Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2-2(3-6)-996/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI ərizəçi Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, Abdullayev Elşən Uğur oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə ərizəçi Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin # ###### 2025-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları 1.
2. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindəki məlumatlara görə, onun 39,99 manat vergi borcu vardır.
3. “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsindəki məlumatlara görə, onun vergi borcu mövcud deyildir.
4. Maraqlı şəxs ##.##.2005-ci il tarixində vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.
5. Maraqlı şəxs şəxsi hesab vərəqəsindəki məlumatlara görə, onun vergi borcu mövcud deyildir.
6. Azərbaycan Respublikası Ərizəçi tərəfindən vergi ödəyicilərinə ##.##.2025-ci il, ##.##.2019-cu il və ##.##.2025-ci il tarixlərdə bildirişlər göndərilmiş, borcun 5 gün müddətində ödənilməsi tələb olunaraq borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi (ərizəçi) ərizə ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 20 763,12 manat, Işsizlikdən sığorta fonduna 634,08 manat, Icbari Tibbi Sığorta Fonduna 2694,65 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 77 manat, “X1” MMC-nin dövlət büdcəsinə 1415,1 manat olmaqla, ümumilikdə 25 583,95 manat borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün, ##.##.2025-ci il tarixinə vergi ödəyicisi olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətnin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 20 763,12 manat, Işsizlikdən sığorta fonduna 634,08 manat, Icbari Tibbi Sığorta Fonduna 2694,65 manat, Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 77 manat, “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 1415,1 manat məbləğində (o cümlədən, vergilər üzrə 1041,03 manat, faizlər üzrə 294,07 manat, maliyyə sanksiyası üzrə 80 manat) olmaqla, ümumilikdə 25 583,95 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən ##.##.2025-ci il tarixli 2550021353969200, ##.##.2025-ci il tarixli 2550021349663400, ##.##.2025-ci il tarixli 2550021363766400, ##.##.2019-cu il tarixli 1939020478547500, ##.##.2025-ci il tarixli **************** nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
9. Ərizəçinin nümayəndəsi və maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişlər.
10. Birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin olunması, 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, maraqlı şəxsin rəhbəri olduğu hüquqi şəxslərin dövlət büdcəsinə olan ümumilikdə 21 633,23 manat, Icbari Tibbi Sığorta Fonduna 0,62 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.3-cü, 16.1.1- ci, 24.0.2-1-ci, Mülki Prosessual Məcəllənin 355-5.1-ci və 355-7.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
13. Qətnamədən maraqlı şəxsin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ərizənin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, maraqlı şəxsin vergi borcunun olmadığı arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsi qət edilmişdir (sədrlik edənməruzəçi hakim E.Həsənov, hakimlər T.Qocayev və S.Cəfərov).
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, vergi orqanı məhkəməyə müraciət edərkən “xxxx” MMC-nin Dövlət Sosial Müdafiə Fonduna 20.763,12 manat, Işsizlikdən sığorta fonduna 634,08 manat, Icbari Tibbi Sığorta Fonduna 2.694,65 manat, Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 77 manat, “X1” MMC-nin dövlət büdcəsinə1415,1 manat olmaqla, ümumilikdə 25.583,95 manat borcunun olduğunu irəli sürmüş, apellyasiya baxışı zamanı vergi orqanına sorğu edilərək əldə olunan sənədlərlə isə adı çəkilən vergi ödəyicilərindən yalnız “xxxx” MMC-nin 39,99 manat vergi borcunun olduğu müəyyən edilmişdir.
16. Məhkəməyə ünvanladığı cavab məktubunda vergi orqanı vergi ödəyicilərinin vergi bəyannamələri üzrə kameral vergi yoxlamasının keçiriləcəyini bildirsə də, nəzərə alınmalıdır ki, kameral qaydada yoxlanılmalı olan məbləğ mövcud borc anlamına gəlmir, həmçinin şəxsin hüquqlarını gələcəkdə yaranması ehtimal olunan borca görə məhdudlaşdırmaq müvafiq institutun mahiyyətinə uyğun deyildir.
17. Eyni zamanda qeyd olunmalıdır ki, əgər kameral yoxlama nəticəsində vergi ödəyicisinin vergi borcunun olduğu müəyyən olunarsa, hazırkı iş üzrə gəlinən nəticə vergi orqanının yenidən məhkəməyə müraciət etməsinə maneə törətmir.
18. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə, VM-in 16.1, 23.1.15-3, 77.1, 77.3, 78.1, 89.3, 89.4, 89.5ci maddələrinə, Avropa Insan Hüquqları Konvensiyasının * saylı Protokolunun 2.1, 2.2-ci maddələrinə və MPM-nin 14.2, 77.1, 88, 217.3, 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. Ərizəçi tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
Kassasiya instansiyası məhkəməsindəki icraat
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ###### tarixli *-*(*-*)-**/**** nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır.
21. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı göstərmişdir ki, vergi orqanın həm ərizəsindən, həm də kassasiya şikayətindən göründüyü kimi, hazırki ərizə yalnız vergi borcuna görə də, dövlət sosial müdafiə fonduna olan borcların da ödənilməsinin təmini məqsədilə verilmişdir. Həmin borcların mövcudluğuna dair elektron işin materiallarına vergi ödəyicilərinin şəxsi hesab vərəqələri təqdim olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfəindən həmin borcların mövcudluğu nəzərə alınmaqla, ərizə üzrə qiymətləndirmə aparılmamışdır.
22. Odur ki, məhkəmə kollegiyası hesab etmişdir ki, vergi orqanının ərizəsinə, işdə olan vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının miqdarı nəzərə alınmaqla yenidən hüquqi qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsindəki hazırki icraat
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. ##.##.2026-cı il tarixdə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə sorğu verilərək işin hallarının obyektiv araşdırılması üçün Maraqlı şəxs (VÖEN: **********), onun qanuni təmsilçisi olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətnin (VÖEN: **********) və “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) vergi borcunun olub-olmaması barədə məlumatların, eləcə də qeyd olunan şəxslərə dair şəxsi hesab vərəqələrinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir.
25. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən göndərilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) ##.##.2026-cı il tarixə şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə 77 manat borcu vardır. Vergi ödəyicisi X2 Cəmiyyətinin (VÖEN: **********) ##.##.2026-cı il tarixə şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergilər üzrə 244,64 manat, işsizlikdən sığorta haqları üzrə 155,73 manat, icbari tibbi sığorta haqları üzrə 480,8 manat və məcburi dövlət sosial sığorta haqları üzrə 8139,8 manat borcu vardır. Vergi ödəyicisi "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2026-cı il tarixə şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergilər üzrə 1559,85 manat borcu vardır.
26. Azərbaycan Respublikası Ərizəçi tərəfindən şəxsi hesab vərəqəsi təqdim edilmişdir.
27. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin işirakını təmin etməmişdirlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının:
28. 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
29. 28-ci maddəsinin III hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər;
30. 71-ci maddəsinin II hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun:
31. Maddə 3.6 “…Konstitusiyanın 28-ci maddəsinin III hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər” Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair * saylı protokolun:
32. 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır.
33. 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin:
34. Maddə 1.4. Həmin Məcəllənin vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
35. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir.
36. Maddə 23.1.15-3 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur.
37. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
38. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 77.3. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir
44. Maddə 355-7.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verməlidir. Işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə maraqlı olan şəxslərin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə salır.
45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Kollegiya həmçinin qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
50. Kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunanları da nəzərə almaqla məhkəmə kollegiyası hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın, inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
52. Kassasiya instansiyası məhkəməsinin də vurğuladığı kimi, hazırki ərizə yalnız vergi borcuna görə də, dövlət sosial müdafiə fonduna olan borcların da ödənilməsinin təmini məqsədilə verilmişdir. Odur ki, vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları araşdırılmalıdır.
53. Bu kontekstdə, vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcun məbləğinin dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Ərizəçi sorğu verilmiş və vergi orqanı tərəfindən təqdim edilmiş şəxsi hesab vərəqəsindən müəyyən edilmişdir ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN: **********) ##.##.2026-cı il tarixə şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə məcburi dövlət sosial sığorta haqları üzrə 77 manat borc; və onun qanuni təmsilçisi olduğu X2 Cəmiyyətinin (VÖEN: **********) ##.##.2026-cı il tarixə şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergilər üzrə 244,64 manat, işsizlikdən sığorta haqları üzrə 155,73 manat, icbari tibbi sığorta haqları üzrə 480,8 manat və məcburi dövlət sosial sığorta haqları üzrə 8139,8 manat borc; "X1" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) ##.##.2026-cı il tarixə şəxsi hesab vərəqəsinə əsasən dövlət büdcəsinə vergilər üzrə 1559,85 manat borcu vardır.
54. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır.
55. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsində (§ 36) təsbit olunan hüququn vergi orqanı tərəfindən reallaşdırılmasına əsas verən hal məhz vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməməsidir ki, hazırkı işin halları baxımından müvafiq halın mövcudluğu müəyyən olunur.
56. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
57. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün maraqlı şəxsin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
58. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDI:
Maraqlı şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e e-*-*(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.