Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-335/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qurbanov Raqib Əliddin oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobillərə vurulmuş zərərə görə ƏDV daxil 22.619,9 manat, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə ƏDV daxil cərimə 15.488 manat, avtomobilin illik limitdən artıq sürülməsinə görə 5.128,24 manat, toplam 43.236,14 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddia onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında bağlanılmış AV-
2. №li, 2021-ci il ## ###### tarixli uzun müddətli avtomobil icarə müqaviləsinə, 219/2021 həmin müqaviləyə edilmiş 2022-ci il # ###### tarixli AV-004/2022 №li, 2022-ci il ## ###### tarixli AV-042/2022 №li, 2022-ci il ## ##### tarixli AV-085/2022 №li və 2022-ci il ## #### tarixli AV-169/2022 №li əlavələrə əsasən illik sürülmə limiti 50.000 kilometr, aylıq icarə haqqı 1660 manat olmaqla iddiaçının mülkiyyətində olan 5 ədəd Mitsubishi L200 MID 4WD2021 markalı avtomobillər 24 ay müddətinə cavabdehə icarəyə verilmişdir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh qeyd edilən icarə müqaviləsinin şərtlərini pozaraq icarə predmeti olmuş 3 ədəd avtomobilin illik limitdən artıq sürülməsinə və həmin avtomobillərə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə borcunu tam olaraq ödəməmiş və müqavilədə göstərilən icarə müddətləri bitmədən avtomobilləri qaytarmışdır. Cavabdehin iddiaçıya 43.236,14 manat borcu vardır. Qeyd edilən uzun müddətli avtomobil icarə müqaviləsinin ikinci bəndinə və həmin müqaviləyə edilmiş Əlavələrə əsasən icarə predmeti olmuş avtomobillərin illik sürülmə limiti 50.000 km müəyyən edilmişdir. Icarəçi həmin limiti aşmış və qeyd edilən bəndə əsasən “Icarəçi” limitdən artıq hər km üçün əlavə olaraq 0,12 manat ödəməyi öhdəsinə götürmüşdür. Icarə müddətində “Icarəçi” tərəfindən icarə predmeti olmuş avtomobillər illik limitdən artıq sürülmüşdür.
3. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, iddiaçı avtomobilləri cavabdehə Bakı şəhərində təhvil vermiş, müvafiq təhvil-təslim aktları tərtib edilmiş, daha sonra avtomobillərin “xxxx” MMC-yə icarəyə verilməsi ilə bağlı sonuncu ilə müqavilə imzalanmış və həmin müqaviləyə əsasən avtomobillər cavabdehin əməkdaşları tərəfindən Qarabağ bölgəsində tikinti-quraşdırma işləri aparan digər bir şirkət olan “xxxx” MMC-yə təhvil verilmişdir. Iddiaçı “xxxx” MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, avtomobillərin cavabdeh tərəfindən “xxxx” MMC-yə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktlarını təqdim etməklə bağlı sübutetmə vəzifəsini icra edə bilmədiyindən iddia rədd edilmişdir. Bundan sonra, iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarına əsasən müəyyən edilmiş ** PZ ***, ** PN *** və ** PR *** dövlət nömrə nişanlı “Mitsubishi L200” markalı avtomobillərə vurulmuş zərərə görə, avtomobillərin icarə müddətindən əvvəl qaytarılmasına görə və avtomobillərin illik limitdən artıq sürülməsinə görə cavabdehə qarşı “uzunmüddətli avtomobil icarə müqaviləsi üzrə borcun tələbi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən iddiaçının istər “xxxx” MMC-yə, istərsə də cavabdehə qarşı iş materiallarına əlavə edilmiş təhvil-təslim aktlarında imza edən tərəflərin şəxsiyyəti ilə bağlı qeyri-dəqiq qeydlər edilmiş, həmin şəxslərlə bağlı məlumatlar aydın və dəqiq qeyd edilməmişdir. Hazırkı iddia ərizəsini verməkdə iddiaçının əsas məqsədi “xxxx” MMC-yə qarşı olan işlə bağlı Bakı Kommersiya Məhkəməsinin 2023-cü il # ### tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il # ###### tarixli qətnaməsini və Ali Məhkəmənin 2024-cü il ## ##### tarixli qərarını yox saymaqla, rədd edilmiş iddia tələbi ilə bağlı pulun böyük bir hissəsini cavabdehdən almaq olmuşdur.
4. Bakı Kommersiya Məhkəməsinin 2025-ci il # ###### tarixli e-*-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, avtomobillərə dəymiş zərərin əvəzi olaraq 17.300 manat, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə cərimə məbləği üzrə 800 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim – K.Hüseynov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında 2021-ci il ## ###### tarixli uzunmüddətli avtomobil icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 3-cü bəndinə əsasən mövcud razılaşmanın müddəti avtomobil təhvil verilmə günündən 24 ay müddətinə müəyyən edilir. Müqavilənin 5-ci bəndinə əsasən əgər icarəçi icarə müqaviləsini bu müqavilə imzalandıqdan sonra və ya icarə müddəti bitməmişdən əvvəl birtərəfli qaydada ləğv edərsə və ya razılaşmaya xitam verilmədən icarəyə götürülmüş avtomobillərin bir qismini müqavilə müddətinin bitməsindən əvvəl icarəyə verənə qaytararsa, icarəçi icarəyə verənə icarə müqaviləsinin qalan müddətinin ödənilməli olan icarə haqları məbləğinin 50% məbləğini cərimə olaraq ödəyir. Müqavilənin 6.4-cü bəndinə əsasən icarəçinin təqsirli əməli nəticəsində icarə predmeti olan avtomobilə zərər dəydikdə və/və ya sığortaçı tərəfindən avtomobilə vurulmuş zərər siğorta ödənişi ilə qarşılanmadıqda avtomobilə vurulmuş zərərə görə icarəçi icarəyəverən qarşısında tam olaraq öhdəlik daşıyır və bu cür zərərin qarşılığı icarəçi tərəfindən ödənilir.
6. Tərəflər uzunmüddətli icarə müqaviləsinə 2022-ci il # ###### tarixli, AV-***/**** saylı, 2022-ci il ## ###### tarixli, AV-***/**** saylı, 2022-ci il ## ##### tarixli AV-***/**** saylı və 2022-ci il ## #### tarixli AV-***/**** saylı razılaşmalar ilə icarəyə verilən avtomobilin modeli, icarə müddəti, illik km. Limiti, aylıq icarə haqqı barədə razılığa gəlmişlər.
7. Hazırda iddiaçı cavabdehdən icarəyə verilmiş 3 avtomobilin (Mitsubishi L200 MID 4WD2021 markalı ** PZ *** dövlət qeydiyyat nişanlı, ** PN *** dövlət qeydiyyat nişanlı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillər) vaxtından əvvəl qaytarılmasına görə cərimə borcunun, avtomobillərə dəymiş zərərin, avtomobilin illik limitdən artıq sürülməsinə görə cərimə borcun tutulmasını tələb edir.
8. **** nömrəli avtomobilin təhvil formasına əsasən ** PZ *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MID 4WD2021 markalı avtomobil 2022-ci il # ###### tarixində cavabdehə təhvil verilmiş və avtomobil 2023-cü il ## ######## tarixində geri qaytarılmışdır.
9. **** nömrəli avtomobilin təhvil formasına əsasən ** PN *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MID 4WD2021 markalı avtomobil 2022-ci il # #### tarixdə cavabdehə təhvil verilmiş və avtomobil 2023-cü il ## ######## tarixdə geri qaytarılmışdır.
10. **** nömrəli avtomobilin təhvil formasına əsasən ** PR *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MID 4WD2021 markalı avtomobil 2022-ci 22 aprel il tarixdə cavabdehə təhvil verilmiş və avtomobil 2023-cü il ## ######## tarixdə geri qaytarılmışdır.
11. Iddiaçı tərəfindən cavabdehə 2023.09.01 - 2023.09.30 dövrləri əhatə edən xidmətlərə görə ** PZ *** dövlət qeydiyyat nişanlı, ** PN *** dövlət qeydiyyat nişanlı, ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillərin kirayə haqqı ilə bağlı EBDO seriyalı ****** nömrəli 2023-cü il ## ######## tarixli sonuncu elektron qaimə göndərilmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçı ilə müqavilə bağlansa da, avtomobillərin faktiki olaraq “xxxx” MMC-nin istifadəsində olduğunu bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir.
13. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab etmişdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-**(***)-****/**** saylı 2023-cü il # ### tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2021-ci ilin dekabr ayından 2022-ci ilin aprel ayınadək olan dövr ərzində sürülməmiş 5 ədəd Mitsubishi L200 MID 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobilləri icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən hazırkı iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən cavabdehə Bakı şəhərində təhvil verilmiş və müvafiq təhvil-təslim aktları tərtib edilmişdir, daha sonra “xxxx” MMC ilə 2022-ci il # #### tarixdə icarə müqavilə imzalanmış, lakin 5 ədəd Mitsubishi L200 MID 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobillər Bakı şəhərində deyil, Qarabağ bölgəsində tikintiquraşdırma işləri aparan cavabdehin istifadəsində olduğuna görə həmin avtomobilləri idiaçının əməkdaşları “xxxx” MMC-yə faktiki təhvil verə bilməmiş və bununla bağlı müvafiq təhvil-təslim aktları tərtib edilmiş, iddiaçının izahatına əsasən 5 ədəd Mitsubishi L200 MID 4WD2021 markalı və 1 ədəd Renault Duster 1.5 M/T markalı avtomobilləri cavabdeh Qarabağ bölgəsində “xxxx” MMC-yə təhvil vermişdir. Bu isə o deməkdir ki, iddiaçı icarə haqqı borcu, yanacaq xərci, cərimə, vurulmuş zərərə görə, dövlət qeydiyyat nişanının itirilməsinə görə, avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına və avtomobilin illik limitdən artıq sürülməsinə görə pul tələb edirsə, sonuncu öncə avtomobillərin “xxxx” MMC-yə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları təqdim etməlidir. Belə ki, avtomobillər “xxxx” MMCyə təhvil verildiyi təqdirdə, avtomobillərin yürüşü, aksessuarlar və əlavə avadanlıqların mövcudluğu, həmçinin avtomobillərin zədələnməsi və nasazlıqları barədə məlumat olmadığına görə avtomobillərin hansı müddətlərdə “xxxx” MMC-də icarədə olmasını, bununla yanaşı məhz “xxxx” MMC tərəfindən avtomobillərin illik limitdən artıq sürüldüyünü, dövlət qeydiyyat nişanının itirildiyini və avtomobillərə zərər vurmasını müəyyən etmək mümkün deyil.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2023-cü il 2 my tarixli, e-*-*(***)****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 2024-cü il ## ##### tarixli *-*(***)-***/**** saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il # ###### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Göründüyü kimi, nəqliyyat vasitələri cavabdehin istifadəsində olmuşdur, bu halı həmçinin də, ona son olaraq göndərilmiş 2023-cü il ## ######## tarixli sonuncu elektron qaimədə də təsdiq edir.
16. Qeyd olunanları, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən avtomobillərin 2022-ci ildə cavabdehə 24 ay müddətinə icarəyə verilməsini, lakin avtomobillərin cavabdeh tərəfindən vaxtından əvvəl 2023-cü ilin sentyabr ayında geri qaytarılması nəzərə alınmaqla məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilənin 5-ci bəndinə əsasən (vaxtından əvvəl qaytardığı üçün) cərimə ödəmək öhdəliyi yaranmışdır. Həmçinin cavabdeh tərəfindən 800 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir.
17. Məhkəmə digər limitdən artıq sürmə ilə bağlı bağlı cərimə məbləğinin tutulması ilə bağlı qeyd etmişdir ki, iddia qeyd edilən hissədə təmin edilə bilməz. Belə ki, müqavilənin 5-ci bəndinə istinad edilərək cərimə məbləği tutulmuş və digər bəndi fərqli məzmunda olsa da, cərimə borcunun tutulmasına zərurət yoxdur.
18. Məhkəmə iddianın dəymiş zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddianın bu hissəsinə də etiraz edərək, zərərin cavabdehin yoxsa “xxxx” MMC-nin istifadəsində olduğu müddətdə dəydiyini müəyyən etməyin mümkün olmadığını bildirmişdir. Lakin yuxarıda da qeyd olunduğu kimi, avtomobillərin “xxxx” MMCyə icarəyə verilməsi (“xxxx” MMC tərəfindən avtomobillərdən istifadə edilməsi), iş materiallarında mövcud olan hər hansı bir sənədlə sübut olunmamış, cavabdeh etirazını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.
19. Beləliklə məhkəmə hesab etmişdir ki, sözügedən avtomobillər cavabdehin istifadəsində olmuşdur.
20. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddianın dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissəsi üçün müəyyən edilməli olan digər məqam, avtomobillərə dəymiş zərərin məbləğinin nə qədər təşkil etməsidir.
21. Məhkəmə tərəfindən “xxxx” MMC və “xxxx” MMC tərəfindən verilmiş qiymət cədvəllərində göstərilmiş 3 ədəd nəqliyyat vasitələrinin hər biri ayrıayrılıqda göstərilməklə təmiri üçün nə qədər vəsait tələb olunduğunun, 3 ədəd aktda qeyd edilmiş işlərdən hansı periodik təmirə aid olduğunun və dəyərinin nə qədər təşkil etdiyinin, 0 ədəd aktda qeyd edilmiş işlərdən hansı periodik təmirə aid olmadığının və dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 2025-ci il ## ######## tarixli rəyinə əsasən, ** PR *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MID 4WD2021 markalı avtomobilə dəymiş ziyan üçün çəkiləcək xərcin dəyəri 11.170 manat; ** PN *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MID 4WD2021 markalı avtomobilə dəymiş ziyan üçün çəkiləcək xərcin dəyəri 4.100 manat; ** PZ *** dövlət qeydiyyat nişanlı Mitsubishi L200 MID 4WD2021 markalı avtomobilə dəymiş ziyan üçün çəkiləcək xərcin dəyəri 2.030 manat məbləğində müəyyən edilmişdir.
22. Məhkəmə hesab etmişdir ki, avtomobillərə dəymiş zərərin əvəzi olaraq ümumilikdə 17.300 (11.170+4.100+2.030) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 21.1, 21.2, 467, 675, 700.1, 1096.1, 1096.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
24. Cavabdeh şikayəti verərək birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddia təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 2025-ci il # ###### tarixli qətnaməsinin “avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə cərimə məbləği üzrə 800 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində ləğv olunması, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə, yəni “avtomobillərə dəymiş zərərin əvəzi olaraq 17.300 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən-məruzəçi hakim E.Həsənov, hakimlər T.Qocayev və S.Cəfərov).
26. Məhkəmə kollegiyası avtomobillərə vurulmuş zərərə görə pulun tutulması tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, məhkəmə, həmin hissədə müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, tərəflər arasında 2021-ci il ## ###### tarixdə bağlanmış müqavilə əsasında sürülməmiş vəziyyətdə (yeni) olan “Mitsubishi L200 MID 4WD2021” markalı ** PN *** dövlət qeydiyyat nişanlı avtomobil (yürüş 31 km) 2022-ci il # #### tarixdə, “Mitsubishi L200 MID 4WD2021” markalı ** PR *** dövlət qeydiyyat nişanlı avtomobil (yürüş 55 km) 2022-ci il ## ##### tarixdə, “Mitsubishi L200 MID 4WD2021” markalı ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil (yürüş 75 km) 2022-ci il # ###### tarixdə cavabdehə təhvil verilmiş, avtomobillər müvafiq olaraq 2023-cü il ## ######## (108 531 km yürüşlə), 2023-cü il ## ######## (82 733 km yürüşlə) və 2023-cü il ## ######## (88 742 km yürüşlə) tarixlərdə geri qaytarılmışdır. Avtomobillər təhvil verilərkən onlarda qüsurların mövcudluğu və təmirlərinə zərurət yarandığı da işin müəyyən olunan halıdır və cavabdehin “avtomobillərə vurulmuş zərərə görə pulun tutulması” tələbi ilə bağlı yeganə etirazı həmin qüsurların avtomobillərin “xxxx” MMC-nin istifadəsində olduğu dövrdə yaranmış olması arqumentidir. Halbuki, qanuni qüvvəsini almış məhkəmə aktı ilə müəyyən olunmuşdur ki, avtomobillər “xxxx” MMC-yə təhvil verilməmişdir. Avtomobillərin məhz cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış olması da təsdiq edir ki, həmin müddət ərzində nəqliyyat vasitələri cavabdehin istifadəsində olmuşdur. Xüsusilə, qanuni qüvvəsini almış həmin qətnamədə məhkəmələr “avtomobillərin zədələnməsi, artıq sürülməsi, dövlət qeydiyyat nişanının itməsi və sair avtomobillərin cavabdehin istifadəsində olduğu dövrdə də baş verə bilərdi” qənaətinə gəlsələr də, qətnamənin aid olduğu işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş cavabdeh qətnamədən şikayət verməmişdir.
28. Məhkəmə kollegiyası, avtomobillərə dəymiş zərərin məbləği ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmışdır. Belə ki, zərər məbləğinin müyyən ediməsi zamanı avtomobillərin rəsmi servisi olan “xxxx” MMC və “xxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktları da nəzərə alınmışdır. Eyni zamanda, ziyan məbləğinin şişirdilmiş olmasını təsdiq edə biləcək heç bir mötəbər sübut apellyator tərəfindən təqdim edilməmişdir.
29. Bununla belə, məhkəmə kollegiyası məhkəmənin “avtomobillərin icarə müddətinin bitməsindən əvvəl qaytarılmasına görə cərimə məbləği üzrə 800 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” qənaəti ilə razılaşmamışdır.
30. Belə ki, həm hazırkı işin halları, həm də qanuni qüvvəsini almış məhkəmə aktları ilə iddiaçının sözügedən avtomobillərə dair “xxxx” MMC ilə 2022-ci 1 iyun tarixdə icarə müqaviləsi bağladığı və beləliklə cavabdeh ilə bağladığı müqaviləni ləğv etməsinə dair iradə ifadəsini bəyan etdiyi müəyyən olunur; bu isə o deməkdir ki, iddiaçının müqavilənin 5-ci bəndinə istinadla cavabdehdən cərimə ödənilməsini tələb etməsinin hüquqi əsası mövcud deyildir.
31. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 5.3, 13, 14.2.1, 21, 385.1, 386.1, 390.1, 404, 421.1, 421.2, 423.1, 423.2, 425, 442, 443.1, 448.1, 462.1, 462.2, 467, 689.1, 689.2, 690.1, 690.2, 700.1, 700.2, 700.3, 1096.1, 1097.1-ci, MPM-in 14.2, 77.1, 82.3, 88, 217.3, 385.1.1-385.1.4, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
32. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxararılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
33. MM-in 21.3-cü maddəsi üzrə - iddia ərizəsində konkret göstərilməsə də iş materiallarından müəyyən olunur ki, iddiada qeyd olunan avtomobillər iddiaçı ilə cavabdeh arasında olan 2021-ci il ## ###### tarixli uzunmüddətli avtomobil icarə müqaviləsinə əsasən 2022-ci il # ####, 2022-ci il ## #####, 2022-ci il # ###### tarixlərində cavabdehin istifadəsinə verilmiş **-PZ-***, **-PN-*** və **-PR-*** dövlət nömrə nişanlı Mitsubishi L200 markalı avtomobillərdir. Həmin avtomobillər 2021-ci il ## ###### tarixli uzunmüddətli avtomobil icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən təhvil-təslim aktları ilə yuxarıda qeyd olunan tarixlərdə cavabdehin istifadəsində verilsə də iddiaçı 2022-ci il # #### tarixində sözügedən avtomobillərə dair “xxxx” MMC ilə icarə müqaviləsi bağlamış və iddiaçının özünün nümayəndəsinin qeyd etdiyi kimi “avtomobillər cavabdehə Bakı şəhərində təhvil verilmiş və müvafiq təhvil-təslim aktları tərtib edilmişdir, daha sonra həmin avtomobillərin “xxxx” MMC icarəyə verilməsi ilə bağlı sonuncu ilə 2022ci il # #### tarixində müqavilə imzalanmış, lakin həmin avtomobillər Qarabağ bölgəsində tikinti-quraşdırma işləri aparan cavabdehin istifadəsində olduğuna görə avtomobillər iddiaçının əməkdaşları tərəfindən deyil, cavabdeh tərəfindən Qarabağ bölgəsində “xxxx” MMC-yə təhvil verilmişdir” (Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli 2023-cü il # ### tarixli qətnaməsinin 2-ci səhifəsinin 2-si abzası). Göründüyü kimi, başqa bir iddia ilə avtomobillərə vurulmuş zərərlə bağlı iddiaçı əvvəlcə “xxxx” MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, lakin həmin iddia tələbi rədd edilmişdir. Iddia tələbinin rədd edilməsinə dair məhkəmənin mövqeyi isə, avtomobillərin hansı müddətdə “xxxx” MMC-də icarədə olmasının müəyyən edilməsinin mümkün olmaması, avtomobillərin zədələnməsinin cavabdehin istifadəsində olduğu dövrdə də baş verə bilməsi imkanı olmuşdur. Göründüyü kimi, nə iddiaçı nə də məhkəmə avtomobillərin “xxxx” MMC-nin istifadəsində olmasını inkar etməmişdir. Ən əsası isə avtomobillər “xxxx” MMC-in istifadəsində olmasaydı iddiaçı birinci iddia tələbini “xxxx” MMC-yə qarşı qaldırmazdı. Bununla da iddiaçı 2022-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayına qədər olan müddət ərzində avtomobillərin “xxxx” MMC-nin istifadəsində olmasını bəyan etmiş olur. Bundan başqa avtomobillərin “xxxx” MMC-nin istifadəsində olmasını sübut edən iddiaçı tərəfindən “xxxx” MMC-yə təqdim edilən 2022-ci il ## ####### tarixli elektron qaimə (**PR*** d.q.n-lı avtomobilin DYP cəriməsi ilə bağlı), 2022-ci il # ####### tarixli hesab faktura (**PN*** və **PR*** d.q.n-lı avtomobillərin kirayə haqqı ilə bağlı), 2022-ci il # ###### tarixli hesab faktura (**PN*** və **PR*** d.q.n-lı avtomobillərin kirayə haqqı ilə bağlı), 2022-ci il ## ####### tarixli hesab faktura (**PR*** d.q.n-lı avtomobilin DYP cəriməsi ilə bağlı) müvafiq dövr ərzində avtomobillərin “xxxx” MMC-nin istifadəsində olmasını sübut edir. Digər qaimələrdə isə məsələn, iddiaçı tərəfindən “xxxx” MMC-yə təqdim edilən 2022-ci il ## #### tarixli EBBY ****** nömrəli, 2022-ci il # ###### tarixli EBCI ****** nömrəli, ##.##.2022-ci il # ######## tarixli EBCD ****** nömrəli, 2022-ci il # ###### tarixli EBCB ****** nömrəli, 2022-ci il # #### tarixli EBBZ ****** nömrəli qaimələrlə avtomobillərin kirayə haqqı “xxxx” MMC-yə aid edilmişdir. Hazırkı iş üzrə 3 ədəd təhviltəslim aktı, “xxxx” MMC-yə qarşı olan iddia ilə bağlı işdə isə iddiaçı tərəfindən iş materiallarına 7 ədəd təhvil-təslim aktı əlavə edilmişdir. ** PR *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olan **** nömrəli təhvil təslim aktında məqsədli şəkildə “xxxx” yazısı qələmin mürəkkəbi ilə qaralanmaqla silinmişdir. Lakin “xxxx” MMC-yə qarşı olan iddia ilə bağlı iş materiallarında isə həmin yazının olduğu görünür. Iddiaçının belə etməkdə məqsədi “xxxx” MMC-yə qarşı olan işlə bağlı Bakı Kommersiya Məhkəməsinin 2023-cü il # ### tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il # ###### tarixli qətnaməsini və Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2024-cü il ## ##### tarixli qərarını yox saymaqla, rədd edilmiş iddia tələbi ilə bağlı iddia etdiyi pulun böyük bir hissəsini cavabdehdən almaq niyyəti olmuşdur. Hazırkı iş üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçı ilə “xxxx” MMC arasında 2022-ci il # #### tarixli icarə müqaviləsi bağlandıqdan sonra işğaldan azad olunmuş ərazilərə həmin dövrdə giriş-çıxışda çətinliklər olduğu üçün və avtomobillər Qarabağ bölgəsində olduğu üçün bilavasitə özləri tərəfindən təhvil-təslim aktları tərtib edilməklə deyil, özlərinin tapşırığı əsasında cavabdeh tərəfindən “xxxx” MMC-yə təhvil verilməsini etiraf etmişdir. Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli 2023-cü il # ### tarixli qətnaməsinin 5-ci səhifəsinin 4-cü abzasında “avtomobillərin zədələnməsi cavabdehin istifadəsində olduğu dövrdə də baş verə bilərdi” qeyd olunur. Orada qeyd olunmur ki, məhz cavabdehin isifadəsində olduğu dövrdə baş vermişdir. Beləliklə, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin yəni iddiaçının davranışının zərərin yaranmasına hansı həcmdə şərait yaratması və işin faktiki halları nəzərə alınmamışdır.
34. MM-in 1114.2-ci maddəsi üzrə - sözügedən avtomobillərin 2022-ci ilin iyun ayında cavabdehdən “xxxx” MMC-yə təhvil verilməsi zamanı (iddiaçının özünün tapşırığı ilə təhvil verilmiş və hər hansı təhvil-təslim aktı tərtib etmək tapşırığı verilməmişdir, bu da onu göstərir ki, iddiaçı həmin vaxt avtomobillərdə hər hansı qüsurun olmadığından əmin idi) müvafiq təhvil-təslim aktlarının tərtib edilməməsi həmin avtomobillərə vurulmuş zərərin sonunculardan hansının istifadəsində olduğu dövr ərzində vurulmasını müəyyən etməyə imkan vermir. Hesab edilsə ki, avtomobillərə vurulmuş zərər həm cavabdehin istifadəsində olduğu müddətdə, həm də “xxxx” MMC-nin istifadəsində olduğu müddətdə vurulmuşdur, o zaman zərər hər iki şirkət arasında ədalətli şəkildə bölünməli idi. Avtomobillərə vurulmuş zərərin bütövlükdə cavabdehə aid edilməsi düzgün və ədalətli deyildir.
35. MPM-in 9-cu maddəsi üzrə - məhkəmə tərəfindən çəkişmə prisinpinə formal əməl olunmuş, araşdırma zamanı tərəflərin bərabərliyi təmin edilməmiş və bütün faktlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # #### tarixli *-*(**)-***/**** nömrəli qətnaməsinin 68-ci bəndində qeyd olunur ki, qanuni qüvvəsini almış məhkəmə aktı (Bakı Kommersiya Məhkəməsinin 2023-cü il # ### tarixli qətnaməsi) ilə müəyyən olunmuşdur ki, avtomobillər “xxxx” MMC-yə təhvil verilməmişdir. Qətnamənin 69-cu bəndində qeyd olunur ki, avtomobillərin məhz cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış olması da təsdiq edir ki, həmin müddət ərzində nəqliyyat vasitələri cavabdehin istifadəsində olmuşdur. Birincisi, qanuni qüvvəsini almış Bakı Kommersiya Məhkəməsinin 2023-cü il # ### tarixli qətnaməsi ilə avtomobillərin “xxxx” MMC-yə təhvil verilməməsi deyil, avtomobillərin “xxxx” MMC-yə təhvil verilməsi ilə bağlı təhvil-təslim aktları təqdim edilmədiyi üçün “xxxx” MMC-də icarədə olmasının müəyyən edilməsinin mümkün olmaması, avtomobillərin zədələnməsinin cavabdehin istifadəsində olduğu dövrdə də baş verə bilməsi imkanı müəyyən olunmuşdur. Yəni, məntiqi olaraq həmin qətnamə avtomobillərin “xxxx” MMCyə təhvil verilməsini inkar etmir, sadəcə olaraq təhvil-təslim aktı olmadığı üçün avtomobillərə ziyanın hansı dövrdə vurulmasını müəyyən etməyin mümkün olmamasını bildirir. Avtomobillərin “xxxx” MMC-nin istifadəsində olmasına dair tərəfindən çoxsaylı sübutlar məhkəməyə təqdim olunmuşdur.
36. MPM-in 77-ci maddəsi üzrə - qeyd olunan avtomobillərin 2022-ci ilin iyun ayından 2022-ci ilin dekabr ayına qədər “xxxx” MMC-nin istifadəsində olmasına dair çoxsaylı sübutlar məhkəməyə təqdim olunmuşdur. Lakin həmin hissədə məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş sübutları nəzərə almamışdır. Həmin sənədlərdən iddiaçı tərəfindən “xxxx” MMC-yə təqdim edilən 2022-ci il ## ####### tarixli elektron qaimə (**PR*** d.q.n-lı avtomobilin DYP cəriməsi ilə bağlı), 2022-ci il # ####### tarixli hesab faktura (**PN*** və **PR*** d.q.n-lı avtomobillərin kirayə haqqı ilə bağlı), 2022-ci il # ###### tarixli hesab faktura (**PN*** və **PR*** d.q.n-lı avtomobillərin kirayə haqqı ilə bağlı), 2022-ci il ## ####### tarixli hesab faktura (**PR*** d.q.n-lı avtomobilin DYP cəriməsi ilə bağlı) elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Həmin qaimə və hesab fakturalarda konkret olaraq sözügedən avtomobillərin markası və dövlət nömrə nişanları qeyd olunmuşdur. Bundan başqa Bakı Kommersiya Məhkəməsinin 2023-cü il # ### tarixli qətnaməsindən görünür ki, iddiaçı tərəfindən əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 2022-ci il # ###### tarixli EBCI seriyalı ****** nömrəli elektron qaiməyə əsasən, “xxxx” MMC-yə icarə müqaviləsi üzrə 2022-ci ilin noyabr ayı üçün ƏDV daxil 7.327,80 manat məbləğində icarə haqqı borcu hesablanmışdır; 2022-ci il ## ###### tarixli EBCG seriyalı ****** nömrəli elektron qaiməyə əsasən, “xxxx” MMC-yə icarə müqaviləsi üzrə 2022-ci ilin oktyabr ayı üçün ƏDV daxil 7.075,04 manat məbləğində icarə haqqı borcu hesablanmışdır; 2022-ci il ## ###### tarixli EBCJ seriyalı ****** nömrəli elektron qaiməyə əsasən, “xxxx” MMC-yə dövlət qeydiyyat nişanının itirilməsinə görə ƏDV daxil 708 manat məbləğində cərimə yazılmışdır; 2022-ci il ## ####### tarixli EBCH seriyalı ****** nömrəli elektron qaiməyə əsasən, “xxxx” MMCyə **PR*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq sərfiyyatına görə 48 manat məbləğində borc yazılmışdır; 2022-ci il 9 dekabr tarixli ****** nömrəli kassa mədaxil orderinə əsasən, “xxxx” MMC iddiaçıya icarə haqqı olaraq 12.963,53 manat məbləğində pul ödəmişdir; 2022-ci il ## ###### tarixli ****** nömrəli kassa mədaxil orderinə əsasən, “xxxx” MMC iddiaçıya icarə haqqı olaraq 5.000 manat məbləğində pul ödəmişdir; 2022-ci il # ###### tarixli ****** nömrəli kassa mədaxil orderinə əsasən, “xxxx” MMC iddiaçıya icarə haqqı olaraq 10.000 manat məbləğində pul ödəmişdir; 2022-ci il ## ###### tarixli çıxarışa əsasən, “xxxx” MMC iddiaçıya icarə haqqı olaraq 15.000 manat məbləğində pul ödəmişdir; 2022-ci il ## ###### tarixli ödəniş tapşırığına əsasən, “xxxx” MMC iddiaçıya icarə haqqı olaraq 2.700 manat məbləğində pul ödəmişdir. Göründüyü kimi qeyd olunan dövr ərzində iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş (əlavə edilməyən orderlərində olması istisna edilmir) kassa mədaxil orderlərindən görünür ki, “xxxx” MMC iddiaçıya təkcə icarə haqqı olaraq 2022-ci ilin avqust, noyabr və dekabr aylarında cəmi 47.650 manat icarə haqqı ödəmiş, bundan başqa 2022-ci ilni oktyabr və noyabr ayları üçün cəmi ƏDV daxil 14.402 manat məbləğində icarə haqqı borcu hesablanmışdır. Bütün bunlar bir daha sübut edir ki, müvafiq dövr ərzində hazırkı iş üzrə iddia predmeti olan **-PN-***, **-PR-*** və **-PZ-*** dövlət nömrə nişanlı Mitsubishi L200 markalı avtomobillər cavabdehin deyil, “xxxx” MMC-nin istifadəsində olmuşdur. Çünki hesablanmış məbləğlər göstərir ki, həqiqətən də 5 ədəd Mitsubishi L200 markalı ( bir ədəd avtomobil üçün aylıq icarə haqqı 1.660 manat) və 1 ədəd Renault Duster 1.5 M/T markalı (aylıq icarə haqqı 1.230 manat olmaqla) avtomobillərin bir ay üçün cəmi icarə haqqı 9530 manat edir. Göründüyü kimi, cavabdeh tərəf olaraq iddiaya etirazlarımızın əsası kimi istinad olunan hallara dair tərəfindən məhkəməyə sübutlar təqdim edilmişdir. Lakin buna baxmayaraq hazırda mübahisələndirilən Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il # #### tarixli qətnaməsində avtomobillərin “xxxx” MMC-yə təhvil verilməməsi, yalnız cavabdehin istifadəsində olmasının müəyyən olunması qeyd olunmuşdur. Qətnamənin 69-cu bəndində qeyd olunur ki, avtomobillərin məhz cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış olması da təsdiq edir ki, həmin müddət ərzində nəqliyyat vasitələri cavabdehin istifadəsində olmuşdur. Həmin hissədə məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş sübutları nəzərə almamışdır.
37. MPM-in 88-ci maddəsi üzrə - sözügedən avtomobillərin faktiki olaraq “xxxx” MMCyə təhvil verilməsi iş materialları, iddiaçının nümayəndəsinin izahatı ilə öz təsdiqini tapsa da məhkəmə təhvil-təslim aktları olmadığına və avtomobillərin məhz cavabdeh tərəfindən geri qaytarılmasını əsas gətirərək sözügedən avtomobillərin ümumiyyətlə “xxxx” MMCnin istifadəsində olmaması qənaətinə gəlmişdir. Göründüyü kimi istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiya məhkəməsi işin hallarını hərtərəfli və tam araşdırmamışdır, sübutlara obyektiv, qərəzsiz qiymət verməmişdir.
38. MPM-in 217.1-ci maddəsi üzrə - apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, qətnamənin əsaslandırma hissəsinin 70-ci bəndində “qanuni qüvvəsini almış həmin qətnamədə (Bakı Kommersiya Məhkəməsinin 2023-cü il # ### tarixli qətnaməsi) məhkəmələr “avtomobillərin zədələnməsi, artıq sürülməsi, dövlət qeydiyyat nişanının itməsi və s. avtomobillərin cavabdehin istifadəsində olduğu dövrdə də baş verə bilərdi” qənaətinə gəlsələr də, qətnamənin aid olduğu işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş cavabdeh qətnamədən şikayət verməmişdir” qeyd olunmuşdur. Həqiqətən cavabdeh həmin hissədən şikayət verməmişdir. Çünki həmin qətnamədə avtomobillərə zərərin yalnız cavabdehin istifadəsində olduğu dövrdə baş verə bilməsi imkanı deyil, həm “xxxx” MMC-nin dövründə həm də cavabdehin dövründə baş verə bilməsi imkanının olması qənaətinə gəlinmişdir. Sadəcə olaraq təhvil-təslim aktları olmadığı üçün həmin zərərin hansı şirkətin istifadəsi dövründə vurulmasını müəyyən etmək mümkün olunmamışdır. Qanuni qüvvəyə minmiş həmin qətnamədəki məhkəmənin mövqeyi hazırkı iddia üzrə də rəhbər tutulmalı idi. Əksinə hazırkı qətnamə ilə avtomobillərin ümumiyyətlə xxxx Inşaat MMC-in istifadəsində olmadığı qənaətinə gəlinmişdir.
39. MPM-in 217.3-cü maddəsi üzrə - istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Belə ki, avtomobillərin faktiki olaraq 2022-ci ilin iyun ayından dekabr ayına qədər “xxxx” MMC-nin istifadəsində olmasının iş materialları ilə sübut olunmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi yekunda avtomobillərin ümumiyyətlə “xxxx Inşaat” MMC-nin istifadəsində olmaması, qeyd olunan bütün müddət ərzində cavadehin istifadəsində olması qənaətinə gəlmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir. Etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.
Kassasiya baxışının hədləri
41. Kassasiya şikayətinin dəlillərini və iddiaçı tərəfindən kassasiya şikayətinin verilmədiyini nəzərə alınaraq kollegiya qeyd edir ki, hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı qismən, yəni iddianın qismən təmin edilmiş hissəsində və MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində ifadə olunmuş dəlillər üzrə yoxlanılacaqdır.
Tətbiq edilən hüquq
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.”
“Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.”
“Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”
“Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.”
“Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.”
“Maddə 700. Icarə müqaviləsi 700.1. Icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. Icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. Icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.”
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
46. Kassasiya şikayətində qeyd edilən maddi hüquq normalarının pozulması barədə dəlillər isə əsaslı hesab edilə bilməz.
47. Belə ki, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə tam cavab verir. Kollegiya həmin hüquqi qiymətləndirmə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
48. Əlavə olaraq kollegiya qeyd edir ki, kassasiya şikayətinin əsas dəlilləri avtomobillərin müəyyən dövrdə “xxxx” MMC-nin istifadəsində olması, həmin dövrdə avtomobillərə zərər vurulmasının mümkünlüyü, bu halları təsdiq edən sənədlərin məhkəmələr tərəfindən düzgün qiymətləndirilməməsi və nəticə etibarilə zərərin bütövlükdə cavabdehin üzərinə qoyulmasının düzgün olmaması ilə bağlıdır.
49. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər mahiyyət etibarilə iş üzrə mövcud sübutların məzmununa, onların bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməsinə və həmin sübutlardan çıxarılan faktiki nəticələrə yenidən qiymət verilməsini tələb edir. Belə ki, kassator avtomobillərin “xxxx” MMCnin istifadəsində olmasını təsdiq edən hesab-fakturalara, elektron qaimələrə, kassa mədaxil orderlərinə, əvvəlki məhkəmə işində verilmiş izahatlara və təhvil-təslim aktlarına istinad etməklə apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi faktiki halların fərqli qiymətləndirilməli olduğunu irəli sürür.
50. Halbuki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
51. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).
52. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
53. Apellyasiya instansiyası məhkəməsi də öz səlahiyyətləri daxilində sübutları və işin hallarını qiymətləndirmiş və müəyyən etdiyi hallara əsasən kassasiya şikayətində qeyd edilən maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmişdir.
54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
55. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il # #### tarixli *- *(*-*)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.