Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-538/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: distribyutor müqaviləsi üzrə borcun ödənilməsi, öhdəliyin pozulması (və ya lazımınca icra edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Qəribov Bəhman Fərhad oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(103)-507/2024 nömrəli qətnaməsindən cava bdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları
1. İddiaçı MMC ilə Cavabdeh MMC (distribyutor) arasında 2021-ci il 21 may tarixli AH/MN-2105 saylı distribyutor müqaviləsi bağlanmışdır. Müqaviləyə görə distribyutor, bu müqavilənin şərtlərinə uyğun olaraq müxtəlif metal məhsulları bu müqavilə ilə müəyyən edilən ərazi hüdudlarında üçüncü şəxslərə satmaq imkanını əldə etmişdir. Həmin müqavilənin: - 3.2.11-ci bəndinə əsasən, təqdim olunmuş hesablara uyğun olaraq STP-AH-yə ödəniş etmək, özündə olan hər bir zəruri məlumatı İddiaçı MMC-yə vermək distribyutorun vəzifəsidir. - 4.1-ci bəndinə əsasən, malların distribyutora çatdırılması tərəflər arasında razılaşdırılmış müddətdə distribyutorun verdiyi sifariş əsasında həyata keçirilir. - 5.1-ci bəndinə əsasən, bu müqavilə üzrə hesablaşmalar qüvvədə olan Azərbaycan Respublikası vergi qanunvericiliyinə və/və ya beynəlxalq standartlara uyğun olaraq təqdim edilən vergi hesab-fakturası əsasında həyata keçirilir. Malların qiyməti İddiaçı MMC-nin qəbul etdiyi “Qiymət Cədvəlində” əks etdirilir və distribyutora təqdim edilir. - 8.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 1 il müddətində qüvvədədir. - 8.2-ci bəndinə əsasən, əgər hər hansı tərəf bu müqavilənin müddətinin bitməsinə 1 ay qabaqcadan digər tərəfə müqaviləyə xitam verilməsi barədə yazılı bildiriş verməzsə, bu halda Müqavilə eyni müddətə və eyni şərtlərlə uzadılmış hesab olunur. Müqavilənin müddətinin uzadılması sayı məhdudiyyətsizdir.
2. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ümumilikdə 183.239,84 manat (ƏDV daxil) dəyərində mal verilməsinə dair, o cümlədən 31.982,72 manat dəyərində 2022-ci il 30 iyun tarixli, EBBZ seriyalı, 205462 saylı, 33040 manat dəyərində 2022-ci il 30 iyun tarixli, EBBZ seriyalı, 214116 saylı, 33.106,08 manat dəyərində 2022-ci il 30 iyun tarixli, EBBZ seriyalı, 232175 saylı, 35.088,48 manat dəyərində 2022-ci il 30 iyun tarixli, EBBZ seriyalı, 232220 saylı, 33.106,08 manat dəyərində 2022-ci il 30 iyun tarixli, EBBZ seriyalı, 235786 saylı və 16.916,48 manat dəyərində 2022-ci il 30 iyun tarixli, EBBZ seriyalı, 239638 saylı elektron qaimələr ödənilməsi üçün təqdim edilmişdir.
3. İddiaçı MMC ilə Cavabdeh MMC arasında 2023-cü il 26 may tarixində aparılmış qarşılıqlı balanslar və əməliyyatlar (qarşılıqlı üzləşdirmə) aktına əsasən 2022-ci il 31 dekabr tarixinə "xxxx" MMC-yə kre ditor borc qalığı 1.838.549,95 manat, 2022-ci il 31 dekabr tarixinə "xxxx" MMC-dən debitor borc qalığı 1.698.399,12 manat (1.838.549,95 1.698.399,12=140.150,83) təşkil edir. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı 2023-cü il 4 noyabr tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 140.150,83 manat pul vəsaitinin, eləcə də ilkin mediasiya və məhkəmə rüsumlarının tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, distribyutor müqaviləsi üzrə cavabdehə müxtəlif ölçülü armaturlar satılmışdır. Bu fakt elektron qaimələrdə öz əksini tapmışdır. Lakin alınan mallar üzrə qiymətdən 14 0.150,83 manat məbləğ cavabdeh tərəfindən ödənilməmiş və nəticəsində borc yaranmışdır. Cavabdeh tərəfindən təsdiq olunan 2023-cü il 26 may tarixli audit yoxlamalarının nəticəsinə dair mühasibat qeydlərinin aparılması barədə aktda həmin borcun yaranması faktı öz əksini tapmışdır.
6. Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdək i digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Cavabdehin iddiaçıya borcu yoxdur və tələb olunan 140.150,83 manat vəsait ilə bağlı onlar arasında hər hansı təhvil-təslim aktı yoxdur. Göründüyü kimi, iddiaçı iddia ərizəsində bir sıra dəlillər irəli sürməsi, heç bir sübut təqdim edilmədən müdafiə etməsi, onun hazırkı mübahisə predmeti üzrə haqlı olması anlamına gəlməməlidir və iddia ərizəsi rədd edilməlidir.
7. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 12 fevral tarixli e-2-2(113)-449/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim – L.Əliyeva).
8. Birinci instansiya məhkəməsi müəyyənləşdirmişdir ki, ödənilməsi tələb olunan borcun yaranması üçün əsas olmuş malların cavabdehin təqdim olunması faktı işin mübahisəli halını təşkil edir.
9. Məhkəmə elektron qaimənin malın təqdim olunması faktını müəyyənləşdirmək üçün yetərli sübut olmaması barədə cavabdehin dəlilləri ilə razılaşsa da, qeyd etmişdir ki, hazırkı halda təqdim olunmuş mallara görə borcun mövcud olması faktı cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış və ya başqa formada etiraz edilməmiş elektron qaimələrlə yanaşı, cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə də təsdiqini tapır. Digər tərəfdən, tərəflər arasında mübahisəli müqaviləyə əsasən əvvəllər də malların alqı-satqısının həyata keçirilməsi işin mübahisəsiz halı olduğu halda, əvvəllər malların təqdim edilməsinin təhvil-təslim aktları imzalanmaqla rəsmiləşdirilməsi iş materiallarına əsasən müəyyən edilmir. Göstərilən hal isə ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimələr gönd ərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmışdır.
10. Odur ki, elektron qaimələrin digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya malların təqdim edilməsinə görə 140.150,83 manat məbləğində borcu mövcuddur. Odur ki, iddiaçı həmin borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
11. Birinci instansiya məhkəməsi bu qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386, 442, 443.1, 448.1, 567, 800.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2, 1.3, 2.5.3, 3.1-3.6-cı bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 9 fevral tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2022-ci il 20 aprel tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(103)-507/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə, hüquqi dəyərləndirmə və əsaslandırma ilə razılaşmış, əlavə olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, şikayətdə tərəflər arasında malın alınması ilə bağlı hər hansı bir müqavilənin mövcud olmadığı, cavabdehə mal təqdim olunmadığı qeyd edilsə də, birinci instansiya məhkəməsində müqavilənin bağlanması faktı, o cümlədən üzləşmə aktı cavabdeh tərəfindən mübahisələndirilməmiş, hətta onun qanuni təmsilçisi həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinə qalıq borcun hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə vəsatət vermişdir. Məhkəm ə kollegiyası işdə hesablanması xüsusi bilik tələb edən sənədlər olmadığından və cavabdeh ödənişlərlə bağlı məhkəməyə sübutlar təqdim olunmadığından vəsatəti əsassız hesab edərək təmin etməmişdir.
15. Həmçinin cavabdehin direktoru Nümayəndə2 tərəfindən eyni zamanda iş materiallarındakı 2023-cü il 26 may tarixli qarşılıqlı balanslar və əməliyyatlar aktındakı imzanın ona məxsus olub-olmadığının yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə iş üzrə xətşünaslıq ekspertizası keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində qeyd edilən üzləşmə aktını mübahisələndirmədiyini, sənədin imza ilə yanaşı, eyni zamanda hüquqi şəxsin möhürü ilə təsdiqlədiyini və möhür əksinin cavabdehə məxsusluğunun mübahisələndirilmədiyini, cavabdehin nümayənd əsinin hər hansı üzürlü səbəb göstərmədən məhkəmə araşdırmasında iştirak etməkdən yayındığını, araşdırma zamanı cavabdehə göndərilmiş malların təqdim olunması barədə elektron qaimələrin çoxunun sistem tərəfindən deyil, hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən təsdiq edildiyinin müəyyənləşdirildiyini nəzərə alaraq vəsatəti icraatın ləngidilməsi məqsədi ilə verilmiş əsassız vəsatət hesab edərək təmin etməmişdir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 209.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər tərəfindən nəinki apellyasiya mərhələsində, hətta işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edilməsinə yol verilmir.
16. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, 2 023-cü il 26 may tarixli üzləşmə aktının imzalanmış və möhürlə təsdiq edilmiş nüsxəsi skaner olunaraq cavabdehin mühasibi Kəmalə Sultanovanın elektron poçtundan iddiaçının Günel Ramazanova adlı əməkdaşının elektron poçtuna göndərilmişdir. Bu barədə sübut məhkəməyə təqdim edilmişdir. Cavabdeh üzləşmə aktını yalnız apellyasiya instansiyası mərhələsində mübahisələndirdiyindən həmin aktın həqiqiliyini təsdiqləmək üçün iddiaçının birinci instansiya məhkəməsinə təqdim etmədiyi sübutların qəbul olunması məhkəmə tərəfindən mümkün hesab edilmişdir.
17. Məhkəmə kollegiyası cavabdehə malların təqdim edildiyinin yalnız üzləşmə aktı deyil, eyni zamanda qüvvədə olan və hal-hazıradək ləğv edilməmiş elektron qaimələrlə təsdiq olunduğunu nəzərə alaraq iddianın əsaslı olması barədə birinci instansiya məhkəm əsinin mövqeyini qanuni və əsaslı, apellyasiya şikayətini isə əsassız hesab etmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386, 800.1-ci, 801.1-ci, MPM-in 77.1, 154.1-154.3, 209.3-cü maddələrinə istinad etmişdir.
19. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. MM-in 567-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları üzrə - tərəflər arasında malın alınması ilə bağlı hər hansı müqavilə mövcud deyildir. Elektron qaimədə əsas kimi 2021-ci il 21 may tarixli AH/MN-2105 saylı distributor müqaviləsi göstərilib. Halbuki malın alınması ilə bağlı ayrıca malın dəyərini, çeşidini, növünü, sayını, çatdırılmasını əks etdirən alqı-satqı müqaviləsi olmalı idi. Faktiki olaraq iş materiallarında belə bir sənəd mövcud deyildir. İddiaçı elektron qaimələri məhkəməyə təqdim etmək malın cavabdehə verilməsi sübut etməyə çalışır. Halbuki iddiaçı tərəfindən cavabdehə mal verilməmişdir. Tərəflər arasında iş materiallarında təhvil-təslim aktı yoxdur. Məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün bu faktiki halları aydınlaşdırmamışdır.
21. MPM-in 9.1, 14.1, 14.2, 77.1, 88, 217.1-217.4-cü maddələri üzrə - Məhkəmə iş üzrə araşdırmanı və ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işi tam və obyektiv araşdırmadan, təqdim olunmuş sübutlara d üzgün qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur və tələb olunan 140.150,83 manat vəsaitlə bağlı tərəflər arasında hər hansı təhvil-təslim aktı mövcud deyildir. İddiaçı öz tələbini sübut edə bilməmişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “F.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2015-ci il 29 dekabr tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” 2016-cı il 16 noyabr tarixli Qərarı üzrə - Məhkəmə kollegiyası hazırkı icraat çərçivəsində dəlillər üzrə araşdırma aparmamış və onlara qiymət verməmişdir.
23. Kassasiya şikayətində həmçinin MM-in, 568.1, 577.1, 577.2-ci, MPM-in 14.2, 217.1, 403.1-ci maddələrinə, Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022ci il 20 aprel və 2020-ci il 21 yanvar tarixli qərarlarına istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, mövqeyini belə əsaslandırmışdır ki, kassasiya şikayəti əsassızdır, öhdəliyin icrasını gecikdirməyə yönəlib. Həmçinin şikayət MPM-in Əlavə 3-də nəzərdə tutulmuş kassasiya şikayəti formasına uyğun tərtib olunmayıb. Belə ki, cavabdeh şikayətin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində öz dəlillərini qeyd etməyib. İşin hallarından göründüyü kimi, təqdim edilmiş mallara görə borcun mövcud olması faktı cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış və ya başqa formada etiraz edilməmiş elek tron qaimələrlə yanaşı cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə də təsdiqini tapır. Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında mübahisəli müqaviləyə əsasən əvvəllər də malların alqı-satqısının həyata keçirilməsi işin mübahisəsiz halı olduğu halda əvvəllər malların təqdim edilməsinin təhvil-təslim aktları imzalanmaqla rəsmiləşdirilməsi iş materiallarına əsasən müəyyən edilmir. Göstərilən hal isə ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmışdır. Kassasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında hər iki tərəfdən təsdiq edilmiş qarşılıqlı üzləşmə aktı yoxdur. Cavabdehinin özünün vəzifəli şəxsi tərəfindən imza və möhür ilə təsdiqlənib, iddiaçıya təqdim edilmiş qarşılıqlı hesablaşmalar haqqında 2023-cü il 26 may tarixli arayışda cavabdeh öz borcunu etiraf etmişdir. Həmin sənədin adının nə olmağından asılı olmayaq bu sənəd borcun etirafıdır, iddianın təmin edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
26. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar n əticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə
390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
800. Konsessiya müqaviləsi 800.1. Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəkli ndə müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: 800.1.1. tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; 800.1.2. bu malları öz adından və öz hesabına başqasına satmaq; 800.1.3. bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir....” “Maddə
801. Ticarət nümayəndəsi haqqında müddəaların konsessiya müqaviləsinə tətbiqi 801.1. Ayrı razılaşma olmadıqda konsessioner ilə tapşıran arasında hü quq münasibətlərinə müvafiq olaraq bu Məcəllənin 789.3, 790.2.3-790.2.5 və 791.1.1791.1.3-cü maddələri tətbiq edilir....”
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil ed ən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə
77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə
217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.... 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.... 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır....” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası aşağıdakı səbəblərdən kassasiya şikayətinin dəlillərini əsassız hesab edir.
31. Həmin dəlillər aşağı məhkəmə instansiyalarında da bildirilmiş və mahiyyət etibarilə ondan ibarətdir ki, elektron q aimədə əsas kimi distributor müqaviləsi göstərilib. Halbuki malın alınması ilə bağlı ayrıca alqı-satqı müqaviləsi mövcud deyildir. İddiaçı elektron qaimələri məhkəməyə təqdim etmək malın cavabdehə verilməsi sübut etməyə çalışır. Halbuki iddiaçı tərəfindən cavabdehə mal verilməmişdir. Tərəflər arasında iş materiallarında təhvil-təslim aktı yoxdur. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur.
32. Əvvəla, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından və gəlinən nəticələrdən məlum olur ki, təqdim edilmiş mallara görə borcun mövcud olması faktı cavabdeh tərəfindən düzəliş üçün qaytarılmamış və ya başqa formada etiraz edilməmiş elektron qaimələrlə yanaşı, cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə də təsdiqini tapır. Digər tərəfdən, tərəflər arasında müba hisəli müqaviləyə əsasən əvvəllər də malların alqı-satqısının həyata keçirilməsi işin mübahisəsiz halı olduğu halda əvvəllər malların təqdim edilməsinin təhvil-təslim aktları imzalanmaqla rəsmiləşdirilməsi iş materiallarına əsasən müəyyən edilmir. Göstərilən hal isə ona dəlalət edir ki, tərəflər arasında malların təqdim edilməsinin elektron qaimələr göndərilməklə rəsmiləşdirilməsinə dair işgüzar adət formalaşmışdır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 28) görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülm əsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
34. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üzrə gəldikləri nəticə Konstitusiya Məhkəməsi Plenumunun həmin mövqeyinə uyğun olmuşdur.
35. Cavabdeh iddiaçıya heç bir borcunun olmadığını iddia etsə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən aydın olur ki, elektron qaimələrlə və cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş üzləşmə aktı ilə də təsdiqini tapan 140.150,83 manat borcun ödənilməsi cavabdeh tərəfindən sü but edilməmişdir.
36. Kassator həmin qətnaməni tutarlı dəlillərlə təkzib edə bilməmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş hallardan o da məlum olur ki, cavabdehin birinci instansiya məhkəməsində qeyd edilən üzləşmə aktını, eləcə də sənədin imza ilə yanaşı eyni zamanda hüquqi şəxsin möhürü ilə təsdiq edildiyini və möhür əksinin cavabdehə məxsusluğunun mübahisələndirməmiş, cavabdehin nümayəndəsi hər hansı üzürlü səbəb göstərmədən məhkəmə araşdırmasında iştirak etməkdən yayınmış, araşdırma zamanı cavabdehə göndərilmiş malların təqdim edilməsi barədə elektron qaimələrin çoxunun sistem tərəfindən deyil, hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən təsdiq edilmişdir.
38. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəti cə ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.
39. Malın alınması ilə bağlı ayrıca alqı-satqı müqaviləsinin mövcud olmamasına, elektron qaimədə əsas kimi distributor müqaviləsi göstərilməsinə dair dəlillərə gəldikdə isə qeyd olunmalıdır ki, əvvəla, MM-də alqı-satqı müqaviləsinin yazılı formada bağlanılmasına dair imperativ norma mövcud deyildir. Digər tərəfdən isə, MM-in 390.1-ci maddəsində (bax § 27) əks olunmuş müqavilə azadlığı prinsipi ondan ibarətdir ki, fiziki və hüquqi şəxslər azad surətdə, MM-də nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış distribyutor (konsessiya) müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallara görə 140.150,83 manat borc yaranmış, həmin borc işdə olan elektron qaimələrlə və cavabdehin özünün də təsdiq etdiyi üzləşdirmə aktı ilə öz təsdiqini tapmış, sözügedən borcun ödənilməsi isə cavabdeh tərəfindən sübut edilməmişdir. Göründüyü kimi, mübahisəli müqavilə üzrə (onun adının necə adlandırılmasından asılı olmayaraq) iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallara görə hazırkı iddia ilə tələb olunan borcun yaranması işə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir.
40. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 29) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-ci maddəsinə (bax § 29) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.
41. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 2-2(103)-507/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 5 iyun tarixli 22(103)-507/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.