Məhkəmə qərarları › İş №2-2(102)-370/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-370/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-370/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRAR iş № 2-2(102)-370/2021 Bakı şəhəri 2021-ci il 16 sentyabr 16.09.2021 Açar sözlər: alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası hakim Kəmalə Abiyevanın sədrliyi və mərkzəsi, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili X3, Cavabdeh MMC-nin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Weir SOS Limited” şirkətinin Azərbaycan Respu blikasındakı Nümayəndəliyi) qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli, 2-2(103)-436/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1. 2016-cı il 30 dekabr tarixli 07-16 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə cəmi 381.045,60 manat dəyərində mallara dair sifariş verilmişdir. Həmin sifariş aktına əsasən “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə 151.110,00 manat (ƏDV daxil 178.309,80) dəyərində mallar təqdim etmiş və həmin malların təqdim edilməsinə dair 2017-ci il 18 aprel tarixli ********* saylı invoys və 2017-ci il 3 may tarixli, HN seriyalı, 779689 saylı elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. 2. 2017-ci il 3 aprel tarixli 06/17 R-1 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə ünvanlanmış cəmi 14.042,00 manat məbləğində mallar sifariş verilmişdir. Həmin sifarişə uyğun olaraq “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə 14.042,00 manat dəyərində mal təqdim etmiş, həmin malların təqdim edilməsinə dair 2017-ci il 30 may tarixli ********* saylı invoys və invoys əsasında isə 2017-ci il 5 iyun tarixli, HO seriyalı, 212550 saylı elektron vergi hesab-fakturası tə rtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. 3. 2017-ci il 20 iyun tarixli 12/17 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə ünvanlanmış cəmi 13849,66,00 manat məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. Həmin sifarişə uyğun olaraq “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə ƏDV daxil 13849,66,00 dəyərində mal təqdim etmiş, həmin malların təqdim edilməsinə dair 2017-ci il 6 iyul tarixli ********* saylı invoys və həmin invoys əsasında 2017-ci il 21 iyul tarixli, HO seriyalı, 843912 saylı elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən göndərilmişdir. 4. 2017-ci il 20 iyun tarixli 12/17 saylı sifariş aktına əsasən Cavabdeh MMC (“Steel Repair Services”) tərəfindən “Weir SOS Limited” şirkətinə ünvanlanmış ƏDV daxil cəmi 125.279,89 manat məbləğində malın təqdim olunmasına dair sifariş verilmişdir. Həmin sifarişə uyğun olaraq “Weir SOS Limited” şirkəti “Steel Repair Services” şirkətinə ƏDV daxil 125.279,89 manat dəyərində mallar təqdim etmiş, həmin malların təqdim edilməsinə dair 2017-ci il 19 sentyabr tarixli ********* saylı invoys və həmin invoys əsasında HP seriyalı, 728235 saylı elektron vergi hesab-fakturası tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə “Veir SOS Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfi ndən göndərilmişdir.

5. ƏDV sub-uçot hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC 2017-ci il 25 iyul tarixdə HO 212550 saylı EVF-ya əsasən 2.142,00 manat məbləğində ödəniş etmişdir.

6. ƏDV sub-uçot hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC 2017-ci il 25 iyul tarixdə HO 843912 saylı EVF-ya əsasən 2.112,66 manat məbləğində ödəniş etmişdir. ƏDV sub-uçot hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC 2017-ci il 25 iyul tarixdə HN 779689 saylı EVF-ya əsasən 27.199,80 manat məbləğində ödəniş etmişdir. ƏDV sub-uçot hesabından çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh MMC 2017-ci il 29 sentyabr tarixdə HP 728235 saylı VHF-ya əsasən 19.110,49 manat məbləğində ödəniş etmişdir. 7. 2020-ci il 2 fevral tarixdə “Weir SOS Limited” şirkəti (hüquq və vəzifələri ötürən) və İddiaçı (ötürülən hüquq və vəzifələri qəbul edən) arasında bağlanmış hüquq və vəzifələrin ötürülməsi haqqında müqaviləyə əsasən “Weir SOS Limited” şirkəti tərəfindən 60007859, 60007970, 60008063 və 60008203 saylı invoyslar üzrə cəmi 217.916,40 manat məbləğində borcun ödənilməsini Cavabdeh MMC-dən tələb etmə hüququ İddiaçınə güzəşt edilmişdir.

8. İddiaçı pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edərək, 217.916,40 manat məbləğində borcun məktubu rəsmi qaydada aldığı andan 10 iş günü ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat 9. 2020-ci il 27 iyul tarixdə İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra mətndə cavabdeh) qarşı i ddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 07-16 nömrəli, 2016-cı il 30 dekabr tarixli, 06/17 nömrəli 2017-ci il 3 aprel tarixli və 12/17 nömrəli 2017-ci il 20 iyun tarixli alış sifarişləri üzrə ödənilməmiş 217.916,40 manat qalıq borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi) ilə cavabdeh arasında bağlanmış bir sıra alış sifarişlərinə əsasən cavabdeh tərəfindən müxtəlif malların alınmasına və işlərin görülməsinə dair sifarişlərin verilməsi və həmin sifarişlər əsasında (“Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi) tərəfindən malların çatdırılması və işlərin görülməsi və cavabdeh tərəfindən bunlar üçün vaxtaşırı ödənişlərin h əyata keçirilməsi nəzərdə tutulmuşdur. Malların çatdırılması və işlərin görülməsi faktiki olaraq, (“Weir Sos Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (ləğv prosesindədir) tərəfindən həyata keçirilmişdir.

11. Ümumilikdə cavabdeh tərəfindən cəmi 7 alış-sifarişləri verilmişdir və sifarişlər (“Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi)) tam yerinə yetirilmişdir. Cavabdeh tərəfindən alınan malların və görülən işlərin bir hissəsi üçün vaxtaşırı ödənişlər edilsə də, bir müddət sonra bu ödənişlər tamamilə dayandırılmış və bu günə qədər 4 invoys üzrə ödənilməmiş borc mövcuddur. Cavabdehin bu günə olan borcu 217 916,40 manat təşkil edir. Təqdim edilən elekton vergi hesab fakturalar cavabdeh tərəfindən sistem üzərindən qəbul olunmuşdur və bu bir daha onu sübut edir ki, ca vabdeh öhdəliyi qəbul edir, lakin faktiki olaraq icra etmir. 12. “Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi) və “Weir Sos Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (ləğv prosesindədir) və həmçinin İddiaçı (Dubay şəhəri, BƏƏ) və İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı hamısı birlikdə İngiltərənin “X6 PLC” Şirkətlər Qrupuna daxildir. Belə ki, cari ilin fevral ayının əvvəlində “Weir Sos Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin (ləğv prosesindədir) ləğv olunması barədə qərar qəbul olunmuşdur. İlkin olaraq, cavabdehdən borcun “Weir Sos Limited” şirkətinin xeyrinə tutulması məqsədi ilə bütün məhkəmə işlərində iştirak və təmsilçilik “Weir Sos Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (ləğv prosesindədir) t ərəfindən həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. Lakin ləğv barədə qərar qəbul olunduğunu, məhkəmə çəkişməsinin ləğv prosesindən daha uzun müddətə uzanacağını və sair məsələləri nəzərə alaraq, “Weir Sos Limited” şirkəti (Baqam adaları Birliyi) tərəfindən borcun cavabdehdən tələb etmə hüququ İddiaçınə (Dubay şəhəri, BƏƏ) ötürülmüşdür və bu barədə tərəflər arasında 2020ci il 2 fevral tarixdə birbaşa olaraq müvafiq “Hüquqların Ötürülməsi Haqqında Saziş” imzalanmışdır.

13. Ödənilməmiş qalıq borcun ödənilməsinə dair iddiaçı tərəfindən cavabdehin ünvanına çoxsaylı müraciətlərin olunmasına, keçirilən görüşlərə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. 2020-ci il 14 may tarixdə cavabdehin ünvanına iddiaçı tərəfindən rəsmi pretenziya məktubu göndərilmişdir və həmin məktub cavab deh tərəfindən 2020-ci il 15 may tarixdə qəbul edilmişdir. Pretenziya məktubundə qeyd olunmuş müddət ərzində borcun ödənilməsinin həyata keçirilməsi tələb edilsə də, cavabdeh tərəfindən bu günə qədər heç bir ödəniş edilməmişdir.

14. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 4, 149-156-ci maddələrinə istinad edilmişdir.

15. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 oktyabr tarixli, e-2-2(113)1968/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir (hakim Leyla Əliyeva).

16. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh ilə “Weir SOS Limited” şirkəti arasında şifahi alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələrə əsasən “Weir SOS Limited” şirkəti cavabdehin ünvanladığı sifariş aktlarına əsasən malları təqdim etməyi, sonuncu isə sifariş edilmiş malların razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür. “Weir SOS Limited” şirkəti sifariş edilmiş malları alıcıya təqdim etməklə üzərinə götürdüyü öhdəlikləri icra etdiyi halda cavabdeh 4 invoys - 60007859, 60007970, 60008063 və 60008203 saylı invoyslar əsasında təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla müqavilə öhdəliklərini pozmuş, nəticədə onun 4 invoys əsasında 217.916,40 manat məbləğində borcu yaranmışdır. 17. “Weir SOS Limited” şirkəti (hüquq və vəzifələri ötürən) və İddiaçı (ötürülən hüquq və vəzifələri qəbul edən) arasında bağlanmış hüquq və vəzifələrin ötürülməsi haqqında 2020-ci il 2 fevral tarixli müqaviləyə əsasən “Weir SOS Limited” şirkətinin cavabdehə qarşı 217.916,40 manat məbləğində borcun ödənilməsini tələb etmək hüququ iddiaçıya güzəşt edilmişdir. Belə olan halda iddiaçı həmin borcun tutulmasını cavabdeh dən tələb etməkdə haqlıdır.

18. İddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəmə bildirmişdir ki, cavabdeh tərəfindən tələbin ilkin sahibi Weir SOS Limited” şirkətinə 60007859, 60007970, 60008063 saylı invoyslar üzrə sonuncu ödəniş 2017-ci il 25 iyul tarixdə, 60008203 saylı invoys üzrə isə 2017-ci il 29 sentyabr tarixdə həyata keçirilmişdir. Belə olan halda isə yuxarıda göstərilən üç invoys üzrə iddia müddətinin axımı 2017-ci il 25 iyul tarixdən, 60008203 saylı invoys üzrə isə 2017-ci il 29 sentyabr tarixdən hesablanmalıdır. Hazırkı iddianın 2020-ci il 27 iyul tarixdə məhkəməyə təqdim edildiyi nəzərə alınarsa, 60008203 saylı invoys üzr ə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş üç illik iddia müddətinin buraxılmaması açıq-aşkardır. Digər üç invoys üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin sonuncu günü 2020-ci il 25 iyul tarixinə - qeyri-iş gününə təsadüf etmiş, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi isə həmin tarixdən sonrakı iş günündə - 2020-ci il 27 iyul tarixdə məhkəməyə təqdim edilmiş, yəni həmin tələblər üzrə də iddia müddəti iddiaçı tərəfindən buraxılmamışdır.

19. Məhkəmə bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 193.1, 194.1, 194.2, 369.1, 370.2, 372.1, 373.2, 377.3, 375.2, 378, 380.1, 385.1, 442, 443.1, 448.1, 567-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsin in şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 2009-cu il 7 iyul tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

20. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli, 2-2(103)-436/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən hakim Raqib Qurbanov, hakimlər Cahangir Yusifov və Vüsalə Baxışova).

22. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirmişdir ki, “Weir SOS Limited” şirkəti ilə cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, sonuncu isə həmin əşyaların qiymətini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Həmin mallara görə 19110,49 manat ƏDV ödənilib, ödənilməyən cəmi məbləğ isə 106169,4 manat təşkil edir. Beləliklə, cavabdeh tərəfindən ödənilməyən cəmi məbləğ 217916,4 manat təşkil edir (88110 + 11900 + 11737 + 106169,4 = 217916,4). Qeyd olunan müqavilə üzrə tələb hüququnun iddiaçıya güzəşt edildiyindən, iddiaçı həmin məbləğin ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də, iddia tam əsaslıdır.

23. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərini apelyasiya məhkəməsi əsassız hesab edərək, göstərmişdir ki, MMC tərəfindən “Weir SOS Limited” şirkətinə 60007859, 60007970, 60008063 saylı invoyslar üzrə sonuncu ödəniş 2017-ci il 25 iyul tarixdə, 60008203 saylı invoys üzrə isə 2017-ci il 29 sentyabr tarixdə həyata keçirilmişdir. Belə olan halda üç invoys üzrə iddia müddətinin axımı 2017-ci il 25 iyul tarixdən, 60008203 saylı invoys üzrə isə 2017-ci il 29 sentyabr tarixdən hesablanmalıdır. Hazırkı iddia 2020-ci il 27 iyul tarixdə qaldırıldığından, 60008203 saylı invoys üzrə üç illik iddia müddəti ötürülməmiş, digər üç invoys üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətinin sonuncu günü isə qeyri-iş gününə təsadüf etdiyindən, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi həmin tarixdən sonrakı iş günündə - 2020-ci il 27 iyul tari xdə məhkəməyə təqdim edilmiş, yəni həmin tələblər üzrə də iddia müddəti iddiaçı tərəfindən buraxılmamışdır.

24. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən 40% güzəştlə bağlı razılaşmaya istinad edilməsi də əhəmiyyət kəsb etmir. Çünki cavabdehin nümayəndəsi özü etiraf edir ki, razılaşma baş tutmamışdır.

25. Apellyasiya instansiyası məhkəməsi bu qənaətini Azərbaycan Respublikası MM-in 194.1, 370.2, 373.2, 567, 568.2, 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tərəflərin elektron kabinetində 2021-ci il 4 may tarixində yerləşdirilmişdir.

27. Həmin qətnamədən narazı qalan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti nin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri:

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipi pozlmuş, işə baxılan zaman cavabdeh tərəfin işdə iştirakı təmin edilməmiş, işin vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməmişdir. Buna görə də qanunvericilikdə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək imkanları olmamışdır.

29. Bundan başqa, iddiaçının tələb etdiyi borc məbləği tərəflər arasında bağlanmış 0716 nömrəli 2016-cı il 30 dekabr tarixli, 06/17 nömrəli 2017-ci il 3 aprel tarixli və 12/17 nömrəli 2017-ci il 20 iyun tarixli əqdlər əsasında yaranmışdır. Sözügedən əqdlərin üzərindən 3 ildən artıq müddət keçmişdir və bu müddət ərzində tələbkar bununla bağlı qanunl a müəyyən olunmuş qaydada tələb irəli sürmədiyi üçün, borcun ödənilməməsi riski tələbkarın üzərində qalır. “Weir SOS Limited” şirkəti ləvg etmə prossesində olduğundan 2020-ci il 2 fevral iddiaçı “Hüquqların Ötürülməsi Haqqında Saziş” imzalanmış və iddia ərizəsi ilə 2020-ci il 24 iyul tarixdə məhkəməyə müraciət olunmuşdur.

30. Cavabdeh kassasiya şikayətini əsaslandırmaq üçün Azərbaycan Respublikası MM-in 372, 373.2, 375.2, Azərbaycan Respublikası MPM-in 9, 14, 19, 20, 47, 52, 138, 154, 155, 168, 185.4, 185.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarına, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə i stinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir. ç) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir.

33. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişlər. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).

36. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

37. Azərbaycan Respublikası MM-in müvafiq müddəaların da aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə

6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi;...” “Maddə

372. İddia müddəti anlayışı 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” Maddə

374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəy yənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. “Maddə

377. İddia müddətinin başlanması 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır....” “Madd ə

378. Öhdəlikdə şəxslər dəyişilərkən iddia müddəti Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

442. Öhdəliyin icra edi lməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsi nə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 598.3. Əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər....”

38. Azərbaycan Respublikası MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” “Maddə

185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri... 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin mü vafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.” İV. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Məhkəmə kollegiyası kassatorun işə baxan məhkəmələr tərəfindən çəkişmə prinsipinin pozulması və cavabdehin məhkəmələrdə iştirakının təmin edilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, hazırki işin kommersiya mübahisəsi olması səbəbindən icraat MPM-in 10-1-ci maddəsinin tələblərinə uyğun olaraq elektron qaydada aparılmışdır. Birinci instansiya məhkəməsində cavabdehin verdiyi 2020-ci il 7 avqust tarixli etibarnaməyə və 2020-ci il 11 avqust tarix li orderə əsasən vəkil və nümayəndə təmsil etmişdir. Apellyasiya qaydasında işə baxılarkən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə apellyasiya şikayətini tərtib edən və nümayəndə kimi imzalayan vəkilin elektron kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. Lakin cavabdehin vəkili və nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir.

41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini əsassız hesab edir.

42. Cavabdehin kassasiya şikayətinin digər-iddia müddəti ilə bağlı dəlili apellyasiya şikayətinin dəlili ilə eynidir. Məhkəmə kollegiyası maddi hüquq normalarının tətbiqi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır (bax yuxarıda 23 və 29-cu bəndlər).

43. Beləliklə, məhkəmə kollegiyası bel ə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. 44.Yuxarıda göstərilənlərə və MPM-in 415-1, 416, 417, 418, 419-cu maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 20 aprel tarixli 2-2(103)-436/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: B.F.Qəribov B.M.Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar