Məhkəmə qərarları › İş №e-2-2(1-8)-503/2026

Ali Məhkəmə Qərar — İş №e-2-2(1-8)-503/2026

21.08.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № e-2-2(1-8)-503/2026 21.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçinin maraqlı şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında (sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, ərizəçinin maraqlı şəxsə qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs “Təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı” fəaliyyəti üzrə Idarəsində vergi uçotuna alınmış, ona 2023cü il # ###### tarixdə ********** nömrəli VÖEN verilmişdir.

2. Vergi orqanı tərəfindən 2026-cı il # ###### tarixinə vergi ödəyicisi olan Maraqlı şəxs Icbari Tibbi Sığorta Fonduna 15,3 manat, Dövlət Sosial Müdafiə Fonduna 95,74 manat, dövlət büdcəsinə 5466,56 manat məbləğində (o cümlədən vergilər üzrə 4462,5 manat, faizlər üzrə 1004,06 manat) olmaqla ümumilikdə 5577,6 manat borcunun yarandığı hesablanmış, borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə 2024-cü il # #### tarixli 2450021207360300, 2024cü il # #### tarixli 2450021207361000, 2024-cü il # ###### tarixli **************** nömrəli bildirişlər göndərilmişdir.

3. Maraqlı şəxs Dövlət Vergi Xidmətinin Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, “vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş Idarəsi tərəfindən ünvanlanmış 2023-cü il # ###### tarixli məktubda onun adına ********** saylı VÖEN-in tərtib edilərək fiziki şəxs kimi qeydiyyata alındığı bildirilmişdir, halbuki heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, vergi ödəyicisi barədə vergi orqanına müraciət etməmişdir.

4. Bakı Inzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Maraqlı şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 və Uçotun Təşkili Baş Idarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətlərinin qanunsuz hesab edilməsi və onun 1506576022 dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotunun (qeydiyyatının) ləğv olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının 2025-ci il ## ###### tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Inzibati Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti təmin olunmamış, qərar dəyişdirilmədən saxlanılmışdır.

5. Dövlət Vergi Xidmətinin Idarəsi Bakı Inzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2024-cü il ## ###### tarixli qərarına izah verilməsi barədə həmin məhkəməyə müraciət etmiş, məhkəmənin 2026-cı il ## ###### tarixli qərardadı ilə ərizə təmin olunmamışdır. Qərardad Bakı Apellyasiya Məhkəməsinin 2026-cı il ## #### tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.

6. Bakı Inzibati Məhkəməsinin qanuni qüvvəsini almış 2024-cü il ## ###### tarixli qərarı hazırkı dövrədək icra olunmamışdır və “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumata görə, maraqlı şəxsin adına qeydiyyata alınan ********** saylı VÖEN hazırda da aktivdir.

Iş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

7. Ərizəçi (bundan sonra – “ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) dövlət büdcəsinə 5.466,56 manat, Dövlət Sosial Müdafiə Fonduna 95,74 manat, Icbari Tibbi Sığorta Fonduna 15,3 manat borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Ərizə belə əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 2026-cı il # ###### tarixə onun ümumilikdə 5.577,6 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

9. Maraqlı şəxsin nümayəndəsi etiraz ünvanlayaraq, göstərmişdir ki, qeyd edilən vergi borcunun yaranmasına əsas ərizəçi tərəfindən qanunsuz olaraq maraqlı şəxsin vergi ödəyicisi kimi uçota alınaraq VÖEN (1506576022) verilməsi nəticəsində 2024-cü il # #### tarixli **************** saylı "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” qərar və 2024-cü il # ###### tarixli *-**-*-*/*-******/**** nömrəli "cari vergilərin hesablanması barədə bildiriş”ə əsasən əsassız hesablamalar aparılması olmuşdur. Vergi orqanı maraqlı şəxsin vergi ödəyicisi kimi uçota alınmasına əsas olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirmiş, adında çox sayda avtonəqliyyat vasitələrinin olduğunu göstərmişdir. O uzun illərdir ki, ailəsi ilə birlikdə Almaniyada yaşayır. Bu səbəbdən onun Azərbaycan Respublikası ərazisində sahibkarlıq faəliyyəti ilə məşğul olması qeyri-mümkündür. Vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmiş və Bakı Inzibati Məhkəməsinin 2024cü il ## ###### tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərar qanuni qüvvəyə mindiyinə görə 2025-ci il ## ###### tarixində icra edilməsi üçün göndərilmişdir. Göründüyü kimi, maraqlı şəxsin vergi ödəyicisi kimi uçotu olmadığı halda barəsində kameral vergi yoxlamasının keçirilməsi və gəlir vergisi hesablanması qanuni hesab edilə bilməz.

10. Bakı Kommersiya Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*-*(*-**)-****/**** nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir (hakim - N.Əhmədova).

11. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlı şəxsin vergi orqanı tərəfindən məcburi qaydada vergi uçotuna alınması qanunsuz hesab edilmiş, vergi uçotunun ləğv edilməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarının icra olunması hazırki mərhələdə təsdiqlənməsə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə VÖEN ləğv olunduğundan maraqlı şəxsin vergi ödəyicisi kimi dövlət büdcəsinə və müvafiq fondlara hər hansı borcundan söhbət gedə bilməz. Belə ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı və icbari sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır.

12. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 28, 71, 73, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, 77.3, 78.1, Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 355-5.1, 355-7.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qərarına, Avropa Insan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır.

13. Ərizəçi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunması və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-ci il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: E.Həsənov– sədrlik edən və məruzəçi, T.Qocayev və S.Cəfərov).

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq göstərmişdir ki, vergi orqanı məhkəməyə müraciət edərkən vergi ödəyicisi qismində qeydə aldığı maraqlı şəxsin 2026-cı il # ###### tarixinə 5.577,6 manat borcunun olduğunu irəli sürmüş, məhkəmə isə maraqlı şəxsin vergi ödəyicisi kimi qeydə alınmasının qanunsuz olduğunun qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsbit olunduğunu müəyyən etmişdir. Başqa sözlə, maraqlı şəxs vergi ödəyicisi hesab oluna bilməz - ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün Vergi Məcəlləsində nəzərdə tutulmuş institutun isə məhz “vergi ödəyicisi”nə münasibətdə tətbiq olunması mümkündür.

16. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 73, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 32.1, 65.1, 65.2, 77.1, 77.3, 78.1, 89.3, MPM-in 14.1, 14.2, 15.1, 15.2, 88, 355-5.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

17. Ərizəçi kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

18. Azərbaycan Respublikası Konstitusiyasının 71 (İ və II hissələri), 73 (İ hissəsi), “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.1, 3.4, 3.5, Vergi Məcəlləsinin 11, 16.1.1, 77.1, 78.1, 23.1.15- 3-cü maddələri üzrə - məhkəmə Bakı Inzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli qərarına preyudisial əhəmiyyət versə də, həmin qərarın predmetini düzgün müəyyən etməmişdir. Belə ki, qeyd olunan məhkəmə qərarları ilə maraqlı şəxsin yalnız vergi ödəyicisi kimi uçota alınmasının qanuniliyi məsələsi araşdırılmış və VÖEN-in ləğv olunması tələbi həll edilmişdir. Həmin işlərdə vergi öhdəliklərinin mövcudluğu, hesablanmış vergi məbləğlərinin əsaslılığı və ya dövlət büdcəsinə borcun olub-olmaması məsələləri araşdırma predmeti olmamışdır. Məhkəmə isə bu fərqi nəzərə almadan, yalnız vergi uçotunun ləğv edilməsi faktına əsaslanaraq vergi öhdəliyinin mövcud olmadığı nəticəsinə gəlmiş, yekunda vergi öhdəliklərinin də avtomatik ləğv edildiyi qənaətinə gəlmişdir. Halbuki preyudisiallıq yalnız məhkəmə aktı ilə müəyyən edilmiş hallara şamil edilir. Əgər məhkəmə qərarı faktiki icra edilməmişdirsə, onda məhkəmə qərarın icra edilməməsinin səbəblərini, vergi uçotundan çıxarma prosedurunun hansı mərhələdə dayanmasını, şəxsi hesab vərəqəsində mövcud olan vergi borclarının həmin icraya təsirini, vergi ödəyicisinin uçot məlumatlarının hüquqi vəziyyətini, vergi orqanının informasiya sistemində mövcud qeydlərin hüquqi nəticələrini araşdırmalı idi.

19. “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları"na əsasən vergi ödəyicisinin uçotdan çıxarılması zamanı onun dövlət büdcəsinə vergi borcunun olub-olmaması yoxlanılır. Məhkəmə həmin normativ tələbin hazırkı iş üzrə hüquqi əhəmiyyətini də qiymətləndirməmişdir. Vergi borcunun əsasını təşkil edən 2026-cı il # ##### tarixli kameral vergi yoxlaması barədə qərarın ləğv edilməsi, dəyişdirilməsi və ya etibarsız hesab edilməsi barədə hər hansı sübut mövcud deyildir. Belə olan halda həmin inzibati aktlar hüquqi qüvvədə qaldığından onların yaratdığı hüquqi nəticələr də qüvvədə qalmaqda davam etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin aktların qüvvədə olub-olmamasını araşdırmadan və onların hüquqi nəticələrinin hansı əsasla aradan qalxdığını göstərmədən belə nəticəyə gəlmişdir ki, maraqlı şəxsin vergi borcu mövcud deyildir. Məhkəmə vergi uçotuna alınmanın qanunsuzluğu ilə vergi öhdəliyinin və vergi borcunun mövcudluğu məsələlərini eyniləşdirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.

20. MPM-in 82.4, 88, 175, 217, 220.4-cü maddələrinin məzmunu sadalanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Maraqlı şəxsin nümayəndəsi kassasiya şikayətinə etiraz ünvanlayaraq, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və göstərmişdir ki, maraqlı şəxs tərəfindən hər hansı ixrac və satış əməliyyatları aparılmadığı halda vergi orqanı tərəfindən ona vergi hesablanması qanunsuzdur. Vergi borcunun yaranmasına əsas ərizəçi tərəfindən qanunsuz olaraq maraqlı şəxsin vergi ödəyicisi kimi uçota alınaraq VÖEN (1506576022) verilməsi nəticəsində 2026-cı il # ##### tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsi olmuşdur. Həmin qərar qanunsuz və əsassız olaraq qəbul edildiyi üçün maraqlı şəxs tərəfindən mübahisələndirilmiş və hazırda Bakı Inzibati Məhkəməsinin icraatındadır.

22. Bakı Inzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli qərarı icra edilmədiyindən Inzibati Prosessual Məcəllənin 120.3-cü maddəsinə uyğun olaraq qərarın icrasının təmin edilməsi məqsədi ilə vergi orqanının 50.000 manat cərimə olunması barədə məhkəməyə müraciət etmişlər. Vergi orqanı qərarın icrasından yayınmaq üçün məhkəmə qərarının izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan verilmiş kassasiya şikayəti hazırda Ali Məhkəmənin icraatındadır. Göründüyü kimi vergi orqanı heç bir əsas olmadan qanuni qüvvəyə minmiş qərarın icrasından boyun qaçırır.

Kassasiya baxışının hədləri

23. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

24. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 12. Dövlətin ali məqsədi İ. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Maddə 28. Azadlıq hüququ III. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

29. Apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.

30. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlı şəxsin vergi orqanı tərəfindən məcburi qaydada vergi uçotuna alınmasının qanunsuzluğu müəyyən edilmiş və vergi uçotunun ləğvi qərara alınmışdır. Bu halda həmin uçota əsaslanan vergi borcunun mövcudluğu ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün hüquqi əsas kimi qəbul edilə bilməz.

31. Kassasiya şikayətinin, 2026-cı il # ##### tarixli kameral vergi yoxlaması barədə qərarın qüvvədə olması ilə bağlı dəlili də nəticəni dəyişmir. Belə ki, həmin aktın mövcudluğu öz-özlüyündə maraqlı şəxsin qanuni vergi ödəyicisi statusunu təsdiq etmir. Hazırkı işdə əhəmiyyət kəsb edən hal isə vergi borcunun yalnız hesablanması deyil, onun qanuni vergi ödəyicisinə münasibətdə mövcud olmasıdır.

32. Həmçinin, 2026-cı il # ##### tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar maraqlı şəxs tərəfindən mübahisələndirildiyi və hazırda Bakı Inzibati Məhkəməsinin icraatında olduğu da iş materialları ilə müəyyən olunur. Eyni zamanda, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunubolunmaması

33. onun müəyyən etdiyi hüquqi vəziyyəti aradan qaldırmır. Buna görə də aşağı instansiya məhkəmələri düzgün olaraq hesab etmişlər ki, maraqlı şəxs vergi ödəyicisi hesab edilə bilmədiyindən, onun barəsində vergi borcuna əsasən ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanuni əsas mövcud deyildir.

34. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir və belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyildir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALIR:

Ərizəçinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## ### tarixli e-*-*(*-*)-***/**** nömrəli dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar