Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-148/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı QSC-in cavabdeh “xxxx” MMC-ə qarşı ( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Vergi Xidməti) hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin vergi ödənilmədən bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə QƏRAR Açar sözlər: hərracın nəticələri, ipoteka saxlayan tərəfindən sadələşdirilmiş vergi ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Qəribov Bəhman Fərhad oğlunun sədrliyi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlundan, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, mə hkəmə iclasının katibi Hüseynkli Cavid Əli oğlunun, İddiaçı QSC-in vəkili və nümayəndəsi Vəkil oğlunun, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi xxx oğlunun və vəkili Vəkil iştirakı ilə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 noyabr tarixli 2-2(103)-192/2020 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. İcra orqanları tərəfindən (icra məmuru) tərəfindən “xxxx” MMC-ə (bundan sonraMMC) qanuni qüvvəsini almış məhkəmə aktlarına əsas ən icra vərəqələri verilmiş, icra zamanı tutmanın ipoteka predmetinə yönəldilməsi məqsədilə icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakların açıq hərraclar keçirməklə realizə olunması üçün sifarişlər göndərilmişdir.
2. MMC həmin sifarişlər əsasında ipoteka predmeti olan əmlakları açıq hərrac vasitəsi ilə satışa çıxarmış, alıcı olmadığı üçün “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı QSC-ə (bundan sonra-QSC) təklif etmişdir.
3. Təklifə əsasən QSC həmin əmlakları MMC-in ödəməli olduğu borca uyğun öz balansına götürməyə rəsmi razılıq versə də, MMC bank tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmadan və həmin vergi ödənilmədən əmlakın açıq hərracda satılmasına dair yekun protokollar, alqı-satqı müqavilələri və müvafiq sənədlərin imzalanmayacağını rəsmi olaraq banka bildirmiş, müvafiq rəsmiləşdirməni həyata keçirməkdən yayınmışdır. 4. 2019-cu il **** tarixdə iddiaçı QSC tərəfindən MMC-ə pretenziya məktubu ilə müraciət edilərək bank tərəfindən yuxarıda göstərilən daşınmaz əmlakların balansa götürülməsinə razılıq verilsə də, həmin əmlakların açıq hərracda satılmasına dair yekun protokolların və alqı-satqı müqavilələrinin hal-hazıradək imzalanmadığı bildirilmiş, həmin protokol və müqavilələrin bank tərəfindən sadələşdirilmiş vergi ödənilmədən və tələb olunmadan bağlanmasına dair 3 gün müddətində müvafiq sənədləşmənin həyata keçirilməsi xahiş edilmiş, əks təqdirdə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.
5. MMC-in QSC-ə cavab məktubunda təq dim edilmiş siyahı üzrə protokolların əmlaklara hesablanmış sadələşdirilmiş vergi ödənildikdən sonra təqdim olunacağı bildirilmişdir.
6. MMC hərrac nəticəsinə dair yekun protokolu və alqı-satqı müqaviləsini imzalamaqdan imtina etmiş, bu mövqe QSC üçün maddi itkilərin nəticəsinə səbəb olacağından tərəflər arasında mübahisə yaranmış və bu əsasla QSC məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. QSC MMC-ə qarşı keçirilmiş hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin QSC tərəfindən sadələşmiş vergi ödənilmədən və həmin verginin ödənilməsi ondan tələb edilmədən bağlanması vəzifəsinin qeyd olunan iş üzrə MMC-in üzərinə qoyulması; 2019-cu il *** tarixli *** saylı və *** saylı, 2019-cu il *** tarixli mək tubda qeyd edilən əmlakın; iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMC-ə Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən məhkəmə aktı ilə ipoteka predmeti olan əmlakın açıq hərraclar keçirməklə realizə olunması üçün sifariş göndərmişdir. Cavabdeh sifariş əsasında qeyd edilən əmlakı açıq hərrac vasitəsi ilə satışa çıxarmış, alıcı olmadığı üçün ipoteka predmeti olan aşağıda qeyd olunan əmlakı Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan QSC-ə təklif etmişdir. Aşağıda qeyd edilən təkliflərə əsasən QSC əmlakları borc hissəsinə uyğun olaraq balansa götürməyə rəsmi razılıq versə də, indiyə qədər əmlakın açıq hər racda satılmasına dair yekun protokolları və alqı-satqı müqavilələri sadələşmiş vergi iddiaçı QSC-dən ödəmə mənbəyindən sadələşdirilmiş vergi tutulmadan və həmin vergi ödənilməsə imzalamayacağını rəsmi olaraq bildirmişlər və müvafiq sənədləşmələri həyata keçirməkdən qərəzli formada yayınırlar. MMC-in QSC-ə 2019-cu il *** tarixli, *** saylı məktubuna vermiş olduğu 2019-cu il 4*** tarixli, *** saylı cavab məktubunda sadələşdirilmiş vergi ödənilməsə qeyd edilən protokolların və müqavilələrin verilməyəcəyini bildirmişlər. MMC-in sərgilədiyi bu mövqeyi QSC-ə maddi itkilərlə nəticələnməsinə səbəb olur.
9. Daha sonra QSC-in nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək keçirilmiş hərracın yekunlarına dair protokol və alqı-satqı müqavilələrinin iddiaçı QSC tərəfindən sadələşdirilmiş vergi ödənilmədən və həmin verginin ödənilməsi ondan tələb olunmadan bağlanması vəzifəsinin aşağıda qeyd edilən işlər üzrə: ***2019-cu il tarixli *** saylı və *** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ***2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ***2019-cu il t arixli məktubda qeyd edilən əmlak; ***2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; -****2019-cu il tarixli *** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli *** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ***2019-cu il tarixli **** saylı və 7*** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli *** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarix li məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, *****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; -****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak; ****2019-cu il tarixli **** saylı və **** saylı, ****2019-cu il tarixli məktubda qeyd edilən əmlak üzrə MMC-in üzərinə qoyulması və iddia ərizəsnin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı QSC-in xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. İşə baxılarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra-Vergi Xİdməti) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə qoşularaq QSC-in iddia tələbini əsassız hesab etmiş və hazırki vəziyyətdə hərrac təşkilatının ödəmə mənbəyində vergini tutmalı olduğunu hesab etmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 9 dekabr tarixli, 2-2(81)1419/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, keçirilmiş hərracların yekunlarına dair protokolların imzalanması və alqı-satqı müqavilələrinin iddiaçı QSC-dən ödəmə mənbəyindən sadələşdirilmiş ver gi tutulmadan və həmin verginin ödənilməsi ondan tələb olunmadan bağlanması vəzifəsi cavabdeh MMC-in üzərinə qoyulmuş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti MMC-dən tutularaq iddiaçı QSC-ə ödənilmişdir (hakim-Aytən Oruczadə).
12. Məhkəmə hesab etmişdir ki, hazırki halda QSC daşınmaz əmlakı təqdim edən şəxs deyil, həmin əmlakı əldə edən qismində çıxış etdiyindən MMC-in hərracın yekunlarına dair protokolun tərtib olunması və alqı-satqı müqaviləsinin bağlanması üçün sadələşdirilmiş verginin QSC tərəfindən ödənilməsi şərtini irəli sürməsi qanunauyğun hesab edilə bilməz.
13. Məhkəmə həmçinin, göstərmişdir ki, mübahisəli hərracların yekunu olaraq QSC-in əldə etdiyi daşınmaz əmlaklar gələcəkdə satıldıqda bank tərəfindən Azərbaycan Respublikası Ve rgi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 218.4.3-cü maddəsinin tələblərinə əsasən yenidən sadələşdirilmiş vergi ödənilməlidir. Belə olan halda isə hazırda əmlaklar alınarkən iddiaçı QSC tərəfindən sadələşdirilmiş verginin ödənilməsi bankın eyni əmlakla bağlı iki dəfə eyni vergiyə cəlb edilməsinə səbəb olacaqdır.
14. Həmin məhkəmə daha sonra qeyd etmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan hərrac könüllü əsaslarla deyil, icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmurunun sifarişi əsasında həyata keçirildiyindən, yəni həmin hərracın keçirilməsi vəzifəsi qanundan irəli gəldiyindən hazırkı halda hərrac təşkilatçısı qanunun tələblərinə uyğun şəkildə hərrac baş tutmadığı halda qanunun tələblərinə uyğun olaraq ipoteka saxlayana təklif edilmiş keçirilmiş hərracın nəticələr inə dair protokolu təsdiq etmək və alqı-satqı müqaviləsi bağlamaq vəzifəsi daşımaqla hərrac protokolunu imzalamaqdan və müqavilə bağlamaqdan imtina etmək hüququna malik deyildir.
15. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 319.5, 415.5, 415.6, 415.7-ci maddələrinə, Vergi Məcəlləsinin 150.1.13, 150.3, 218.4.3, 219.3-1-ci maddələrinə, Qanunun 41.2, 41.3-ci maddələrinə, Azərbaycan Respublikaslı Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
16. Vergi Xidməti 2020-ci il 14 yanvar tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğvi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 noyabr tarixli 2-2(103)-192/2020 saylı qətnaməsi ilə Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1419/2019 saylı 09 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət olunmuşdur (sədrlik edən – C.Yusifov, hakimlər – R.Qurbanov və V.Baxışova)
18. Həmin məhkəmə kollegiyasının 2020-ci il 12 mart tarixli, 2-2(103)-192/2020 saylı qərardadına əsasən iş üzrə Mülki Məcəllənin 319.3-cü və Qanununun 5-ci, 43.7, 43.9-cu maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddələrinə, Vergi Məcəllənin 150.3-1-ci, 150.1.13-cü maddələrinə (münasib olan digər maddi hüquq normalarına) münasibətdə əlaqəli surə tdə şərh edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət olunması və iş üzrə icraat müraciətə baxılıb qurtaranadək dayandırılması qərara alınmışdır.
19. Daha sonra, məhkəmənin 2020-ci il 8 oktyabr tarixli, 2-2(103)-192/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun həmin müraciətlə bağlı 2020-ci il 23 iyul tarixli Qərarının qəbul olunub mətbuatda dərc olunması ilə əlaqədar iş üzrə icraat təzələnmiş və 2020-ci il 5 noyabr tarixinə məhkəmə iclası təyin edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, onun istinad etdiyi qanunvericilik aktlarına əsaslandırmış əlavə olaraq Mülki Məcəllənin 2.1, 2.5, 319.3-cü maddələrinə, Qanunun 5, 43.9-cu maddələrinə, “Normativ-hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2.5-ci maddəsinə, Vergi Məcəlləsinin 3.5, 3.11, 13.2.10, 13.2.12-ci maddələrinə istinad etmiş (bax yuxarıda §§ 12-15), əlavə olaraq hazırki mübahisəli məsələ ilə əlaqədar məhkəmənin Konstitusiya Məhkəməsinə müraciəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qəbul etdiyi 2020-ci il 23 iyul tarixli Qərarı ilə - “keçirilmiş təkrar hərrac baş tutmamış elan edildiyi halda sadələşdirilmiş verginin ödənilməli olub-olmaması və ya kim tərəfindən ödənilməli olması mövcud qanunvericilik normaları ilə tam nizamlanmadığı vurğu lanaraq müvafiq şərhlə məsələnin tənzimlənməsini qeyri-mümkün hesab etmiş və bu baxımdan, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının qısa müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməsini nəzərə alaraq məhkəmə kollegiyası, ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə olunması zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarını tənzimləyici normaların qeyri-müəyyənliyi və mübahisələndirilən məsələ ilə bağlı aydın olmayan bütün məqamlar ipoteka predmetini əldə edən iddiaçının (bankın) xeyrinə şərh edilməli olan hallar kimi qiymətləndirir.
21. Məhkəmənin qətnaməsi tərəflərə 2020-ci il 19 noyabr tarixində göndərilmiş, Vergi Xidmətinin kassasiya şikayəti 2021-ci il 7 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur.
22. Vergi Xidməti həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Vergi Xidmətinin kassasiya şikayətinin dəlilləri
23. Məhkəmə qərarında qeyd olunur ki, Vergi Məcəlləsinin 13.2.10-cu, 13.2.12-ci, 150.1.13-cü və digər müddəalarına əsasən yaşayış və qeyri-yaşayış sahələrinin açıq hərrac qaydasında ixtisaslaşdırılmış hərrac təşkilatları tərəfindən təqdim edilməsi zamanı hərrac təşkilatının sadələşdirilmiş vergini hesablayaraq vergi orqanına ödəməyə borclu olduğu təsbit olunsa da, bu zaman qanunverici tərəfindən həmin verginin kimdən tutulmalı olmasına aydınlıq gətirilməmişdir.
24. Məhkəmənin qeyd edilən mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, yaşayış və qeyriyaşayış sahələrinin təqdim olunması əməliyyatına münasibətdə vergi qanunvericiliyi ödənilməli olan vergi növü olaraq sadələşdirilmiş vergini müəyyən etmişdir.
25. Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin 2020-ci ilin yanvar ayınadək qüvvədə olmuş redaksiyasına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim olunması, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Bu zaman, sadələşdirilmiş verginin vergitut ma obyekti həmin Məcəllənin 219.3-1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın sahəsidir. Sadələşdirilmiş verginin digər vergitutma obyektlərindən fərqli olaraq yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə münasibətdə vergitutmanın forması kimi “bilavasitə mənbədən” forması nəzərdə tutulmuşdur.
26. Qeyd olunan əməliyyatlar çərçivəsində sadələşdirilmiş verginin “bilavasitə mənbədən” tutulmasını həyata keçirmək öhdəliyi yaşayış və qeyri-yaşayış sahəsinin təqdim edilmə üsulundan asılı olaraq iki fərqli subyekt arasında bölüşdürülmüşdür.
27. Vergi Məcəlləsinin 150.1.9-ci və 150.1.13-cü maddələrinə uyğun olaraq yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sadələşdirilmiş verginin hesablanmasını, tutulmasını və dövlət büdcəsinə ödənilməsini notariuslar və hərracın n əticələrini təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar həyata keçirir.
28. Qeyd edilməlidir ki, vergitutma ilə bağlı öhdəliyin hansı subyektin üzərinə qoyulmasından asılı olmayaraq, vergitutmanın yalnız “bilavasitə mənbədən” forması nəzərdə tutulur və yaranan münasibətlərdə əmlakı təqdim edən, yəni gəlir əldə edən şəxsin iştirakı birmənalı olaraq istisna edilir.
29. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması ilə bağlı sadələşdirilmiş verginin tutulması, bəyan olunması və dövlət büdcəsinə ödənilməsinin qaydası xüsusi olaraq müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius və İxtisaslaşdırılmış hərrac təşkilatları sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olma yaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.
30. Ümumiyyətlə, vergi qanunvericiliyi baxımından hesab olunur ki, yaşayış və qeyriyaşayış sahələrini təqdim edən şəxs formasından asılı olmayaraq müəyyən gəlir əldə edir və həmin gəlirin mənbəyi qismində əmlakı mülkiyyətinə qəbul edən şəxs çıxış edir. Bu zaman, əmlakı təqdim edən şəxsin əldə etdiyi gəliri və çəkdiyi xərclər arasında fərqin mənfi, yaxud müsbət olması, yəni zərərə məruz qalıb-qalmaması heç bir əhəmiyyət daşımır. İpoteka saxlayanın icra olunmamış kredit öhdəliyi əvəzində ipoteka predmetini təşkil edən əmlakları alması ilə bağlı məsələyə gəldikdə ilk növbədə vergitutma məqsədləri baxımından “təqdim etmə” anlayışına münasibətin bildirilməsi zəruridir. Vergi Məcəlləs inin 13.2, 10-cu maddəsində qeyd olunan anlayışdan aydın olur ki, girov predmeti üzrə mülkiyyət hüququnun girov saxlayana keçməsi “təqdim etmə" anlayışı ilə tam əhatə olunur.
31. İpoteka predmetini təşkil edən yaşayış və qeyri-yaşayış sahələrinin icra edilməmiş kredit öhdəliyi qarşılığında İpoteka saxlayanın mülkiyyətinə keçməsi vergitutma məqsədləri üçün təqdim edilmə sayılır və sadələşdirilmiş verginin obyektini təşkil edir. Təsvir olunan münasibətlərdə əmlakı əldə edən qismində ipoteka saxlayan çıxış edir. İpoteka predmetini təşkil edən əmlakın mülkiyyətindən çıxması qarşılığında ipoteka qoyan kredit üzrə öhdəliklərinin tam və ya qismən əvəzləşdirilməsi formasında müəyyən gəlir əldə edir. Məsələyə bu mövqedən yanaşdıqda hərracın nəticələrini müvafiq protokolla rəsmiləşdirən ixtisaslaş dırılmış təşkilat tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması haqqında tələbi məhz ipoteka saxlayana qarşı yönəlməlidir. Bu zaman sadələşdirilmiş verginin tutulduğu şəxs ipoteka saxlayan olsa da, bu vergi məbləği ipoteka qoyanın hesabına aid edilir.
32. Qeyd olunan mövqe Qanunun müddəaları ilə də uzlaşır. Belə ki, həmin Qanunun 5ci maddəsinə əsasən ipoteka müqaviləsinin şərtlərinə və ya həmin Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayanın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. Göründüyü kimi Qanun ipoteka əməliyyatı ilə bağlı yaranan vergi öhdəliyinin ipotek a saxlayandan tutulmasını və onun üzərinə düşən vergi yükünün ipoteka predmetinin dəyərindən ödənilməsi mümkün edir.
33. Digər tərəfdən, Mülki Məcəllənin 319.3-cü maddəsi müəyyən edir ki, ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. İpoteka münasibətlərini tənzimləyən mülki qanunvericilik tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi zamanı meydana gələn istənilən xərclərin satınalma qiymətindən tutulmasını və bu qiymətin alıcı tərəfindən ödənilməli olduğunu müəyyən edir. Hazırkı halda İpoteka predmetini öz mülkiyyətinə qəbul etməsi ilə əlaqədar ipoteka saxlayandan tutulan sadələşdirilmiş verginin ipoteka predmetinin dəyərindən ödənilməsi həmin vergi məbləğinin ipoteka qoyanın kredit borcunun əvəzləşdirilən hissəsinin azaldılması yolu ilə baş verir.
34. Xüsusi olaraq göstərmək lazımdır ki, vergi qanunvericiliyi mülkiyyət hüququnun ipoteka qoyana keçməsi formasında ipoteka predmetinin təqdim edilməsini sadələşdirilmiş vergi öhdəliyini İstisna edən hal kimi müəyyən etmir. Başqa sözlə, ipoteka predmetinin ipoteka saxlayanın mülkiyyətinə keçməsi ilə bağlı vergi azadolması nəzərdə tutulmamışdır.
35. Bundan başqa, yuxarıda təsvir olunan vəziyyətdə əmlakın təqdim edilməsi ilə bağlı yaranan sadələşdirilmiş verginin ipoteka qoyandan tutulması həm qanunvericiliyin tələbləri baxımından, həm də praktiki baxımdan mümkün deyildir. Belə ki, ipoteka predmetinin təqdim olunması əməliyyatında, yəni hərrac prosesində ipoteka qoyan nə bilavasitə (şəxsən), nə də dolayısı olaraq iştirak etmir və verginin ondan tutulması üçün şərait yaranmır. O, qeyd olunan prosesdə bilavasitə iştirak etməsə də, ipoteka müqaviləsi bağlamaqla özünə məxsus əmlakı yüklü etmiş və ehtimal olunan hərrac prosesinə əvvəlcədən razılıq vermişdir.
36. Ümumiyyətlə, qanunvericiliyin təhlilində sistemli yanaşmanın zəruri olduğunu nəzərə alaraq hesab olunur ki, ipoteka predmeti üzərində mülkiyyət hüququnu əldə edən şəxslərin statusundan və hərracın nəticələrindən asılı olaraq sadələşdirilmiş verginin fərqli qaydada tutulması ağlabatan hesab oluna bilməz. Bir halda ipoteka predmetinin baş tutmuş hərrac nəticəsində üçüncü şəxslərə satılması zamanı sadələşdirilmiş verginin onlardan tutulması, ikinci halda isə hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmetinin ipoteka sax layanın mülkiyyətinə keçməsi zamanı verginin əmlaka mülkiyyət hüququ əldə edəndən deyil, ipoteka qoyandan tutulması ictimai münasibətlərin hüquqi tənzimlənməsinin sistemliliyi və kompleksliyi, eləcə də, mütənasiblik prinsiplərinə uyğun gəlmir.
37. Məhkəmənin digər mövqeyinə görə konkret halda, ilkin, yəni hərrac mərhələsində həmin verginin ödənilməsinin tələb olunması gələcəkdə həmin əmlaklar məcburi qaydada özgəninkiləşdirilərkən onun təkrarən eyni vergini ödəməsinə gətirib çıxarır. Məhkəmənin bu dəlili ilə bağlı bildirilir ki, ipoteka predmetini mülkiyyətinə qəbul etməsinə görə ipoteka saxlayandan sadələşdirilmiş verginin tutulması və həmin predmetin sonradan üçüncü şəxslərə satışı zamanı sadələşdirilmiş verginin ödənilməsi təkrar vergitutma hesab oluna bilməz. Belə ki, birinci halda i poteka saxlayandan tutulan sadələşdirilmiş vergi onun hesabına deyil, ipoteka qoyanın hesabına aid olunur və həmin vergini dolayı olaraq ipoteka qoyan ödəmiş hesab olunur. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən mülkiyyətə qəbul edilməsi əməliyyatında pul vəsaitinin iştirak etməməsi verginin ödəmə mənbəyində tutulmasına mane olmur. İstər barter formasında daşınmaz əmlakın təqdim edilməsində, istər fiziki şəxslərin muzdlu işlə bağlı gəlirlərinin natura formasında ödənilməsində, eləcə də, digər hallarda pul vəsaitinin hərəkəti baş vermir və bununla yanaşı, ödəmə mənbəyində vergilər vergitutma obyektini təqdim edən şəxslər tərəfindən ödənilir.
38. Yuxarıda göstərilənlərə əsasən ipoteka predmetinə mülkiyyət hüququnun kredit borcu qarşılığında ipoteka saxlayana keçməsi prosesini rəsmilə şdirən hərrac təşkilatı sadələşdirilmiş vergi məbləğini ödəmə mənbəyində ipoteka saxlayandan tutaraq dövlət büdcəsinə ödəməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı tərəflər etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-in 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
40. Cavabdeh tərəf apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM -in 403 və 416-cı maddələri).
41. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib- etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi 2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan v ə onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.... 2.5. Əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir....” Maddə
319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri... 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur.... 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkra r hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur....”. Maddə
415. Hərracın təşkili və keçirilmə qaydası... 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 415.6. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vuru lan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 415.7. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar... 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur: 13.2.10. Malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan e yni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. 13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə yaşayış və qeyri-yaşayış sahələri ayrıldıqda, dövlətə ayrılan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə dövriyyələr vergiyə cəlb olunan gəlir hesab edilmir....”. Maddə
150. Ödəmə mənbəyində verginin tutulması qaydası 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.13. aşağıdakılar istis na olmaqla, yaşayış və qeyri-yaşayış sahələrinin, habelə torpaq sahələrinin açıq hərrac qaydasında təqdim edilməsi üzrə hərracın nəticələrini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2ci maddəsində müəyyən olunmuş protokolla təsdiq edən ixtisaslaşdırılmış təşkilatlar: 150.3. Bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar: 150.3.1. bu Məcəllənin 150.1.1, 150.1.2 və 150.1.8-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə...”. Maddə
218. Sadələşdirilmiş verginin ödəyiciləri... 218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmay araq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər...” Maddə
219. Vergitutma obyekti... 219.3-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir....” İpoteka haqqında Azərbaycan Respublikası Qanunu Maddə
5. İpoteka saxlayanın əlavə xərclərinin ipoteka ilə təmin edilməsi İpoteka müqaviləsinin şərtlərinə və ya bu Qanuna uyğun olaraq ipoteka saxlayan ipoteka predmetinin saxlanılmasını və salamatlığını təmin etməsi vəzifəsini daşıdığı halda ipoteka saxlayan ın həmin predmetin saxlanılmasına və salamatlığına çəkdiyi ağlabatan xərclər, o cümlədən vergilər və kommunal xərclər ipoteka predmetinin dəyərindən ödənilir. M a d d ə
41. İpoteka predmetinin satış üsulları... 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir....”. M a d d ə
43. Hərracın baş tutmamış elan edilməsi... 43.9. İpoteka saxlayan xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini özündə saxlamışsa, o, qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində həmin əşyanı özgəninkiləşdirməlidir....”. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu Maddə
2. Normativ hüquqi aktlar və onların hüquqi qüvvəsi... 2.5. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edi lir....”. Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....”. Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....”. Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq no rmalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə
106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” Maddə
119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....”. İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05 noyabr 2020-ci il tarixli, 2-2(103)-192/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
43. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud qanunvericiliyə əsasən (Vergi Məcəlləsinin 218.4.3-cü maddəsi) mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edildiyindən, hazırkı halda isə hərraca çıxarılan əmlak iddiaçının mülkiyyətində olmadığından, iddiaçının bu əməliyyatda faktiki olaraq əldə edən qismində iştirak etdiyindən, onun üzərinə yalnız ehtimallara əsasən Vergi Məcəlləsi ilə məhz əldə edənin ödəməli olduğu müəyyən edilməmiş vergiləri ödəmək vəzifəsi qoyula bilməz. 4
4. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair “ 23 iyul 2020-ci il tarixli Qərarında ipoteka saxlayanın məhkəmə qaydasında təmin olunmuş tələbi əsasında keçirilmiş təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydalarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla mümkün qədər qısa müddət ərzində tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
45. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərində qeyd edilmişdir ki, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması əməliyyatına münasibətdə vergi qanunvericiliyi ödənilməli olan vergi növü olaraq sadələşdirilmiş vergini müəyyən etmişdir. Belə ki, Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinin 2020-ci ilin yanvar ayınadək qüvvədə olmuş redaksiyasına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicilərinə aid edilmişdir. Bu zaman, sadələşdirilmiş verginin vergitutma obyekti həmin Məcəllənin 219.3-1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlakın sahəsidir. Sadələşdirilmiş verginin digər vergitutma obyektlərindən fərqli olaraq yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə münasibətdə vergitutmanın forması kimi “bilavasitə mənbədən” forması nəzərdə tutulmuşdur.
46. Kassasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edilməlidir ki, sadələşdirilmiş vergi şəxsin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim olunması ilə bağlı əldə edilən məbləğdən tutulan vergi olmaqla, həmin verginin ödəyicisi qismində sahəni təqdim edən şəxs (konkret halda satıcı, sahənin mülkiyyətçisi) çıxış edir. Apellyasiya məhkəməsi isə öz növbəsində üçüncü şəxsin apellyasiya şikayətinin analoji dəlilləri ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, ipoteka saxlayan iddiaçı bankın ipoteka predmeti olan əmlakları təqdim edən “satıcı” qismində qəbul olunmadığından ondan ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması mümkünlüyü də istisna olunur. Hər bir halda, bank tərəfindən hərrac təşkilatçısının təklifi ilə əldə edilmiş ipoteka predmeti olan əmla klara görə qanunun məcburi qaydada müəyyən etdiyi özgəninkiləşdirmə öhdəliyinin icrası anında təqdim edilmə zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi ödənilməlidir. Başqa sözlə, qanunvericinin qeyd olunan 43.9-cu maddəsinin tələbi baxımından, iddiaçı bank, cavabdeh tərəfindən ona edilən təklif əsasında əldə etdiyi ipoteka əmlaklarına görə vergi qanunvericiliyi ilə müəyyən olunan ödəmə mənbəyində sadələşdirilmiş vergini ödəmək öhdəliyindən yayınması mümkünsüzdür. İlkin, yəni hərrac mərhələsində həmin verginin ödənilməsinin tələb olunub tutulması, gələcəkdə həmin əmlaklar məcburi qaydada özgəninkiləşdirilərkən, təkrarən eyni verginin ödənilməsinə də gətirib çıxarır. Belə olan halda, Vergi Məcəlləsinin 3.5-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, heç bir şəxs əldə etdiyi mənfəətdən eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.
47. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, ipoteka saxlayan hərrac baş tutmadıqda ipoteka predmetini öz təşəbbüsü ilə deyil, bir növ çarəsizlikdən, baş verə biləcək digər zərərlərdən qaçmaq üçün əldə edir və xarakterinə və təyinatına görə ona məxsus ola bilməyən ipoteka predmetini qanunvericiliklə müəyyən edilmiş qaydada bir il ərzində özgəninkiləşdirməli və bu əmlaklar özgəninkiləşdirilərkən isə bank tərəfindən ödəmə mənbəyindən vergi ödənilməlidir. Beləliklə, bank bir vergini iki dəfə-həm əmlakı əldə edərkən, həm də özgəninkiləşdirərkən ödəmiş olur, digər tərəfdən isə Konstitusiya Məhkəməsinin istinad edilən Qərarından xeyli müddət keçməsinə baxmayaraq ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilmə si zamanı sadələşdirilmiş verginin ödənilməsi qaydaları hələ də qanunvericiliklə müəyyən edilməmiş, hər hansı şəxsin üzərinə isə qanunvericiliklə dəqiq müəyyən edilməmiş vergiləri ödəmək öhdəliyinin qoyulması qanuni hesab edilə bilməz.
48. Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri Vergi Məcəlləsi ilə müəyyən edildiyindən, digər qanunlara istinad edilməklə məhz iddiaçının hazırki halda sadələşdirilmiş vergini ödəməli olduğu barədə üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə məhkəmə kollegiyası tənqidi yanaşır.
49. Beləliklə, işə kassasiya qa ydasında baxan məhkəmə hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş və kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 noyabr tarixli, 2-2(103)192/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 5 noyabr tarixli, 22(103)-192/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.