Məhkəmə qərarları › İş №2-2(103)-212/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-212/2021

25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-212/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1793/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n etdi: İ. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Sabunçu qəsəbə nümayəndəliyinin şəxsi hesabına elektrik enerjsisi üçün əsassız olaraq hesablanmış 28780,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə İddiaçı Başçısının Sabunçu qəsəbəsi üzrə Nümayəndəliyi qəsəbədə icra hakimiyyətinin fəaliyyətini təmin etmək üçün yaradılmışdır. Nümayəndəliklər yarandığı vaxt qəsəbələrdə yerləşən məktəbəqədər təhsil müəssisələri, kitabxanalar nümayəndəliklərin nəzdində fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2006-cı il tarixli 1399 nömrəli, Nazirlər Kabinetinin xx xxx 2006-cı il tarixli 113 nömrəli, Təhsil Nazirliyinin xx xxx 2006-cı il tarixli 320 nömrəli və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2006-cı il tarixli 772 nömrəli sərəncamları əsasında müvafiq olaraq İddiaçı Başçısının qəsəbələr üzrə nümayəndəliklərinin balansında olan məktəbəqədər müəssisələr müəyyən edilmiş qaydada Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsinin, kitabxanalar isə Mədəniyyət və Turizm Nazirliyinin balansına verilmişdir. Lakin 2006-cı ildən 2010-cu ilə kimi məktəbəqədər təhsil müəssisələrinin və kitabxanaların kommunal xidmət xərcləri nümayəndəliklərə hesablanmışdır. Hal-hazırda cavabdehin Sabunçu RETSİ tərəfindən xx.xx.2020-ci il tarixinə kimi Sabunçu qəsəbə Nümayəndəliyinə 28780,50 manat elektrik enerjisi borcu olduğu bildirilmişdir. Halbuki, həmin borc qəsəbə nümayəndəliklərinə aid deyildir. Əlavə olaraq qeyd olunmalıdır ki, “xxxx” ASC tərəfindən Bakıxanov, Ramana, Balaxanı, Nardaran və Bilgəh qəsəbəsi üzrə Nümayəndəliklərinə də ümumilikdə 51781,85 manat borc pul hesablanmış borclar 1 sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-122/2018 saylı xx xxxxxx 2018-ci il tarixli Qətnaməsi ilə silinmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 303/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsi ilə, bu sonuncu qərar isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22(102)387/18 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Mübahisə predmeti olan borclar tələb edilə bilməz, belə ki, həmin borcla bağlı iddia müddəti ötürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-269/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və “xxxx” ASC tərəfindən Sabunçu qəsəbə nümayəndəliyinə hesablanmış 22.592,21 manat məbləğində borcun silinməsi, qalan hissədə iddianın rədd olunması iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən dövlət nəfinə tutulması qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, hesablanmış borcun əsassız olmasını məktəbəqədər təhsil müəssisələrinin və kitabxanaların kommunal xidmət xərclərinin nümayəndəliklərə hesablanması ilə əlaqəli olduğunu bildirilsə də məhkəmə bu məsələyə ümumiyyətlə toxunmamışdır. Məhkəmə qeyd edir ki, Sabunçu qəsəbə Nümayəndəliyinin “xxxx” ASC–yə ümumilikdə 28780,50 manat olan borcunun 22592,21 manatı 0.1.11.2002-ci il tarixə olan qalıq borcudur, 6188,29 manatı isə 2020-ci ilə qədər istifadə etdiyi elektrik enerjisinə görə vaxtaşırı ödəniş aparmaqla yığılan borcdur. Belə olan halda Mülki Məcəllənin 551.1 və 551.2.1-ci maddəsinin tələblərinə görə 22592,21 manat məbləğində borcun ödənilməsi tələbi 5 il, hətta on il (adi müddət) keçdiyinə görə öz qüvvəsini itirmiş, “Elektrik enerjisinindən istifadə Qaydaları”nın tələbinə görə 6188,29 manat borc isə istifadə edilmiş elektrik enerjisinə görə yığılan borc (sərf edilmiş elektrik enerjisi haqqı) olduğu üçün həmin hissədə olan tələb öz qüvvəsini itirməmişdir.” Ümumiyyətlə məhkəmə borcu hissələrə ayırmaqla tam əsassız bir nəticəyə gəlmişdir. 2002-ci ildən bu vaxtadək artıq 18 ildən artıq müddət keçmişdir və məhkəmənin yanaşması ilə bu borc 2015-ci ilədək müddətdə öz qüvvəsini itirməli idi. Sabunçu qəsəbə nümayəndəliyinə hesablanmış borc artıq uzun müddət dəyişmədən qalmaqdadır. Onun dəyişmədən qalmasının əsas səbəbi Sabunçu qəsəbə nümayəndəliyi tərəfindən hər ay sayğac üzrə qaimə faktura ilə hesablanmış borcun gecikdirilmədən ödənilməsidir. Belə ki, “xxxx” ASC tərəfindən məhkəməyə təqdim edilmiş üzləşmə 3 ildən artıq müddətin üzləşmə aktlarındada borc məbləğinin 28000 manat civarında olduğu görünməkdədir. Lakin məhkəmə bu üzləşmə aktına qətnamədə ümumiyyətlə toxunmamışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (“MPM”) 135.5, 135.8 və 376.2-ci maddələrinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mükkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova iddiaçının apellyasiya şikayətiilə razılaşmamış rədd olunmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməlidir. MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı do iddiaçı tərəfindən olayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmalıdır. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, o, son nəticədə məhkəmədən qətnamənin ləğv olunmasını xahiş etsə də, faktiki olaraq qətnamənin təmin olunmayan hissəsindən narazılığını bildirir, eyni zamanda, qeyd edir ki, ən azından, məhkəmənin yanaşması ilə 2015-ci ilədək müddətdə öz qüvvəsini itirdiyindən ona hesablanmış borc məbləği silinməli idi. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşır. Belə ki, iş materiallarına əlavə olunmuş cavabdeh elektrik enercisi təchizatçısının birtərəfli qaydada tərtib edib, özü təsdiqlədyi xx.xx.2020-ci il tarixli üzləşmə aktına, habelə, cavabdeh “xxxx” ASC-nin Sabunçu RETSİ-in “Sabunçu rayon qəsəbə nümayəndəliyinin dövriyyəsi haqqında” xx.xx.2020-ci il tarixli, 151 nömrəli arayışına əsasən müəyyən olunur ki, qəsəbə nümayəndəliyinin 2002-ci il tarixinə qədər olan qalıq borcu 22592,21 manat, 2003-cü ildən xx.xx.2020-ci il tarixinə kimi (iddia qaldırılana qədər) 6188,29 manat məbləğində borcu qeydə alınmışdır (Həmin arayışa görə xx.xx.2020-ci il tarixinə 6163 manattəşkil etmişdir). Qeyd olunan arayışdan həmçinin görünür ki, 2015-ci ildən sonra iddiaçı trəfindən cari borcundan artıq ödənişləri mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 551.2.1-ci maddəsinin tələbinə gör vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımından, Sabunçu qəsəbə nümayəndəliyinin hesabına yazılmış və ondan ödənilməsi tələb olunan 2002-2015-ci illər borc partıq öz qüvvəsini itirmiş olur. Belə olan halda, 2002-ci ildən keçən qalıq borc 22592,21 manat, 2003-2015-ci illər üzrə qalıq borc isə 5358,29 manat, ümumilikdə, 27950,50 manat məbləğində borc beş illik müddət keçdiyinə görə öz qüvvəsini itirmiş olur. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıdan 27950,50 manat məbləğində borcun ödənilməsinin tələb olunması əsassızdır. Yerdə qalan 830 manat (28780,50-27950,50) məbləğində borc məbləğinə gəldikdə isə həmin borc məbləği istehlak etdiyi elektrik enerjisinə görə2015-ci ildən sonrakı dövr üzrə yaranmış cari borclarından yığılıb qalan borclarıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə 2002-ci ildən keçən qalıq borcu düzgün olaraq qüvvədən düşmüş hesab etsə 2003-cü ildən 2020-ci ilədək yaranmış 6188,29 manat məbləğində borcu, bütövlükdə, qüvvəsini itirməyən borc öhdəliyi kimi qiymətləndirmişdir. Halbuki, 2003-2015-ci illər üzrə yaranmış 5358,29 manat məbləğində borc məbəlği də beş illik müddətin keçməsinə görə artıq qüvvəsini itirmişdir. Mülki Məcəllənin 554.1-ci maddəsinin tələbindən isə görünür ki, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin məhkəmənin 2015-ci ilə qədər yaranmış borcun qüvvədən düşdüyünü mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1793/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək cavabdeh tərəfindən iddiaçının Sabunçu rayon qəsəbə nümayəndəliyinə hesablanmış 27950,60 manat məbləğində borcun silinməsi qət olunmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 2016-220, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəi qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1793/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC tərəfindən İddiaçı Sabunçu qəsəbə nümayəndəliyinə hesablanmış 27.950,50 manat (iyirmi yeddi min doqquz yüz əlli manat 50 qəpik) borc silinsin. İddia qalan hissədə təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “xxxx” ASC-dən 30 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasma (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar