Məhkəmə qərarları › İş №2-2(102)-275/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-275/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-275/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş ziyana görə pul tələbi) 09.09.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Abiyeva Kəmalə Nəbi qızının (sədrlik edən və məruzəçi), hakimlər Dadaşov İlqar Ağababaş oğlu və X2 ibarət tərkibdə, Allahverdiyeva Nilgün Qəhrəman qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 0xxx 22(103)-211/2020 nömrəli qətnaməsindən cavabdehtərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.İŞİN HALLARİ:

1. İddiaçı MMC tərəfindən 2015-ci il 12 fevral tarixdə “Rabitə xəttinin pozuntuları haqqında” akt tərtib edilərək göstərilmişdir ki, ATS 496 ünvan 1 ünvanda birmərtəbəli evləri söküb yerində “katlavan” qazılmış, kommunikasiyadan aralı (QS) metr qurğular hasarın daxilində qalmış və ünvan 2 ünvanında telefon kommunikasiyaları üzərində ofis tikilmişdir.

2. İddiaçı MMC-nin tərtib etdiyi Cavabdeh MTK tərəfindən dağıdılmış kanalların və kabellərin əsaslı bərpası smetasına əsasən, bərpa üçün 13.352,24 manat məbləğində material sərfiyyatı zəruridir.

3. İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya 2018-ci il 13 avqust tarixli bildiriş ünvanlanaraq, ünvan 1 ünvanında bina tikintisi üçün özül qazılan zaman id diaçıya məxsus magistral yeraltı kabel-kanalizasiya qurğuları və rabitə kabellərinin yararsız hala düşməsi nəticəsində cəmiyyətə 13.352,24 manat məbləğində dəydiyi bildirilmiş, həmin ziyanın 3 gün ərzində ödənilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC (bundan sonra mətndə iddiaçı) Cavabdeh MTK-ya (bundan sonra mətn də cavabdeh) qarşı iddia ərizəsi və sonradan isə iddia tələbinin azaldılması barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında bina üçün cavabdehtərəfindən özül qazılan zaman iddiaçıya məxsus magistral yeraltı kabel-kanalizasiya qurğuları və rabitə kabellərinin yararsız hala düşməsi nəticəsində dəymiş 13.352,24 manat məbləğində vəsaitin cavabdehdən tutularaq i ddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ünvan 3 ünvanında bina inşası zamanı həmin ərazidən keçən, iddiaçıya məxsus yeraltı magistral kabel-kanalizasiya qurğuları dağıdılmış və rabitə kabelləri yararsız hala salınmışdır. Baxmayaraq ki, rabitə qurğularının yeri cavabdehin mütəxəssislərin iştirakı ilə qabaqcadan dəqiqləşdirilmişdir. İddiaçının sahə rəisi və mühəndisi tərəfindən yerli baxış keçirilərək 2015-ci il 12 fevral tarixdə akt tərtib edilmişdir. Cavabdehin nümayəndələrinə tikilini tikməklə, içindən müxtəlif tutumlarda, abunəçiyə xidmət göstərən, çox sayda kabelin keçdiyi kanalı tikilinin altında qoyduğu və bunun da qəza vəziyyəti yarandığı zaman cox sayda ev və iş abunəçilərin telefonlarını n bərpa edilməsini imkansız etdiyi bildirilmişdir.

6. Həmçinin müəssisə tərəfindən cavabdehə 2015-ci il 12 fevral tarixli məktubla müraciət olunaraq, yeraltı rabitə qurğularının mühafizə zonasındakı ofis binasının və digər tikililərin sökülməsi və rabitə qurğularının mühafizə zonasının 3 gün müddətində boşaldılması tələb olunmuşdur. Lakin cavabdeh bu günədək iddiaçıya məxsus yeraltı rabitə qurğularının üstündə inşa etdiyi ofis binasını sökməmiş, rabitə qurğularının mühafizə zonası boşaldılmamış, dağıdılmış yeraltı rabitə qurğularının bərpa etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 saylı qərarı ilə təsdiq edilmiş «Telekomunikasıya şəbəkələrinin, vasitə və qurğuların mühafizəsi haqqında Qaydalar»ın 2.1.1, 4, 4.1.1, 5.9-cu bəndlərinin tələbələrini yerinə yetirməmişdir. Həmçinin kabel-kanalizasıya qurğularının təhlükə altına düşməsi nəticəsində adı çəkilən ərazidə telefondan istifadə edən abunəçilərin və həmçinin cəmiyyətin hüquqları kobud şəkildə pozulmuşdur. Bununla bağlı Nərimanov rayon İcra Hakimiyyətinə 2015-ci il 29 mart tarixli məktubla müraciət edilərək iddiaçıya məxsus yeraltı rabitə qurğularının mühafizə zonasının boşaldılmasına köməklik etmələrini xahiş etmişlər.

7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1097.1, 1098.2, 1099.1, maddələrinə və Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 saylı qərarı ilə təsdiq edilmiş «Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğuların mühafizəsi haqqında Qaydalarına» istinad etmişdir.

8. Cavabdeh idd iaya qarşı etiraz təqdim etməmişdir.

9. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, X6 tərəfindən 2019-cu il 5 noyabr tarixli ƏEM/N 23931/19 nömrəli ekspert rəyi verilmişdir. 10. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 dekabr tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dəymiş ziyanın əvəzi olaraq 11482,83 manat məbləğin iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Xaliq İmanov).

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, aparılan ekspert tədqiqatı ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən aparılan adıçəkilən ünvanda bina üçün özül qazan zaman iddiaçıya məxsus yeraltı magistral qurğular (asbest borular) qismən, 46 metr məsafədə deformasiyaya uğramış, lakin kab ellər və qurğular işlək, saz vəziyyətdədir.

12. Məhkəmə ekspertin rəyini işdə olan digər sübutlarla yanaşı qiymətləndirərək hesab etmişdir ki, ekspert nəzərə almamışdır ki, içərisində rabitə kabelləri keçən asbest borularının yenisi ilə əvəz olunması zamanı deformasiyaya uğramış kabellərin dəyişdirilməsi ilə eyni vaxtda mümkündür. Bu səbəbdən də, dəyişdirilməli olan kabellərin ölçüsü, məbləği və işçilik haqqları rəydə nəzərə alınmalı olduğu halda, bu məsələyə toxunulmamışdır. Odur ki, bu hissədə iddiaçı tərəfindən tərtib edilmiş ATS 496 Şərq Bazarı Ə.Əlizadə küçəsi 43 ünvanda cavabdehtərəfindən dağıdılmış kanalların və kabellərin əsaslı bərpası üçün smetada qeyd edilən kabellərin dəyəri və işçilik haqları nəzərə alınmalı və dəymiş ziyanın ümumi məbləği 11482,83 manat (kabel xətti üzrə: 274,72 +307,02+6296,10+2461,86) manat + (ekspert rəyinə əsasən asbest boru xəttinə çəkiləcək xərc 2833,13 manat-690 manat həmin xəttin bərpası üçün işçilik haqqı) müəyyən edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096, 1097.1 və 1099-cu maddələrinə istinad etməkləəsaslandırmışdır.

14. Cavabdeh həmin qətnamədən 2020-ci il 04 fevral tarixində apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2-2(103)211/2020 saylı 2020-ci il 0xxx qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-96/2019 saylı, 2019-cu il 25 dekabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən məruzəçi Cahangir Yusifov).

16. Apelyasiya məhkəməsi bir inci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və əlavə olaraq göstərmişdir ki, cavabdehin qeyd olunan ünvanda qanunvericiliyə müvafiq razılaşdırma aparılmadan (texniki şərt alınmadan) hüquqa zidd həyata keçirdiyi qazıntı-tikinti işləri nəticəsində iddiaçıya maddi ziyan vurduğu öz təsdiqini tapır.

17. İddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından görünür ki, cəmiyyətin praktikasında oxşar hallarda zədələnmiş asbest borular dəyişdirilərkən onların içərisində keçən kabel sistemi də dəyişdirilir. Bu onunla izah edilir ki, zədələnmiş asbest boruların çıxarılması mümkünsüzdür.

18. Göstərilənlərəəsasənməhkəməbeləqənaətəgəlmişdirki, ən azından adıçəkilən asbest borular, içərisindən keçən kabel xətti kəsilmədən-qırılmadan təmir bərpa işlərinin aparılması ağlabatan deyil.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1096.1, 1097.1, 1099.1-ci maddələri, «Telekommunikasiya haqqında» Qanunun 35.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş «Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları»nın 1, 2.1, 4.1, 6.1, 6.2, 6.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

20. Məhkəmənin qətnaməsi cavabdehə 2020-ci il 19 iyun tarixdə təqdim edilmişdir.

21. Cavabdeh həmin qərardan 2020-ci il 27 iyul tarixdə kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a)Cavabdehin kassasiya şikayətinin dəlilləri:

22. Məhkəmə prosessual hüquq normalarını pozaraq eksp ertin rəyi ilə razılaşmamış, qeyd etmişdir ki, «ekspert nəzərə almamışdır ki, içərisində rabitə kabelləri olan asbest boruların yenisi ilə əvəz olunması zamanı deformasiyaya uğramış kabellərin dəyişdirilməsi ilə eyni vaxtda mümkündür. Bu səbəbdən də dəyişdirilməli kabellərin ölçüsü, məbləği və işçilik haqları rəydə nəzərə alınmalı olduğu halda, məsələyə toxunulmamışdır».

23. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, bu hissədə iddiaçıtərəfindən ATS 476 Şərq Bazarı Ə.Əlizadə küçəsi 43 ünvanında cavabdehtərəfindən dağıdılmış kanalların və kabellərin əsaslı bərpası üçün smetada qeyd edilən kabellərin dəyəri və işçilik haqları nəzərə alınmalı və dəymiş ziyanın ümumi məbləği 11482,83 manat müəyyən edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı tərə f etiraz təqdim etməmişdir. c) məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçının vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin qanuni və əsaslı olduğunu bildirmiş, kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişlər.

27. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsaslanaraq, işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ

28. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma v ə ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” «Maddə

21. Zərərin əvəzinin ödənilməsi … 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1 Mülki hüquq pozuntusu hüquqla və qanunla müdafıə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki höquq pozuntusu törətmiş şəxs mülki hüquqi mə suliyyət daşıyır. …..» «Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu tdelikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ……» «Maddə 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. ……» 29. tutulur: Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə «Maddə 88 Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Maddə

101. Ekspert rəyi …… 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». «Maddə

103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir........» «Maddə 217 Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır». “Maddə

403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər....” “Maddə

407. Kassasiya şikayətinin məzmunu “..... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir....” “ Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”. “Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər;...” 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin».

30. «Telekommunikasiya Qanunu. haqqında» Azərbaycan Respublikasının "Maddə 35 Telekommunikasiyanın təyinatı 35.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir."

31. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 14 dekabr tarixli 227 nömrəli qərarı "1. Bu Qaydalar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanının 1.11-ci bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə qaydalarını müəyyən edir. … 2.1. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinin qarşısını almaq məqsədilə aşağıdakı mühafizə zonaları müəyyən edilir. ….. 4.1. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğul arının mühafizə zonalarında aidiyyəti dövlət orqanlarının və telekommunikasiya operatorlarının razılığı və iştirakı olmadan tikinti, quraşdırma, rekonstruksiya və partlayış işlərinin aparılması, 0,3 metr dərinlikdə qazma işlərinin aparılması, xüsusi maşın və mexanizmlərlə qazıntı və hamarlama işlərinin aparılması, telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının zədələnməsinə, normal iş rejiminə xələl gətirilməsinə səbəb olan işlərin aparılması qadağandır. …… 6.1. Hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydalar pozulduqda, onlar Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında nəzərdə tutulan məsuliyyət daşıyırlar. 6.2. Telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslə r tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. 6.3. Dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. " İİİ. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

32. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Kassasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (Mülki Prosessual M əcəllənin 403 və 416cı maddələri). İV.KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. apelyasiya

35. Belə ki, qanunvericiliyin tələbinə görə (bax yuxarıda § 29-30) telekommunikasiya vasitələrinin yerləşdiyi sahədə qazıntı işlərinin aparılması üçün telekommunikasiya operatorunun müvafiq razılığının və onun iştirakının təmin olunması məcburi şərt kimi qeyd olunmuşdur.

36. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş cavabdehin mübahisələndirmədiyi hallarına görə, cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında tikinti aparılarkən qanunvericilyin qeyd olunan tələblərinə riayət olunmamış, iddiaçıya məxsus magistral yeraltı kabel-kanalizasiya qurğuları və rabitə kabelləriyararsız hala düş müş, nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən zərər vurulması öhdəliyinəməlgəlməəsaslarındanbiridir. HəminMəcəllənin 1096 və 1097-ci maddələrində mülki hüquq pozuntuların (deliktlərin) anlayışı və məsuliyyətin əsasları müəyyən edilmişdir (bax yuxarıda § 28).

38. İstinad olunan maddi hüquq normalarının dispozisiyasına əsasən qeyd edilməlidir ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün zərərin özünün varlığı; zərərvuranın təqsirli (təsirsiz məsuliyyət halları istisna olmaqla); hüquqa zidd əməli və əməllə zərər arasına səbəbli əlaqənin mövcudluğu tələb olunur.

39. Məhkəmələr düzgün olaraq belə qənaətə gəlmişdir ki, işin hallarının Mülki Məcəllənin delikt üzrə məsuliyyətin əm ələ gəlmə əsasları baxımından qiymətləndirilməsi cavabdehin iddiaçı qarşısında mülki hüquqi məsuliyyət daşımasına əsas verir. Belə ki, cavabdehin təqsirli hərəkəti ilə iddiaçıya ziyanın vurulması mübahisələndirilmir.

40. Vurulmuş ziyanın miqdarına gəldikdə, iddiaçı, sözügedən ünvanda ona məxsus magistral yeraltı kabel-kanalizasiya qurğuları və rabitə kabellərinin yararsız hala düşməsi nəticəsində 13.352,24 manat məbləğində ziyanın dəydiyini iddia edərək, bu barədə tərtib etdiyi smetanı təqdim etmişdir (bax yuxarıda § 2-3)

41. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən iddiaçıya dəymiş ziyanın miqdarının müəyyən edilməsi məqsədi ilə tikinti-texniki ekspertizası təyin edilmişdir.

42. Məhkəmənin qərardadının icrası qaydasında X4 2019-cu il 05 noyabr tarixli ƏEM/N 23-931/19 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəylə müəyyən olunur ki, ünvan 3 ünvanında bina üçün özül qazılan zaman iddiaçıya məxsus magistral yeraltı kabel-kanalizasiya qurğuları və rabitə kabellərinin yararsız hala düşməsi nəticəsində ona dəymiş ziyan 2.833,13 manat təşkil edir.

43. Rəydə həmçinin göstərilmişdir ki, iddiaçıya məxsus kabellər işlək vəziyyətdə olduğundan və onların yenilənməsinə ehtiyac qalmadığından smeta xərclərində öz əksi tapmamışdır. Sxem 1-ə uyğun olaraq B nöqtəsindən C nöqtəsinədək 46 metr məsafədə (Ə.Əlizadə 43 ünvanının qarşısı) deformasiyaya uğramış asbest borularının yenisi ilə əvəz olunmasına zərurət vardır.

44. Məhkəmələr tərəfindən iş üzə verilmiş ekspert rəyi MPM-nin 88, 103-cü maddələrinin tələblərinə müvafiq qiymətləndirilmiş və belə qənaətə gəlinmişdir ki, dəymiş zi yanın ümumi məbləği ekspert rəyi ilə vurulan ziyan da nəzərə alınmaqla, onun içərisindən keçən 46 m kabel xəttinin də yenilənməsi üçün çəkilməli xərclər, işdə olan qeyd olunan smetada göstərilən kabellərin dəyəri nəzərə alınmaqla, ümumi zərər məbləği 11.482,83 manat həddində müəyyən edilməlidir(bax yuxarıda § 12 ).

45. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan hallarına qanunvericiliyin yuxarıda göstərilən normalarını (bax yuxarıda § 27, 29, 30 ) düzgün tətbiq edərək iddianın 11.482,83 manat ziyanın tutulması hissəsində əsaslı olması qənaətinə gəlmişdir.

46. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi deyil, prosessual hüquq normasının tələbi pozularaq iş üzrə verilmiş ekspert rəyinin düzgün qiymətləndirilməsini göstərsə də, pozuntunun nədən ibarət olmasını şikayətində əsaslandırmamışdır.

47. Qanunvericiliyin tələbinə görə prosessual hüquq normalarının pozulması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (bax yuxarıda § 28) Kollegiyası hesab edir ki, hazırki halda apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün olmayan qətnamənin qəbul edilməsinə əsas olan prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

48. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi hüquq normaları düzgün tətbiq edilmiş, maddi və prosessual hüquq normalarının pozuntus una yol verilməmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il xxx, 22(103)-211/2020saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar