Məhkəmə qərarları › İş №2-2(104)-218/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-218/2023

04.11.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-218/2023 04.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-1172/2023 nömrəli qətnaməsindən ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə məhkəməyə mürаciət edərək, vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə 30153,82 manat borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan fiziki şəxs Maraqlı şəxs (VÖEN:**********) dövlət büdcəsinə 30153,82 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, ərizənin təmin edilməsi bаrədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-2(115)-1172/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2020-ci il tarixli, **********198300 nömrəli bildirişdən görünür ki, vergi ödəyicisinə borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. Şəxsiyyət vəsiqəsi haqqında elektron portaldan çıxarışdan görünür ki, Maraqlı şəxs xx.xx.1995-ci ildə Mingəçevir şəhərində doğulmuşdur. Gəncə şəhəri Nizami rayonu Nəriman Nərimanov prospekti ev 200-də qeydiyyatdadır. Şəxsi hesab vərəqəsindən görünür ki, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 2-1(114)- 1078/2023 saylı qərarına əsasən əmlaka yönəldilmiş məbləğ üzrə 30153,82 manat borcu vardır. Gəncə İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(114)-1078/2023 saylı qərarından görünür ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi cavabdeh Maraqlı şəxs qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2018-ci il tarixə yaranan dövlət büdcəsinə ödənilməmiş 30166,50 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektində (Panda market) ümumilikdə 31118,15 manat məbləğində siyahıya alınmış əmlaklarının hərrac vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərarı ilə iddia təmin edilmiş, X1 dövlət büdcəsinə olan 30166,50 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus ümumilikdə 31118,15 manat məbləğində əmlakı (onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən təsərrüfat subyektində (Panda market) fərqləndirici əlaməti 1 vahidinin qiyməti 250 manat olan 2 ədəd Hisens markalı soba (qara), 1 vahidinin qiyməti 500 manat olan 2 Zanussi markalı paltaryuyan (7 kq), 1 vahidinin qiyməti 450 manat olan 1 ədəd Qalans markalı paltaryuyan, vahidinin qiyməti 500 manat olan 4 ədəd kondisioner, vahidinin qiyməti 500 manat olan 2 ədəd Zanussi paltaryuyan (6 kq), 1 vahidinin qiyməti 1400 manat olan 2 ədəd Nord markalı paltaryuyan (9 kq), 1 vahidinin qiyməti 700 manat olan 1 ədəd wolf markalı paltaryuyan, 1 vahidinin qiyməti 1700 manat olan 1 ədəd Atlant markalı soyuducu, 1 vahidinin qiyməti 3.70 manat olan 90 qutu (hər qutuda 12 ədəd 1 lt final günəbaxan yağı), 1 vahidinin qiyməti 12.90 manat olan 20 qutu (2 lt final günəbaxan yağı), 1 vahidinin qiyməti 4.94 manat olan 10 qutu (2 lt final qarğidalı yağı), 1 vahidinin qiyməti 0,97 manat olan 154 qutu (hər qutuda 12 ədəd draiv enerji içki), 1 vahidinin qiyməti 0,37 manat olan 90 qutu (hər qutuda 24 qutu 100 ədəd) bizon enerjisi, 1 vahidinin qiyməti 1.60 manat olan 20 qutu (hər qutuda 20 qutu 100 ədəd, qırmızı 0,5 lt) bizon enerjisi, 1 vahidinin qiyməti 1.98 manat olan 20 qutu (hər qutuda 24 qutu 13 ədəd) Go dold, 1 vahidinin qiyməti 1.60 manat olan 24 qutu (hər qutuda 24 x14 enerji qara) Go vodka, 1 vahidinin qiyməti 7.15 manat olan 4 ədəd araq (royal 1 lt), 1 vahidinin qiyməti 27.0 manat olan 4 ədəd meoloff araq (orjinal), 1 vahidinin qiyməti 25 manat olan 1 ədəd Finlandiya araq, 1 vahidinin qiyməti 22 manat olan 1 ədəd Finlandiya araq (sadə 0,7 lt), 1 vahidinin qiyməti 22 manat olan 1 ədəd Finlandiya araq (0,5 lt), 1 vahidinin qiyməti 37 manat olan 3 ədəd Absalyut araq (1.1 lt), 1 vahidinin qiyməti 28 manat olan 1 ədəd Absalyuaraq (0,7 lt), 1 vahidinin qiyməti 20.80 manat olan 3 ədəd Absalyut araq (0,5 lt), 1 vahidinin qiyməti 57 manat olan 3 ədəd Mont blanc (0,7 ag), 1 vahidinin qiyməti 24 manat olan 3 ədəd Mont blanc (qara), 1 vahidinin qiyməti 57 manat olan 3 ədəd Grey Gordinal (1 lt), 1 vahidinin qiyməti 24 manat olan 2 ədəd Maroşa (0,75 lt), 1 vahidinin qiyməti 22 manat olan 2 ədəd hippli (0,7 lt), 1 vahidinin qiyməti 25 manat olan 6 ədəd cach dances (1 lt), 1 vahidinin qiyməti 31.80 manat olan 1 ədəd cach dances (0,7 lt), 1 vahidinin qiyməti 8.50 manat olan 3 ədəd cach dances (0,5 lt), 1 vahidinin qiyməti 20 manat olan 7 ədəd cach dances (0,2 lt), 1 vahidinin qiyməti 7.15 manat olan 1 ədəd chivas viski (1 lt), 1 vahidinin qiyməti 25,0 manat olan 1 ədəd chivas viski (0,750 lt), 1 vahidinin qiyməti 25,0 manat olan 1 ədəd chivas viski (0,5lt), 1 vahidinin qiyməti 15 manat olan 2 ədəd chivas viski (0,275 lt), 1 vahidinin qiyməti 26,40 manat olan 3 ədəd chivas viski (0,200 lt), 1 vahidinin qiyməti 16,20 manat olan 4 ədəd Gach danial viski (0,5 lt), 1 vahidinin qiyməti 40,0 manat olan 3 ədəd Gach danial viski (0,5 lt), 1 vahidinin qiyməti 49,0 manat olan 4 ədəd Gant (1 lt), 1 vahidinin qiyməti 26,0 manat olan 1 ədəd Gant (0,7 lt), 1 vahidinin qiyməti ,19,0 manat olan 1 ədəd Gant (0,5 lt), 1 vahidinin qiyməti 19,0 manat olan 2 ədəd Gant (0,375 lt), 1 vahidinin qiyməti 15,0 manat olan 2 ədəd Gant (0,200 lt), 1 vahidinin qiyməti 13,0 manat olan 1 ədəd Omeca tequila gold (1 lt blanka), 1 vahidinin qiyməti 60,30 manat olan 1 ədəd Omeca tequila gold (1 lt), 1 vahidinin qiyməti 98,90 manat olan 1 ədəd Omeca tequila gold (0,7 lt blanka), 1 vahidinin qiyməti 30,80 manat olan 1 ədəd Omeca tequila gold (0,5 lt blanka), 1 vahidinin qiyməti 47,0 manat olan 1 ədəd clmeqa gold (qold 0,5 lt), 1 vahidinin qiyməti 28 manat olan 1 ədəd blcor josk (0,5 lt), 1 vahidinin qiyməti 49 manat olan 1 ədəd cickka ticilla (1 lt), 1 vahidinin qiyməti 41 manat olan ədəd cickka ticilla (0,5 lt), 1 vahidinin qiyməti 28 manat olan 1 ədəd cickka ticilla (0,350 lt), 1 vahidinin qiyməti 20 manat olan 2 ədəd Balantiless (0,5lt), 1 vahidinin qiyməti 25 manat olan 2 ədəd Balantiless (0,375lt), 1 vahidinin qiyməti 22 manat olan 1 ədəd konyak (0,5lt isgəndər), 1 vahidinin qiyməti 25 manat olan 1 ədəd Martini losoto (0,5lt), 1 vahidinin qiyməti 18 manat olan 1 ədəd Martini blanko (1 lt), 1 vahidinin qiyməti 23 manat olan 1 ədəd Martini ekstra qrey (1lt), 1 vahidinin qiyməti 24 manat olan 1 ədəd Makqreqor viski (0,7lt), 1 vahidinin qiyməti 19.80 manat olan 1 ədəd Sinador (0,7lt), 1 vahidinin qiyməti 19.90 manat olan 1 ədəd Captan qranads (1 lt), 1 vahidinin qiyməti 11,48 manat olan 3 ədəd Choch glin (0,5lt), 1 vahidinin qiyməti 15,0 manat olan 2 ədəd Dombay shapan (0,5 lt), 1 vahidinin qiyməti 32, 0 manat olan 1 ədəd viski cemson (0,5 lt ), 1 vahidinin qiyməti 20.30 manat olan 1 ədəd viski cemson (0,350lt), 1 vahidinin qiyməti 16,79 manat olan 5 ədəd shoch clcan (1 lt), 1 vahidinin qiyməti 32, 0 manat olan 1 ədəd viski cemson (0,5lt), 1 vahidinin qiyməti 33,0 manat olan 1 ədəd davies (0,5lt), 1 vahidinin qiyməti 30,0 manat olan 1 ədəd davies (0,375lt), 1 vahidinin qiyməti 36,0 manat olan 1 ədəd Gleon fedeor viski (0,250 lt), 1 vahidinin qiyməti 19,80 manat olan 1 ədəd Golors qabyuyan maşın dərmanı, 1 vahidinin qiyməti 0,80 manat olan 50 ədəd hell enerjisinin (50x24 )) hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsaitin qalan hissəsinin vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılması qərara alınmışdır. “Siyahıya alınmış əmlaklara baxışın nəticələrinə dair” 23 iyun 2023-cü il aktdan və akta əlavə edilmiş siyahıdan görünür ki, 29 noyabr 2018-ci il tarixli, **********8 nömrəli protokola əsasən siyahıya alınmış əmlakların qismən yerində olması müəyyən edilmiş və siyahıya alınmış əmlakın yararlı olmasını müəyyən etmək üçün ekspertin dəvət edilməsi zərurəti yaranmışdır. Siyahıya alınmış əmlaklardan yalnız 13 adda (paltaryuyan maşınları, soyuducu, soba, kondinsioner, bitki yağları və enerji içkiləri) əmlak qalmışdır. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, 2-2(115)-1172/2023 saylı qətnaməsindən narazı qalan ərizəçi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-1172/2023 nömrəli qətnaməsinin ləğv edilərək Maraqlı şəxs dövlət büdcəsinə 30153,82manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasınıxahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edərkən Maraqlı şəxs dövlət büdcəsinə olan 30153,82 manat məbləğində borc məbləğinin Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1078/2023 saylı qərarına əsasən borclunun əmlakının hərracda satılması yolu ilə satılması qərarın olunduğunu səbəb kimi göstərmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmırlar. Belə ki, Maraqlı şəxs dövlət büdcəsinə olan 30153,82 manat məbləğində borc məbləği qalmaqdadır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsinə aid edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1.15-3-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-1172/2023 nömrəli qətnaməsindən ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-1172/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, ərizə təmin edilməlidir. Belə ki, ərizəni təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Gəncə İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(114)- 1078/2023 saylı qərarı ilə yaranmış borcun ödənilməsi borclunun siyahıya alınmış əmlakları hesabına ödənilməsi qərara alınmışdır. Eyni borc məbləğinin ödənilməsi üçün fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə də ərizə verilmişdir. Qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin birinin seçildiyi təqdirdə digərinin seçilməsinin istisna olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır. Belə müddəa olmasa belə borclunun siyahıya alınmış əmlakının satılaraq ödənilməsi nəzərdə tutulan eyni borca görə vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbirinin seçilməsi hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə zidd olmaqla yanaşı ağlabatan və ədalətli hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(114)-1078/2023 saylı qərarından görünür ki, həmin qərarla borcun yönəldildiyi ümumilikdə dəyəri 31118,15 manat məbləğində olan əmlakların siyahıya alınması 29 noyabr 2018-ci il tarixdə həyata keçirilmiş və həmin tarixli **********8 nömrəli protokol tərtib edilmişdir. Siyahıya alınmış və borcun yönəldildiyi əmlaklar isə əsasən qida məhsullarından ibarət məhsullar olmuşdur. 2018-ci il tarixdən hazırkı vaxtadək qeyd oulunan qida məhsulların saxlanma müddətinin keçməsi və ya ümumiyyətlə mövcud olmasının müəyyən olunması üçün məhkəmə kollegiyası tərəfindən Gəncə İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(114)-1078/2023 saylı qərarının icrası ilə bağlı aidiyyəti inzibati orqana sorğu verilmiş və məhkəməyə təqdim edilmiş “Siyahıya alınmış əmlaklara baxışın nəticələrinə dair” 23 iyun 2023-cü il akta əsasən siyahıya alınmış əmlakların qismən yerində olması müəyyən edilmiş və siyahıya alınmış əmlakların yararlı olmasını müəyyən etmək üçün ekspertin dəvət edilməsi zərurəti yaranmışdır. Həmçinin, həmin akta əlavə edilmiş siyahıdan görünür ki, siyahıya alınmış əmlaklardan yalnız 13 adda (paltaryuyan maşınları, soyuducu, soba, kondinsioner, bitki yağları və enerji içkiləri) əmlak qalmışdır. Siyahıya alma protokoluna əsasən isə həmin məhsulların və əşyaların ümumi dəyəri təxminən 18000 manat təşkil etməkdədir ki, bu da tələb olunan borc məbləğini ödəməməkdədir. Digər tərəfdən isə həmin məhsulların bir qismi qida məhsulu hesab olunur ki, 2018-ci il tarixdən 5 il müddətin keçməsi nəzərə alındıqda, yararlılıq baxımından həmin əmlakların hərracda realizəsi də inandırıcı görünməməkdədir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxsin 5 il ərzində vergi borcundan hər hansı bir məbləğdə ödəniş etməməsi də vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanın tələbini əsaslı olmasına dəlalət etməkdədir. Buna baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi işin qeyd olunan faktiki hallarını nəzərə almadan, ərizəni təmin etməməklə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-1172/2023 nömrəli qətnaməsindən ərizəçi Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)-1172/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, ərizə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)- 1172/2023 nömrəli qətnaməsindən ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 16 avqust 2023-cü il tarixli, e-2-2(115)- 1172/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Dövlət büdcəsinə olan 30153,82 manat borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZEAA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar