Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-146/2025 02.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə, X2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ATSC-nin cavabdehlər Cavabdeh5, Bakı şəhər 38 saylı Notariat Kontoruna, Cavabdeh3, Cavabdeh4, Azərbaycan Respubl ikasının Milli Depozit Mərkəzinə, X2 qarşı “səhmlərin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 22(103)-892/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. Quba Rayon Məhkəməsinin 2007-ci il 18 oktyabr tarixli 2-579 2007 nömrəli qərardadı ilə X4 məxsus olan "xxxx" ATSC-nin 19.106 manat dəyərində 40.512 səhmin satılmasına qadağa qoyulmuşdur.
2. Quba Rayon Məhkəməsinin 2008-ci il 24 iyun tarixli 2/xx-xx/2008 nömrəli qətnaməsi ilə həmin iş üzrə də cavabdeh X3 "xxxx" ATSC üzrə mülkiyyətində olan 39.680 ədəd səhmindən dəyəri 768 manat olan 384 ədədinə mülkiyyət hüquqlarının tanınması və səhmlərin səhmdarların reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Milli Depozit Mərkəzinə həvalə olunması qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2009-cu il 9 aprel tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti qismən təmin olunmuş və səhmlərin qaytarılmasına dair iddia tələbi rədd edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2009-cu il 8 oktyabr tarixli 2(102)-2809/09 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 3. 2023-cü il 24 fevral tarixli səhmlərin alqı-satqı müqavilələri ilə X7 Milli Depozit Mərkəzinin 2023-cü il 24 fevral tarixli AB47284768 nömrəli depo hesabından çıxarışa əsasən Quba şəhəri, Azərbaycan prospekti 210 hüquqi ünvanı olan "xxxx" ASC-də olan 39.6 80 ədəd qiymətli kağızların tam hissəsini Cavabdeh5, Cavabdeh3 Milli Depozit Mərkəzinin 2023-cü il 22 fevral tarixli AB16960133 nömrəli depo hesabından çıxarışa əsasən ASC-də olan 41.806 ədəd qiymətli kağızlarının tam hissəsini Cavabdeh5 və X5 Milli Depozit Mərkəzinin 2023-cü il 24 fevral tarixli AB38204916 nömrəli depo hesabından çıxarışa əsasən 35.618 ədəd qiymətli kağızlarının tam hissəsini Cavabdeh5 satmışdır.
4. Quba Rayon Məhkəməsinin 2024-cü il 26 fevral tarixli məktubunda həmin məhkəmənin “iddianın təmin olunması barədə” 2007-ci il 18 oktyabr tarixli 2(027)579/2007 nömrəli qərardadına əsasən X4 məxsus "xxxx" ASC-nin 19.106 manat dəyərində 40.512 səhminin satılması qadağa qoyulduğu və həmin tarixdən 2024-cü il 23 fevral tarixinə qədər qadağanın götürülməsi barədə məhkəmənin arxivind ə heç bir məlumat olmadığı qeyd edilmişdir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
5. Qanuni nümayəndə 2023-cü il 19 oktyabr tarixində Bakı Şəhəri 38 saylı Notariat Ofisi, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 38 saylı Xüsusi Notariat ofisinin notariusu İkram Xəlilov tərəfindən 2023-cü il 24 fevral tarixli 3M/133, 3M/134 və 3M/135 nömrəli reyestrlə təsdiq olunmuş səhmlərin alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ATSC cəmiyyətin 121 nəfər səhmdarı vardır. O cümlədən Cəbrayılov Həbib, Cavabdeh3 və onun həyat yoldaşı Məmmədova Zəhraxanımdır. Həmin səhmlər 2 023-cü il 24 fevral tarixində Bakı şəhəri Atatürk prospekti 36A-da yerləşən 38 saylı xüsusi Notariat ofisinin notariusu İkram Xəlilovun təsdiq etdiyi 3M/133, 3M/134 və 3M/135 səhmləri alqı-satqı müqaviləsi ilə uzun illər məhkəmələrdə vəkilləri olmuş Cavabdeh4 tərəfindən vətəndaş Cavabdeh5 satılmışdır. Hər 3 alqı-satqı müqavilələrini rəsmiləşdirmək üçün Azərbaycan Respublikası Milli Depozit Mərkəzi həmin səhmlərin girov öhdəliyi ilə yüklənməməsi və həbsdə olmaması barədə məktub verilmişdir. Eyni zamanda hər 3 müqavilənin şərtlərinin 7-ci bəndinə görə, “satıcı həmin səhmlərlə əlaqədar məhkəmə mübahisələrinin olmadığına təminat verir”. X10 məxsus səhmlərin satılmasına Quba rayon Məhkəməsinin 2007-ci il 10 oktyabr tarixli qərardadı ilə 47 nəfər səhmdarının səhmlərini aldadaraq əllərindən alm ası barədə olan şikayət əsasında qoyulmuş qadağa bu günədək aradan qaldırılmamışdır. Hansı ki, bu barədə də Milli Depozit Mərkəzinə vaxtında məktub göndərilmişdir. Eyni zamanda, Bakı şəhəri Səbail rayonu Məhkəməsinin 2015-ci il 9 oktyabr tarixli qərardadı ilə vəkil Cavabdeh4 vəsatətinə əsasən Quba-Nəqliyyat ATSC-nin üzərinə qadağa qoyulmuş və bu barədə Milli Depozit mərkəzinə məlumat verilmişdir. Həmin qadağanın götürülməsi barədə hər üç səhmdarın gəlməsi üçün (Cəbrayılov Həbib, Cavabdeh3 və Məmmədova Zəhraxanım) 2023-cü il 17 fevral tarixində Səbail rayon Məhkəməsi tərəfindən məktub göndərilsə də, onlar məhkəməyə gəlməmişlər. Həmin məhkəmənin 2023-cü il 17 fevral tarixində Quba-Nəqliyyat ATSC-nin üzərindən qadağanın götürülməsi barədə qəbul etdiyi qərardad 10 gün müddətində qüvvəyə minməm iş, varlanmaq və öz şəxsi məqsədinə çatmaq üçün uzun illər səhmdarları narahat edən Quba rayon AXCP-nin Ali Məclisinin sədri, vəkil Cavabdeh4 öz müştərilərindən etibarnamə götürərək qanunsuz alqı-satqı etməklə heç kimin tanımadığı Cavabdeh5 250.000 manata yaxın pul əldə etmişdir, həmin şəxslərə nə qədər pul verməsi məhkəmə prosesində məlum olacaqdır. 2006-cı ildə QubaNəqliyyat ATSC-nin sədri işləmiş Cavabdeh3 qaraj müdiri Cəbrayılov Həbib tərəfindən döyülərək iş otağından qovulmuşdur. H.Cəbrayılov qarajdan yığdığı pulları vergi orqanlarına ödəmədiyinə görə Vergilər Nazirliyi tərəfindən həmin müəssisənin əmlaklarına həbs qoyulmaqla satışa çıxarılmışdır.
7. Cavabdeh4 iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Qanuni nümayəndə və digər şəxslərə qarşı Qanuni nümayəndə tərəfindən saxt akarlıq olunmaqla, “Quba Nəqliyyat ATSC”-yə məxsus daşınmaz əmlakları özünə və yaxın adamlarına etdiyi alqısatqıların etibarsız hesab edilməsi üçün Quba rayon məhkəməsində iddia qaldırılmışdır. Mövcud qanunvericiliyə əsasən, səhmdar öz səhmlərini kimə istəsə sata bilər və bunun üçün səhmdar cəmiyyətin icazəsinə və ya başqa hərəkətinə ehtiyac yoxdur, belə bir şey qanunda da nəzərdə tutulmamışdır. Cavabdeh3 və ya X3 özlərinə məxsus və mülkiyyətlərində olan səhmlərin alıcı Cavabdeh5 satmaları hazırkı iddia üzrə hansı əsası təşkil etdiyi sual olunur. Yəni səhmdar cəmiyyətinin səhmdarları özlərinə məxsus səhmləri satmaqda azaddırlar və bu halın Qanuni nümayəndə aidiyyəti yoxdur. Cavabdeh3, Zəhraxanım Məmmədova və Həbib Cəbrayılov özlərinə məxsus səhmləri rəsmi qaydada Milli Depozit Mərkəzinin v ə X12 şirkətinin təqdim etdiyi rəsmi sənədlər əsasında, yəni səhmlərin yüklü və ya həbsdə olmaması barədə arayışlara əsasən notarius tam qanuni alqı-satqı əməliyyatı ilə həyata keçirmişdir. Qanuni nümayəndə iddia ərizəsində istinad etdiyi 2007-ci ildə Quba rayon məhkəməsi tərəfindən qoyulmuş məhdudiyyət mülki işə nəticə verildiyindən götürülmüş və bu barədə Milli Depozit Mərkəzində heç bir məhdudiyyətin olmadığı dəqiqdir. Cavabdehlərin 2007-ci ilin məhdudiyyətindən məlumatı olmamış və bu gün də heç bir məlumatları yoxdur. Qanuni nümayəndə iddia ərizəsində qeyd etdiyi onun tərəfindən 2015-ci ildə müvəqqəti təminat tədbiri Qanuni nümayəndə və onun oğlu Kamran Əliyevin səhmlərinə qoyulmuş məhdudiyyətdir, bunun da Cavabdeh3 məxsus səhmlərə və bağladıqları alqı-satqı müqavilələrinə heç bir aidi yyəti yoxdur.
8. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş vəsatət təmin olunmuş, iş üzrə iddiaçı Qanuni nümayəndə əsl iddiaçı "xxxx" ASC ilə əvəz olunmuş, X6 və X7 başqa cavabdehlər qismində iş üzrə icraata cəlb edilmişlər.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 15 fevral tarixli qərardadı ilə hazırkı iddia ərizəsi üzrə icraata cavabdeh X4 münasibətdə xitam verilmiş, həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 4 aprel tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 10 iyun tarixli 2-2(113)-877/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – G.Namazova).
11. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddianın əsaslılığına münasibət bildirilməmişdən əvvəl məhkəmə tərə findən iddiaçının hazırkı iddianı məhkəməyə təqdim etməyə dair subyektiv hüququnun olub-olmaması araşdırılmalıdır.
12. İddiaçı ATSC tərəfindən mübahisələndirilən 2023-cü il 24 fevral tarixli 3M/133, 3M/134 və 3M/135 nömrəli reyestrlə təsdiq olunmuş səhmlərin alqı-satqı müqavilələri alıcı - Cavabdeh5 ilə satıcılar X7, Cavabdeh3 və X5 arasında bağlanmışdır. Açıq Səhmdar Cəmiyyətinin səhmdarları isə onlara məxsus səhmləri nə digər səhmdarların, nə də ki səhmdar cəmiyyətinin özünün razılığı olmadan istənilən şəxslərə özgəninkiləşdirə bilər. Belə olan halda müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı iddiaçı iddia irəli sürməyə dair subyektiv hüquqa malik olmamışdır.
13. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) əqdlərin etibarsızlığı anlayışı və on un nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə olunan əqdlər və əhəmiyyətsiz əqdlərdir. MM-də əqdlərin etibarsızlığı əsasları müəyyən edilmişdir. Həmçinin hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
14. İddiaçının müqavilələrin etibarsız hesab edilməsinə əsas kimi göstərdiyi hal isə Quba Rayon Məhkəməsinin 2007-ci il 18 oktyabr tarixli 2-579 2007 nömrəli qərardadı ilə X4 məxsus olan "xxxx" ATSC-nin 19.106 manat dəyərində 40.512 səhmin satılmasına qoyulmuş qadağadır. Bu arqumentlə bağlı məhkəmə qeyd etmişdir ki, həmin qərardadın qəbul edildiyi 2007-ci ildə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 157.2-ci maddəsinin məzmununa əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Quba Rayon Məhkəməsinin sorğuya göndərdiyi cavabdan və sənədlərdən də müəyyən edilir ki, həmin qərardad Quba Rayon Məhkəməsinin 2008-ci il 24 iyun tarixli 2/xx-xx/2008 nömrəli qətnaməsinin icrasını təmin etmək məqsədilə tətbiq olunmuş, həmin qətnamə isə 2009-cü il 8 oktyabr tarixində (iş üzrə Ali Məhk əmənin qəbul etdiyi qərar tarixi) qanuni qüvvəsini almışdır. Qətnamənin qüvvəyə mindiyi 2009-cü il tarixindən mübahisələndirilən müqavilələrin bağlandığı 2023-cü il 24 fevral tarixinə kimi 14 il keçmiş və hələ də Quba Rayon Məhkəməsinin 2007-ci il 18 oktyabr tarixli 2-579 2007 nömrəli qərardadı ilə tətbiq edilmiş iddianın təmin tədbirinin qüvvədə olması arqumenti yuxarıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən tam əsassız hesab edilmişdir. Beləliklə, iddiaçı tərəf qeyd edilən müqavilənin etibarsızlığını mübahisələndirsə də, məhkəmə MM-in 14-cü fəslində müəyyən olunmuş əqdlərin etibarsızlığının əsaslarının hazırkı iş üzrə müəyyən edilməməsi qənaətinə gəlmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni MM-in 4.1, 14, 99.1, 329.1, 337, 339-347, 349, 350-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə” 2008-ci il 30 iyun tarixli Plenum Qərarına, MPM-in 14.1, 14.2, 77.1 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. İddiaçı apellyasiya şikayəti həmin qətnamənin verərək ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya 2024-cü il 17 oktyabr tarixli 22(103)-892/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd olunan dəl illər iddia tələbində irəli sürüldüyündən, eləcə də məhkəmə bu dəlillərə münasibət bildirdiyindən və kollegiya məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən, yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassız olmuşdur.
19. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 442, 443.1, 448.1, 567, 568.1, 579.1 və 600.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə” 2008-ci il 30 iyun tarixli Plenum Qərarına, MPM-in 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır.
20. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. MM-in 364.2, 385.1, 442, 443.1 və 448.1-ci maddələri üzrə - Mübahisələndirilmiş alqı-satqı müqavilələri üzrə satıcılar, yəni etibaredənlər Cavabdeh3, X6 və X7 ağır yataq xəstələri olmuşlar. X7 alqı-satqı müqavilələri bağlandığı ərəfədə artıq vəfat etmişdir, Cavabdeh3 isə hələ də yataq xəstəsidir. Göründüyü kimi, Cavabdeh4, etibaredənlər Cavabdeh3, X1 və Həbib Əbülfəz oğlunun ağır vəziyyətə düşməsi nəticəsində onları aldatmaqla, etibarnamələrin rəsmiləşdirilməsinə nail olaraq alqı-satqı müqavilələri bağlamış və MM-in 364.2-ci maddəsinin tələblərini pozaraq bunu etibarnamən i verənə bildirməmiş, alıcı Cavabdeh5 aldığı pulu satıcılara verməli olduğu halda verməmişdir.
22. MPM-in 4.1, 15.2, 15.3, 15.4, 77.1 və 107-ci maddələri üzrə - İşin hallarından göründüyü kimi, MM və cəmiyyətin nizamnaməsinə əsasən, səhmlərin alqı-satqısına dair mübahisələndirilmiş əqdlər "xxxx" ASC ilə əlaqəlidir. Həmin səhmlər cəmiyyətin idarə edilməsilə, cəmiyyətin əmlaklarına hüquqlarla, itiriləcəyi və ya əldə edəcəyi əmlaklara hüquqlarla birbaşa əlaqəlidir, cəmiyyətin idarəçiliyində mühüm rol oynayır. Bu səbəbdən də "xxxx" ASC səhmlərlə bağlı qanunazidd hərəkətlərdən və başqa (borclu) şəxslərdən tələb etmək hüququ ilə müdafiə olunmaq hüququna, yəni, səhmlərin alqı-satqısına dair mübahisəli əqdlərə münasibətdə subyektiv hüquqa malikdir. Digər tərəfdən iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2024-cü il 26 fevral tarixli məktubundan göründüyü kimi, həmin məhkəmənin 2007-ci il 18 oktyabr tarixli 2(027)-579/2007 nömrəli “iddianın təmin olunması barədə” qərardadı ilə X4 məxsus "xxxx" ASC-nin 19.106 manat dəyərində 40.512 səhmin satılmasına qadağa qoyulmuşdur, 2007-ci il tarixindən 2024-cü il 23 fevral tarixinə qədər qadağanın götürülməsi barədə məhkəmənin arxivində heç bir məlumat yoxdur. Göründüyü kimi, hazırkı iş üzrə səhmlər və həmin səhmlərin alqısatqılarına dair əqdlərlə bağlı "xxxx" ASC subyektiv hüquqa malikdir. "xxxx" ASC-nin səhmlərinin alqı-satqısına dair 2023-cü il 24 fevral tarixli 3M/133, 3M/134 və 3M/135 reyestr nömrəli müqavilələr cəmiyyətin maraqlarına toxunur. İşin hallarından göründüyü kimi, cavabdehlər "xxxx" ASC ilə əlaqəli səhmlər üzərində həbsin qoyulmasına dair Quba Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2007-ci il 18 oktyabr tarixli 2(027)-579/2007 nömrəli qərardadını və Səbail Rayon Məhkəməsinin 2023-cü il 17 fevral tarixli qərardadını qərəzli şəkildə icra etməmişlər.
23. Kassator şikayətinin digər bölməsində bildirir ki, qanuni qüvvədə olan Quba Rayon Məhkəməsinin 2007-ci il 18 oktyabr tarixli 2-579 2007 nömrəli qərardadı ilə üzərində həbs qoyulmuş X4 məxsus olan "xxxx" ASC-nin 19.106 manat dəyərində 40.512 səhminin özgəninkiləşdirilməsi MPM-in 15.2-ci maddəsinin pozulmasına səbəb olur.
24. Bundan başqa, iş materiallarında olan Səbail Rayon Məhkəməsinin 2023-cü il 17 fevral tarixli qərardadı ilə "xxxx" ASC-nin əmlaklarına və səhmlərinə həbs qoyulmasına dair həmin məhkəmənin 2015-ci il tarixli qərardadı ləğv edilmiş, həbs gö türülmüşdür. Həmin məhkəmənin 2022-ci il 6 mart tarixli məktubuna əsasən həmin qərardad 2023-ci il 28 fevral tarixində qüvvəyə minmişdir. Lakin Səbail Rayon Məhkəməsinin 2023-cü il 17 fevral tarixli qərardadı qüvvəyə minməmiş Cavabdeh4 həmin qərardadla əlaqəli səhmlərin satışını həyata keçirmişdir. Belə ki, MPM-in 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. MPM-ə görə Quba Rayon Məhkəməsinin 2008-ci il 24 iyun tarixli 2/xx-xx/2008 nömrəli qətnaməsinin qanuni qüvvəsini alması, həmin məhkəmənin 2007-ci il 18 oktyabr tarixli 2(027)-579/2007 nömrəli qərardadının qüvvədən düşməsinə səbəb olmur. Prosessual qanunvericilikdə qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qüvvədə olmasına müddət nəzərdə tutulmamışdır. Cavabdeh4 tərəfindən MM ilə müəyyənləşdirilmiş şərtlər pozularaq alıcı Cavabdeh5 ilə bağladığı əqdlərdən sui istifadə olunmaqla, "xxxx" ASC-nin fəaliyyətinə zərər vurulmuş, cəmiyyətin fəaliyyəti iflic edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. Kassasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəmə aktını tam yoxlamışdır. Hazırkı icraat çərçivəsində də apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslı lığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.
27. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur....” “Maddə
448. Öhd əliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir....” “Maddə
567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə
568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə
579. Əşyaların çeşidi 579.1. Əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin r azılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur....” “Maddə
600. Nisyə satılmış əşyanın ödənilməsi... 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər....” “Maddə
993. Qiymətli kağıza mülkiyyət hüququnun əmələ gəlməsi və ötürülməsi... 993.2. Mülkiyyətçi qiymətli kağıza mülkiyyət hüququnu bu Məcəllənin 1078-20-ci maddəsində göstərilən qaydada əqdlərin bağlanması yolu ilə başqa şəxsə ötürə bilər....” “Maddə
997. Qiymətli kağızların növləri 997.1. Qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir....”
29. Azərbaycan Respublik asının Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə” 2008-ci il 30 iyun tarixli Plenum Qərarında aşağıdakılar nəzərdə tutulur: “Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinc i və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”
30. Azərbaycan Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri Məcəlləsinin müvafiq... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübut ların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilə n hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini aşağıdakı səbəblərdən əsassız hesab edir.
32. MM-in 993.2-ci maddəsinə (bax § 28) əsasən, mülkiyyətçi qiymətli kağıza mülkiyyət hüququnu bu Məcəllənin 1078-20-ci maddəsində göstərilən qaydada əqdlərin bağlanması yolu ilə başqa şəxsə ötürə bilər.
33. Səhmlər də qiymətli kağızların bir növüdür (MM-in 997.1-ci maddəsi - bax § 28).
34. Qanunda mülkiyyətçinin öz səhmlərini digər şəxslərə özgəninkiləşdirmək, o cümlədən satmaq hüququnun həyata keçirilməsi üçün həmin səhmdar tərəfindən səhmləri özgəninkiləşdirilən səhmdar cəmiyyətinin və ya digər səhmdarların razılığının alınması nəzərdə tu tulmamışdır.
35. Bununla əlaqədar məhkəmə kollegiyası iddiaçının müqavilələrin etibarsız hesab edilməsi ilə bağlı iddianı irəli sürməyə dair subyektiv hüquqa malik olmamasına, eləcə də əqdlərin etibarsızlığının əsaslarının hazırkı iş üzrə müəyyən edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı edir, bu səbəbdən də kassatorun müvafiq dəlilləri üzrə ayrıca hüquqi dəyərləndirmə aparılmasına prosessual qənaət prinsipi baxımından lüzum görmür.
36. Cavabdeh4 tərəfindən MM ilə müəyyənləşdirilmiş şərtlər pozularaq alıcı Cavabdeh5 ilə bağladığı əqdlərdən sui-istifadə olunmaqla, iddiaçını fəaliyyətinə zərər vurulduğuna, cəmiyyətin fəaliyyətinin iflic edilməsinə dair dəlillərlə əlaqədar isə qeyd olunur ki, iddiaçı həqiqətən də sözügedən zərərin vurulduğunu he sab edirsə, qanunla müəyyən olunmuş qaydada dəymiş zərərin əvəzini müvafiq şəxslərdən tələb etmək hüququna malikdir.
37. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına, habelə qətnamənin ləğvinə səbəb ola bilən kobud prosessual hüquq pozuntularına yol verməmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 30) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
38. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 2-2(103)-892/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu m addələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı "xxxx" ATSC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 oktyabr tarixli 2-2(103)-892/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.