Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(1-8)-532/2026 11.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi XXX maraqlı şəxs YYY qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında (sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ərizəçi XXX maraqlı şəxs YYY qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsindən maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları
1. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqələri ilə təsdiq edilir ki, həmin vergi ödəyicisinin borcu mövcuddur.
2. “Elektron məhkəmə” informasiya sisteminin vergi ödəyiciləri məlumatlarından məlum olur ki, "xxxx" MMC-nin (VÖEN: **********) rəhbəri Maraqlı şəxsdur.
3. XXX vergi borcunun ödənilməsinə dair 2025-ci il ## ###### tarixli **************** nömrəli bildiriş müraciət edərək vergi borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.
4. Müxtəlif tarixli X1 keçirilməsi haqqında qəbul edilmiş qərarlardan görünür ki, sənədlər və nümunə kimi əşyalar götürülmüş, səyyar vergi yoxlamaları keçirilmişdir.
5. Müxtəlif tarixli X1 keçirilməsi müddətinin artırılması, dayandırılması, bərpa edilməsi haqqında qəbul edilmiş qərarlardan görünür ki, X1 müddəti 30 iş günü uzadılmış, müəyyən müddətə kimi dayandırılmış daha sonra da dayandırılmış vergi yoxlaması müddəti bərpa edilmişdir.
6. "xxxx" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin 2026-cı il ## ##### tarixinə dövlət büdcəsinə olan borcu 140.351,79 manat təşkil edir.
7. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsi tərəfindən 2026-cı il # ###### tarixində "xxxx" MMC-nin “xxxx” ASC-dəki hesabına 22.406,02 manat vəsaitin dondurulması haqqında sərəncam (dondurulmalı sərəncam) tətbiq edilmişdir.
8. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2025-ci il ## ###### tarixli ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərarına əsasən maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi qərara alınmışdır (məhdudlaşmaya səbəb olan borc məbləği azaldığı üçün).
9. Internet Vergi Idarəsindən əldə edilmiş vergi borcu barədə məlumata əsasən "xxxx" MMC-nin 2026-cı il ## ### tarixinə vergi borcu 153.259,54 manat təşkil edir.
Iş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ərizəçi (bundan sonra – “ərizəçi”) 2026-cı il ## ###### tarixində ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 103.298,25 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan, Maraqlı şəxs barəsində (Şəxsiyyəti təsdiq edən sənədin FIN nömrəsi *******, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Ərizə onunla əsaslandırılmışdır ki, 2026-cı il # ###### tarixinə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 103.298,25 manat məbləğində (o cümlədən, vergilər üzrə 48.901,56 manat, faizlər üzrə 53.716,69 manat, maliyyə sanksiyası üzrə 680 manat) olmaqla, ümumilikdə 103.298,25 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 2025-ci il ## ###### tarixli **************** nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il # #### tarixli e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə ərizənin təmin olunması qət edilmişdir (hakim – K.Hüseynov).
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) 2026-cı il # ###### tarixinə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə ərizəçi tərəfindən vergi ödəyicilərinə borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra ərizəçi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, "xxxx" MMC-nin borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1, 77.1, 77.3, 78.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-7.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
16. Maraqlı şəxs apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli *-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – L.Əliyeva, hakimlər – T.Mahmudova və Z.Şirinov).
18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC vergi öhdəliklərini vaxtında icra etməmiş, nəticədə MMC-nin dövlət büdcəsinə 2026-cı il # ###### tarixinə 103.298,25 manat məbləğində borcu yaranmışdır. Vergi ödəyicisinə vergi borcunun mövcudluğu və həmin borcu ödəməməyə görə məsuliyyət tədbirləri barədə məlumat verilməsinə baxmayaraq, sonuncu tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Hazırda vergi orqanı tərəfindən vergi öhdəliklərinin icra edilməsinin təmin edilməsi məqsədilə vergi ödəyicisi hüquqi şəxsin icra orqanının rəhbəri olan maraqlı şəxs Maraqlı şəxs ölkədən getmək hüququnun məhdudlaşdırılması tələb edilmişdir.
19. Maraqlı şəxs Maraqlı şəxs vergi ödəyicisi olan hüquqi şəxsdə səyyar vergi yoxlaması dəfələrə dayandırılaraq yoxlamanın müddətinin uzadıldığını, həmçinin ona məxsus bank hesablarının üzərinə sərəncam qoyulduğunu, belə olan halda hazırkı tələbin təmin edilməsinin mütənasiblik prinsipinə pozduğunu əsas göstərərək ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizənin rədd olunmasını tələb etmişdir.
20. Hazırkı işlə bağlı kollegiya qeyd etmişdir ki, ərizədə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əsas kimi istinad edilən vergi borcunun məbləği kifayət qədər böyükdür. Həmçinin, işə məhkəmədə baxıldığı müddət ərzində vergi ödəyicisi tərəfindən borcun yalnız cüzi bir hissəsi (7.696 manat) ödənilmişdir. Bundan əlavə vergi borcu barədə məlumatlardan çıxarışa əsasən müəyyən olunmuşdur ki, işə məhkəmədə baxıldığı müddət ərzində vergi ödəyicisi olan “xxxx” MMC-nin vergi borcu məbləği artmaqla 2026-cı il ## ### tarixinə 153.259,54 manat təşkil etmişdir. Göstərilən hallar isə məcmu şəkildə maraqlı şəxs tərəfindən vergi borcunun ödənilməsindən yayınma ehtimalının mövcudluğuna dəlalət edir.
21. Vergi ödəyicisinin X1 davam etməsi və göstərilən halın vergi borcunun məbləğinin mübahisəli olmasına dəlalət etməsi barədə irəli sürülən dəlillərə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birincisi, vergi orqanının məhkəmənin sorğusuna cavab məktubundan göründüyü kimi mübahisəli səyyar vergi yoxlaması artıq yekunlaşmışdır. Ikincisi, işə əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən edilir ki, mübahisəli səyyar vergi yoxlaması plan üzrə (növbəti) yoxlama olduğundan, yəni vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyicilərinin tələbi ilə keçirilən növbədənkənar səyyar vergi yoxlaması olmadığından həmin yoxlamanın keçirilməsi faktı özü-özlüyündə vergi orqanı tərəfindən hesablanmış borc məbləğlərinin mübahisəli olmasına dəlalət etmir.
22. Digər tərəfdən vergi borcu məbləği azaldıldığından Bakı Kommersiya Məhkəməsinin 2024-cü il ## ####### tarixli qətnaməsi ilə maraqlı şəxsin üzərinə qoyulmuş məhdudlaşmanın vergi orqanı tərəfindən götürülməsi, bundan qısa müddət sonra yenidən ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etməsi ilə bağlı maraqlı şəxsin mülahizələrinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, vergi hesab vərəqəsindən göründüyü kimi 2024-cü il ## ####### tarixindən sonra da vergi ödəyicisinə dəfələrlə müxtəlif məbləğlərlə vergi borcları hesablanmışdır. Bununla bağlı qeyd edilməlidir ki, əvvəlki məhdudlaşdırma üçün əsas olmuş borcun azalması ilə bağlı məhdudlaşdırmanın götürülməsi faktı vergi orqanını yeni borcların hesablanması və vergi borcu məbləğinin artması nəzərə alınmaqla maraqlı ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə məhkəməyə yenidən müraciət etmək hüququnu məhdudlaşdırmır.
23. Iş üçün əhəmiyyət kəsb edən yuxarıda göstərilən halları, o cümlədən vergi ödəyicisinin mülkiyyətində daşınmaz əmlak və ya reyestrə qeydiyyata alınmış daşınar əmlakın olmadığını nəzərə alan məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, hazırkı halda vergi borcunun ödənilməsini təmin etmək məqsədilə vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdılması mütənasiblik prinsipinin tələblərinə cavab verir.
24. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 71cü maddəsinin II hissəsinə, 73-cü maddəsinin İ hissəsinə, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15- 3, 24.0.2-1-ci, Mülki Prosessual Məcəllənin 119.1, 119.5, 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
25. Maraqlı şəxs kassasiya şikayəti verərək həmin qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
26. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi üzrə - Maraqlı şəxsin ölkədən getmək hüququna qoyulan məhdudiyyət qanuna uyğun, zəruri və güdülən məqsədə mütənasib olmamışdır. Vergi Məcəlləsində ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas verən müddət konkret müəyyən edilmədiyindən, vergi ödəyicisi nə vaxt və hansı hallarda bu məhdudiyyətlə üzləşəcəyini əvvəlcədən proqnozlaşdıra bilməmişdir.
27. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II hissəsi üzrə - Maraqlı şəxsin ölkədən getmək hüququna qoyulan məhdudiyyət güdülən məqsədə mütənasib olmamışdır. Vergi öhdəliyinin icrasının təmin edilməsi üçün artıq bank hesablarına sərəncam qoyulduğu halda, ölkədən çıxışa məhdudiyyət qoyulması güdülən legitim məqsədin həddini aşmışdır.
28. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsi üzrə - Hərəkət sərbəstliyi hüququna qoyulan məhdudiyyət zəruri, mütənasib və arzu edilən nəticəyə gətirib çıxara bilən vasitələr sırasında ən az məhdudlaşdırıcı vasitə olmalıdır. Hazırkı halda vergi öhdəliyinin icrasının təmin edilməsi üçün digər vasitələrin mövcudluğu nəzərə alınmamışdır.
29. “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddəsinin 2 və 3-cü bəndləri üzrə - Ölkədən getmək hüququnun məhdudlaşdırılması qanuna uyğun, legitim məqsədli və demokratik cəmiyyətdə zəruri, yəni güdülən məqsədə mütənasib olmalıdır. Hazırkı halda tutulması istənilən borcun məbləği sabit və aydın olmadığından, görülən tədbirin mütənasibliyini müəyyən etmək və ölçmək mümkün olmamışdır.
30. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi üzrə - Insan hüquqlarına qoyulan məhdudiyyət qanunla nəzərdə tutulmalı, hüququn mahiyyətini dəyişməməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Maraqlı şəxs barəsində tətbiq edilmiş məhdudiyyət bu tələblərə cavab verməmişdir.
31. Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsi üzrə - Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanunla müəyyən edilmiş halların və şərtlərin mövcudluğu lazımi qaydada müəyyən edilməmişdir.
32. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi üzrə - Vergi Məcəlləsində vergi öhdəliyinin yerinə yetirilməsi üçün nəzərdə tutulan müddət konkret müəyyən edilməmişdir. Bu səbəbdən vergi ödəyicisi hansı vaxt və hansı hallarda ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə üzləşəcəyini əvvəlcədən müəyyən edə bilmir. Maraqlı şəxsin apellyasiya şikayətində göstərilən bu dəlilə apellyasiya məhkəməsi ümumiyyətlə münasibət bildirməmişdir.
33. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsi üzrə - Vergi orqanı əvvəlki məhdudiyyətin götürülməsi barədə qərar qəbul etdikdən iki ay sonra maraqlı şəxsin ölkədən getmək hüququnun yenidən məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmiş, lakin həmin müddətdə məhdudiyyətin yenidən tətbiqini zəruri edən yeni halların nədən ibarət olduğu aydınlaşdırılmamışdır.
34. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsi üzrə - Həm birinci instansiya, həm də apellyasiya məhkəmələri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətin keçibkeçmədiyini yoxlamadan vergi orqanının ərizəsinə baxaraq onun təmin edilməsi barədə qətnamə qəbul etmişlər. Vergi Məcəlləsi ilə belə müddətin müəyyən edilmədiyi halda, vergi orqanının həmin ərizə ilə müraciət etmək hüququnun yaranması araşdırılmamışdır.
35. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsi üzrə - Apellyasiya məhkəməsi maraqlı şəxsin apellyasiya şikayətində göstərilən maddi və prosessual hüquq normalarının pozuntularına tam münasibət bildirməmişdir.
36. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsi üzrə - Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar, o cümlədən vergi öhdəliyinin icrasının təmin edilməsi üçün bank hesablarına qoyulmuş sərəncamların yetərli olub-olmaması araşdırılmamışdır.
37. Mülki Prosessual Məcəllənin 385.1.3-cü maddəsi üzrə - Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilibedilməməsi apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada qiymətləndirilməmişdir.
38. Mülki Prosessual Məcəllənin 388-ci maddəsi üzrə - Apellyasiya instansiyası məhkəməsində işin nəticəsinə təsir edən faktiki hallar tam araşdırılmamış və nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar aydınlaşdırılmamışdır.
39. Mülki Prosessual Məcəllənin 389-cu maddəsi üzrə - Məhkəmənin müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyətli halların qanunla nəzərdə tutulan mötəbər sübutlarla təsdiq olunması yoxlanılmamış, sübut edilməyən iş üçün əhəmiyyətli hallar yenidən qiymətləndirilməmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
41. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (Mülki Prosessual Məcəllənin 403 və 416-cı maddələri).
42. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
43. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
44. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: Maddə 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək;
Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Maddə 24.1.2-1. Vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və qeyd edir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir.
48. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, mübahisəsiz olması, yəni müəyyənliyi və digər halları nəzərə almaqla mütənasiblik prinsipini əsas götürməklə mübahisəyə lazımi qaydada hüquqi qiymət vermişdir.
49. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır.
50. Kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli *-*(*-*)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıda göstərilənlərə və MPM-in 416, 417, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxsin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli *- *(*-*)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.