Məhkəmə qərarları › İş №2-2(102)-380/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-380/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-380/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı MMC-nin cavabdeh “Cavabdeh” MMC-yə qarşı iş üzrə QƏRAR Açar sözlər: borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Dadaşov İlqar Ağababaş oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu, Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədov Natiq Alı oğlunun, iddiaçının nümayəndəsi X1, cavabdehin vəkilinin iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh MMC-yə qarşı «borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə cavabdeh MMC tərəfindən Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci i l 13 aprel tarixli, 2-2(103)-39/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İŞİN HALLARİ

1. İddiaçı MMC ilə cavabdeh MMC arasında baglanmış 04 fevral 2013-cü il tarixli, NSF-037 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malları alıcıya təhvil verməyi, alıcı isə həmin malları qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsini götürmüşdür.

2. Müqavilənin 2.1-ci bəndinə əsasən “Satıcı” müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirib malları “Alıcı”ya müəyyən olunmuş qaydada təhvil verməlidir.

3. Müqavilənin 3.1-ci bəndinə əsasən mallar “satıcı” və “alıcı” arasında İnkoterms-ə əsasən FCA franko-zavod şərti ilə təhvil-təslim olunur.

4. Müqavilənin 5.1-ci bəndinə əsasən “alıcı” bu müqavilə üzrə müəyyən olunan malın dəyərinin 50% həcmində avans ödəməni ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə öhdəsinə götürür. Vəsait “satıcı”nın təqdim etdiyi hesab fakturaya əsasənköçürmə yolu ilə aparılır.Ödəmədən sonra sifariş qəbul olunmuş sayılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehdən 64.527,26 manat məbləğində ödənilməli olan pul vəsaitinin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında N-SF-037 saylı müqavilə bağlanmış və həm in müqavilə əsasında mallar alınmışdır. İddiaçı həmin sənədlər üzrə öz üzərinə düşən bütün öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmiş, lakin iddiaçı müvafiq sənədləri cavabdehə təqdim etsə də, malların dəyəri cavabdeh tərəfindən ödənilməmiş və 64.527,26 manat məbləğində borc bu günədək ödənilməmiş qalmışdır. Müvafiq cədvəldə qeyd olunan sənədlərə əsasən cavabdehin borcu 64.527,26 manat təşkil edir, cavabdehə mübahisənin məhkəmədən kənar həlli ilə bağlı pretenziya məktubu göndərilsə də, qəbul olunmamışdır. 29 dekabr 2015-ci il və 14 noyabr 2016-cı il tarixlərdə pretenziya məktubları cavabdehin ünvanına göndərilmiş və bildirilmişdir ki, pul vəsaiti ödənilmədiyi halda yaranmış mübahisə məhkəmə qaydasında həll olunacaqdır. Mübahisə məhkəmə qaydasında həll edildikdə isə, əlavə olara q iddiaçı tərəfindən çəkilən zərərin əvəzi qismində məhkəmə üçün çəkilmiş xərclər və əldən çıxmış fayda tələb olunacaqdır. Hazırki vaxta qədər cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, cavabdehin öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vaxtı və vəsaiti olmuşdur. 7 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 32.129.36 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 15 manatının tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur (hakim - R.Kərimli).

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış 4 fevral 2013-cü il tarixli, SF-037 nömrəli müqavilə üzrə iddiaçının malların bir qismini təhvil verməsi işdə olan ÇZZ 705314 nömrəli 14 fevral 201 3-cü il tarixli, ÇZZ 705029 nömrəli 06 fevral 2013-cü il tarixli 2 qaimə-faktura ilə təsdiqini tapır və həmin 2 qaimə-faktura üzrə malların ona təhvil verilməsini cavabdeh tərəf də inkar etmir, lakin ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli üçüncü qaimə-fakturada göstərilən 32.397,9 manat dəyərində malların kim (cavabdehin hansı vəzifəli şəxs) tərəfindən alınması müəyyən olunmadığından, bu mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş sayıla bilməz. Odur ki, yalnız iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş 32.129,36 manat (64.527,26 manat 32.397,9 manat) məbləğində malla bağlı cavabdehin öz öhdəliyini yerinə yetirməməsi 0hər hansı ödəniş aparmaması sübut olunur. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçının tələbi 32.129,30 manat hissəsində əsaslı sayılmalı, qalan hi ssədə rədd olunmalıdır.

9. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 mart 2019-cu il tarixli, 2-2(102)-73/2019 saylı qətnaməsi ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və K.Abiyeva) iddiaçının apelyasiya şikayəti təmin olunmuş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2-2(82)- 18/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə – iddianın rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul olunmaqla iddia tələbi təmin olunmuş, cavabdehdən 32.397,9 manat məbləğində borcun tutula raq iddiaçıya ödənilməsi qət olunmuşdur.

11. Apelyasiya instansiya məhkəməsi hesab etmişdir ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, tələb edilən malları cavabdehə satsa da, cavabdeh aldığı malın dəyərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini pozmuşdur. Malların cavabdehə təhvil verilməsi, cavabdehin nümayəndəsi tərəfindən təhvil alınması iş materiallarında olan qaimə-fakturalarla, elektron vergi hesab-fakturaları ilə təsdiq edilir. Beləliklə, iddiaçının cavabdehə alınmış malların dəyərini ödəməməsi və malların dəyəri məbləğində borclu olması işin halları ilə təsdiq olunur.

12. Məhkəmə Mülki Məcəllənin 385.1, 442, 443.1, 386.1, 389.1, 390.1, 567, 577.1, 597.1, 598.1 və 598.2-ci maddələrinə istinad etmişdir.

13. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnaməni ləğv edib, işi yeni apelyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 oktyabr 2019-cu il tarixli, 2-2(102)-375/2019 saylı qərarı ilə (sədrlik edən X.Məmmədov, hakimlər İ.Hüseynov və R.Nəbizadə) Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-73/2019 saylı iş üzrə 6 mart 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı 32.397,20 manat dəyərində olan 832,50 metr uzunluğunda D25 0x14,8 mm olan plastik boruların cavabdehə verildiyinin sübutu kimi ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-faktura təqdim etmişdir. Bu sübut iş üzrə malın verildiyini təsdiq edən birbaşa sübut kimi çıxış edir. Tərəflər mübahisələndirmədikləri digər iki halda da malları məhz bu qaydada təhvil verib qəbul etmişlər, elektron vergi hesab-fakturası isə bu halda dolayı sübut dəyərinə malikdir. Dolayı sübutun mövcudluğu özü-özlüyündə iddianı təmin etmək üçün yetərli əsas deyildir.

16. Məhkəmə bu zaman nəyə görə birbaşa sübutu qəbul etmədiyini ağlabatan və inandırıcı formada əsaslandırmalıdır. Hazırki halda, apelyasiya məhkəməsi bu qaydada davranmamışdır. Ona görə də, birbaşa sübutun mövcudluğunda dolayı sübuta üstünlük verilməsinə dair məhkəmənin yanaşması düzgün olmamışdır. Bundan başqa, məhkəmə iş üzrə əhəmiyyətli ola biləcək cavabdeh tərəfindən irəli sürülmüş dəlilləri də müvafiq qaydada araşdırmamış və qiymətləndirməmişdir. Cavabdehin həmin dəlilləri isə ondan ibarət olmuşdur ki, cavabdeh 2012-ci ildən etibarən iddiaçıdan “Azəriqaz” İB-in göstərişi ilə Sabirabad rayonunun müxtəlif kəndlərində qaz xətlərinin çəkilişi ilə əlaqədar müxtəlif diametrli politelin borular almış, bu borular “Azəriqaz” İB-in göstərişi ilə iddiaçıya “Azəriqaz” İB-in təhkim olunmuş nümayəndəsinin bölgüsü əsasında cavabdehə nisyə buraxılmışdır. Onlar həmin nisyə buraxılmış malları alaraq tikinti-quraşdırma işləri aparmışlar. Həmin borular üzrə tikinti-quraşdırma işləri başa çatdıqdan sonra işlərin yerinə yetirilməsini təsdiq edən 2 və 3 saylı formalar tərtib olunurdu. Sonra bu sənədlər əsas ında “Azəriqaz” İB özünün maliyyə vəziyyətinin normal olduğu vaxtlarda cavabdehə olan borcunu vaxtaşırı hesaba köçürürdü. Bu zaman iddiaçıya olan borcu isə hissə-hissə özünün müəyyən etdiyi qaydada bölgü əsasında müəyyənləşdirirdi və həmin məbləği cavabdeh iddiaçıya köçürürdü. Beləliklə, vəsaitlərin ödənişi “Azəriqaz” İB-in iştirakı və bölgüsü ilə həyata keçirilirdi. Dəlillərin yoxlanılması “Azəriqaz” İB-in iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsini tələb edir. Bu zaman məhkəmə ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-fakturada göstərilən malların cavabdehə verilib-verilmədiyini “Azəriqaz” İB ilə dəqiqləşdirməklə aydınlaşdıra bilərdi. Məhkəmə ümumən “Azəriqaz” İB tərəfindən cavabdehə sifariş olunmuş işin həcmini və cavabdeh tərəfindən hansı həcmdə işlərin görüldüyünü də müəyyən edə bilər. Buradan hərəkətlə isə görülən işlərin yerinə yetirilməsi üçün nə qədər mal tələb olunduğu və müvafiq olaraq ÇZZ 705230 nömrəli 12 fevral 2013cü il tarixli qaimə-fakturada göstərilən malların həmin işlərin yerinə yetirilməsi üçün istifadə olunub-olunmadığı müəyyənləşdirilə bilər. d) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2-2(102)-34/2020 saylı qətnaməsi ilə (sədrlik edən V.Baxışova, hakimlər E.Nağıyeva və H.Həmidov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2018 saylı, 30 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

18. Apelyasiya instansiya məhkəməsi hesab etmiş dir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 14 iyul 2000-ci il tarixdə təsdiq edilmiş ”Qaimə-Faktura”nın (Forma № QF-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları”na əsasən qaimə fakturanın "Kimə" rekvizitindən vəkalətnamə və ya müvafiq sərəncamla qiymətliləri alan maddi –məsul şəxsin vəzifəsi, soyadı, adı, mədaxil və məxaric üzrə ilkin uçot sənədinin adı, nömrəsi, tarixi və digər lazımi göstəriciləri əks etdirilir. 12 fevral 2013-cü il tarixli 705230 saylı qaimə-faktura tərtib edilərkən bu qaydaların tələblərinə riayət olunmamış, malın təhvil verildiyi maddi məsul şəxsin vəzifəsi, soyadı, adı qeyd edilməmişdir. Həmçinin həmin qaimədəki “Təhvil aldım” qrafasındakı imza digər 2 qaimədəki imzalardan fərqlidir. İddiaçı isə bu qaimədəki imzanın cavabdehin maddi məs ul şəxsinə aid olduğuna dair nə birinci instansiya məhkəməsinə, nə də işə apelyasiya qaydasında baxılarkən hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki əgər malın təhvil verildiyi alıcı tərəfindən qəbul edilmirsə bu halı sübut etmək vəzifəsi satıcının üzərinə düşür.

19. Daha sonra bu məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesabfakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 5.4-cü bəndinə istinad etməklə onu vurğulamışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bu iş üzrə qəbul edilmiş qərarında iddiaçı tərəfindən təqdim edilmiş elektron vergi hesab-fakturaları dolayı sübut kimi qiymətləndirilmiş, dolayı sübutun mövcudluğunun birbaşa sübutlar olmadan iddianı təmin etmək üçün yetərli əsas olmadığı göstərilmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə mal təqdim edilməsi elektron vergi hesab fakturası ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən həmin Qaydaların tələblərinə uyğun tərtib edilən elektron qaimə-faktura ilə təsdiq edilə bilərdi. Bu Qaydaların 2.6-cı bəndinə görə elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakt uranın “Əsas” rekvizitində öz əksini tapır. Qaydaların tələblərindən göründüyü kimi, elektron qaimə-fakturanın özü belə təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə əsasında tərtib edilmədiyi halda malın təqdim edilməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədi kimi qəbul edilmir. Buna görə də, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron vergi hesabfakturası 12 fevral 2013-cü il tarixli 705230 saylı qaimə-faktura üzrə malın cavabdehə təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz. Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında cavabdehin irəli sürdüyü dəlillərin araşdırılması üçün “Azəriqaz” İB-in iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməsinin məqsədəuyğun olduğu göstərilmişdir. İşə apelyasiya qaydasında baxılarkən “Azəriqaz” İB-in iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi məhkəmə iclasında tərəflərin nümayəndələri ilə müzakirə olunmuş, nümayəndələr buna zərurət olmadığını bildirmiş, məhkəmə tərəflərin mövqeyini və MPM-in 57-ci maddəsinin tələbini nəzərə alaraq hazırda baxılan mübahisə “Azəriqaz” İB-in maraqlarına toxunmadığından və “Azəriqaz” İB tərəflər arasında bağlanmış müqavilə münasibətlərində bilavasitə iştirak etmədiyindən, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını zəruri hesab etməmişdir.

21. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının 2020-ci il 12 avqust tarixli, 2-2(102)-255/2020 saylı qərarı ilə (hakimlər B.F.Qəribov (sədrlik edən), İ.K.Xəlilov və B.M.Məmmədli) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2-2(103)-34/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

23. Məhkəmə qərarı onunla əsaslandırılmışdır ki, hazırki işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı həmçinin bu ödənişlərlə bağlı elektron vergi hesab-fakturalarını cavabdehə göndərmiş (ıı cild i.v 19-21), lakin cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Qərarı ilə təsdiq olunmuş “Elektron vergi hesab-fa kturalarının tətbiqi, uçotu və istifadə Qaydaları”na müvafiq olaraq təqdim olunmuş elektron vergi hesab-fakturalarını qəbul edərək, onların (onlarda) ləğv (düzəliş) olunmasını xahiş etməmişdir. Bu hal 6 mart 2019-cu il tarixdə işə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi tərəfindən də etiraf olunmuşdur (ll cild: i.v.24). Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası 8 oktyabr 2019-cu il tarixli, 2-2(102)- 375/2019 saylı qərarı ilə ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-faktura əsasında verilmiş elektron vergi hesab-fakturasının dolayı sübut dəyərinə malik olması kimi qiymətləndirərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 mart 2019-cu il tarixli, 2-2(102)-73/2019 saylı qətnaməsinı ləğv etdikdən sonra işə yenidən apelyasiya instansiyası məhkəməsində baxılarkən onun müraciətinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsindən 30 dekabr 2019-cu il tarixli **********274000 saylı “məlumatın təqdim edilməsi barədə” cavab olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş 6 fevral 2013-cü il tarixli HF 103372 nömrəli, 12 fevral 2013-cü il tarixli HF127627 nömrəli, 15 fevral 2013-cü il tarixli HF143623 nömrəli elektron vergi hesab-fakturaları alıcı tərəfindən oxunmuş və elektron vergi hesab-fakturalarının ləğv edilməsi halı aşkar edilməmişdir. Həmin İdarənin 9 yanvar 2020-ci il tarixli, **********74100 saylı ikinci cavabında da elektron vergi hesabfakturalarının iddiaçı tərəfindən cavabdehə təqdim edildiyi onların ləğv edilməsi halının aşkarlanmadığı göstərilmişdir. Beləliklə işə i kinci dəfə apelyasiya qaydasında baxılarkən bilavasitə dövlət orqanı cavabdehin, o cümlədən qəbul etmədiyi ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-faktura əsasında 12 fevral 2013-cü il tarixli HF127627 nömrəli elektron vergi hesab-fakturasının da cavabdeh tərəfindən oxunduğu, bu sənədin ləğv edilməsi halının aşkarlanmadığı təsdiq olunmuşdur.

24. Bu cür vəziyyət isə həmin elektron vergi hesab -fakturasının hazırkı iş üzrə aşağıda vurğulanlarla əlaqəli surətdə birbaşa sübut kimi qiymətləndirilməsini labud edir. Belə ki, Vergi Məcəlləsinin 176-cı maddəsində vergi ödəyicisi malın alıcısına (işlərin, xidmətlərin sifarişçisinə) elektron vergi hesab-fakturasını mal göndəriləndən (iş görüləndən, xidmət göstəriləndən) sonra 5 gündən gec olmayaraq verməyə borclu olması nəzərdə tutulurd u (Vergi Məcəlləsinin 176.3.-ci maddəsi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 5.2.-ci bəndində də nəzərdə tutulmuşdur ki, vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir. Elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Elektron vergi hesab-fakturası ləğv edildikdən sonra alıcının equtusuna bu barədə məlumat göndərilir. Məlumat göndərildikdən sonra elektron vergi hesab-fakturası üzərin də düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi (dəqiqləşdirilmişi) yaradılmalıdır. Belə halda alıcı vergi ödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və ləğvetmə vergi ödəyicisi (satıcı) tərəfindən həyata keçirilir (bu Qaydaların 5.4-cü bəndi).

25. Beləliklə, vergi ödəyicisi olan satıcı tərəfindən elektron vergi hesab-fakturaları alıcıya təhvil verilmiş mallara dair qaimə-fakturalar əsasında tərtib edilir, vergi ödəyicisi alıcı barəsində onlarla razılaşmadıqda satıcıya müraciət edərək, təqdim olunmuş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilməsi imkanı nəzərdə tutulur və yalnız alıcının elektron vergi hesab-fakturası ilə razılaşdığı (onları bəyəndiyi) təqdirdə bu fakturalar mütləqlik keyfiyyətinə mal ik olurlar.

26. Hazırki işə münasibətdə cavabdeh (onun müvafiq səlahiyyətli nümayəndəsi) ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-faktura əsasında 12 fevral 2013-cü il tarixli HF127627 nömrəli elektron vergi hesab-fakturası da daxil olmaqla hər 3 elektron vergi hesab-fakturalarını görmüş, məzmunlarındakı məlumatları başa düşərək onları qəbul etmiş, bu sənədlərin doğruluğunu şübhə altına almamış, onlardan hər hansı birinin ləğvi ilə əlaqədar iradə ifadəsi bildirməmişdir. Həmin elektron vergi hesab-fakturalarının qəbul olunması (ləğv edilməsinə təşəbbüs göstərilməməsi) faktı isə onların yaratdığı hüquqi nəticələrin (o cümlədən, bu elektron vergi hesab-fakturalarının tərtib edilməsinə əsas olmuş əmtəə ilə bağlı cavabdehin özünün vergi öhdəliyinin yaranması, Vergi Məcəlləsinin 176 -cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 5.2.-ci bəndin riayət edilməsi də daxil olmaqla) cavabdeh tərəfindən öncədən görülməsi halı kimi qiymətləndirilməlidir.

27. İddiaçının apelyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamənin ləğv olunması xahiş edilən kassasiya şikayətinin digər dəlili isə bu məhkəmə instansiyasının işə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməməsi, yəni tərəflər arasında müqavilə münasibətlərinin 2013-cü ildə yaranmasına, tərəflər arasında SF-037 nömrəli müqavilənin 4 fevral 2013-cü il tarixdə bağlanmasına baxmayaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mar t 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş ”Elektron qaimə fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydalar”ına istinad etməsilə bağlıdır.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlili ilə əlaqədar qeyd edir ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nda da onun əvvəlki münasibətlərə şamil olunması ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat

30. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-39/2021 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov (sədrlik edən), C.A.Yusifov və M.A.Məmmədov) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 30 may tarixli, 2-2(82)-18/2018 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilərək, cavabdehdən 32397,9 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

31. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 04 fevral 2013-cü il tarixli, N-SF-037 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasınd a malları alıcıya təhvil verməyi, alıcı isə həmin malları qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsini götürmüşdür.

32. İddiaçı bildirir ki, həmin müqavilə üzrə 3 qaimə-faktura üzrə mal satılmış və cəmiyyətin sürücüləri tərəfındən daşınması və təhvil verilməsi həyata keçirilmişdir. Malların verildiyini elektron vergi hesab fakturaları və bundan sonra əlavə ödəniləcək məbləğlər barədə cavabdehə ünvanlanmış hesab fakturalarla təsdiq olunur. Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri icra etməmiş və onun cəmi borcu 64527,26 manat təşkil edir.

33. Cavabdeh iddiaya qismən etiraf edir və bildirir ki, tərəflər arasında bağlanılmış müqaviləyə uyğun olaraq dəyəri 36776 manat olan 06 fevral 2013-cü il tarixli, GZZ N 705029 saylı qaimə faktura əsasında 945 m uzunluğunda D250x14,8 mm olan pla stik boru və yenə dəyəri 36776 manat olan 14 fevral 2013-cü il tarixli, GZZ N 705314 saylı qaimə faktura əsasında 945 m uzunluğunda D250x14,8 mm olan plastik boru onlar tərəfindən alınmışdır. Bu barədə qaimə fakturaları müəssisənin işçisi olmuş Rəsul Hüseynov imzalamışdır. Lakin 12 fevral 2013-cü il tarixli 705230 saylı qaimə-faktura onların adına yazılsa da, dəyəri 32397,20 manat olan 832,50 manat uzunluğunda olan D250x14,8 mm olan plastik borular onlar tərəfindən alınmamışdır. Həmin qaimə-fakturadakı təhvil aldım yerində olan imza cavabdehə məxsus deyildir. Həmin qaimə-fakturada göstərilmiş 32397,90 manat dəyərində olan 832,5 m plastik borulardan cavabdehin rəhbərlərinin və maddi-məsul şəxslərinin xəbəri yoxdur. Qaimə-fakturada təhvil verilmiş kimi “aldım” sözünün qarşısında icra edilmiş imza cavabdehin əməkdaşlarına məxsus imza deyildir.

34. Tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların dəyərini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir.

35. Məhkəmə-xətşünaslıq ekspertizasının 10.03.2021-ci il tarixli, 4/84 nömrəli rəyi ilə 12.02.2013-cü il tarixli 705230 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasındakı imzanın cavabdehin əməkdaşları (Soltan Rəhimov və Rəsul Hüseynov) tərəfindən imzalanmadığı müəyyən edilsə də, iddiaçının təqdim etdiyi 12 fevral 2013-cü il tarixli HF127627 nömrəli elektron vergi hesab-fakturası əsasında cəmi 32397,9 manat dəyərində malın iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi halı tam təsdiq olunur.

36. Ona görə də, iddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən həmin mallara görə ödənilməyən 32397,9 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam əsaslıdır.

37. Məhkəmə bu qənaətini Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarının müddəalarına istinad etməklə əsaslandırmışdır.

38. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

39. Bakı Apelyasiya Məhkəməsi tərəfindən 2- 2(103)-39/2021 nömrəli iş üzrə ekspertiza qarşısında qoyulan suallara cavab olaraq ekspertiza tədqiqatının nəticəsinə görə, ekspertizaya təqdim edilmiş, 1-ci cildinin 56-cı vərəqəsində olan 12.02.2013-cü il tarixli, 705230 nömrəli qaimə-fakturada „Təhvil aldım” qrafasındakı imza X4 tərəfindən yox, X3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

40. Ekspertizaya təqdim edilmiş, 1-ci cildin 56-cı vərəqəsində olan 12.02.2013-cü il tarixli 705230 nömrəli qaimə-faktura „Təhvil aldım” qrafasındakı imza ilə 1-ci cildin 55-ci vərəqəsində olan 14.02.2013-cü il tarixli 705314 saylı qaimə- fakturada və 57-ci vərəqlərində olan 06.02.2013-cü il tarixli 705029 saylı qaimə- fakturada „Təhvil aldım” qrafalarındakı imzalar öz aralarında müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Rəyə görə, “12.02.2013-cü il tarixli CZZ 705230 saylı Qaimə-faktura “Kainat Təchizat-Tikinti MMC-yə” aid deyil, imza bizə məxsus deyil, mal tərəfimizdən alınmamışdır”.

41. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 101, 101.7, 103.2-cü maddələrinin tələblərinə istinad edilərək tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim etməmişdir. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin təqdim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğ undur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

44. İş üzrə iddiaçı tərəf apelyasiya məhkəməsinin qərarını bütövlükdə mübahisələndirdiyi üçün və apelyasiya məhkəməsinin qətnaməsi yalnız 32.397 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi ilə bağlı olduğundan hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-nin 403 və 416cı maddələri).

45. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına is tinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

46. Mülki Prosessual Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır”. “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam ba xdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Maddə

420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir”.

47. Mülki Məcəllənin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

433. Tələbin ixtiyarlı şəxsə icra edilməsi” 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir....... 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürü lməməsi nəticələrinin riskini daşıyır. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

48. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, cavabdehin kassasiya təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-39/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi cavabdeh MMC-dən 32.397 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində təmin edilməməlidir.

49. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq alqı-satqı müqaviləsi b ağlanılmış və həmin Məcəllənin 598.2-ci maddəsinə uyğun olaraq əşyanın dəyərinin hissə-hissə ödənilməsi razılaşdırılmış, satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların dəyərini satıcıya tam ödəməyi vəzifəsini yerinə yetirməmişdir. Məhkəməxətşünaslıq ekspertizasının 10.03.2021-ci il tarixli, 4/84 nömrəli rəyi ilə 12.02.2013-cü il tarixli 705230 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasındakı imzanın cavabdehin əməkdaşları ("x2"və "x3") tərəfindən imzalanmadığı müəyyən edilsə də, iddiaçının təqdim etdiyi 12 fevral 2013-cü il tarixli HF127627 nömrəli elektron vergi hesab-fakturası əsasında cəmi 32397,9 manat dəyərində malın iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi halı tam təsdiq olunur.

50. İşə birinci dəfə kassasiya qaydasında baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 oktyabr 2019-cu il tarixli, 2-2(102)375/2019 saylı qərarında qeyd edilmişdir ki, iddiaçı 32.397,20 manat dəyərində olan 832,50 metr uzunluğunda D250x14,8 mm olan plastik boruların cavabdehə verildiyinin sübutu kimi ÇZZ 705230 nömrəli 12 fevral 2013-cü il tarixli qaimə-faktura təqdim etmişdir. Bu sübut iş üzrə malın verildiyini təsdiq edən birbaşa sübut kimi çıxış edir. Tərəflər mübahisələndirmədikləri digər iki halda da malları məhz bu qaydada təhvil verib qəbul etmişlər, elektron vergi hesab-fakturası isə bu halda dolayı sübut dəyərinə malikdir. Dolayı sübutun mövcudluğu özü-özlüyündə iddianı təmin etmək üçün yetərli əsas deyildir. Məhkəmə bu zaman nəyə görə birbaşa sübutu qəbul etmədiyini ağlabatan və inandırıcı formada əsaslandırmalıdır. H azırki halda, apelyasiya məhkəməsi bu qaydada davranmamışdır. Ona görə də, birbaşa sübutun mövcudluğunda dolayı sübuta üstünlük verilməsinə dair məhkəmənin yanaşması düzgün olmamışdır. Bundan başqa, məhkəmə iş üzrə əhəmiyyətli ola biləcək cavabdeh tərəfindən irəli sürülmüş dəlilləri də müvafiq qaydada araşdırmamış və qiymətləndirməmişdir.

51. Həmin qərarda verilmiş göstərişlər üzrə işə yenidən baxan məhkəmələr tərəfindən müəyyən edilmiş işin halları ondan ibarətdir ki, 12 fevral 2013-cü il tarixli 705230 saylı qaimə-faktura tərtib edilərkən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 14 iyul 2000-ci il tarixdə təsdiq edilmiş ”Qaimə-Faktura”nın (Forma № QF-1 ) forma və rekvizitləri və onlardan istifadə qaydaları”nın tələblərinə riayət olunmamış, malın təhvil verildiyi maddi məsul ş əxsin vəzifəsi, soyadı, adı qeyd edilməmiş, həmçinin həmin qaimədəki “Təhvil aldım” qrafasındakı imza digər 2 qaimədəki imzalardan fərqli olsa da, iddiaçı isə bu qaimədəki imzanın cavabdehin maddi məsul şəxsinə aid olduğuna dair nə birinci instansiya məhkəməsinə, nə də işə apelyasiya qaydasında baxılarkən hər hansı sübut təqdim edə bilməmişdir. Bundan əlavə işə apelyasiya qaydasında yenidən baxılarkən təyin edilmiş Məhkəmə-xətşünaslıq ekspertizasının 10.03.2021-ci il tarixli, 4/84 nömrəli rəyi ilə də bir daha 12.02.2013-cü il tarixli 705230 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasındakı imzanın cavabdehin əməkdaşları ("x2" və "x3") tərəfindən imzalanmadığı müəyyən edilmiş və iş materiallarında həmin rəyin mötəbərliyini şübhə altına alacaq hər hansı sübut yoxdur və bu rəy cavabdehin id diaya həmin hissədə etirazlarının əsaslı olduğunu təsdiq edir. Halbuki əgər malın təhvil verildiyi alıcı tərəfindən qəbul edilmirsə bu halı sübut etmək vəzifəsi satıcının üzərinə düşür.

52. Ekspertin rəyi məhkəmə üçün məcburi olmasa da, onunla razılaşmadığı halda məhkəmə qəbul etdiyi qərarda bunun səbəblərini dəqiq göstərməli, əsaslandırılmalıdır. Hazırkı halda isə apelyasiya məhkəməsi 10.03.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş halı göstərməklə kifayətlənmiş, onu nə üçün qəbul etmədiyini, beləliklə, onunla razılaşmadığını isə qətnamədə tam əsaslandırmamışdır.

53. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli 156 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 5.4-cü bəndinə istina d etməklə iddiaçı tərəfindən təqdim edilmiş elektron vergi hesab-fakturaları dolayı sübutdur və dolayı sübutun mövcudluğu birbaşa sübutlar olmadan iddianı təmin etmək üçün yetərli əsas olmadığı göstərilmişdir.

54. İddiaçı tərəfindən cavabdehə mal təqdim edilməsi elektron vergi hesab fakturası ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın 1.3-cü bəndinə əsasən həmin Qaydaların tələblərinə uyğun tərtib edilən elektron qaimə-faktura ilə təsdiq edilə bilərdi. Bu Qaydaların 2.6-cı bəndinə görə elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təsl im aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” rekvizitində öz əksini tapır. Qaydaların tələblərindən göründüyü kimi, elektron qaimə-fakturanın özü belə təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə əsasında tərtib edilmədiyi halda malın təqdim edilməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədi kimi qəbul edilmir. Buna görə də, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron vergi hesab-fakturası 12 fevral 2013-cü il tarixli 705230 saylı qaimə-faktura üzrə malın cavabdehə təqdim edildiyini təsdiq edən mötəbər sübut kimi qəbul oluna bilməz.

55. Beləliklə, iddiaçı 32.397,20 manat dəyərində olan 832,50 metr uzunluğunda D250x14,8 mm olan plastik boruların cavabdehə həqiqətən verildiyini möt əbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edə bilməmiş, bu isə öz növbəsində iddia tələbinin həmin hissədə əsassızlığına dəlalət edir. Cavabdeh tərəfindən bu məbləğdə plastik boruların alındığı işdəki birbaşa, düzünə sübutlarla təsdiq edilmədiyindən, həmçinin 12 fevral 2013cü il tarixli 705230 saylı qaimə-faktura tərtib edilərkən Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 14 iyul 2000-ci il tarixdə təsdiq edilmiş ”Qaimə-Faktura”nın (Forma № QF-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları”nın tələblərinə riayət olunmadığından, həmçinin Məhkəmə-xətşünaslıq ekspertizasının 10.03.2021-ci il tarixli, 4/84 nömrəli rəyi ilə də bir daha 12.02.2013-cü il tarixli 705230 nömrəli qaimə-fakturada “Təhvil aldım” qrafasındakı imzanın cavabdehin əməkdaşları (Soltan Rəhimov və Rəsul Hüseynov) tərəfindən imzalanmadığı müəyyən edildiyindən və qaimə-fakturaların lazımi qaydada tərtib edilməsi üçün hazırkı halda məhz iddiaçı məsuliyyət daşıdığından və ödənilməsi tələb olunan mallar alıcıya müqavilənin 3.1-ci bəndinə uyğun olaraq təhvil verilmədiyindən 32.397,20 manat pulun cavabdehdən tutulması hissəsində iddia tələbinin təmin edilməsi üçün məhkəmələr tərəfindən hüquqi və faktiki əsaslar mövcud olmamışdır.

56. Məhkəmə kollegiyası bu zaman onu da nəzərə alır ki, alqı-satqı münasibətləri zamanı satıcı alıcının özünə və ya onun səlahiyyət verdiyi şəxsə satılan malların həqiqətən təhvil verildiyini sübut etməli, satıcı, alıcının adından malı təhvil alan şəxsdən buna səlahiyyəti olması barədə müvafiq sənəd tələb etməli, eyni zamanda həmin səlahiyyətli şəxsdən həqiqətən satılan malı (miqdarı, çeşidi və s. qeyd edilməklə) qəbul etiyini imzası ilə təsdiq etməsini tələb etməlidir.

57. Hazırkı işə apelyasiya və kassasiya qaydasında dəfələrlə baxıldığını, iş üzrə hər hansı yeni əlavə halların müəyyən edilməsi zərurəti olmadığını, müvafiq ekspertiza keçirilərək ekspert rəyi alındığını, iddiaçının işə əvvəllər baxılarkən iddia tələbini MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından mötəbər sübutlarla əsaslandıra bilmədiyini, həmçinin malların alıcının səlahiyyətli şəxsinə təqdim edilmədiyini, beləliklə, Mülki Məcəllənin 433-cü maddəsinin tələblərinə riayət edilmədiyini nəzərə alan işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası işi yenidən baxılmaq üçün apelyasiya məhkəməsinə göndərmədən, iş üzrə, iddia tələbinin cavabdehdən 32.397 manatın tutularaq İddia çı MMC-yə ödənilməsi hisssəsində təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini mümkün hesab edir. 58. “Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 59. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respubli kasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

60. Beləliklə, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya Məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual h üquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində isə səhvə yol verildiyindən, cavabdehin kassasiya təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-39/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi cavabdeh MMC-dən 32.397 manatın tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində təmin edilməməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:

62. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 aprel tarixli, 2-2(103)-39/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi cavabdeh MMC-dən 32.397 manatın tutularaq İddiaçı MMC-yə ödənilməs i hissəsində təmin edilməsin. Cavabdehin kassasiya şikayəti təmin olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar