Məhkəmə qərarları › İş №2-2(102)-456/2021

Ali Məhkəmə Qərar — İş №2-2(102)-456/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-456/2021 19.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı A MMC-nin cavabdeh B MMC-yə qarşı ilkin iddia tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı MTK-nın (B MMC) qarşılıqlı iddia üzrə cavabdehlər A MMC və C MMC-yə qarşı iş üzrə QƏRARI Açar sözlər: borcun tutulması və aktların etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakim Məmmədli Bəhram Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərli Aminə Əliəsgər qızı İddiaçı A MMC-nin cavabdeh B MMC-yə qarşı borcun tutulması tələbi barədə ilkin iddia ərizəsinə və qarşılıqlı iddia üzrə iddiaçı Mənzil-Tikinti Kooperativinin (B MMC) qarşılıqlı iddia üzrə cavabdehlər A MMC-yə və C MMC-yə qarşı “aktların etibarsız hesab edilməsi” tələbinə dair kommersiya işi üzrə ilkin iddia üzrə cavabdeh B MMC tərəfindən Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyun tarixli 2-2(105)-70/2021 saylı qətnaməsindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. İ. İŞİN HALLARİ

1. İş materiallarından görünür ki, İddiaçı MMC (mal göndərən") (bundan sonra – İddiaçı) ilə MTK ("Alıcı") (bundan sonra – “MTK”) arasında 2007-ci il 2 iyul tarixli Hazır Beton Satış Kontraktı və 2007-ci il 1 dekabr tarixli Göndərmə Müqaviləsi bağlanmışdır. 2. 2007-ci il 2 iyul tarixli Müqavilənin 3-cü bəndinə əsasən, malların, yəni beton M100 hər kub metr üçün 56 manat, Beton M150 hər kub metr üçün 50 manat, Beton M250 hər kub metr üçün 63 manat, Beton M300 hər kub metr üçün 66 manat dəyərində alqı-satqı qiyməti müəyyənləşdirilmişdir və həmin qiymətlərə ƏDV daxil deyildir. 3. 2007-ci il 2 iyul tarixli müqavilənin 5-ci bəndinə əsasən, malın dəyəri "Mal göndərən" tərəfindən "Alıcı" ya təhvil verildikdən sonra 7 gün ərzində "Alıcı" tərəfindən "Mal göndərən"ə ödənilməlidir. 4. 2007-ci il 1 dekabr tarixli Göndərmə Müqaviləsinin 5.1-ci bəndinə əsasən, tərəflərdən biri bu müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirməməklə digər tərəfə ziyan vurarsa, yəni malın göndərilməsi "Mal göndərən" tərəfindən, ödəniş isə "Alıcı" tərəfindən gecikdirilirsə, günahkar tərəf digər tərəfə gecikdirilən hər gün üçün sifarişin ümumi də yərinin 0,1 % məbləğində cərimə ödəməlidir. Lakin cərimənin ümumi məbləği sifarişin ümumi məbləğinin 5 %-dən artıq ola bilməz. 5. 2007-ci il 1 dekabr tarixli Göndərmə Müqaviləsinin 3.4-cü bəndinə əsasən, malın dəyəri "Mal göndərən" tərəfindən "Alıcı" ya təhvil verildikdən sonra 5 bank günü ərzində "Alıcı" tərəfindən "Mal göndərən"ə ödənilməlidir. 6. 2007-ci il 1 dekabr tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəyə əsasən, adları qeyd olunan Malların, yəni Beton M150 hər kub metr üçün 76,7 manat, Beton M200 hər kub metr üçün 80,24 manat, Beton M250 hər kub metr üçün 84,96 manat, Beton M300 hər kub metr üçün 89,68 manat, Beton M350 hər kub metr üçün 94,4 manat, Beton M400 hər kub metr üçün 101,48 manat dəyərində alqı-satqısı nəzərdə tutulmuşdur və həmin qiymətlərə ƏDV daxildir.

7. İş materiallarında olan 2015-ci il 31 dekabr tarixli Üzləşmə Aktında MTK-nın 2015-ci il 31 dekabr tarixinə A MMC-a 303.106,84 manat məbləğində (Əlavə Dəyər Vergisi daxil) borcunun olması göstərilmişdir. Akt MTK-nın direktoru tərəfindən imzalanmış, MTK-ya aid möhürlə möhürlənmişdir.

8. İş materiallarında olan 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktında MTK-nın 2018-ci il 10 oktyabr tarixinə A MMC-a 303.106,84 manat məbləğində (Əlavə Dəyər Vergisi daxil) borcunun olmasını qəbul etməsi və MTK-nın 2018-ci il 25 noyabr tarixinə kimi həmin borcun 100.000 manatını, qalan 203.106,84 manat hissəsini isə 2018-ci il 25 dekabr tarixindən gec olmayaraq ödənilməsini üzərinə götürdüyü göstərilmişdir. Akt MTK-nın direktoru V.Əmiraslanov (aktın üç yerində) və MTK-nın təsi sçisi kimi qeyd olunmuş Hacıyev Nofəl tərəfindən imzalanmış, MTK-ya aid möhürlə möhürlənmişdir.

9. İş materiallarından görünür ki, A MMC MTK-ya 2019-cu il 29 aprel tarixli pretenziya məktubu göndərərək, MMC (""Mal göndərən"") tərəfindən göndərilmiş və MTK ("Alıcı") tərəfindən təhvil alınmış mal üçün ödənilmiş 303.106,84 AZN məbləğində pul vəsaitinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə müvafiq olaraq 5 bank günü ərzində bank hesabına köçürmə yolu ilə ödənilməsini təmin edilməsini xahiş etmiş, əks halda həmin məbləğdə pul tələbinə, gecikdirmə və əldən çıxmış faydanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəcəklərini bildirmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. A MMC 2019-cu il 20 iyun tarixində cavabdeh MTK -ya qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, MTK-dan 303.106,84 manat məbləğində borcun tutularaq A MMC-a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra A MMC tərəfindən məhkəməyə “prosessual hüquq varisliyi” barədə vəsatət və "iddia tələbinin həcminin artırılması" barədə ərizə təqdim edilərək, MTK (VÖEN: **********) təşkilatihüquqi formanın dəyişməsi nəticəsində yenidən təşkil edilərək B Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – B MMC) (VÖEN: **********) çevrilmiş olduğundan, cavabdeh MTK-nın hüquq varisinin B MMC ilə əvəz edilməsi və B MMC-dən (VÖEN: **********) 303.106,84 manat məbləğində əsas borcun, 15.155,34 manat məbləğində dəbbə pulunun (cərimənin) və 30 manat məbləğində ödənilm iş dövlət rüsumunun tutularaq A MMC-a ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 2007-ci il 2 iyul və 1 dekabr tarixli müqavilələr üzrə A MMC ("Mal göndərən") öz öhdəliklərini yerinə yetirərək Malın göndərilməsini təmin etmiş, MTK ("Alıcı") isə təhvil alınmış Mallara görə ödənişi həyata keçirməyərək, müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq, MTK A MMC tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi daxil 533.286,84 manat məbləğində olan betona görə 230.180 manat məbləğində pul ödəsə də, hazırda MTK-nin A MMCa 303.106,84 manat borcu qalmışdır. Tərəflərin birgə tərtib etdiyi Qarşılıqlı Üzləşmə Aktına əsasən, 2018-ci il 10 oktyabr tarixinə "Alıcı"nın "Mal göndərən"ə borcu 303.106,84 manat, Müqaviləyə əsasən hesablanmış cərimənin məbləği hazırda 15.155,34 manat təşkil edir. "Mal göndərən" müqavilə üzrə öhdəliklərin həyata keçirilməsi üçün "Alıcı"ya dəfələrlə xəbərdarlıq etməsinə, 2019-cu il 30 aprel tarixli pretenziya məktubu göndərməsinə baxmayaraq, nəticə olmamışdır. MTK-nın səlahiyyətli nümayəndələri maliyyə vəziyyətlərinin ağır olması səbəbindən bir neçə dəfə şifahi və yazılı formada möhlət verilməsini A MMC-dan xahiş etmişlər.

13. İlkin iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 627.1, 634.1, 637.1, 637.2-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.

14. B MMC 2019-cu il 3 sentyabr tarixində A MMC-yə və C MMC-yə (bundan sonra – “İİ”) qarşı “aktların etibarsız hesab edilməsi” tələ bi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İİ tərəfindən tərtib edilmiş və A MMC ilə MTK arasında bağlanmış 2015-ci il 31 dekabr tarixli və 2018-ci il 10 oktyabr tarixli Üzləşmə Aktlarının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2015-ci il 31 dekabr tarixli Üzləşmə Aktındakı möhür MTK-ya aid deyildir. Həmin Aktdakı imzanın isə ümumiyyətlə kimə məxsus olduğu bilinmir. 2018-ci il 10 oktyabr tarixli Akt imzalanarkən MTK-nin mühasibi iştirak etməmişdir. Mühasib qrafasındakı imza isə MTK-nin mühasibinə aid deyildir. Bu üzləşmə aktları A MMC-ın təsisçisi və İİnin təkidi ilə imzalanmışdır. Həmin Aktlarda göstərilən rəqəmlər həqiqəti əks etdirmir. Guya Aktların əsasını təşkil edən q aimə-fakturalarda malın kimə və harada təhvil verildiyi göstərilməmiş, həmin qaimə-fakturalar MTK-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmamışdır. Mal təhvil verildikdən 11 il sonra belə bir aktın imzalanması, bu 11 il ərzində malın dəyərin ödənilməməsi və ümumiyyətlə tələb olunmaması ağlabatan və inandırıcı deyildir. 2018-ci il 10 oktyabr tarixli Akt aldatma nəticəsində imzalanmışdır. Belə ki, A MMC və İİ 2015-ci il 31 dekabr tarixli Aktı təqdim edərək, MTK-nın borclu olduğuna dair yanlış təəssürat yaratmışlar və nəticədə MTK-nın əməkdaşları yanılaraq, bu Aktı imzalamışlar. Ümumiyyətlə, MTK tərəfindən Sumqayıt şəhərinin 9-cu mikrorayonda inşa edilmiş yaşayış binasının tikintisinə 303.000 manat məbləğində betonun sərf edilməsi fiziki cəhətdən mümkün deyildir. Bu xüsusatı isə ekspertiz a keçirməklə müəyyənləşdirmək mümkündür. Odur ki, A MMC ilə MTK arasında bağlanmış Üzləşmə Aktları əsası olmadığından etibarsız hesab edilməlidir.

16. Qarşılıqlı iddia tələbi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 155.1, 156.1, 156.1.1, 156.1.2, 156.1.3-cü maddələrinə istinad edərək əsaslandırılmışdır.

17. Eyni zamanda, iş üzrə məhkəmə baxışı zamanı B MMC “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsi ilə əlaqədar A MMC tərəfindən MTK-ya qarşı verilmiş pul tələbinə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və həmin ərizə tərəflər arasında bağlanmış müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin 2007-ci ildə bitməsinə və həmin müqavilə üzrə tələb irəli sürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin 2010-cu ildə sona çatmasına baxmayaraq, A MMC-ın iddia ərizəsi ilə 2019-cu ildə məhkəməyə müraciət etməsi ilə əsaslandırılmışdır.

18. Məhkəmə araşdırması zamanı B MMC 2015-ci il 31 dekabr və 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə aktlarındakı MTK-ya aid edilən imza və möhürləri mübahisələndirdiyi üçün iş üzrə müvafiq ekspertizalar keçirilmişdir.

19. İş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının 2019-cu il 18 noyabr tarixli 27291 saylı ekspert rəyi ilə müəyyən olunur ki, ekspertrizaya təqdim olunmuş iqtisadi işin 57-ci vərəqəsində olan A MMC ilə MTK arasında bağlanmış 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktının yuxarı sağ küncündə "xxxx" qrafasındakı imza, or ta hissəsində MTK-nin Baş mühasibi” qrafasındakı imza, həmin imzadan aşağıda "Qeyd-Mən MTK-nın təsisçisi" qrafasındakı imza – (MTK-nın Direktoru) tərəfindən icra olunmuşdur.

20. İş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının 2019-cu il 4 dekabr tarixli 27552 saylı ekspert rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş A MMC ilə MTK arasında bağlanmış 2015-ci il 31 dekabr tarixli və 2018-ci il 10 oktyabr tarixi Üzləşmə Aktlarının üzərlərində olan möhür əksləri mətbəə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişedən sənədlərin üzərinə birbaşa vurulmuşdur. Üzləşmə Aktlarının üzərlərində olan “Azərbaycan Respublikası Mənzil Tikinti Kooperativi HALAL” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər.

21. İş üzrə keçirilmiş sənədlərin texniki ekspertizas ının 2020-ci il 12 may tarixli 5/92 saylı ekspert rəyi ilə müəyyən ounur ki, tədqiqata təqdim edilmiş mülki işin 56 və 57-ci səhifələrindəki 2015-ci il 31 dekabr tarixli və 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktlarında olan MTKnın möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Qarşılıqlı Üzləşdirmə Aktlarında MTK-nın möhür əksləri ekspertizaya təqdim edilmiş MTK-nın eksperimental əks nümunələri ilə eynilik təşkil etmir.

22. İş üzrə 2020-ci il 7 sentyabr tarixində keçirilən məhkəmə iclasında B MMC-nin nümayəndəsi Vəkil1 iş materiallarında olan, MTK-nın direktoru V.Əmiraslanov tərəfindən imzalanmış 2019-cu il 8 aprel tarixli Etibarnamənin təsdiq edilməsində istifadə edilən MTK-ya aid möhürlə A MMC ilə MTK arasında bağlanmış 2015-ci il 31 dekabr tarixli və 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktlarının təsdiq edilməsində istifadə edilən MTK-ya aid möhürün eyni olmasını mübahisələndirdiyindən məhkəmənin 2020-ci il 7 sentyabr tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmişdir.

23. İş üzrə keçirilmiş sənədlərin texniki ekspertizasının 2020-ci il 28 oktyabr tarixli 5/722 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş 2019-cu il 8 aprel tarixli Etibarnamədəki (i/v: 9), 2015-ci il 31 dekabr tarixli (i/v: 56) və 2018-ci il 10 oktyabr tarixli (i/v: 57) Qarşılıqlı Üzləşdirmə Aktlarındakı möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin Etibarnamədəki və Qarşılıqlı Üzləşdirmə Aktlarındakı möhür əksləri öz aralarında eynilik təşkil edirlər.

24. Sumqayıt Kommers iya Məhkəməsinin 2021-ci il 16 fevral tarixli e-2-2(119)-5/2019 saylı qətnaməsi ilə aşağıdakılar qət edilmişdir (hakim - Z.Sadıqov): 24.1. ilkin iddia qismən təmin edilsin; 24.2. B MMC-dən 303.106,84 manat məbləğində əsas borc, 5.000 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 308.136,84 manat məbləğində pul vəsaiti iddiaçı A MMC-ın xeyrinə tutulsun; 24.3. ilkin iddia qalan hissədə təmin edilməsin; 24.4. qarşılıqlı iddia tələbi təmin edilməsin; 24.5. iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 302,69 manat məbləğində pul vəsaiti B MMC-dən dövlət nəfinə tutularaq, dövlət büdcəsinə ödənilsin.

25. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıdakı kimi olmuşdur. 25.1. İş üzrə alımış ekspertiza rəyləri ilə 2018-ci il 10 okt yabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktındakı MTK-ya aid edilən möhür və imzaların mötəbərliliyi və həqiqiliyi öz təsdiqini tapmışdır. 25.2. Bununla yanaşı, məhkəmə araşdırması zamanı MTK tərəfindən ekspertizaya başqa bir möhürün eksperimental əksinin nümunələrinin təqdim olunduğu və eyni zamanda, hazırkı iş üzrə MTK-nin təmsil edilməsi üçün nümayəndəsinə verilmiş 2019-cu il 8 aprel tarixli Etibarnamədəki və 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktındakı möhür əkslərinin öz aralarında eynilik təşkil etdiyi də müəyyən olunmuşdur. 25.3. Təsvir olunanlardan görünür ki, "Alıcı" MTK (hazırda B MMC) 2007-ci il 2 iyul tarixli hazır Beton Satış Kontraktı, 2007-ci il 1 dekabr tarixli Göndərmə Müqaviləsi və 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktı ilə müəyyən edilmiş öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və "Mal göndərən" A MMC-a 2018-ci il 10 oktyabr tarixinədək 303.106,84 manat məbləğində əsas borcu müvafiq qaydada ödəməmişdir. 25.4. İlkin iddianın 15.155,34 manat məbləğində dəbbə pulunun (cərimənin) tutulması tələbinə aid hissəsi isə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulu məbləği azaldılaraq, ilkin iddia üzrə B MMC-dən cəmi 5.000 manat məbləğində dəbbə pulu tutulmalıdır. 25.5. Qarşılıqlı iddia üzrə iddia tələbinin və eyni zamanda, B MMC-nin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsinin əsaslılığı məhkəmə araşdırması zamanı sübuta yetmədiyi üçün təmin edilməməlidir.

26. Məhkəmə bu qənaətini MM-in 385.1, 425.1, 427.3, 442, 448.1, 448.2, 462.1, 465.2, 627, 637.1, 637.2-ci, MPM-in 14.2, 77.1, 88, 106.1, 119. 1, 124.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

27. B MMC 2021-ci il 18 mart tarixində həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və ilkin iddia tələbinin tam rədd edilməklə qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

28. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 14 iyun tarixli 22(105)-70/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 2021-ci il 16 fevral tarixli e-2-2(119)-5/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, B MMC tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilmişdir (sədrlik edən – Z.Məmmədov, hakimlər – F.Məmmədov və H.Babayeva).

29. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmış (bax yuxarıda § 25), öz qətnaməsini birinci instansiya məhkəməsinin istinad etdiyi qanunvericilik aktlarına (bax yuxarıda § 26), həmçinin əlavə olaraq MM-nin 373.2, 386.1, 445.1, 567, 568.1, 569.1-ci, MPM-in 76.1, 76.2, 384.0.1, 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

30. Apellyasiya instansiya məhkəməsi əlavə olaraq qeyd etmişdir ki, B MMC tərəfindən apellyasiya baxışı zamanı apellyasiya şikayətinin əsaslı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş ekspert rəylərindən görünür ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, MTK-ya aid edilən möhür və imzaların mötəbərliliyi və həqiqiliyi isə bir neçə dəfə keçirilmiş ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin 2021-ci il 14 iyun tarixli qərardadı ilə B MMC-nin nümayəndəsi Vəkil1 məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir.

31. B MMC-nin nümayəndəsi Vəkil1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən Qarşılıqlı Üzləşdirmə Aktı 2018-ci il 10 oktyabr tarixində tərtib edildiyindən və həmin aktda MTK 2018-ci il 25 noyabr tarixinə kimi həmin borcun 100.000 manatını, 2018-ci il 25 dekabr tarixindən gec olmayaraq qalan 203.106,84 manat hissəsini ödəməsini üzərinə götürdüyündən, məhkəməyə isə müvafiq iddia ərizəsi i lə 2019-cu il 20 iyun tarixində müraciət edildiyindən hazırki mübahisəyə iddia müddəti tətbiq oluna bilməz.

32. B MMC 2021-ci il 18 avqust tarixində həmin qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam şəkildə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri

33. Nəzərə almaq lazımdır ki, A MMC mal təhvil veriləndən 12 il sonra məhkəməyə müraciət etmişdir. Halbuki müqavilə şərtlərinə görə malın dəyəri mal təhvil verilərkən, yəni hələ 2007-ci ildə ödənilməli idi. 12 il ərzində malın dəyərinin ödənilməməsi və ümumiyyətlə tələb olunmaması ağlabatan və inandırıcı deyildir. Tərəflər arasında bağlanmış müqavilələrdə müəyyənləşdirilmiş bütün öhdəliklər üzr ə icra müddəti 2007-ci ildə bitmiş və həmin müqavilələr üzrə tələb irəli sürmək hüququ 2010-cu ildə sona çatmışdır. Bunu görən A MMC 2015-ci ildə çox güman ki, MTK-nın əvvəlki təsisçilərinin köməkliyi ilə 2015-ci il 31 dekabr tarixli aktı tərtib edərək, ona MTK-nin möhürünü vurmağa nail olmuş, sonradan isə həmin aktın əsasında MTK-nın borclu olmasına dair yanlış təəssürat yaratmış, nəticədə MTK-nın əməkdaşları yanılaraq 2018-ci il 10 oktyabr tarixli aktı imzalamışlar. A MMC bu aktın onlara guya vergi və maliyyə orqanları qarşısında hesabat vermələri üçün lazım olduğunu bildirmişlər. Yalnız 2018-ci il 10 oktyabr tarixli aktı müxtəlif üsul və vasitələrlə əldə etdikdən sonra A MMC məhkəməyə müraciət etmişdir. Birinci və apellyasiya instansiyaları məhkəmələri isə aktlarda MTK-nın möhürlərinin olması ilə kifayətlənərək, aktların mötəbərliliyini araşdırmamışdır. Halbuki 2018-ci il tarixli aktın tərəfimizdən aldatma yolu ilə bağlanıldığı bildirilmişdir. 2015-ci il tarixli akt isə ümumiyyətlə bizim tərəfimizdən imzalanmamışdır.

34. Kassator kassasiya şikayətini MM-in 339.1, 339.2-ci, MPM-in 14.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak edən olmadı. İİ. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

37. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təq dim olunduğu gündən 2 ay müddətində verilmiş (MPM-in 405.0.1-ci maddəsi), kassasiya şikayətinin məzmunu MPM-nin 407-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

38. B MMC apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bötövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPMin 403 və 416-cı maddələri).

39. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edi lmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İİİ. TƏTBİQ EDİLƏN HÜQUQ

40. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

373. İddia müddətləri... 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir....” “Maddə

380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hə rəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir...” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün v ə gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclu nun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir....” “Maddə

465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi... 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxla mış olduğu halda tələb edə bilər....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur....” “Maddə

569. Əşyanı vermək vəzifəsinin icrası müddəti 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir....” “Maddə

627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyat a keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.” “Maddə

637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndə rən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər....” “Maddə

882. Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilm əz.... 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir

41. MPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şah idlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir....” “Maddə

119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir....” “Maddə

124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır....” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.” “Maddə

384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi:... 384.0.1. qətna məni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;...” “Maddə

385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;...” İV. ALİ MƏHKƏMƏNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini (bax yuxarıda § 33) işin materialları ilə birgə araşdıraraq hesab edir ki, həmin dəlillər apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün əsas deyildir.

43. Belə ki, iddia müddətinin A MMC tərəfindən ötürülməsinə dair dəlil qanunun normaları ilə uzlaşmır.

44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında 2007ci il 2 iyul tarixli Hazır Beton Satış Kontraktı və 2007-ci il 1 dekabr tarixli Göndərmə Müqaviləsi bağlanmışdır. Həmin müqavilə şərtlərinə uyğun olaraq qiymət razılaşma protokolu və qaimə-fakturalar əsasında tərəflər arasında hazır beton məhsullarının alqı-satqısı yerinə yetirilmişdir. Həmin alqı-satqı üzrə satılmış hazır beton məhsullarının dəyərinin bir hissəsi, yəni 303.106,84 manat məbləğində pul vəsaiti "xxxx" MTK tərəfindən "xxxx" A MMC-a ödənilmə mişdir.

45. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən o da müəyyən olunmuşdur ki, A MMC və MTK arasında imzalanıb möhürlənmiş 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktında MTKnın həmin tarixə A MMC-a 303.106,84 manat məbləğində borcunun olduğu təsdiqlənmişdir. MTK 2018-ci il 25 noyabr tarixinə kimi həmin borcun 100.000 manatını, 2018-ci il 25 dekabr tarixindən gec olmayaraq isə qalan 203.106,84 manat hissəsini ödəməsini üzərinə götürmüş və həmin Aktda bu şərtlər tərəflər arasında razılaşdırılmışdır. Həmin Akt MTK-nın direktoru X9 (aktın üç yerində), MTK-nın təsisçisi kimi qeyd olunmuş Hacıyev Nofəl tərəfindən imzalanmış və MTK-ya aid möhürlə möhürlənmişdir.

46. Məhkəmə kollegiyası işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından belə qənaətə gəlir ki, 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktı mahiyyət etibarilə MM-in 882-ci maddəsi ilə nəzərdə tutulmuş mövcud borcun etirafı haqqında mücərrəd müqavilədir, ona görə də bu akta həmin maddənin müddəaları şamil olunmalıdır.

47. Belə ki, MM-in 882.1, 882.2 və 882.5-ci maddələrinə (bax yuxarıda § 40) görə, borcun öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Bu Məcəllədə nəzərdə tutulan başqa göstəriş lər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

48. Göründüyü kimi, tərəflər faktiki olaraq alqı-satqı müqaviləsi münasibətlərində olmuş, həmin münasibətlərdən, alıcı MTK-nın satıcı A MMC-a 303.106,84 manat məbləğində borcu yaranmış, həmin borc tərəflər arasında imzalanıb möhürlənmiş 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktında MTK tərəfindən bir daha etiraf olunmuş, eyni zamanda, MTK bu aktda borcunun A MMC-a dəqiq müəyyən edilmiş tarixlərdə ödənilməsi barədə öz üzərinə konkret öhdəliklər götürmüş, beləliklə də, sözügedən akt mövcud borcun etirafı haqqında mücərrəd müqavilə xarakteri almışdır.

49. MM-in 380-ci maddəsinə (bax yuxarıda § 40) görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

50. MTK sözügedən üzləşdirmə aktlarını imzalamqla, habelə sonuncu aktda borcun konkret müddətlərdə qaytarılacağına dair öz üzərinə öhdəliklər götürməklə, hazırda tələb olunan borcu faktiki olaraq, etiraf etmişdir.

51. Odur ki, yaranmış borcla bağlı məhkəməyə müraciət üçün iddia müddətinin hesablanması 2018ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktında (mövcud borcun etirafı haqqında mücərrəd müqavilə) nəzərdə tutulmuş öhdəliklərin icra müddətinin başa çatdığı vaxtdan hesablanmalıdır.

52. Belə olan halda, A MMC tərəfindən iddia müddətinin ötürülmədiyi açıq-aşkar görünür. 53. 2018-ci il 10 oktyabr tarixli Qarşılıqlı Üzləşdirmə Aktının MTK-nın müvafiq vəzifəli şəxsinin aldadılması yolu ilə bağlandığına dair dəlilə gəldikdə isə, həmin faktın mövcudluğunu sübutetmə vəzifəsi, MPM-in 77.1-ci maddəsinə (bax yuxarıda § 41) uyğun olaraq, məhz B MMC-nin üzərinə düşür.

54. Lakin həmin faktın mövcudluğu işin materialları ilə öz təsdiqini tapmır. Bu o anlama gəlir ki, B MMC bununla bağlı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

55. Qeyd etmək lazımdır ki, kassatorun eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də müzakirə predmeti olmuşdur. Kassasiya şikayətində isə B MMC-nin əvvəl dediklərindən fərqli olan digər tutarlı dəlillər gətirilməmişdir.

56. Yuxarıd a göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassatorun istinad etdiyi hüquq pozuntularına yol verməmişdir, ona görə də həmin qətnamənin ləğvi üçün əsas yoxdur.

57. Şərh olunanlara və MPM-in 417-419-cu maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: B MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 14 iyun tarixli 2-2(105)-70/2021 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar