Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4254/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq icarəsi müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdehin icarə predmeti olan qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılması, qeyri-yaşayış binasının və torpaq sahəsinin təhvil verilməsi və kompensasiya ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından cavabdehin nümayəndəsi-vəkili X4 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, cavabdehin icarə predmeti olan qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılması, qeyri-yaşayış binasının və torpaq sahəsinin təhvil verilməsi və kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)- ****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh iddiaçı İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsi ##.##.2026-cı il tarixdə məhkəmənin icraatına daxil olmuş, iddia ərizəsi cavabdehin ünvanına poçt vasitəsilə göndərilmişdir. Həmçinin həmin tarixdən hazırkı vaxtadək keçirilən məhkəmə iclaslarında dəfələrlə iştirak edən cavabdeh Cavabdeh iddia ərizəsindən məlumatlı olmuş və qarşılıqlı iddia ərizəsinin verilməsi ilə bağlı kifayət qədər vaxtı olmuşdur. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, cavabdeh MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra - ##.##.2026-cı il tarixdə ilk iddia ilə birlikdə baxılmaq üçün qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh qarşılıqlı iddianın qanunvericilikdə müəyyən edilmiş müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını və qarşılıqlı iddianın verilməsi üçün əsasların həmin dövrdə əmələ gəldiyini əsaslandırmamışdır Həmin qərardaddan cavabdehin nümayəndəsi-vəkili X4 şikayət verərək ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Konstitusiyası ilə vətəndaşın qorunan hüququnun, ədalətli araşdırma aparmaq prinsipinin pozulması və vətəndaşın haqlı hüququnun qəbul edilməməsidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq plenum qərarlarına zidd olaraq, şikayət vermə müddətinin həqiqətən üzrlü, yəni bilməməzlikdən buraxıldığını, qarşılıqlı iddianın işin obyektiv və zəruri araşdırılması baxımından qəbul edilməli olduğuna əhəmiyyət verməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ## ###### 2026cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qarşılıqlı iddia icraata qəbul edilir. Bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir. Bu mənada qarşılıqlı iddia institutu minimal vasitə sərf etməklə məhkəmə prosesində yüksək nəticələrin əldə edilməsində mühüm vasitəçilik rolu oynayır (Konstitusiya Məhkəməsi Plenumunun M.Xocalıyevin şikayəti üzrə 2014-cü il # #### tarixli Qərarı). Mülki Prosessual Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, qarşılıqlı iddia tələblərinin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə, habelə işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə sıx bağlı olduğundan, qanunvericilikdə onun ilkin iddiaya baxan məhkəməyə verilməsi və ona bu məhkəmədə və həmin iddia ilə birlikdə baxılması nəzərdə tutulmuşdur. Belə ki, qarşılıqlı iddia cavabdehin ilkin iddiaçıya qarşı müstəqil tələb irəli sürməklə ilkin iddiadan müdafiə olunmasına xidmət edən prosessual vasitədir və bu iddialar arasındakı qarşılıqlı əlaqə onların birlikdə araşdırılmasını və qiymətləndirilməsini şərtləndirir. Çünki ilkin və qarşılıqlı iddialara birgə baxılması tərəflər arasındakı mübahisənin daha qısa müddətdə həllinə və ziddiyyətli məhkəmə aktlarının qəbul edilməsinin qarşısının alınmasına xidmət edir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 155.1-ci maddəsinə əsasən, cavabdeh, ilkin iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı həmin Məcəllənin 154.1ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qarşılıqlı iddia verməyə haqlıdır. Məcəllənin 155.2-ci maddəsinə görə, bu müddət keçdikdən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia yalnız onun verilməsi üçün əsaslar həmin dövrdə yarandıqda, yaxud cavabdeh qarşılıqlı iddianın müəyyən edilmiş müddətdə təqdim edilməsinin özündən asılı olmayan səbəblərdən mümkün olmadığını əsaslandırdıqda verilə bilər. Bununla belə, Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdikdən sonra həmin Məcəllənin 156.1.3-cü maddəsində göstərilən əsasla qarşılıqlı iddianın verilməsinə yol verilmir. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında # #### 2026-cı il tarixində daxil olmuş *(*-***)-****/**** saylı mülki iş barədə # ##### 2026-cı il tarixindən məlumatlı olmuşdur. Buna baxmayaraq, qarşılıqlı iddia ərizəsini yalnız ## ###### 2026-cı il tarixində keçirilmiş beşinci məhkəmə hazırlıq iclasında təqdim etmişdir. Beləliklə də, hazırki mülki işin materiallarından müəyyən olunur ki, qarşılıqlı iddia tələblərinin məzmununa, mübahisəli hüquq münasibətinin xarakterinə və işdə iştirak edən şəxslərin dairəsinə görə ilkin iddia ilə əlaqəli olsa da, cavabdeh onu Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində təqdim etməmişdir. Həmçinin cavabdeh qarşılıqlı iddianın həmin müddət keçdikdən sonra verilməsinə imkan verən, Məcəllənin 155.2-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğunu əsaslandırmamışdır. Göründüyü kimi, cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək imkanına malik olsa da, bu prosessual hüququndan vaxtında istifadə etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə razılaşaraq qeyd edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin sözügedən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Cavabdehin nümayəndəsi-vəkili X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı # ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(3-6)-4254/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4254/2026
15.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver