Məhkəmə qərarları › İş №2-2(102)-312/2020

Ali Məhkəmə Qərar — İş №2-2(102)-312/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-312/2020 03.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası “xxxx” QSC X4 Təşkilatının “xxxx” MTK-ya qarşı iddiasına dair iş üzrə QƏRAR (Açar sözlər: təminatsız kredit üzrə borcun tutulması, borc əvəzində borclunun mülkiyyətinin iddiaçının adına rəsmiləşdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və X3 oğlundan ibarət tərkibdə, Məmmədzadə Elvin Şahin oğlunun katibliyi, iddiaçı BOKT-un vəkili X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC X4 Təşkilatının cavabdeh “xxxx” MTK-ya qarşı təminatsız kredit üzrə borcun tutulması, borc əvəzində bor clunun mülkiyyətinin iddiaçının adına rəsmiləşdirilməsi haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(103)-316/2020 saylı qərardadından iddiaçı BOKT tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhvil-təsliminə dair xx xxx 2017-ci il tarixli, S-6 saylı akta əsasən, "xxxx” MTKya qarşı 3.952.750,00 ABŞ dolları məbləğində əsas borc, 2.380.007,60 ABŞ dolları məbləğində fai z borcu, cəmi 6.332.757,60 ABŞ dolları məbləğində borc üzrə tələb hüququ və buna dair bütün sənədlər Bankın balansından çıxarılaraq “xxxx” QSC-nin idarəetməsinə verilmişdir. 2. “xxxx” ASC (borcverən) ilə "xxxx” MTK (borcalan) arasında xx xxxx 2008-ci il tarixdə bağlanmış 1528 saylı kredit müqaviləsinin 2-ci maddəsinə əsasən, borcverən borcalana 7.000.000 ABŞ dolları məbləğində kredit xəttinin açılmasını, borcalan isə bu müqaviləyə əsasən, krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən, kredit vəsaitindən istifadə müddəti 12 aydır.

3. Eyni tərəflərin imzaladığı “xx xxxx 2008-ci il tarixli 1528 saylı kredit müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” xx xxxx 2012-ci il tarixli 1 saylı Əlavəyə əsasən, kreditdən istifadə müddətinin 111 ay olması və həmin müddətin xx xxxxxxxx 2017-ci il tarixində bitməsi müəyyən edilmişdir. Əlavədə həmçinin göstərilmişdir ki, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 12 %-lə hesablanmalıdır.

4. İşin materiallarında olan Maliyyə Arayışına görə, "xxxx” MTK-nın 3.952.750,00 ABŞ dolları əsas borcu, 2.380.007,60 ABŞ dolları faiz borcu, ümumilikdə 6.332.757,60 ABŞ dolları məbləğində borcu vardır, “xxxx” QSC BOKT tərəfindən idarəetməyə götürüldükdən sonra borc məbləğindən heç bir ödəniş edilməmişdir. 5. “xxxx” QSC BOKT tərəfindən xx xxxx 2017-ci il tarixdə "xxxx” MTK-ya ünvanlanmış 3-10/2350 saylı pret enziya məktubuna görə, MTK-dan 3.952.750,00 ABŞ dolları məbləğində əsas borc, 2.380.007,60 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 6.332.757,60 ABŞ dolları məbləğində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir

6. Məhkəmənin xx xxxxxxx 2017-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9723 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəy ilə təqdim olunmuş hesabdan çıxarış və xx xxxx 2008-ci il tarixli 1528 saylı kredit müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla xx.xx.2017-ci il tarixə “xxxx” MTK-nın “xxxx” ASC-nə olan borcu 6.933.010,61 ABŞ dolları (əsas borc 3.952.750,0 ABŞ dollar, faiz borcu 2.980.260.61 ABŞ dolları) məbləğində olması müəyyən edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHK ƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı “xxxx” QSC X4 Təşkilatı cavabdeh “xxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MTK-dan 6.332.757,60 ABŞ dolları (əsas borc 3.952.750 ABŞ dolları, faiz borcu 2.380.007,60 ABŞ dolları) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı BOKTun xeyrinə tutulması; borc tələbinin cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və cavabdeh MTK-nın digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi; və cavabdeh MTK-nın qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçı BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması; və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı Boktun yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxx" ASC-nə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxx 2017-ci il tarixli müqavilə əsasında iddiaçı BOKT-a keçmişdir. Həmin Sərəncamın icrası ilə bağlı “xxxx" ASC-nin “xxxx” MTK-ya qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxx 2017-ci il tarixli, S-6 saylı təhvil-təslim aktı əsasında iddiaçı BOKT-a təhvil verilmişdir. Akta əsasən cavabdeh MTK-nın təhvil-təslim olunan tarixə “xxxx" ASC-nə, cəmi 6.332.757,60 ABŞ dolları (əsas borc 3.952.750.00 ABŞ dolları, faiz borcu 2.380.007.60 ABŞ dolları) məbləğində borcu olmuşdur. Həmin borc cavabdeh MTK ilə “xxxx" ASC arasında 2008-ci il ərzində bağlanmış kredit müqaviləsinə əsasən yaranmışdır. xx xxxx 2017-ci il tarixə cavabdeh MTK-nın qeyd olunan kredit müqaviləsi üzrə cəmi borcu 6.332.757,60 ABŞ dolları (əsas borc 3.952.750,00 ABŞ dolları; faiz borcu 2.380.007,60 ABŞ dolları) təşkil edir. Cavabdeh MTK ilə məsələnin məhkəməyə qədər pretenziya yolu ilə həll edilməsi prosesində müəyyən edilmişdir ki, ca vabdeh MTK tərəfindən qeyd edilən borcun iddiaçı BOKT-a qaytarılması mümkün deyil. Buna görə də, qeyd edilən borcun cavabdeh MTK-ya məxsus daşınar və daşınmaz əmlaklara, bank hesabındakı pul vəsaitlərinə yönəldilməsi və həmin daşınar və daşınmaz əmlakların, bank hesabındakı pul vəsaitlərinin iddiaçı BOKT-un mülkiyyətinə keçirilməsi zərurəti yaranmışdır. Qeyd edilən əmlak ünvan 2 məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsidir. 9. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim L.Əliyeva; iş No 2-2(82)24/2019) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh MTK-dan 3.952.750,0 ABŞ dolları məbləğində əsas borc, 2.380.007.60 ABŞ dolları məbləğində faiz borcu, cəmi 6.332.757,60 ABŞ dolları məbləğində borcun ödəni ş günü Azərbaycan manatına məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı BOKT-a ödənilməsi; iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. 10. 1-ci instansiya məhkəməsi öz qətnaməsində bildirmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir

11. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, “xxxx" ASC ilə "xxxx”MTK arasında xx xxxx 2008-ci il tarixdə 1528 saylı kredit müqaviləsi bağlanmışdır. “xxxx” ASC göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh MTK kredit məbləği və kredit üzrə hesablanmış faizləri müqavilədə müəyyən edilmiş müddətdə və qaydada Banka qaytarmamış, bununla kredit müqaviləsi üzrə öhdəlikləri pozmuşdur. Nəticədə xx.xx.2017-ci il tarixə cavabdeh MTK-nın “xxxx” ASC-yə olan borcu 6.933.010,61 ABŞ dolları (əsas borc 3.952.750,0 ABŞ dollar, faiz borcu 2.980.260.61 ABŞ dolları) təşkil etmişdir.

12. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özə lləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası məqsədi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101 s nömrəli sərəncamı ilə “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququ xxxx” ASC və iddiaçı BOKT arasında imzalanmış S-6 saylı xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən iddiaçı BOKT-a keçmişdir.

13. Belə olan halda cavabdeh MTK-nın xx xxxx 2008-ci il tarixdə 1528 saylı kredit müqaviləsi üzrə “xxxx” ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi, nəticədə cavabdeh MTK-nın Banka borcunun yarandığını, iddiaçı BOKT-un isə “xxxx” ASC ilə bağladığı tələblərin güzəşti haqqında müqaviləyə əsasən, həmin borcun ödənilməsini tələb etmək hü ququna malik olduğu nəzərə alınaraq, iddiaçı BOKT borcun tutulmasını tələb etməkdə haqlıdır.

14. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından görünür ki, məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə kredit müqaviləsi üzrə cavabdeh MTK-nın borcunun, cəmi 6.933.010,61 ABŞ dolları (3.952.750,0 ABŞ dolları məbləğində əsas borc, 2.980.260,61 ABŞ dolları məbləğində faiz borcu) olması müəyyən edilsə də, iddiaçı BOKT iddia ərizəsində müqavilə üzrə 6.332.757,60 ABŞ dolları (əsas borc 3.952.750.00 ABŞ dolları, faiz borcu 2.380.007.60 ABŞ dolları) borcun tutulmasını tələb etmişdir.

15. Qeyd edilənlərə əsasən, iddiaçı BOKT-un verdiyi tələb həddində işə baxılaraq, cavabdeh MTK-dan 3.952.750,0 ABŞ dolları məbləğində əsas borc, 2.380.007.60 ABŞ dolları ABŞ dolları məbləğində faiz borcu, cəmi 6.332.757,60 ABŞ dolları məbləğindəki borc tutularaq iddiaçı BOKT-a ödənilməlidir.

16. İddia tələbinin digər hissəsi, yəni borc tələbinin cavabdeh MTK-nın (MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən ümumi sahəsi 1,76641 ha olan torpaq sahəsinə, eləcə də cavabdeh MTK-ya məxsus digər daşınar və daşınmaz əmlaka yönəldilməsi; cavabdeh MTK-nın qeyd edilən əmlaklar üzərində mülkiyyət hüququna xitam verilməsi; həmin əmlaklar üzərində iddiaçı BOKT-un mülkiyyət hüququnun tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və di gər səlahiyyətli orqanlarının üzərinə iddiaçı BOKT-un yuxarıda qeyd edilən yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyinin qoyulması hissəsi isə, əsassız olduğundan rədd edilməlidir.

17. Belə ki, iddiaçı BOKT iddia ərizəsində cavabdeh MTK-ya qarşı borc tələbinin sonuncuya məxsus əmlaka yönəldilməsini xahiş etsə də, borc tələbinin göstərilən əmlakların hesabına ödənilməsi ilə bağlı üstün hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halları məhkəmə baxışı zamanı sübuta yetirməmişdir.

18. Həmin qətnamədən narazı qalan iddiaçı BOKT ondan apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin rədd edilən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəmə sindən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Nuriyeva; hakimlər V.Ağayev və C.Yusifov; iş No 2-2(2-1(103)-478/2019) iddiaçı BOKT-un apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd etmişdir ki, 1-ci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh MTK-nın xx xxxx 2008ci il tarixdə 1528 saylı kredit müqaviləsi üzrə “xxxx” ASC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyinə, nəticədə cavabdeh MTK-nın Banka borcunun ya randığına, iddiaçı BOKT isə “xxxx” ASC ilə bağladığı tələblərin güzəşti haqqında müqaviləyə əsasən, həmin borcun ödənilməsini tələb etmək hüququna malik olduğuna görə, iddiaçı BOKT borcun tutulmasını tələb etməkdə haqlıdır.

21. Digər tərəfdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə kredit müqaviləsi üzrə cavabdeh MKT-nın borcunun, cəmi 6.933.010,61 ABŞ dolları (3.952.750,0 ABŞ dolları məbləğində əsas borc, 2.980.260,61 ABŞ dolları məbləğində faiz borcu) olması müəyyən edilsə də, iddiaçı BOKT iddia ərizəsində müqavilə üzrə 6.332.757,60 ABŞ dolları (əsas borc 3.952.750.00 ABŞ dolları, faiz borcu 2.380.007.60 ABŞ dolları) borcun tutulmasını tələb etmişdir.

22. Qeyd edilənlərə əsasən, 1-ci instansiya məhkəməsi iddiaçı BOKT-un verdiyi tələb həddində işə baxaraq haqlı olaraq he sab etmişdir ki, cavabdeh MTK-dan 3.952.750,0 ABŞ dolları məbləğində əsas borc, 2.380.007.60 ABŞ dolları ABŞ dolları məbləğində faiz borcu, cəmi 6.332.757,60 ABŞ dolları məbləğindəki borc tutularaq iddiaçı BOKT-a ödənilməlidir

23. Həmçinin 1-ci instansiya məhkəməsi qətnaməsində düzgün nəticəyə gəlmişdir ki, iddia tələbinin digər hissəsi, yəni borc tələbinin cavabdeh MTK-nın (MH seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən) mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən ümumi sahəsi 1,76641 ha olan torpaq sahəsinə, eləcə də cavabdeh MTK-ya məxsus digər daşınar və daşınmaz əmlaka yönəldilməsi, cavabdeh MTK-nın qeyd edilən əmlaklar üzərində mülkiyyət h üququna xitam verilməsi, həmin əmlaklar üzərində iddiaçı BOKT-un mülkiyyət hüququnun tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanlarının üzərinə iddiaçı BOKT-un yuxarıda qeyd edilən yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyinin qoyulması hissəsi əsassız olduğundan iddia rədd edilməlidir

24. Belə ki, iddiaçı BOKT iddia ərizəsində cavabdeh MTK-ya qarşı borc tələbinin sonuncuya məxsus əmlaka yönəldilməsini xahiş etsə də, borc tələbinin göstərilən əmlakların hesabına ödənilməsi ilə bağlı üstün hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halları məhkəmə baxışı zamanı sübuta yetirməmişdir. Belə olan halda isə, hə min borcun tutulmasının cavabdeh MTK-nın əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” Qanuna uyğun olaraq keçirilə bilər

25. Məhkəmənin qətnaməsi tərəflərə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir.

26. Həmin qətnamədən narazı qalan iddiaçı BOKT ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini kassasiya instansiya məhkəməsindən xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il qərarı ilə (sədrlik edən N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Xələfov; iş No 2-2(102)-23/2020) iddiaçı BOKT-un kassasiya şikayətinin təmin edilməsi; Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi; işin həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

28. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddiaçı BOKT-un “borc tələbinin Cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən, ümumi sahəsi 1,76641 ha olan torpaq sahəsinə və cavabdeh MTK-nın digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi; və cavabdeh MTK-nın qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçı BOKT-un həmin əmlakl ar üzərində mülkiyyət hüququnun tanınması”na dair iddia tələblərini rədd etmiş və hesab etmişdir ki, iddiaçı BOKT iddia ərizəsində cavabdeh MTK-ya qarşı borc tələbinin sonuncuya məxsus əmlaka yönəldilməsini xahiş etsə də, borc tələbinin göstərilən əmlakların hesabına ödənilməsi ilə bağlı üstün hüquqa malik olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də göstərilən halları məhkəmə baxışı zamanı sübuta yetirməmişdir.

29. Həmçinin apellyasiya instansiyası məhkəməsi hazırkı mərhələdə borcun tutulmasının cavabdeh MTK-nın əmlakına yönəldilməsi, əmlak üzərində cavabdeh MTKnın mülkiyyət hüququna xitam verilməsi və iddiaçı BOKT-un həmin əmlakın mülkiyyətçisi olaraq tanınması qanunvericiliyin tələblərinə zidd olduğundan, qeyd edilən məsələ “İcra haqqında” Qanunun müddəaları ilə tən zimləndiyindən, bu hissədə iddia rədd edilməli olmasına dair 1-ci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır.

30. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin sözügedən tələblərin icra mərhələsində həll edilməli olan məsələlər olmasına istinad edərək, başqa sözlə, hazırkı halda məhkəmə qaydasında baxılmalı olmadığı nəticəsinə gəlməsinə baxmayaraq, həmin iddia tələblərini mahiyyəti üzrə qiymət verərək rədd etmişdir.

31. Halbuki, sözügedən iddia tələblərinin rədd edilməsi gələcəkdə icra mərhələsində lüzum olarsa iddiaçı BOKT-un oxşar tələblə məhkəməyə müraciət etməsinə mane olacaqdır.

32. Beləliklə, işə baxan apellyasiya instansiya məhkəməsi sözügedən iddia tələblərini rədd etməklə, gələcəkdə iddiaçını oxşar iddia ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmişdir.

33. Bundan başqa, iddiaçı BOKT-un Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı BOKT-un cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən, ümumi sahəsi 1,76641 ha olan torpaq sahəsinin və cavabdeh MTK-nın digər daşınmaz və daşınar əmlaklarının (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulması tələbi ilə bağlı qeyd olunmalıdır ki, inzibati orqanların üzərinə müəyyən öhdəliyin qoyulması ilə bağlı iddialara inzibati icraat qaydasında baxılır. Lakin apellyasiya instansiya məhkəməsi bu tələbləri rədd etməklə, müvafiq prosessual normalar ı almamışdır. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

34. Hazırki işə 2-ci dəfə baxan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə (sədrlik edən V.Baxışova, hakimlər R.Qurbanov və İ.Kərimli; iş No 2-2(103)-316/2020) iddiaçı BOKT-un apellyasiya şikayətinin qismən təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin iddianın rədd edildiyi hissədə ləğv edilməsi; iddiaçı BOKTun cavabdeh MTK-ya qarşı borc tələbinin cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən, ümumi sahəsi 1,76641 ha olan torpaq sahəsinə və cavabdeh MTK-nın digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi; və cavabdeh MTK-nın qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçı BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulmasına dair iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçı BOKT-un borc tələbinin cavabdeh MTK-ya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068-ci məhəllə, Ə.Nəvai 33 ünvanında yerləşən, ümumi sahəsi 1,76641 ha olan torpaq sahə sinə və cavabdeh MTK-nın digər daşınmaz və daşınar əmlaklarına (o cümlədən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi və cavabdeh MTK-nın qeyd edilən əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçı BOKT-un həmin əmlaklar üzərində mülkiyyət hüququnun tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə iddiaçı BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı öhdəliyin qoyulmasına dair iddia tələblərinin rədd edilməsi əsasını 1-ci instansiya məhkəməsi bununla əsaslandırmışdır ki, iddiaçı BOKT bu tələbi irəli sürmək hüququna malik olması barədə sübutlar təqdim etməmiş və bu hallar məhkəmə baxışı zama nı sübuta yetirilməmişdir. Eyni zamanda 1-ci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı BOKT borc üzrə tutmanın cavabdeh MKT-nin əmlakına yönəldilməsini “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq yalnız icra mərhələsində irəli sürə bilər.

36. Göründüyü kimi, 1-ci instansiyası məhkəməsi sözügedən tələblərin icra mərhələsində həll edilməli olduğu və məhkəmə qaydasında baxılmalı olmadığı nəticəsinə gəlməsinə baxmayaraq, həmin iddia tələblərinə mahiyyəti üzrə qiymət verərək rədd etmişdir. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, iddiaçı BOKT-un icra mərhələsində irəli sürməli olduğu tələblərə iddia icraatı qaydasında baxılması düzgün deyil, çünki bu halda iddiaçı BOKT gələcəkdə qətnamənin icra mərhələsində həmin tələbləri irəli sürmək hüquqund an məhrum olur.

37. Belə ki, “İcra haqqında” Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır.

38. Həmin Qanunun 43.1.1-ci maddəsində isə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən biri kimi nəzərdə tutulmuşdur.

39. Buna görə də, qətnamə bu hissədə ləğv edilməli, həmin tələblər üzrə icraata iddia icraatı qaydasında xitam verilməlidir.

40. Eyni zamanda, inzibati orqanların üzərinə müəyyən öhdəliyin qoyulması ilə bağlı iddialara inzibati icraat qaydasında baxılmalı olduğundan iddiaçı BOKT-un Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səl ahiyyətli orqanların üzərinə cavabdeh MTK-ya məxsus torpaq sahəsi və digər daşınmaz və daşınar əmlaklar (o cümlədən nəqliyyat vasitələrinə və texnikalar) üzərində iddiaçı BOKT-un mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması tələbinə mülki icraat qaydasında baxmaqla 1-ci instansiya məhkəməsi prosessual pozuntuya yol vermişdir.

41. Apellyasiya instansiyası məhkəməsinin bu qənaətini Azərbaycan Respublikası İPM-nin 2.2.3, MPM-nin 261.0.1, 263, 264, 400, 402, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

42. Apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçıya xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir.

43. Həmin qərardaddan narazı qalan iddiaçı BOKT ondan kassasiya şikayəti verərək, qərardadı iddia tələbi üzrə icraata xitam verilmməsnə dair hissədə ləğv edib, apely asiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddiaçı BOKT-un iddiasının həmin hissədə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı BOKT-un kassasiya şikayətində qeyd edlənlərə görə, apellyasiya instansiyası məhkəməsi qərardadında iddiaçı BOKT-un apellyasiya şikayətini qismən təmin edərkən hesab etmişdir ki, inzibati orqanların üzərinə müəyyən öhdəliyin qoyulması ilə bağlı iddialara inzibati icraat qaydasında baxılmalı olduğundan iddiaçı BOKT-un cavabdeh MTK-nın əmlakları üzərində mülkiyyət hüququna xitam verilməsi və iddiaçı BOKT-un mülkiyyətinə verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əm lakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə, iddiaçı BOKT-un yuxarıda qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması barədə iddia tələbinə inzibati icraat qaydasında baxılmalıdır. Lakin apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaət əsassızdır.

47. Sözügedən tələb üzrə iddia ərizəsi artıq 3 ilə yaxındır ki, əvvəlki inzibatiiqtisadi məhkəmənin, hazırda da kommersiya məhkəməsinin icraatındadır. Eyni zamanda 1-ci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi, iddiaçı BOKT-un iddiası cavabdeh MTK-dan borcun tutulması hissəsində təmin olunmuş, lakin iddia tələbinin cavabdeh MTK-nın əmlakına yönəldilməsi hissəsində təmin edilməmişdir ki, iddianın cavabdeh MTK-nın əmlakına yönəldilməsinə dair tələbin inziba ti icraat qaydasında baxılması nəzərdə tutulmamışdır.

48. İddia ərizəsində borc tələbinin cavabdeh MTK-ya məxsus Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 3068-ci məhəllə, Ə.Nəvai 33 iinavnda yerləşən, ümumi sahəsi 1.76641 ha olan torpaq sahəsinə və cavabdeh MTK-nın digər daşınar və daşınmaz əmlaklanna (o cüməldən nəqliyyat vasitələrinə və texnikalara) yönəldilməsi tələbinin rədd edilməsi və bu tələb üzrə də iddia icraatına xitam verilməsi gələcəkdə iddiaçını həmin tələblər üzrə məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırır ki, bu da yolverilməzdir.

49. Göründüyü kimi, apellyasiya məhkəməsi yuxarıda qeyd edilən tələb üzrə işin icraatına xitam verməklə həm maddi, həm də prosessual hüquqları pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətlə rinə qarşı cavabdeh MTK etiraz təqdim etməmişdir. 51. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

52. İddiaçı BOKT-un vəkili B.İmamverdiyev kassasiya şikayətində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.

53. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh MTK-nın nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə cavabdeh MTK-nın iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, həmin tərəfə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 54. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

55. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyanın ipotekası həmin əşyanın dövlət reyestrini aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınır.

56. Həmin Qanunun 12.3-cü maddəsinə müvafiq olaraq daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün rəsmi reyestrə ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunur: 12.3.1. ipoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti; 12.3.2. qeydiyyat üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.

57. Həmin Qanunun 12.4-cü maddəsinə görə, ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanına ipoteka kağızı və onun notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilir

58. Həmin Qanunun 12.4-1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edir.

59. Həmin Qanunun 12.5-ci maddəsin əsasən, daşınar əşyanın rəsmi reyestrini aparan orqan ən geci 5 iş günü müddətində daşınar əşyanın ipotekasının dövlət qeydiyyatını aparır və reyestrdən çıxarışı ipoteka saxlayana təqdim edir. Dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər dövlət qeydiyyatı orqanında saxlanılır.

60. Həmin Qanunun 12.6-cı maddəsinə müvafiq olaraq çıxarışda ipotekanın dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyatın yeri, anı (tarixi və saatı), qeydiyyat nömrəsi, ipoteka saxlayanı və ipoteka qoyanı tanıtdıran digər məlumatlar və ipoteka predmetinin təsviri göstərilir.

61. Həmin Qanunun 12.7-ci maddəsinə görə, ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və xüsusi möhürü ilə təsdiq edilir və ipoteka saxlayana qaytarılır.

62. Həmin Qanunun 12.7-1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanı n adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə, qeydiyyat orqanının səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanır və ipoteka saxlayana və ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilir.

63. Həmin Qanunun 12.8-ci maddəsinə əsasən, qeydiyyat orqanı ipoteka haqqında məlumat bazasını yaradaraq məlumatın saxlanılmasını təmin etməlidir. Qeydiyyata alınmış ipoteka müqaviləsinin surəti, ipoteka kağızı verildikdə isə ipoteka kağızının surəti (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) dövlət qeydiyyatı orqanının arxivində saxlanılır.

64. Həmin Qanunun 12.9-cu maddəsinə müvafiq olaraq daşınar əşya üzərində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair rəsmi reyestrdən arayış 3 təqvim gün ü müddətində hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına verilir.Həmin Qanunun

65. Həmin Qanunun 12.10-cu maddəsinə görə, daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəldilməsi barədə maraqlı şəxslərin ərizəsi təqdim edildiyi gündən ən geci 3 iş günü müddətində reyestrdə və ya reyestrdən çıxarışda düzəlişlər aparılır. 66. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə əsasən, borcun ödənilməsi üçün borclu hüquqi şəxsin pul vəsaitləri yetərli olmadıqda, tələb mülkiyyət hüququ əsasında ona məxsus olan digər əmlaka (dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla) yönəldilir. Həmin əmlak üzərinə həbs qoyulması və ya onunla bağlı digər icra hərəkətləri bu Qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir.

67. Həmin Qanunun 57.2-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ əsasında borclu hüquqi şəxsə məxsus olan əmlakın başqa yerdə və başqa şəxsdə olması tələbin həmin əmlaka yönəldilməsinə mane olmur.

68. Həmin Qanunun 57.3-cü maddəsinə görə, ipoteka predmetinin üzərinə tələb yönəldilməsinin xüsusiyyətləri “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

69. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərardadının təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-c i maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

70. İddiaçı BOKT apellyasiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri). KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edildiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunduğundan iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır.

72. İddiaçı BOKT kassasiya şikayətində iddia tələbinin tam təmin edilmə sini xahiş edir, o göstərir ki, apellyasiya instansiyası məhkəməsi bu tələbi təmin etməməklə həm maddi, həm də prosessual hüquq normalarını pozmuşdur.

73. Lakin iddiaçı BOKT-un təmin olunmamış iddia tələbinə nəzər saldıqda, görərik ki, bu tələb haırki vəziyyətdə təmin oluna bilməzdi.

74. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, hazırki mübahisənin predmetini təşkil edən, “xxxx” ASC (borcverən) ilə "xxxx” MTK (borcalan) arasında xx xxxx 2008-ci il tarixdə bağlanmış 1528 saylı kredit müqaviləsi, ona əsasən Bank tərəfindən borcalana külli miqdarda pul vəsaitinin verilməsinə baxmayaraq, təminatsız müqavilə olmuşdur. Başqa sözlə desək, Bank tərəfindən kredit müqaviləsi üzrə verilmiş vəsatin qarşısında borcalan Banka hər hansı təminat verməmişdir. Burada nə girov, nə də ipoteka əmlakı rəsmi və q anunla nəzərdə tutulmuş qaydada Bankın sərəncamına verilməmiş, belə bir əmlak ipoteka qismində iddiaçı BOKT-un iddia ərizəsində adı çəkilən Daşınmaz Əmlakın Dövlət Reyestrində, nədə ki, digər səlahiyyətli orqanlarda qeydiyyata alınmamışdır.

75. Belə olan halda məhkəmə iddiaçı BOKT-un xeyrinə cavabdeh MTK-dan tutduğu borc məbləğini ipoteka predmeti olmayan hər hansı digər əmlaka yönəldə bilməzdi.

76. Eyni zamanda yuxarıda adı çəkilən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və digər səlahiyyətli orqanlar da, bu təsisatlarda ipoteka kimi qeydiyyata alınmamış hər hansı əmlakı iddiaçı BOKT-un adına rəmiləşdirə bilməzlər (bax hazırki qərarın 54-65-ci bəndlərinə).

77. Yaranmış vəziyyətdə məhkəmə qətnaməsi ilə tutulmuş borc məbləğinin borclunun hər hansı əmlakına yönəldilməsi yalnız hazırki işin icra mərhələsində və “İcra haqqında” Qanunun müddəaları nəzərə alınmaqla həll oluna bilər (bax hazırki qərarın 6668-ci bəndlərinə).

78. Bununla əlaqədar qeyd olunmalıdır ki, iddiaçı BOKT-un təmin edilməmiş hissədə iddia tələblərinin rədd edilməsi və ya bu tələblər üzrə məhkəmə icraatına xitam verilməsi iddiaçı BOKT üçün eyni əhəmiyyət kəsb edir, çünki hər bir halda hazırda məhkəmə cavabdeh MTK-nın yuxarıda qeyd edilən əmlakı ilə bağlı hər hansı sərəncam verə bilməz.

79. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

80. Şərh olunanlara və MPM-in 417 və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı “xxxx” QSC X4 Təşkilatının kassas iya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 22(103)-316/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar