Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(113)-34/2020 12.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ (İddianın baxılmamış saxlanması haqqında) Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Zeynalova Leyla Afiq qızının katibliyi ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə xidmət göstərən “İnterservis” müdiriyyəti və Azərbaycan Respublikası Dövlət Neft şirkəti üçüncü şəxs olmaqla, Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə xidmət göstərən “İnterservis” müdiriyyəti və Azərbaycan Respublikası Dövlət Neft şirkəti üçüncü şəxs olmaqla, Bakı şəhər İcra Hakimiyyətinə qarşı torpaq icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası xx xxxx 2020-ci il tarixə, saat 10:15-ə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6 maddələrinə uyğun olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə xidmət göstərən “İnterservis” müdiriyyəti və Azərbaycan Respublikası Dövlət Neft şirkəti üçüncü şəxs olmaqla, Bakı şəhər İcra Hakimiyyətinə qarşı cavabdeh ilə aralarında bağlamış xx xxxx 2016-cı il tarixli, 1140 saylı torpaq icarə müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın və ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №2-2(113)-34/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №2-2(113)-34/2020
12.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver