqli vaxtlarda hamısına ekspert getmişdir. Ilk 10 heyvanda Aqrar Xidmətlər Agentliyinə müraciət edilməmişdir. Ödənişin verilməsi üçün ölüm faktını təsdiq edən sənəd olmalıdır. Onlar sənədin təqdim edilməsi üçün Aqrar Xidmətlər Agentliyinə müraciət ediblər. Yarım il müddətində onlara müraciətlər edilmişdir. Aprel ayından sonra ölüm faktını təsdiq edən sənədin təqdim edilməsi üçün AXA-ya sorğu verilmişdir. Ekspertlər gəldikdə bir neçə heyvana eyni anda baxmışdılar. Yarmalar protokollaşdırılmışdır. Tərəf gəldikdə digər qeydiyyatı aparılmayan heyvanlara dair növbəti dəfə hadisə yerinə gəldikdə sənəd verəcəyini bildirmişdir. Daha sonra protokollar və sənədlər olmadığı bildirilmişdir.

7. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) nümayəndəsi bildirmişdir ki, mütəxəssislərə müraciət edilən zaman hadisə yerinə getmişdirlər. Baytarlıq idarəsi 2023-cü ilin yarısına qədər Bakıda yerləşmiş, daha sonra Zəngilan rayonuna köçürülmüşdür. Yəni müraciət edilən zaman hadisə yerində yoxlanış keçirilmişdir. Yarma protokolu tərtib edilir, nümunələr götürülür və diaqnozun dəqiqləşməsi üçün göndərilir. İddiaçı sənədləri təqdim edərkən, yarma protokolunu da məhkəməyə təqdim etməli idi. Çox güman ki, şifahi qaydada müraciətlər edilmişdir ki, yarma protokolu hazırlanmamışdır. İddiaçı iddia elədiyi kimi əgər tərəf onlara müraciət edib, lakin yoxlanmaya gəlinməmişdirsə bu halda rəhbərliyə müraciət edə bilərdi. 46 baş heyvana dair ekspert gəlmişdirsə, digər heyvanlarla bağlı baş vermiş hadisə üzrə də gələ bilərdilər. Hadisə yerinə gediş-gəliş problemli məsələ deyildir. Yay vaxtı heyvanın cəsədinə 1 gün ərzində baxıla bilər. Qış vaxtı bu müddət 3 günə qədər uzana bilir. 2023-cü ilə qədər onların idarələri Bakıda yerləşmişdir. Daha sonra ərazidən köçürülmüş və Ağalı kəndində nümayəndələri fəaliyyət göstərmişdir. Həmin ərazidə hər zaman mütəxəssis olmuşdur. Zəngilan rayon baytarlıq idarəsi hər zaman hadisə yeri ərazisində olmuşdur. İdarə sonradan Bakıya qaytarılmamışdır. Əraziyə yaxın başqa baytarlıq idarələri də olmuşdur. Ölüm hadisələri idarə fəaliyyətini dayandırana qədər olmuşdur. Zəngilan baytarlıq idarəsi iddiaçının bütün profilakik işlərini aparmışdır. 46 baş heyvan 2023-cü ildən əvvəl tələf olmuşdur və Bakıdan gedib baxışlar keçirilmişdir. Tələf olmuş heyvan 1 gün ərzində yarılmalıdır. Hansı heyvanın ölümünə dair məlumat verilmişdirsə Zəngilan rayon baytarlıq idarəsinin mütəxəssisləri hadisə yerinə getmişdir. Müraciət edilsəydi, əməkdaşlar hadisə yerinə gedərdi. Əgər əməkdaşlar gəlmirsə, qaynar xəttə və ya onlara müraciət edilməli idi. Vətəndaşlar qaynar xəttə müraciət etdikdə mütəxəssislər göndərilir. Lakin onlara iddiaçının bildirdiyi hal, yəni müraciət edildiyi təqdirdə ekspertin cəlb edilməməsi məlum deyildir. Heyvan tələf olduqda bəzən mübahisəli məsələ olduqda sığorta şirkətləri müraciət edir. Lakin normal halda heyvan sahibi özü müraciət etməlidir. Baytar həkimi imzası ilə yarma protokolunu təsdiq edir. 46 baş heyvanın tələfatı barədə onların nümayəndələrinə məlumat verilmişdir. Onların idarəsinin mütəxəssisləri də həmin heyvanlarla bağlı sənədləşmə aparmışlar. Digər heyvanlarla bağlı isə məlumat verilməmişdir, əgər verilsəydi, həmin heyvanlarla bağlı da sənədləşmə aparılardı. Həmin təsərrüfatda Zəngilan rayonu Baytarlıq İdarəsi dövlət vəsaiti hesabına peyvəndləmə tədbiri aparmışdır. Peyvəndləmə tədbiri aparılanda heyvanlarla bağlı məlumat verilə bilərdi, lakin bu barədə müraciət daxil olmamışdır.

8. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il ## ####### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – K.Hüseynov).

9. Məhkəmə iddia tələbini əsassız hesab edərək ilk növbədə cavabdeh “xxxx” ASCyə münasibətdə qeyd etmişdir ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemi üzrə idarəedici şirkət – “cavabdeh2dir. “xxxx” ASC – cavabdeh1 adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən kommersiya hüquqi şəxsdir. ASC-nin əsas fəaliyyət növü cavabdeh1 adından aqrar sığorta sisteminin idarəedilməsidir və Cəmiyyət öz adından sığorta fəaliyyətini həyata keçirə bilməz. Həmçinin “Aqrar sığorta haqqında”xxxx“xxxx” ASC cavabdeh1 adından qanuna uyğun qaydada bağlanmış müqavilələr üzrə öhdəlik daşımır. Qanunvericiliyə əsasən hazırkı mübahisədə iddiaçı ilə bağanmış sığorta müqavilələrində cavabdeh “xxxx” ASC idarəedici şirkət olaraq digər cavabdeh cavabdeh1 adından müqavilə bağlasa da, o, həmin müqavilələr üzrə heç bir öhdəlik daşımır. Buna görə də “xxxx” ASC hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs olmadığından ona qarşı iddia təmin edilə bilməz.

10. Məhkəmə digər cavabdeh cavabdeh1 münasibətdə iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, cavabdeh cavabdeh1 qanunvericiliyinin tələblərinə və tərəflər arasındakı müqavilələrin şərtlərinə əsasən sığorta ödənişinin ödənilməsindən haqlı olaraq əsaslı şəkildə imtina etmişdir. Belə ki, mülki qanunvericilikdə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçı cavabdeh1, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə hər hansı vasitə ilə xəbər vermək sığortalı iddiaçının vəzifəsi kimi nəzərdə tutulmuşdur. Həmçinin bu vəzifənin yerinə yetirilməməsi cavabdeh1 sığorta ödənişindən imtina etməsi üçün əsas kimi nəzərdə tutulmuşdur. Yəni iddiaçı 46 baş heyvanda olduğu kimi 197 baş heyvanın da tələf olması barədə dərhal cavabdehlərə və AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə məlumat verməli idi. AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsi isə tələf olmuş heyvanlara baxaraq müvafiq protokol və akt tərtib edirməli, cavabdeh1 müraciəti əsasında təqdim etməli idi.

11. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 883.1, 885-1, 916.1-1, 922.1, 923.1, 924.2, 924.3, 933.1, 933.1.1, 933.1.2, 933.1.3, 935.1, 935.1.1 və 937.1-ci maddələrinə, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 5.1, 5.1.1, 5.1.2, 5.1.3, 5.1.4, 5.1.5, 5.1.6, 6.1, 6.5, 6.6, 8.1, 8.2, 8.3, 9.1, 9.3, 9.6, 12.1, 12.2, 16.1, 16.2, 16.3, 17.1, 17.2 və 17.4-cü maddələrinə, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 2.5, 14.3.2.6-4 və 16.6-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.1.1, 1.1.2, 1.2.1-ci bəndinin 1 və 2-ci yarımbəndləri, 1.3.1, 1.4.1, 1.5.1, 1.5.3, 1.6.1, 1.6.3, 1.6.6, 1.6.7-ci bəndinin 2-ci yarımbəndi, 1.8.1, 1.10.1, 1.10.2-ci bəndinin 1 və 2-ci yarımbəndləri, 1.10.3, 1.10.4, 1.10.5, 1.14.1-ci bəndinin 2, 3 və 7-ci yarımbəndləri, 1.14.2-ci bəndinin 3, 6 və 17-ci yarımbəndləri, 1.15.1-ci bəndinin 2, 4, 6, 8, 9 və 11-ci yarımbəndləri, 1.15.2-ci bəndinin 1 və 6-cı yarımbəndləri, 1.16.1-ci bəndinin 1, 3, 4, 5, 7 və 8-ci yarımbəndləri, 1.16.2-ci bəndinin 1, 2, 3, 6 və 8-ci yarımbəndləri, 1.18.1, 1.20.1-ci bəndinin 2-ci yarımbəndi, 1.20.8, 1.20.10, 1.21.1-ci bəndinin 1, 2 və 11-ci yarımbəndləri, 1.22.1-ci bəndinin 2-ci yarımbəndi, 1.24.1, 1.25.2, 3.1.1, 3.4.1 və 3.4.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-ci il ## #### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – T.Mahmudova, hakimlər – L.Əliyeva və Z.Şirinov).

14. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən hadisənin araşdırılması məqsədilə müstəqil ekspert cəlb edilmiş, ekspert hadisə yerinə baxış keçirmiş, heyvanların fotoşəkillərini çəkmiş və müvafiq ekspert rəyi tərtib etmişdir. Lakin sığorta hadisəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiqi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə dəfələrlə sorğular göndərilmiş, lakin həmin sorğulara əsasən müəyyən olunmuşdur ki, iddiaçıya məxsus təsərrüfatda tələf olduğu iddia edilən heyvanların böyük hissəsi ilə bağlı həmin orqana müvafiq qaydada müraciət daxil olmamışdır.

15. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin məktublarına görə, qeyd olunan təsərrüfat üzrə yalnız məhdud sayda heyvanlarla bağlı məlumat mövcuddur qalan heyvanların tələfatı barədə isə səlahiyyətli quruma heç bir rəsmi müraciət daxil olmamışdır. Halbuki qüvvədə olan aqrar sığorta qaydalarına görə sığorta hadisəsi baş verdikdə sığortalı şəxs dərhal səlahiyyətli dövlət baytarlıq xidmətlərinə məlumat verməli və hadisə onların iştirakı ilə rəsmiləşdirilməlidir.

16. İddiaçının nümayəndəsi izahatlarında 46 baş heyvanın ölümü ilə bağlı məlumat verdikləri qaydada 197 baş heyvanın ölümü ilə bağlı da Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinin əməkdaşlarına telefonla məlumat verdiklərini bildirsə də, bu faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə birinci instansiyası məhkəməsinin iddiaçının nümayəndəsinin təqdim etdiyi vatsap yazışmaları barədə gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sığorta ödənişinin həyata keçirilməsi üçün sığorta hadisəsinin baş verməsi faktı qanunvericiliyin tələb etdiyi qaydada sübuta yetirilməlidir. Bu isə yalnız müstəqil ekspert rəyi ilə deyil, həm də səlahiyyətli dövlət orqanlarının iştirakı ilə tərtib olunmuş rəsmi sənədlərlə təsdiq olunmalıdır.İddiaçı tərəfindən 197 baş heyvanın tələf olması faktını təsdiq edən və həmin hadisənin baş vermə vaxtını, yerini, səbəbini və digər mühüm halları əks etdirən səlahiyyətli dövlət orqanının müvafiq aktı məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də sığorta hadisəsinin baş verməsi qanunvericiliyin tələb etdiyi qaydada təsdiq edilmiş hesab edilə bilməz.

18. Bundan başqa, iş materiallarında olan müstəqil ekspert rəyinə görə, tələf olduğu iddia edilən 197 baş heyvandan yalnız bir hissəsinin ölümü sığorta hadisəsi kimi qiymətləndirilə biləcək hallarla bağlıdır. Lakin həmin rəy də səlahiyyətli dövlət orqanının rəsmi aktını əvəz edən sübut hesab edilə bilməz. Ona görə də, cavabdeh1 qanunvericiliyinin tələblərinə və tərəflər arasındakı müqavilələrin şərtlərinə əsasən sığorta ödənişinin ödənilməsindən haqlı olaraq əsaslı şəkildə imtina etmişdir.

19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 386.1, 390.1, 404.1, 404.2, 883.1, 885-1, 916.1-1, 922.1, 923.1, 924.2, 924.3, 933.1, 935.1.1 və 937.1-ci maddələrinə, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 5.1, 6.1, 6.5, 6.6, 12.2, 16.1, 16.2, 16.3 və 17.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.18.1 və 1.22.1-ci maddələrinə, MPM-in 14.2, 77.1 və 88ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. İddia tələbində, eləcə də məhkəmə iclasında dəfələrlə qeyd edilmişdir ki, ümumilikdə 243 baş sığortalı iribuynuzlu heyvanların tələf olması barədə həm cavabdehlərə həmdə AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə eyni qaydada məlumat verilmişdir. Cavabdehlərin nümayəndələri, o cümlədən müvafiq ekspertlərin və iddiaçının nümayəndələrinin iştirakı ilə hər bir hadisə sənədləşdirilmişdir (bu fakt cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş məlumatla təsdiq olunmuşdur). Sığorta hadisələrinin 46-sında Baytarlıq Xidmətləri idarəsinin nümayəndəsi iştirak etmiş, qalan 197 sığorta hadisəsinin müayinəsində isə iştirak etməmişdir. İştirak etməməsinin səbəbini guya iddiaçının sığorta hadisəsi ilə bağlı məlumat verməməsi ilə bağlı olduğunu məhkəməyə bildirmişdir. Məhkəmə də üçüncü şəxsin qeyd etdiklərini əsas götürmüşdür. Halbuki, bu faktın həqiqətə uyğun olmadığını sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə yazılı vəsatət verilmiş, baş vermiş sığorta hadisələri ilə bağlı eyni qaydada həm cavabdehə həm də AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə edilmiş müraciətlərin bir hissəsi təmin olunmasının, digər hissəsinin təmin olunmamasının idarə tərəfindən sənələşdirilmiş və sığorta ödənişi həyata keçirilmiş 46 baş sığortalı iribuynuzlu heyvan üçün idarəyə edilmiş müraciətlərin hansı qaydada edildiyi (telefonla-whatsapp vasitəsi ilə) barədə məhkəməyə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə isə əsassız olaraq vəsatəti təmin etməmişdir. Halbuki, belə vəziyyət Aqrar Xidmətlər Agentliyinin nümayəndələrinin işə laqeyd yanaşmasının nəticəsi və ya vəzifə səlahiyyətlərini müəyyən olunmuş qaydada icra etməməsi səbəbindən baş verdiyini düşünməyə əsas verir. Odur ki, iddiaçı tərəfin hər hansı bir təqsiri yoxdur, çünki iddiaçı üzərinə düşən vəzifəsini icra etmiş, lakin üçüncü şəxs Aqrar Xidmətlər Agentliyi isə vəzifələrini lazımı qaydada icra etməmişdir. Qeyd edilənlərlə bağlı iş materiallarına əlavə edilmiş məktuba görə, 197 sayda hər bir sığorta hadisəsinin baş verməsi barədə yazılı qaydada AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə iddiaçı tərəfindən rəsmi müraciətlər edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 197 sayda məktuba görə, cavabdeh sığortaçı da hər bir sığorta hadisəsinin baş verməsi barədə AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə rəsmi məlumat vermişdir. İddiaçı tərəfindən “cavabdeh1”nun Apellyasiya Şurasına, Azərbaycan Respublikası Mərkəzi Bankına və “cavabdeh1”na şikayət ərizələri ilə müraciət edilmişdir. Hətta “cavabdeh1”nun Apellyasiya Şurası tərəfindən iddiaçının şikayəti təmin olunmuş, sığorta ödənişinin verilməsindən imtina qərarı ləğv edilmişdir. Lakin sonradan iddiaçının şikayəti təmin olunmalı və sığorta ödənişinin verilməsi barədə qərar qəbul edilməli olduğu halda əksinə yalnız məktubla əsassız olaraq apellyasiya icraatına xitam verilmişdir. Sığorta ödənişinin verilməsi üçün əsas baş vermiş hadisənin sığorta hadisəsi olması şərtidir. Sığorta hadisəsinin baş verməsi isə iş üzrə tam təsdiq olunmuşdur. Lakin məhkəmə işə baxılan zaman mübahisəli hüquq münasibətinə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, habelə maddi və prosessual hüquq normalarına riayət etməmiş, iddia tələbi lazımi qaydada araşdırılmamışdır.

22. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi üzrə - iddiaçı sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət etmiş, və İdarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən sığorta hadisəsinin araşdırılmasını və zərərin qiymətləndirilməsini təmin etmişdir. Belə ki, 2025-ci il ## ######## tarixində cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənəddə birka nömrəsi, hadisəsi, sığorta ödənişi, hadisənin açıqlaması, ekspertin qeydi, risk növü (təminat daxil və təminat xaric), ödəniş məbləği, imtina məbləği qeyd olunmuşdur. Həmin sənəddə cavabdeh 57 baş sığortalı iribuynuzlu heyvanların tələf olmasının sığorta hadisəsi olduğunu və təminata daxil olduğunu, qalan 140 baş sığortalı iribuynuzlu heyvanların tələf olmasının sığorta hadisəsinin təminatına daxil olmadığı təsdiq edilmişdir. Həmçinin məhkəmə iclasında da cavabdehin nümayəndəsi baş vermiş 197 sığorta hadisəsi ilə bağlı iddiaçı tərəfindən müraciət edildiyi, nümayəndələrinin, ekspertlərin sığorta hadisəsi yerinə getdiyi və müayinələr aparılmaqala baş vermiş hadisələrin sənədləşdirildiyi təsdiq edilmişdir. Qeyd olunanları təsdiq edən sənəd məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə sənədə düzgün hüquqi qiymət verməmişdir.

23. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi üzrə - ilkin olaraq sığorta ödənişinin verilməsindən imtina barədə qərar qəbul edilmişdir. Bundan sonra həmin imtina qərarının qanunsuz və əsassız olduğu barədə verilən şikayət təmin edilmiş və imtina qərarı ləğv edilmişdir. Hazırda sığorta ödənişinin verilməsindən imtina barədə qərar mövcud deyil, məhkəmə isə bu faktı düzgün qiymətləndirməmişdir.

24. MM-in 922.1-cii maddəsi üzrə - iş materiallarına əlavə edilmiş məktuba görə, 197 sayda hər bir sığorta hadisəsinin baş verməsi barədə yazılı qaydada AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə iddiaçı tərəfindən rəsmi müraciətlər edilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 197 sayda məktubdan da aydın olmuşdur ki, cavabdeh sığortaçı da hər bir sığorta hadisəsinin baş verməsi barədə AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə rəsmi məlumat vermişdir. Bu faktlar isə iş üzrə tam təsdiq olunmuşdur.

25. MM-in 923-cü maddəsi üzrə - baş vermiş sığorta hadisələri ilə bağlı baytarlıq idarəsinin nümayəndəsinə məlumat verilməsi barədə whatsapp mesajları olan yazışmaların bir hissəsinin çıxarışı məhkəməyə təqdim edilmişdir. Bu fakt onu sübut etmişdir ki, iddiaçı tərəf eyni qaydada həm cavabdehə həm də baytarlıq idarəsinə məlumat vermiş, cavabdehin nümayəndəsi və ekspertlər iştirak etsədə baytarlığın nümayəndəsi bir hissədə iştirak etmiş digərlərində bizə məlum olmayan səbəbdən iştirak etməmişdir. Qeyd edilən faktı sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə yazılı vəsatət verilmiş, baş vermiş sığorta hadisələri ilə bağlı eyni qaydada həm cavabdehə həm də AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə edilmiş müraciətlərin müəyyən edilməsi xahiş edilmişdir. Vəsatətdə edilmiş müraciətlərin bir hissəsinin təmin olunmasının, digər hissəsinin təmin olunmamasının idarə tərəfindən sənələşdirilmiş və sığorta ödənişi həyata keçirilmiş 46 baş sığortalı iribuynuzlu heyvan üçün idarəyə edilmiş müraciətlərin hansı qaydada edildiyi (telefonlawhatsapp vasitəsi ilə) barədə məhkəməyə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə isə əsassız olaraq vəsatəti təmin etməmişdir. Halbuki, belə vəziyyət Aqrar Xidmətlər Agentliyinin nümayəndələrinin işə laqeyd yanaşmasının nəticəsi və ya vəzifə səlahiyyətlərini müəyyən olunmuş qaydada icra etməməsi səbəbindən baş verdiyini düşünməyə əsas vermişdir. İddiaçı tərəfin hər hansı bir təqsiri yoxdur, çünki iddiaçı üzərinə düşən vəzifəsini icra etmiş, lakin üçüncü şəxs Aqrar Xidmətlər Agentliyi isə vəzifələrini lazımı qaydada icra etməmişdir. Qeyd edilənlərlə bağlı iş materiallarına əlavə edilmiş məktuba görə, 197 sayda hər bir sığorta hadisəsinin baş verməsi barədə yazılı qaydada AXA Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə iddiaçı tərəfindən rəsmi müraciətlər edilmişdir. Məhkəmə qeyd olunanlara düzgün hüquqi qiymət verməmişdir.

26. MM-in 925-ci maddəsi üzrə - qanunla müəyyən olunmuş qaydada sığorta hadisəsi barədə sığortaçıya və müvafiq icra hakimiyyəti orqanına məlumat verilmiş, bundan sonra qanunvericilikdə müəyyən olunan müddət gözlənilməklə müvafiq qaydada aktlar tərtib edilərək tələf olmuş heyvanların cəsədi basdırılaraq zərərsizləşdirilmişdir.

27. MPM-nin 9-cu maddəsi üzrə - məhkəmə qeyd olunan normanın tələblərini pozaraq ədalət mühakiməsini çəkişmə prinsipini təmin etməmiş-baytarlıq idarəsinin iştirakı olmadan, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməmişdir.

28. MPM-nin 14.2-ci maddəsi üzrə - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş birka nömrəsi, hadisəsi, sığorta ödənişi, hadisənin açıqlaması, ekspertin qeydi, risk növü (təminat daxil və təminat xaric), ödəniş məbləği, imtina məbləği qeyd olunmuş, 57 baş sığortalı iribuynuzlu heyvanların tələf olmasının sığorta hadisəsi olduğunu və təminata daxil olduğunu, qalan 140 baş sığortalı iribuynuzlu heyvanların tələf olmasının sığorta hadisəsinin təminatına daxil olmadığı təsdiq edilmiş sənəd məhkəmə tərəfindən nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Kassasiya baxışının hədləri

30. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə tam yoxlanılacaqdır.

Tətbiq edilən hüquq

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.”

“Maddə 885-1. Aqrar sığorta sistemi Aqrar sığorta sistemi ilə əhatə olunan münasibətlər bu Məcəllə, “Sığorta fəaliyyəti haqqında” və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.”

“Maddə 916. Sığorta qaydalarının məzmunu 916.1. Sığorta qaydalarında aşağıdakılar müəyyən edilməlidir: 916.1-1. Bu Məcəllənin 916.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərdən əlavə olaraq aqrar sığortaya aid sığorta qaydalarında “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər məsələlər də müəyyən edilir.”

“Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.”

“Maddə 923. Sığorta hadisəsi barədə məlumatlandırma 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər.”

“Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.”

“Maddə 933. Sığorta ödənişinin verilməsinin əsasları 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.”

“Maddə 935. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olubolmamasını müəyyənləşdirmək imkanından məhrum olması;”

32. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 2. Aqrar sığorta haqqında qanunvericilik 2.1. Aqrar sığorta haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.”

“Maddə 5. Aqrar sığorta üzrə təminat verilən risklər 5.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və ya bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır: 5.1.1. təbii fəlakətlər; 5.1.2. yanğınlar; 5.1.3. bitki xəstəlikləri və zərərvericilər; 5.1.4. yoluxucu xəstəliklər və zəhərlənmələr; 5.1.5. vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu; 5.1.6. üçüncü şəxslərin hərəkətləri.”

“Maddə 6. Aqrar sığortanın tənzimlənməsi 6.1. Aqrar sığortanın tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sığorta qaydalarına əsasən həyata keçirilir. 6.5. Aqrar sığorta məhsulunun aqrar sığortalıya tətbiqi sığorta qaydalarına əməl etməklə onunla bağlanan aqrar sığorta müqaviləsi əsasında həyata keçirilir. 6.6. Aqrar sığorta müqaviləsi sığortalı və idarəedici qurum tərəfindən yazılı formada bağlanır. Aqrar sığorta müqaviləsi elektron sənəd formasında da bağlana bilər. Sığorta müqaviləsi üzrə aqrar sığortalı tərəfindən sığorta haqqının ödənilməsi aqrar sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılaşdığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir. Aqrar sığorta müqaviləsi aqrar sığorta informasiya sistemində qeydə alınır.”

“Maddə 8. Aqrar sığorta orqanı 8.1. Aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. 8.2. Aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. 8.3. Aqrar sığorta orqanı bu Qanun və nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin idarə edilməsini və aqrar sığorta informasiya sisteminin aparılmasını idarəedici qurum vasitəsilə həyata keçirir. İdarəedici qurumun hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə, həmçinin bu Qanunun 10.7-ci maddəsində nəzərdə tutulmuş məsələlərə baxılması üçün aqrar sığorta orqanı daxilində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən Apelyasiya Şurası yaradılır. 8.4. Aqrar sığorta orqanı öz mənfəətini aşağıdakı istiqamətlərə yönləndirir: 8.4.1. uzunmüddətli sığorta ehtiyatlarının formalaşdırılmasına; 8.4.2. nizamnamə kapitalının artırılmasına; 8.4.3. sığortalı tərəfindən ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə; 8.4.4. dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olan növbəti sığorta haqlarının bir hissəsinin ödənilməsinə. 8.5. Aqrar sığorta orqanının aktivləri və təkrarsığorta təminatı onun öhdəliklərinin yerinə yetirilməsi üçün kifayət etmədikdə əlavə maliyyə vəsaitinin cəlb edilməsi üçün aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.”

“Maddə 9. İdarəedici qurum 9.1. İdarəedici qurum Azərbaycan Respublikası ərazisində qeyrihəyat sığortası sahəsi üzrə fəaliyyətə lisenziyaya malik olan hüquqi şəxslər tərəfindən açıq səhmdar cəmiyyəti təşkilati hüquqi formasında bərabər səhmlərlə yaradılır və fəaliyyət göstərir. 9.6. İdarəedici qurum aqrar sığorta orqanı adından qanuna uyğun qaydada bağlanmış müqavilələr üzrə öhdəlik daşımır. 9.8. İdarəedici qurum aqrar sığorta orqanı tərəfindən verilmiş əmlakdan və daxil olan vəsaitlərdən yalnız aşağıdakı məqsədlər üçün istifadə edə bilər: 9.8.1. sığorta ödənişlərinin həyata keçirilməsi; 9.8.2. təkrarsığorta əməliyyatlarının aparılması; 9.8.3. vasitəçi aqrar sığortaçılara komisyon muzdlarının ödənilməsi; 9.8.4. inzibati xərclərin ödənilməsi; 9.8.5. investisiya əməliyyatlarının aparılması; 9.8.6. aqrar sığorta informasiya sisteminin formalaşdırılması və ona texniki xidmətin göstərilməsi. 9.9. İdarəedici qurumun fəaliyyətinin təmin edilməsi üçün aqrar sığorta orqanı tərəfindən ödənilən vəsait həmin dövr üzrə ödənilən sığorta haqlarının 15 faizindən çox olmamalıdır.”

“Maddə 12. Aqrar sığortalı 12.1. Aqrar sığortalı aqrar sığorta sistemi üzrə sığortalanmaq üçün vasitəçi aqrar sığortaçılar vasitəsilə aqrar sığorta informasiya sistemində qeydiyyatdan keçir və əmlak mənafelərinin bu Qanunla müəyyən edilən qaydada sığortalanması üçün idarəedici qurum ilə müqavilə bağlayır. 12.2. Aqrar sığortalının hüquq və vəzifələri aqrar sığorta müqaviləsində müəyyən olunur.”

“Maddə 16. Sığorta hadisəsinin araşdırılması 16.1. Aqrar sığortalı sığorta hadisəsinin baş verməsi ilə bağlı İdarəedici quruma müraciət edir və İdarəedici qurum bu Qanunun 10-cu maddəsinə əsasən müəyyən olunmuş müstəqil ekspert tərəfindən qiymətləndirilməsini təmin edir. 16.2. Sığorta hadisəsi araşdırılarkən aqrar sığortalıdan yalnız qanunda və sığorta qaydalarında nəzərdə tutulmuş sənədlər tələb edilir. 16.3. Müstəqil ekspertin təyin edilməsi, sığorta hadisəsi nəticəsində zərər dəymiş sığorta predmetinə baxışın keçirilməsi müddətləri sığorta qaydalarında və aqrar sığorta məhsulunun şərtlərində, habelə sığorta müqaviləsində müəyyən edilir.”

“Maddə 17. Aqrar sığorta ödənişi haqqında qərar 17.1. Sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir.”

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 1.18. Sığorta hadisəsi barədə məlumatlandırma 1.18.1. Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə sığortalı və ya faydalanan şəxs baş vermiş sığorta hadisəsi barədə hadisənin baş vermə tarixindən 10 gün, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların və akvakultura məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə isə 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan dövlət orqanlarına (qurumlarına) məlumat verməlidir.”

“1.21. Sığorta ödənişinin verilməsinin əsasları 1.21.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:

1. sığortalının və ya faydalanan şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi;

2. sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi;

8. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə sığortalanmış heyvan kəsimi məntəqəsində məcburi kəsildikdə bu barədə akt və heyvanın çəkisinə dair sənəd;

9. bu Qaydaların 3.1.2-ci yarımbəndinin 3-cü abzasında və 4.1.4-cü yarımbəndinin 8-ci abzasında göstərilmiş peyvəndləmələrin edildiyini təsdiq edən sənəd;

10. bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci və 3-cü abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq tədbirlərinin təşkili və həyata keçirilməsi Qaydaları” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması Qaydaları”nın tələblərinə riayət edilməsini təsdiq edən sənədlər;

11. bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2-ci, 3-cü, 3-1-ci və 6-cı abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;

12. kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə ölüm səbəbinin müəyyən edilməsi və ya müqavilə üzrə təminat verilmiş sığorta risklərinə münasibətdə əlavə araşdırılmanın aparılması müstəqil ekspert tərəfindən zəruri hesab edildiyi hallarda laboratoriyaya göndərilən nümunələrlə əlaqədar laboratoriya analizinin nəticələri; 1.21.2. Bu Qaydaların 1.21.1-ci yarımbəndinin 1-ci, 7-10-cu, 12-ci və 13-cü abzaslarında müəyyən edilmiş sənədlər sığortalı, 2-ci abzasında müəyyən edilmiş sənədlər isə müstəqil ekspert tərəfindən idarəedici quruma təqdim edilir. Digər sənədlərin toplanılması idarəedici qurum tərəfindən təmin edilir.”

“Maddə 1.22. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 1.22.1. Aşağıdakı hallarda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər:

2. bu Qaydaların 1.18.1-ci yarımbəndinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasına dair idarəedici qurumun əsaslandırılmış təqdimatı olduqda;”

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”

“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.”

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməlidir.

36. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

37. İddiaçı tərəfindən irəli sürülmüş 140 baş iribuynuzlu (Aberden Anqus) kənd təsərrüfatı heyvanlarının tələf olması ilə bağlı sığorta ödənişinin verilməsi barədə tələblərin rədd edilməsi hissəsinə aid iddiaçının kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.

38. Belə ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi hallar üzrə hüquqi dəyərləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi dəyərləndirmə ilə razılaşır və təkrarlanmasına zərurət görmür.

39. Həmin hissədə kassasiya şikayətinin dəlillərinin işdə olan sübutların və işin hallarının düzgün qiymətləndirilməməsi ilə əlaqələndirilməsi isə əsassızdır.

40. Belə ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

41. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və proseesual hüquq normalarının pozulmasına yol verməmişdir.

43. Bununla yanaşı, kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş 57 baş iribuynuzlu (Aberden Anqus) kənd təsərrüfatı heyvanlarının tələf olması ilə bağlı sığorta ödənişinin ödənilməsi barədə tələblərin rədd edilməsi hissəsinə aid iddiaçının kassasiya şikayətinin dəlilləri qismən əsaslı hesab edilməlidir.

44. Belə ki, aşağı instansiya məhkəmələri belə nəticəyə gəlmişlər ki, iddiaçı 197 baş heyvanın tələf olması barədə sığortaçıya məlumat versə də, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Zəngilan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat vermədiyindən həmin orqan tərəfindən ölüm səbəbləri rəsmiləşdirilməmiş, nəticədə sığorta hadisəsinin mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Ona görə də, sığorta ödənişinin verilməsindən imtina “Aqrar Sığorta Qaydaları”nın 1.22.1-ci yarımbəndinin tələblərinə uyğun olmuşdur.

45. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hissədə apellyasiya instansiya məhkəməsi düzgün hüquqi qiymətləndirmə aparmamış və maddi hüquq normalarını səhv təfsir etmişdir.

46. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar Sığorta Qaydaları”nın 1.18.1-ci yarımbəndinə əsasən kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların və akvakultura məhsullarının sığortası ilə bağlı bağlanılmış sığorta müqavilələri üzrə isə 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan dövlət orqanlarına (qurumlarına) məlumat verməlidir.

47. Qaydaların 1.21.11-ci yarımbəndinə əsasən bu Qaydaların 3.2.1-ci yarımbəndinin 1-ci, 2-ci, 3-cü, 3-1-ci və 6-cı abzaslarında nəzərdə tutulmuş risklərə münasibətdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənədlərin hər biri olduğu halda Fond sığorta ödənişini həyata keçirə bilər.

48. Həmçinin Qaydaların 1.22.1-ci yarımbəndinin 2-ci abzasına əsasən bu Qaydaların 1.18.1-ci yarımbəndinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olmasına dair idarəedici qurumun əsaslandırılmış təqdimatı olduqda Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər.

49. Buna oxşar qayda MM-də də nəzərdə tutulmuşdur. Belə ki, MM-in 923.1-ci maddəsinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

50. MM-in 935.1.1-ci maddəsində isə qeyd olunmuşdur ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması halında da imtina edir.

51. Qanunvericiliyin tələblərindən göründüyü kimi sığortaçı yalnız o halda məlumatın verilməməsi və ya tələb olunan sənədlərin tam təqdim edilməməsinə görə sığorta ödənişinin ödənilməsindən imtina edə bilər ki, sığorta olunanın həmin vəzifələrinin pozması nəticəsində sığortaçı hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək imkanından məhrum olmuş olsun.

52. Yəni qanun sığorta ödənişindən imtina üçün təkcə məlumatın verilməməsi və müəyyən sənədin mövcud olmamasını kifayət hesab etmir. Hüquqi nəticə yalnız məlumatın verilməməsi və sənədin olmaması ilə sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək imkanının obyektiv olaraq aradan qalxması arasında səbəbli əlaqə müəyyən edildiyi halda yaranır.

53. Əks yanaşma həm Aqrar Sığorta Qaydalarının 1.18.1 və 1.22.1-ci yarımbəndlərinin, həm də MM-in 935.1.1-ci maddəsinin məzmununun formal şərh edilməsinə gətirib çıxarar və qanunun məqsəd və məzmununa zidd olaraq sığortaçının faktiki araşdırma apardığı hallarda belə yalnız ayrı-ayrı sənədlərin mövcud olmamasına əsasən sığorta ödənişindən imtina edilməsinə şərait yaradardı. Halbuki həmin norma sığortaçının araşdırma imkanının obyektiv şəkildə aradan qalxmasını hüquqi nəticənin zəruri şərti kimi müəyyən etmişdir.

54. Hazırki işdə də cavabdeh cavabdeh1 özü təsdiq etmişdir ki, sığorta hadisələri barədə ona məlumat daxil olmuş, hadisə yerlərinə baxış keçirilmiş, müstəqil ekspert cəlb edilmiş, hər bir tələf olmuş heyvan üzrə müayinə aparılmış, yarma protokolları tərtib edilmiş və nəticədə 197 baş heyvandan 57 baş heyvanın ölümünün sığorta hadisəsi kimi qiymətləndirildiyi, 140 baş heyvan üzrə isə sığorta təminatının tətbiq edilmədiyi müəyyən edilmişdir.

55. Aşağı instansiya məhkəmələri isə sığortaçının hadisələri araşdırmaq, ölüm səbəblərini müəyyən etmək və onların sığorta təminatı çərçivəsinə düşüb-düşmədiyini qiymətləndirmək imkanına malik olub-olmaması üzrə hüquqi dəyərləndirmə aparmamışlar və yalnız baytarlıq xidməti tərəfindən müvafiq aktların tərtib edilməməsinə istinad edilməklə iddianın rədd olunması nəticəsinə gəlmişlər.

56. Bununla da apellyasiya instansiyası məhkəməsi işin hallarına tətbiq edilməli olan maddi hüquq normalarını düzgün təfsir etməmiş, həmin normaların tətbiqi zamanı hüquqi nəticəni yalnız formal meyarlarla müəyyənləşdirmişdir.

57. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, yəni iddiaçı tərəfindən irəli sürülmüş 57 baş iribuynuzlu (Aberden Anqus) kənd təsərrüfatı heyvanlarının tələf olması ilə bağlı sığorta ödənişinin ödənilməsi barədə tələblərin rədd edilməsinə aid hissədə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyinə görə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. İşə yenidən baxılarkən hazırkı qərarda əks olunan hüquqi mövqe nəzərə alınmaqla, habelə sığorta müqavilələrinin şərtləri, faydalanan şəxslər, sığorta təminatının həcmi və azadolma məbləği üzrə hüquqi dəyərləndirmə aparılmaqla qanuni, əsaslı və iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırılmış qətnamə qəbul edilməlidir.

58. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-ci il ## #### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi qismən, yəni iddiaçı tərəfindən irəli sürülmüş 57 baş iribuynuzlu (Aberden Anqus) kənd təsərrüfatı heyvanlarının tələf olması ilə bağlı sığorta ödənişinin ödənilməsi barədə tələblərin rədd edilməsinə aid hissədə ləğv edilsin və iş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar