Məhkəmə qərarları › İş №2-2(102)-860/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-860/2025

09.04.2026 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 2-2(102)-860/2025 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Maraqlı şəxs qarşı QƏRARİ Açar sözlər: vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Kommersiya kollegiyasının hakimi Qәribov Bәhman Fәrhad oğlunun mәruzәsi ilә, hakimlәr Qurbanov Raqib Əliddin oğlu vә Babayev Zәki Baba oğlundan ibarәt tәrkibdә, әrizәçi Azәrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlәt Vergi Xidmәtinin * saylı Ərazi Vergilәr Baş İdarәsinin maraqlı şәxs Maraqlı şәxs qarşı ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması tәlәbinә dair iş üzrә Şirvan Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *- *(***)-***/**** nömrәli qәtnamәsindәn әrizәçi tәrәfindәn verilmiş kassasiya şikayәtinә yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Vergi ödәyicisi olan fiziki şәxs Maraqlı şәxs dövlәt büdcәsinә borcları var.

2. Yaranmış borc mәblәğinin 5 gün әrzindә ödәnilmәsi mәqsәdi ilә vergi ödәyicisi olan fiziki şәxs Maraqlı şәxs bildiriş göndәrilmişdir.

İş üzrə məhkəmə icraatı

a) Birinci instansiya məhkəməsindəki icraat

3. Ərizәçi * saylı Ərazi Vergilәr İdarәsi (bundan sonra – “әrizәçi”) әrizә ilә mәhkәmәyә müraciәt edәrәk, dövlәt büdcәsinә 10.164,37 manat, Dövlәt Sosial Müdafiә Fonduna 0,26 manat olmaqla, ümumilikdә 10.164,63 manat mәblәğindә borcunun ödәnilmәsini tәmin etmәk üçün Maraqlı şәxs (VÖEN: 5502103662) (bundan sonra – “maraqlı şәxs”) ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir.

4. Ərizә onunla әsaslandırılmışdır ki, vergi ödәyicisi olan maraqlı şәxs öhdәliklәrini Azәrbaycan Respublikası Vergi Mәcәllәsi ilә müәyyәn edilmiş müddәtdә yerinә yetirmәdiyi üçün onun 2025-ci il ## #### tarixә 10.164,63 manat mәblәğindә borcu vardır. Yaranmış borc mәblәğinin 5 gün әrzindә ödәnilmәsi mәqsәdi ilә vergi ödәyicisinә Vergi Mәcәllәsinin 65-ci maddәsinә әsasәn bildiriş göndәrilmiş, lakin vergi ödәyicisi yaranmış borc mәblәğini ödәmәmişdir.

5. Şirvan Kommersiya Mәhkәmәsinin 2025-ci il ## #### tarixli e-*-*(***)-****/**** nömrәli qәtnamәsi ilә әrizә rәdd edilmişdir (hakim – Namidar Misirzadә).

6. Birinci instansiya mәhkәmәsi mövqeyini onunla әsaslandırmışdır ki, maraqlı şәxsin vergi borcunun mövcudluğu ölkәdәn getmәk hüququnun avtomatik mәhdudlaşdırılması üçün kifayәt etmir. Belә müdaxilә Azәrbaycan Respublikası Konstitusiyasının 71-ci maddәsi vә Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddәsi baxımından yalnız qanuni әsasla deyil, hәm dә zәruri vә mütәnasib olmalıdır. Mәhkәmә müәyyәn etmişdir ki, vergi orqanı borcun ödәnilmәsinin tәmin edilmәsi üçün Azәrbaycan Respublikası Vergi Mәcәllәsinin (bundan sonra – “VM”) 65 vә 89-cu maddәlәrindә nәzәrdә tutulmuş digәr mexanizmlәrdәn (bank hesablarına yönәlmә, әmlaka hәbs qoyulması vә s.) istifadә edib-etmәdiyi vә hәmin tәdbirlәrin nәticәsiz qaldığı barәdә sübut tәqdim etmәmiş, halbuki sübutetmә yükü MPM-nin 77.1-ci maddәsinә әsasәn әrizәçinin üzәrinә düşür. Bundan әlavә, iş materiallarından maraqlı şәxsin mülkiyyәtindә әmlakın olduğu göründüyündәn, ilkin tәminetmә vasitәlәri tәtbiq edilmәdәn әn sәrt mәhdudlaşdırma tәdbirinә müraciәt edilmәsi mütәnasiblik prinsipinә uyğun sayıla bilmәz.

7. Mәhkәmә gәldiyi nәticәni Azәrbaycan Respublikasının Konstitusiyasının 12-ci maddәsinin İ hissәsinә, 71-ci maddәsinin İ vә II hissәlәrinә, “”İnsan hüquqlarının vә әsas azadlıqlarının müdafiәsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci maddәsinә, VM-in 65, 89-cu, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra – “MPM”) 14.1, 77.1, 355-5.1-ci maddәlәrinә istinad etmәklә әsaslandırmışdır.

8. Ərizәçi hәmin qәtnamәdәn apellyasiya şikayәti verәrәk onun lәğv, әrizәnin isә tәmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şirvan Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrәli qәtnamәsi ilә әrizәçinin apellyasiya şikayәti tәmin edilmәmiş, birinci instansiya mәhkәmәsinin qәtnamәsi dәyişdirilmәdәn qüvvәdә saxlanılmışdır (sәdrlik edәn hakim – Cahid İmanov, hakimlәr – Qasım Əliyev vә Tale Kәrimov).

10. Mәhkәmә kollegiyası birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşaraq bildirmişdir ki, maraqlı şәxsin mülkiyyәtindә әmlakların olması vә vergi orqanı tәrәfindәn mәhkәmәyә müraciәt etmәmişdәn әvvәl borcun ödәnilmәsinin tәmin edilmәsi üçün hansı tәdbirlәr görmәsi barәdә mәhkәmәnin tәklifinә müsbәt cavab verilmәmәsi onu demәyә әsas verir ki, vergi orqanı tәrәfindәn maraqlı şәxsin ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılmasının zәruriliyi kifayәt qәdәr әsaslandırılmamışdır. Belә qәbuldәn olan işlәrin hәllindә isә vergi orqanları vә mәhkәmәlәr tәrәfindәn mütәnasiblik prinsipinin (görülәn mәhdudlaşdırma tәdbirinin gözlәnilәn nәticәlәrә adekvat olması) gözlәnilmәsi mühüm әhәmiyyәt kәsb edir vә hәr bir halda belә mәhdudiyyәtin tәtbiq edilmәsi mütәnasiblik meyarına cavab vermәlidir.

11. Apellyasiya mәhkәmәsi gәldiyi nәticәni Azәrbaycan Respublikası Konstitusiyasının 12-ci maddәsinә, 71-ci maddәsinin İ vә II hissәlәrinә, 73-cü maddәsinin İ hissәsinә, 28-ci maddәsinin III hissәsinә, VM-in 1.4, 16.1.1, 23.1.8, 23.1.15-1, 23.1.15- 3, 24.1.1, 24.1.2, 24.1.2-1, 89.1-ci maddәlәrinә istinad etmәklә әsaslandırmışdır.

12. Ərizәçi hәmin qәtnamәdәn kassasiya şikayәti verәrәk onun lәğv, әrizәnin isә tәmin olunmasını xahiş etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

13. Konstitusiyanın 73-cü maddәsi, VM-in 16.1.1, 77.1, 77.3, 78.1 vә 23.1.15-3-cü maddәlәri üzrә — vergi öhdәliyinin vaxtında vә tam icrası vergi ödәyicisinin vәzifәsidir vә bu öhdәlik onun hesablarında vәsaitin vә ya әmlakın olub-olmamasından asılı deyil; vergi ödәyicisi öhdәliyini müәyyәn edilmiş müddәtdә yerinә yetirmәdikdә vergi orqanı hesablanmış borcun ödәnilmәsini tәmin etmәk mәqsәdilә ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması barәdә mәhkәmәyә müraciәt etmәk hüququna malikdir. Apellyasiya mәhkәmәsi bu maddi hüquq normalarını düzgün tәtbiq etmәyәrәk vergi öhdәliyinin imperativ xarakterini nәzәrә almamışdır. Mәhkәmә Konstitusiyanın 71-ci maddәsinә birtәrәfli istinad etmiş, vergi öhdәliyinin vә dövlәt büdcәsi maraqlarının çәkisini nәzәrә almamışdır. Kassasiya şikayәtinә görә, ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması daha çevik, nәticәyönümlü vә effektiv tәminat tәdbiri olmaqla gözlәnilәn nәticәyә mütәnasibdir

14. MPM-in 355-5.1 vә 305.1.12-ci maddәlәri üzrә — ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması vergi borclarının ödәnilmәsini tәmin edәn xüsusi icraat mexanizmidir vә vergi orqanına qanunla verilmiş tәminat vasitәsidir. Mәhkәmә bu mexanizmin tәtbiqi şәrtlәrini dar şәrh etmiş, vergi orqanının seçim hüququnu (diskresion sәlahiyyәtini) әsassız şәkildә mәhdudlaşdırmışdır.

15. VM-in 65-ci maddәsi üzrә — vergi orqanı mәhkәmәyә müraciәt etmәzdәn әvvәl borcun alınması istiqamәtindә tәdbirlәr görmüşdür: vergi ödәyicisinә borc bildirişlәri göndәrilmiş, mәrhәlәli SMS xәbәrdarlıqları edilmiş, bank hesablarına sәrәncamlar qoyulmuş, lakin borc ödәnilmәmişdir. Apellyasiya mәhkәmәsinin vergi orqanının әvvәlcәdәn tәdbir görmәmәsi barәdә nәticәsi iş materiallarına uyğun deyil.

16. VM-in 23-cü maddәsi üzrә — vergi borcunun tәmin üsulları arasında qanunvericilikdә hәr hansı ardıcıllıq vә ya növbәlilik müәyyәn edilmәmişdir; vergi orqanı borcun ödәnilmәsini tәmin etmәk üçün nәzәrdә tutulmuş üsullardan birini vә ya bir neçәsini seçmәkdә sәrbәstdir. Mәhkәmәnin әvvәlcә әmlakın satışına üstünlük verilmәsi barәdә yanaşması normativ әsasdan mәhrumdur.

17. MPM-in 88, 175 vә 217-ci maddәlәri üzrә — tәqdim edilmiş sübutlar (bank sәrәncamları, bildirişlәr, SMS-lәr, әmlakın siyahıya alınması vә açıq hәrraca çıxarılması barәdә sәnәdlәr) hәrtәrәfli vә obyektiv tәdqiq edilmәmiş, onların rәdd edilmәsinin әsasları qәtnamәdә göstәrilmәmiş, nәticәdә qanuni vә әsaslı olmayan mәhkәmә aktı qәbul edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayәtinә qarşı tәrәf etiraz tәqdim etmәmişdir.

Kassasiya baxışının hədləri

19. Apellyasiya instansiyası mәhkәmә aktını tam yoxlamışdır. Hazırkı icraat çәrçivәsindә dә apellyasiya mәhkәmәsinin qәtnamәsi bütövlükdә mübahisәlәndirildiyi üçün onun qanuniliyi vә әsaslılığı MPM-in 403 vә 416-cı maddәlәrinә uyğun olaraq tam yoxlanılacaqdır.

20. Kassasiya instansiyası mәhkәmәsi tәrәfindәn işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası mәhkәmәsinin maddi vә prosessual hüquq normalarını düzgün tәtbiq edib-etmәmәsini yoxlayarkәn hüquqi mәsәlәlәrin düzgün qiymәtlәndirilmәsi üçün işin faktiki hallarının nәzәrә alınması vә onlara istinad olunması zәruridir. Kassasiya instansiyası mәhkәmәsinin işin müәyyәn edilmiş faktiki hallarına istinad etmәsi faktiki halların yoxlanılması vә araşdırılması kimi qiymәtlәndirilmәmәlidir.

Tətbiq edilən hüquq

21. Azәrbaycan Respublikasının Konstitusiyasının müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:

“Maddә 28. Azadlıq hüququ ... III. Qanuni surәtdә Azәrbaycan Respublikasının әrazisindә olan hәr kәs sәrbәst hәrәkәt edә bilәr, özünә yaşayış yeri seçә bilәr vә Azәrbaycan Respublikasının әrazisindәn kәnara gedә bilәr. ...”

“Maddә 71. İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının tәminatı ... II. İnsan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının hәyata keçirilmәsini heç kәs mәhdudlaşdıra bilmәz. Hәr kәsin hüquq vә azadlıqları bu Konstitusiyada vә qanunlarda müәyyәn edilmiş әsaslarla, habelә digәrlәrinin hüquq vә azadlıqları ilә mәhdudlaşır. Hüquq vә azadlıqların mәhdudlaşdırılması dövlәt tәrәfindәn gözlәnilәn nәticәyә mütәnasib olmalıdır. ...”

“Maddә 73. Vergilәr vә başqa dövlәt ödәnişlәri İ. Qanunla müәyyәn edilmiş vergilәri vә başqa dövlәt ödәnişlәrini tam hәcmdә vә vaxtında ödәmәk hәr bir kәsin borcudur. ...”

22. “Azәrbaycan Respublikasında insan hüquq vә azadlıqlarının hәyata keçirilmәsinin tәnzimlәnmәsi haqqında” Azәrbaycan Respublikasının Konstitusiya Qanununun müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:

“Maddә 3. Qanun әsasında insan hüquqlarının vә azadlıqlarının mәhdudlaşdırılmasına dair tәlәblәr ... 3.6. Azәrbaycan Respublikasının Konstitusiyasında göstәrilәn digәr әsaslarla yanaşı, Konstitusiyanın 28-ci maddәsinin III hissәsindә, 32-ci, 33-cü, 49-cu, 50-ci, 51ci, 58-ci maddәlәrindә göstәrilәn hüquqlar vә azadlıqlar vә 47-ci maddәsindә göstәrilәn söz azadlığı dövlәt tәhlükәsizliyi mәnafelәri üçün, sağlamlığın vә mәnәviyyatın, digәr şәxslәrin hüquq vә azadlıqlarının qorunması üçün, cinayәtin qarşısının alınması mәqsәdi ilә; Konstitusiyanın 32-ci, 33-cü, 49-cu, 50-ci vә 58-ci maddәlәrindә göstәrilәn hüquqlar vә azadlıqlar vә 47-ci maddәsindә göstәrilәn söz azadlığı hәmçinin iğtişaşların qarşısının alınması üçün; Konstitusiyanın 28-ci maddәsinin III hissәsindә, 49-cu, 50-ci vә 58-ci maddәlәrindә göstәrilәn hüquqlar vә azadlıqlar, 47-ci maddәsindә göstәrilәn söz azadlığı vә 48-ci maddәsinin II hissәsindә göstәrilәn hәr hansı dinә etiqad etmәk, dinә münasibәti ilә bağlı әqidәsini ifadә etmәk vә yaymaq hüququ hәmçinin ictimai tәhlükәsizliyin qorunması üçün; Konstitusiyanın 28-ci maddәsinin III hissәsindә, 32-ci vә 33-cü maddәlәrindә göstәrilәn hüquqlar vә azadlıqlar vә 48-ci maddәsinin II hissәsindә göstәrilәn hәr hansı dinә etiqad etmәk, dinә münasibәti ilә bağlı әqidәsini ifadә etmәk vә yaymaq hüququ hәmçinin ictimai qaydanın tәmin edilmәsi üçün, Konstitusiyanın 32-ci vә 33-cü maddәlәrindә göstәrilәn hüquqlar vә azadlıqlar hәmçinin ölkәnin iqtisadi rifahı mәnafelәri üçün; Konstitusiyanın 47-ci maddәsindә göstәrilәn söz azadlığı vә 50-ci maddәsindә göstәrilәn mәlumat azadlığı hәmçinin dövlәtin әrazi bütövlüyü mәnafelәrinin tәmin edilmәsi mәqsәdi ilә, digәr şәxslәrin nüfuzu vә ya hüquqlarının müdafiәsi üçün, mәxfi qaydada әldә edilmiş mәlumatın açıqlanmasının qarşısının alınması vә ya mәhkәmәnin nüfuzunun vә qәrәzsizliyinin tәmin edilmәsi üçün; Konstitusiyanın 48-ci maddәsinin II hissәsindә göstәrilәn hәr hansı dinә etiqad etmәk, dinә münasibәti ilә bağlı әqidәsini ifadә etmәk vә yaymaq hüququ sağlamlığın vә ya mәnәviyyatın vә ya digәr şәxslәrin hüquq vә azadlıqlarının qorunması mәqsәdi ilә mәhdudlaşdırıla bilәr. ...”

23. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsinin müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:

“Maddә 1. Azәrbaycan Respublikasının Vergi Mәcәllәsi ilә tәnzimlәnәn münasibәtlәr .. 1.4. Bu Mәcәllәnin vergitutmanın ümumi әsasları, vergilәrin ödәnilmәsi qaydaları (ödәnilmәsi mәnbәlәri istisna olmaqla), vergi ödәyicilәrinin vә dövlәt vergi orqanlarının, habelә vergi münasibәtlәrinin digәr iştirakçılarının vergitutma mәsәlәlәri ilә bağlı hüquq vә vәzifәlәri, vergi nәzarәtinin forma vә metodları, vergi qanunvericiliyinin pozulmasına görә mәsuliyyәt, dövlәt vergi orqanlarının vә onların vәzifәli şәxslәrinin hәrәkәtlәrindәn (hәrәkәtsizliyindәn) şikayәt edilmәsi qaydaları ilә bağlı müddәaları mәcburi dövlәt sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı vә işsizlikdәn sığorta haqqına münasibәtdә dә tәtbiq olunur.”

“Maddә 16. Vergi ödәyicisinin vәzifәlәri 16.1. Vergi ödәyicisinin aşağıdakı vәzifәlәri vardır: 16.1.1. qanunla müәyyәn edilmiş vergilәri, habelә bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada hesablanmış faizlәri, tәtbiq edilmiş maliyyә sanksiyalarını vә digәr mәcburi ödәnişlәri ödәmәk; ...”

“Maddә 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.8. qanunla müәyyәn edilmiş hallarda vergi ödәyicisinin hesablaşma, valyuta vә digәr hesablarına hәbs qoyulması barәdә mәhkәmәdә iddia qaldırmaq, bu Mәcәllә ilә müәyyәn edilmiş qaydada vergi ödәyicisinin әmlakının siyahıya alınması üçün tәdbirlәr görmәk; ... 23.1.15-1. hesablanmış vergilәr üzrә borcların vә faizlәrin, tәtbiq edilmiş maliyyә sanksiyalarının dövlәt büdcәsinә alınması (әmlak satışı ilә bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilәr üzrә borcların vә faizlәrin, tәtbiq edilmiş maliyyә sanksiyalarının ödәnilmәsinin tәmin olunması mәqsәdi ilә vergi ödәyicisinin siyahıya alınmış dövlәt әmlakının, habelә digәr daşınmaz әmlakının vә dәyәri 5000 manatdan artıq olan daşınar әmlakının müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqan (qurum) vasitәsilә, habelә dәyәri 5000 manatdan artıq olmayan daşınar әmlakının isә ticarәt şәbәkәlәrindә satılması barәdә mәhkәmәdә iddia qaldırmaq vә mәhkәmә qәrarları üzrә hәmin әmlakların satışını qanunvericiliyә uyğun olaraq tәşkil etmәk; ... 23.1.15-3. vergi ödәyicisi vergi öhdәliyini bu Mәcәllә ilә müәyyәn edilmiş müddәtdә yerinә yetirmәdikdә, hesablanmış vergilәr üzrә borcların vә faizlәrin, tәtbiq edilmiş maliyyә sanksiyalarının ödәnilmәsini tәmin etmәk üsulu kimi vergi ödәyicisi olan fiziki şәxsin vә ya hüquqi şәxsin icra orqanının rәhbәrinin ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması üçün mәhkәmәyә müraciәt etmәk; ...”

“Maddә 24. Vergi orqanlarının vәzifәlәri 24.1. Vergi orqanları: 24.1.1. vergilәrin düzgün hesablanmasına, tam vә vaxtında ödәnilmәsinә nәzarәt etmәyә; vergi qanunvericiliyinә tam vә dәqiq riayәt etmәyә; 24.1.2. vergi ödәyicilәrinin hüquqlarını vә qanuni mәnafelәrini gözlәmәyә vә müdafiә etmәyә; ... 24.1.2-1. vergi ödәyicisi olan fiziki şәxsin vә ya hüquqi şәxsin icra orqanının rәhbәrinin ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılmasına sәbәb olmuş әsaslar aradan qalxdıqdan sonra dәrhal hәmin mәhdudlaşdırmanın götürülmәsi barәdә qәrar qәbul etmәyә; ...”

“Maddә 77. Vergi öhdәliyi 77.1. Vergi ödәyicisinin bu Mәcәllәdә göstәrilәn hallarda vә qaydada müәyyәn edilәn vergini (o cümlәdәn cari vergi ödәmәlәrini), hesablanmış faizlәri vә tәtbiq edilmiş maliyyә sanksiyalarını ödәmәk vәzifәsi onun vergi öhdәliyi hesab olunur. ... 77.3. Vergi ödәyicisi vergi qanunvericiliyinin tәlәblәrinә uyğun olaraq verginin ödәnilmәsini nәzәrdә tutan şәraitin yarandığı andan vergi öhdәliklәrinin yerinә yetirilmәsi üçün cavabdehdir. ...”

“Maddә 78. Vergi öhdәliklәrinin yerinә yetirilmәsi 78.1. Vergi öhdәliklәrinin yerinә yetirilmәsi ödәnilmәli olan vergilәrin (o cümlәdәn cari vergi ödәmәlәrinin), hesablanmış faizlәrin vә tәtbiq edilmiş maliyyә sanksiyalarının müәyyәn edilmiş müddәtlәrdә vә qaydada ödәnilmәsidir. Vergi ödәyicisinin hesablarında vә ya kassasında vәsaitin, habelә onun әmlakının olubolmamasından asılı olmayaraq vergi öhdәliklәrinin yerinә yetirilmәsi mәcburidir. ...”

“Maddә 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödәyicisi vergi öhdәliyini bu Mәcәllә ilә müәyyәn edilmiş müddәtdә yerinә yetirmәdikdә yaranmış vergi borclarının, habelә hәmin öhdәliyin yerinә yetirilmәmәsi ilә әlaqәdar vergi borcu üzrә hesablanmış faizlәrin vә tәtbiq edilmiş maliyyә sanksiyalarının ödәnilmәsini tәmin etmәk üsulu kimi onun әmlakı siyahıya alına bilәr. 89.2. Əmlakın siyahıya alınması vergi ödәyicisinin öz әmlakı barәsindә hüquqlarının elә mәhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödәyicisi siyahıya alınmış әmlaka vә ya onun bir hissәsinә sәrәncam vermәk hüququna malik olmur, hәmin әmlaka sahiblik vә ondan istifadә edilmәsi vergi orqanının nәzarәti ilә hәyata keçirilir. ...”

24. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli Qәrarında aşağıdakılar nәzәrdә tutulur:

“... borclunun, o cümlәdәn mütәmadi icra edilmәli olan öhdәliklәr üzrә borclunun ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılmasına sәbәb olan әsaslar vә mütәnasiblik prinsipindәn irәli gәlәn meyarlar kifayәt qәdәr aydındır. ... Yuxarıda qeyd edilәn mәqsәdә nail olmaq üçün mәhkәmә qanunvericiliyә uyğun olaraq işә baxarkәn, hәr bir konkret halda icra mәmurunun tәqdimatında olan mәhdudiyyәtin müәyyәn olunmasının әsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görә qiymәtlәndirmәli, işi hәrtәrәfli, tam vә obyektiv araşdırmalı, mәsәlә ilә bağlı öz nәticәlәrini müvafiq mәhkәmә aktında әsaslandırmalıdır. ...”

25. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin müvafiq müddәalarında aşağıdakılar nәzәrdә tutulur:

“Maddә 217. Qәtnamәnin qanuniliyi vә әsaslılığı 217.1. Mәhkәmәnin qәtnamәsi qanuni vә әsaslı olmalıdır. ...”

“Maddә 355-5. Ərizәnin verilmәsi 355-5.1. Vergi ödәyicisi vә ya sığortaedәn vergi, mәcburi dövlәt sosial sığorta, icbari tibbi sığorta vә işsizlikdәn sığorta haqları üzrә öhdәliyini qanunla müәyyәn edilmiş hallarda vә müddәtlәrdә yerinә yetirmәdikdә, hesablanmış vergilәr, mәcburi dövlәt sosial sığorta, icbari tibbi sığorta vә işsizlikdәn sığorta haqları üzrә borcların vә faizlәrin, vergilәr vә mәcburi dövlәt sosial sığorta haqları üzrә tәtbiq edilmiş maliyyә sanksiyalarının ödәnilmәsini tәmin etmәk üçün müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi orqan (qurum) fiziki şәxslәrin vә ya hüquqi şәxslәrin icra orqanının rәhbәrinin ölkәdәn getmәk hüququnun müvәqqәti mәhdudlaşdırılması barәdә mәhkәmәyә müraciәt etmәk hüququna malikdir. ...”

“Maddә 407. Kassasiya şikayәtinin forması, mәzmunu vә әlavә edilәn sәnәdlәr ... 407.2. Kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir. ...”

“Maddә 416. Kassasiya instansiyasında işә baxmanın hәdlәri 416.1. Kassasiya instansiyası mәhkәmәsi işә şikayәt hәddindә baxır vә kassasiya şikayәtindә irәli sürülmüş dәlillәr üzrә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. 416.2. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn bu Mәcәllәnin 418.4-cü maddәsindә nәzәrdә tutulmuş prosessual hüquq pozuntusu hesab edilәn hallara yol verilmәsi şikayәtin hәdlәrindәn vә dәlillәrindәn asılı olmayaraq yoxlanılmalıdır.”

Kassasiya instansiya məhkəməsinin mövqeyi

26. Mәhkәmә kollegiyası hesab edir ki, kassasiya şikayәtinin tәmin edilmәsi üçün әsaslar mövcud deyildir.

27. Belә ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn MPM-in 418.4-cü maddәsindә göstәrilәn prosessual hüquq normalarının kobud şәkildә pozulmasına yol verilmәmişdir.

28. Kassasiya şikayәtindә ifadә olunmuş dәlillәr isә әsassızdır.

29. Belә ki, qanunvericilikdә vergi öhdәliyinin tәmin edilmәsi ilә bağlı vergi orqanlarının sәlahiyyәtli olduqları mәcburiyyәt tәdbirlәrinin seçilmәsi zamanı “növbәliliyә” riayәt edilmәsi barәdә hәr hansı müddәanın nәzәrdә tutulmaması ilkin mәrhәlәdә istәnilәn növ mәcburiyyәt tәdbirinin tәtbiq edilmәsi imkanı kimi qiymәtlәndirilmәmәlidir. Çünki, hüquqi dövlәtin ali prinsiplәrindәn biri olan mütәnasiblik prinsipinin tәlәbinә görә, hüquqa müdaxilәnin yolverilәn hesab edilә bilmәsi üçün onun qanuni mәqsәdә yönәlmәsi öz-özlüyündә kifayәt deyildir, bu zaman hәm dә müxtәlif toqquşan maraqlar arasında ağlabatan vә әdalәtli tarazlığa da әmәl olunmalıdır.

30. “X2 (X1) şikayәti üzrә bәzi normativ hüquqi aktların Azәrbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun 2017-ci il ## ### tarixli Qәrarına әsasәn, mütәnasiblik prinsipinә riayәt olunmasını tәmin etmәk üçün mәhkәmә qanunvericiliyә uyğun olaraq işә baxarkәn, hәr bir konkret halda mәhdudiyyәtin müәyyәn olunmasının әsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görә qiymәtlәndirmәli, işi hәrtәrәfli, tam vә obyektiv araşdırmalı, mәsәlә ilә bağlı öz nәticәlәrini müvafiq mәhkәmә aktında әsaslandırmalıdır.

31. Bununla bağlı, Avropa Mәhkәmәsinin bir sıra qәrarlarında da göstәrilmişdir ki, hәrәkәt azadlığı hüququnu mәhdudlaşdıran hәr hansı tәdbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddәsinin 3-cü bәndindә qeyd edilәn legitim mәqsәdlәrdәn birini güdmәli, demokratik cәmiyyәtdә zәruri olmalı, yәni mütәnasiblik meyarına cavab vermәlidir (mәs. Battista İtaliyaya qarşı (Battista v. İtaly), № *****/**, 2014-cü il # ###### tarixli qәrarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qәrarı). Avropa Mәhkәmәsinin mövqeyinә görә, müdaxilә “tәcili ictimai ehtiyaca” cavab verirsә, xüsusilә qanuni mәqsәdә mütәnasibdirsә vә onu әsaslandırmaq üçün milli hakimiyyәt orqanları tәrәfindәn verilәn sәbәblәr “müvafiq vә yetәrli”dirsә qanuni mәqsәdlәr üçün “demokratik cәmiyyәtdә zәruri” hesab olunur. Vәtәndaşın ümumi maraqları ilә hәrәkәt azadlığı hüququ arasında әdalәtli tarazlığın olub-olmaması mәsәlәsi işin bütün xüsusiyyәtlәrinә görә nәzәrә alınmalıdır.

32. İşin faktiki halları ilә bağlı dәlillәrә dair qeyd edilir ki, MPM-in 407.2 vә 416.1-ci maddәlәrinin birgә tәfsirinә görә kassasiya şikayәtindә işin hallarının sübut olunmaması, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmaması vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmaması ilә bağlı dәlillәrә istinad edilә, kassasiya instansiyası mәhkәmәsi isә belә dәlillәri yoxlaya bilmәz.

33. Azәrbaycan Respublikasının Konstitusiya Mәhkәmәsi Plenumunun “Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 420-ci maddәsinin şәrh edilmәsinә dair” 2012-ci il ## ###### tarixli Qәrarında da qeyd edilmişdir ki, ...kassasiya mәhkәmәsi sübut vә faktlara yenidәn qiymәt vermәdәn işin hallarını müәyyәn olunmuş kimi qәbul edәrәk, apellyasiya mәhkәmәsinin qәrarının mahiyyәti üzrә düzgün olubolmamasını yoxlamır, onu yalnız mәhkәmә tәrәfindәn qanunun tәlәblәrinә riayәt olunubolunmaması maraqlandırır, çünki hәmin mәhkәmәnin fәaliyyәtinin fundamental prinsipinә görә, “kassasiya mәhkәmәsi işi deyil, qәrarı mühakimә edir”. Mәhkәmә aktı o zaman qanuni hesab olunur ki, mübahisәyә prosessual qanunla müәyyәn olunmuş qaydalara uyğun olaraq baxılmış vә qәrar qәbul olunmuş, mübahisәlәndirilәn münasibәtlәr isә onlara dair maddi hüquq normaları ilә müәyyәn edilmiş qaydalarla tәnzimlәnmişdir. Konstitusiya Mәhkәmәsi Plenumunun müxtәlif qәrarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya mәhkәmәsi apellyasiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının düzgün tәtbiq edilmәsini yoxlayır. Kassasiya mәhkәmәsinin vәzifәsinin mәhz bundan ibarәt olması MPM-in 407.1.4, 408.1.5 vә 416cı maddәlәrindәn aydın görünür. Hәmin Mәcәllәnin 407.2-ci maddәsinә görә kassasiya şikayәtindә işin hallarının sübut olunmamasına, mәhkәmәnin gәldiyi nәticә üçün әhәmiyyәtli olan bütün faktiki halların aydınlaşdırılmamasına vә yaxud qәtnamә vә qәrardadda ifadә olunan nәticәlәrin işin faktiki hallarına uyğun olmamasına istinad etmәyә yol verilmir. Bu hal kassasiya icraatını faktların müәyyәn edilmәsi mәsәlәsinә, o cümlәdәn işin mahiyyәtinә toxunmadan yalnız mәsәlәnin hüquqi tәrәfi ilә, yәni şikayәt edilәn qәtnamәdә qanun pozuntularının mövcudluğu vә ya onun olmamasına dair şikayәtdә qoyulmuş mәsәlәlәrә cavab verilmәsi ilә mәhdudlaşır (Konstitusiya Mәhkәmәsi Plenumunun Ə.Ə.İbrahimovun şikayәti üzrә ## ##### 2004-cü il tarixli Qәrarı). Mәhkәmә kollegiyası qeyd edir ki, işin faktiki hallarının vә sübutların qiymәtlәndirilmәsi ilә bağlı mәsәlә işә mahiyyәti üzrә baxan birinci vә apellyasiya instansiyaları mәhkәmәlәrinin sәlahiyyәtinә aiddir. Kassasiya instansiyası mәhkәmәsi isә işin faktiki hallarının vә sübutların düzgün vә sәhv qiymәtlәndirilmәsini deyil, sübutların prosessual qanunvericiliyә uyğun qaydada tәqdim edilmәsi vә toplanması, onların tәdqiq edilmәsi vә s. bununla bağlı prosessual qaydalara riayәt edilibedilmәmәsini

34. yoxlayır.

35. Əlavә olaraq qeyd olunur ki, işin faktiki hallarını araşdıran birinci instansiya mәhkәmәsi vergi borcunun alınması ilә bağlı VM-in 65 vә 89-cu maddәlәrindә nәzәrdә tutulmuş digәr tәdbirlәrin görülmәsi, lakin nәticә vermәmәsinә dair sübutları tәqdim etmәk üçün әrizәçiyә mәktub göndәrmiş, lakin sonuncu bununla bağlı hәr hansı sübutu mәhkәmәyә tәqdim etmәmişdir.

36. “Elektron mәhkәmә” informasiya sistemindәn әldә edilmiş mәlumatlardan isә maraqlı şәxsin mülkiyyәtindә әmlak(lar)ın olduğu müәyyәn edilmişdir.

37. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası belә qәnaәtә gәlir ki, apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq olunmaması halları müәyyәn edilmir. Ona görә dә, iş üzrә qәbul edilmiş qәtnamә dәyişdirilmәdәn saxlanılmalı, kassasiya şikayәti isә tәmin edilmәmәlidir.

38. Göstәrilәnlәrә әsasәn vә MPM-in 417-419-cu maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası

Qərara aldı:

Kassasiya şikayәti tәmin edilmәsin. Şirvan Apellyasiya Mәhkәmәsinin Kommersiya kollegiyasının 2025-ci il # ####### tarixli *-*(***)-***/**** nömrәli qәtnamәsi dәyişdirilmәdәn saxlanılsın. Qәrar qәbul edildiyi andan qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar