Məhkəmə qərarları › İş №2-2(117)-42/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(117)-42/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(117)-42/2024 16.04.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdeh tərəfindən akt əsasında hesablanmış 2806 manat borcun silinməsi və akt tərtib edilən vaxtdan hal-hazıradək əsassız olaraq tutulmuş 2089 manat pulun geri qaytarılması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyekt (şirniyyat evi) xx.xx.2021-ci il tarixdə onunla icarəyə verən X3 arasında bağlanmış icarə müqaviləsi üzrə 5 il müddətinə, aylıq 10 manat icarə haqqı ödənilməsi şərtilə iddiaçıya icarəyə verilmişdir. İddiaçı icarəsində olan qeyri-yaşayış sahəsinə dair sonuncu ilə Cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə SF-1996/23 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən razılşadırılmış yerdə, texniki şərtə və layihəyə uyğun olaraq sayğac quraşdırmağı, sifarişçi isə sayğacın və göstərilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü maddəsinə əsasən quraşdırılmış su sayğacının işlək və təmiz vəziyyətdə saxlanılmasını, o cümlədən, üzərindəki plombların toxunulmazlığını və avadanlığın qorunmasını təmin etmək sifarişçinin vəzifələrinə aid edilmişdir. 2.2.3-cü bəndinə əsasən Cavabdeh ASC tərəfindən quraşdırılmış su sayğacının işlək vəziyyətdə saxlanılmasını, o cümlədən, üzərindəki plombların toxunulmazlığını, avadanlığın qorunmasını təmin etmək sifarişçinin vəzifələrinə aid edilmişdir. 2.2.5-ci maddəsinə əsasən su sayğacının və onun üzərindəki plombun zədələnməsi halları aşkar edildikdə STKM-nin nümayəndəsinin suölçən cihaza baxmasına sifarişçi tərəfindən şərait yaradılmaqla müvafiq akt tərtib edilir. Aktın bir nüsxəsi sifarişçidə, bir nüsxəsi isə icraçıda saxlanılır. Azərsu ASC-nin X8 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli aktla cavabdehə məxsus 41 smart-kart tipli su sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, smart tipli su sayğacının elektron hissəsi və mexaniki hissəsi işləmədiyi üçün sayğac laboratoriyaya göndərilməsi üçün sökülərək su xətti birbaşa birləşdirilmişdir. NÖCİ tərəfindən 239209 nömrəli sayğac dəyişdirilərək 268732 nömrəli sayğacla əvəz olunmuşdur. Aktı tərəflər imzalamışlar. Aktın sonunda qeyd edilmişdir ki, istismardan çıxarılmış su sayğacı laborator yoxlamadan keçirilməsi üçün NÖCİ-yə göndəriləcəkdir. Sayğacın iddiaçının nümayəndəsi X4 iştirakı ilə laborator yoxlanılması zamanı müəyyən olunmuşdur ki, suölçən cihazının laborator avadanlıq üzrə yoxlanılması nəticəsinə əsasən kipliyi pozulmuşdur. Suölçən cihazın elektron və mexaniki gösətriciləri arasında fərq var. Suölçən cihazın qapaqaltı platform hissəsi çatlaqdır. Suölçən cihazın daxilinə su sızması aşkar olunmuşdur. Nisbi xətanın təyini üçün yararlı deyildir. Suölçən cihaz təmirə və istismara yararsızdır. Sayğac yoxlanıldıqdan sonra nəticəsinə dair xx.xx.2023-cü il tarixli, 39209/0255791 nömrəli rəy verilmişdir. Rəydə abonentin rəydə iştirakının təmini haqqında məlumat qrafasında “iştirakı təmin olundu” qeydi mövcuddur və iddiaçı bu halı mübahisələndirmir. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfin imzaladığı aktla qeyri-yaşayış sahəsinə yeni sayğac quraşdırılmış və sayğacsın istifadə müddəti 44 gün təşkil edir. İddiaçı akt əsasında ona hesablanmış 2806 manat borcun silinməsi və əsassız olaraq tutulmuş 2089 manat pulun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, Şəki şəhəri, M.F.Axundov prospekti, ev 12/48 ünvanında yaşayır. Həmişə istifadə etdiyi suyun dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. Belə ki, 16 may 2023-cü il tarixdə X9 Səhmdar Cəmiyyəti ilə aralarında SF1996/23 nömrəli müqavilə bağlanmışdır. Bundan əlavə SF-1996/23 nömrəli müqaviləyə 1 nömrəli əlavədə tərəflər arasında qiymətlərin razılaşdırılması haqqında 1 saylı Protokolla təsdiq edilmişdir. Belə ki, Azərsu ASC Nəzarət Ölçü Cihazları İdarəsi Suölçən X1 39209/0255791 nömrəli rəyində qeyd edilmişdir ki, S.cnın laborator avadanlıq üzrə yoxlaması nəticəsinə əsasən kipliyə davamlığı pozulmuşdur. S.c-nin elektron və mexaniki göstəriciləri arasında fərq var. S.c-nın qapaqaltı platform hissəsi çatlaqdır. S.c-nın daxilinə su sızması aşkar olundu. Nisbi xətanın təyini üçün yararlı deyil. S.c-nın təmirə və istismara yararsızdır. Həmin yuxarıda qeyd edilən rəy əsasında müəssisəyə əsassız olaraq 2806 manat borc hesablanmışdır. Həmin borcu tam əsassız və qanunsuz hesab edir. Səbəb isə onun tərəfindən su sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Azərsu ASC heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvaİiq tələbləri pozaraq sudan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişdir. Ona görə də akt əsasında əsassız hesablanmış borcun silinməsini tələb etmişdir. Bundan əlavə, tərəflər arasında mübahisənin mediasiya yolu ilə həlli üçün mediatora müraciət edilmiş və ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış tərtib edilmişdir. Cavabdeh ASC elektron kabinet vasitəsilə iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi əsassızdır. Cəmiyyətin əməkdaşları tərəfindən sayyğacın göstəricisinin götürülməsi zamanı sayğacın normal işləmədiyi müəyyən edilmiş və baxılması üçün laboratoriyaya göndərilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC Nəzarət Ölçü Cihazları İdarəsi Suölçən X2 istehlakçının nümyəndəsinin iştirakı ilə sayğaca baxış keçirilmişdir. Baxışın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli 39209/0255791 nömrəli rəy tərtib edilmişdir. Həmin rəydə elektron göstərici və mexaniki göstərici arasında fərqin olduğu müəyyən edilmişdir. Rəydə mexaniki gösətricinin 311.2 m3 olması, elektron hissənin isə 1807 m3 olduğu gösətrilmişdir. Göründüyü kimi borc sayğac göstəricisi ezrə yaranmış. İddiaçının istifadə etdiyi, lakin abonent tərəfindən dəyəri ödənilməmiş borc məbləğidir. Eyni zamanda sayğacsız qoşulma olduğu üçün sərfiyyat verilmişdir. Borc məbləği əsaslı olduğu üçün iddiaçı tərfindən ödəniləmlidir. Bundan əlavə həmin borc normativ hüquqi aktların tələbinə uyğun hesablandığı üçün əsaslıdır və bunu iddiaçı tərəf qəbul edərək borcu ödəmişdir.Buna görə də ödənilmiş məbləğin geri qaytarılması barədə iddiaçının iddia tələbi əsassızdır. İstehlakçı sudan istifadə edir, ay sonunda mexaniki sayağcın gösətricisnə uyğun bildiriş təqdim edilir və istehlakçı tərəfindən ödəniş aparılır. Ön ödənişli smart-kart tipli sayğaclardan qabaqcadan ödəniş etməklə sudan istifadəsi mümkündür və ön ödənişli olduğu üçün mexaniki sayğac istehlakçılarından fərqli olaraq qaydaların tələbinə əsasən hər ay istehlakçıya bildiriş təqdim edilməsi məcburi deyildir. Ön ödənişli smart-kart tipli sayğaclar elektron və mexaniki hissələrdən ibarət olur. İlk öncə sayğac kartına müvafiq terminallarda pul yatırılır, sonra dəyəri ödənilmiş su sayğacın elektron hissəsi vasitəsilə sayğaca yüklənir. Elektron hissə yüklənmiş su həcmi qədərində sayğacın mexaniki hissəsinə impuls ötürür. Yüklənmiş su həcmi bitdikdə elektron hissə mexaniki hesablama mexanizmi ilə arasında olan klapanı bağlayır. Klapan bağlandığı üçün artıq mexaniki hissəyə su getmir və mexaniki hissə sərfiyyatı hesablamır. Sayğacın elektron hissəsi isə batareya vasitəsilə çalışır. Batareyanın gücü bitdikdə və ya sayğacda sistem xətası baş verdikdə elektron hissə işləmir və nəticədə də klapanı bağlamır. Bu zaman elektron hissədə yüklənmiş su həcminin olub-olmamasından asılı olmayaraq klapan bağlanmadığı üçün sayğac avtomatik olaraq mexaniki rejimə keçir və mexaniki hissə işlədilmiş suyun sərfiyyatını hesablayır. İş üzrə bu hal baş verdiyi üçün iddiaçının istifadə etdiyi xidmətlərin dəyəri sayğacın mexaniki göstəricisinə əsasən hesablanmışdır. Bu halda ön ödənişli smart-kart tipli sayğacın mexaniki sərfiyyat hissəsi ilə adi mexaniki sayğacın heç bir fərqi yoxdur, eyni funksiyanı həyata keçirilər. Yəni ön ödənişli smart kart tipli sayğacın mexaniki hissəsi adi mexaniki sayğac kimi istifadə edilən suyun həcminin ölçür, hesabat da mexaniki hissəyə uyğun aparılır. Göstərilənləri nəzərə alaraq hazırki tələbin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, cərimə yazıldığı vaxtdan hal-hazıradək sayğacın balansına ödənilmiş puldan cəmi tərəflərindən mübahisələndirilmiş 2089 manat cərimə üzrə tutulmuş, halhazırda iddiaçının müəssisəsinin adında 717 manat borc qalmışdır. Odur ki, cavabdeh tərəfindən akt əsasında hesablanmış 2806 manat borcun silinməsi və akt tərtib edilən vaxtdan hal-hazıradək əsassız olaraq tutulmuş 2089 manat pulun geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçı fəaliyyətini həyata keçirdiyi obyektə su sayğacına hər hansısa bir müdaxilə etməymişdir. Sayğac smart tipli olduğundan vaxtlı-vaxtında da karta ödəniş etmişdir. Sayğacda baş verən qüsurlara görə də məsuliyyət daşımır. Cavabdehin əməkdaşları tərəfindən gəlib sayğaca baxış keçirilmişdir. Baxışdan sonra sayğac növbəti laboratoriya yoxlamasına göndərilmişdir. Nəticədə iddiaçıya 2806 manat məbləğində cərimə yazılmışdır. İddiaçı hər ay istifadə ettiyi suyun dəyərini vaxtlı-vaxtında ödəmişdir. Məhkəmə araşdırılması gedən dövrdə 2806 manat pul iddiaçı tərəfindən hissə-hissə ödənilmişdir. X6 iddiaçı tərəfin mühasibat işlərini həyata keçirən əməkdaşıdır. İddianı müdafiə etdiklərini və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh tərəfin əməkdaşları ayda 1 dəfə sayğaca baxış keçirirlər. Sayğacın mexaniki göstəricisi elektron göstəricisinin altında yerləşdiyi üçün onu görmək olmur. Sadəcə elektron göstəriciyə baxış keçirilir. Sonradan əgər sayğacın batareyası sönərsə, yaxud sayğacın elektron hissəsində hər hansı qüsur olarsa və sayğac işləməzsə bu zaman sayğac götürülür və laboratoriya yoxlamasına göndərilir. İddiaçı tərəfdə sayğac işləmədiyi üçün laboratoriya müayinəsinə götürülmüşdür. Laboratoriya müayinəsi zamanı da müəyyən olunmuşdur ki, sayğacın elektron və mexaniki göstəriciləri arasında fərq var. Sayğacın yoxlanılmasında iddiaçı tərəfin nümayəndəsi iştirak etmişdir. Bu fərqə əsasən islehlak olunmuş lakin sayğacın elektron göstəricisində qeydə alınmamış sərfiyyatın dəyəri hesablanmış və bu cərimə deyildir. Yalnız istehlak olunmuş suyun dəyəridir. Nazirlər Kabinetinin qərarına əsasən 44 günlük sayğacsız istifadəyə görədə əlavə vəsait hesablanmışdır. Hesablanan sayğacın üzərində olan 254 manat avans çıxıldıqdan sonra 2806 manat borc hesablanmışdır. Sayğaçın saz vəziyyətdə saxlanılması öhdəliyi Nazirlək Kabinetinin qərarına əsasən istehlakçının üzərinə düşür. 44 günlük hesabatın aparılma qaydası xx.xx.2023-cü ildən oncəki bir ilin əvvəlinə, yəni xx.xx.2022-ci ilə olan aylıq sayğacın üzərində olan sərfiyyat 281 m3 təşkil etmişdir. Sonuncu sərfiyyat 1807 olmuş və bundan 281 çıxıldıqda 1526 m3 sərfiyyat 364 günə bölünmüş və 1 günlük sərfiyyat 4,18 m3 təşkil etmişdir. 364 günə bölünmıəsinin səbəbi ondan ibarətdir ki, bir il əvvələ götürdükləri sərfiyyat xx.xx.2022-ci ildən olduğuna görə hesablama 364 günə uyğun aparılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İcarə müqaviləsi, abonent haqqında məlumat, akt, 39209/0255791 nömrəli laborator rəy, pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, sayğacın növbəti və ya növbədənkənar yoxlamaya göndərilməsi üçün götürülməsi Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun təsir dairəsinə düşmür. Belə ki, Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən, su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları iddiaçının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyət göstərməmiş, sadəcə sayğacın işləməməsi, elektron və mexaniki göstəriciləri arasında fərqin müəyyən olunması ilə bağlı sayğacın növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün sayğacı götürmüşlər və bu hal qanunvericiliyin tələbidir. Belə ki, sudan istifadə qaydalarının 6.14-cü bəndinə əsasən, su ölçən cihazların göstəricilərində istehlakçının təqsiri səbəbindən uyğunsuzluq (səhv) müəyyən edildikdə və (və ya) su ölçən cihazların plombu zədələndikdə, istehlakçının vəsaiti hesabına su ölçən cihazların növbədənkənar dövlət yoxlaması keçirilməlidir. Hazırki iş üzrə suölçən cihazın işləməməsi, mexaniki və elektron göstəriciləri arasında fərq müəyyən edilmiş və sayğac dövlət yoxlamasına göndərilmişdir ki, bu sahədə olan fəaliyyət isə sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə aid deyildir. Məhkəmə akt əsasında hesablanmış 2806 manat borcun silinməsi və akt tərtib edilən vaxtdan hal-hazıradək əsassız olaraq tutulmuş 2089 manat pulun geri qaytarılmasına münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçıya onun idda etdiyi kimi sərfiyyat görə hesablanmış məbləğ 2806 manat deyil 2850,7 manat təşkil edir və parılmış hesabat düzgündür. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının 6.4-cü bəndinə əsasən yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış Su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən, üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış su ölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 6.10-cu bəndinə əsasən zədələnmiş su ölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. Eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.2.3-cü bəndində quraşdırılmış su sayğacının işlək və təmin vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını, avadanlığın qorunmasını təmin etmək sifarişçı olan iddiaçının vəzifələrinə aid edilmişdir. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi tərəflər arasında xx.xx.2023-cü il tarixdə SF-1996/23 nömrəli müqavilə bağlanmış və həmin müqaviləyə əsasən razılşadırılmış yerdə, texniki şərtə və layihəyə uyğun olaraq sayğac quraşdırmağı, sifarişçi isə sayğacın və gösətrilən xidmətin dəyərini icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərsu ASC-nin X8 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli aktla cavabdehə məxsus 41 smart-kart tipli su sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, smart tipli su sayğacının elektron hissəsi və mexaniki hissəsi işləmədiyi üçün sayğac laboratoriyaya göndərilməsi üçün sökülərək su xətti birbaşa birləşdirilmişdir. NÖCİ tərəfindən 239209 nömrəli sayğac dəyişdirilərək 268732 nömrəli sayğacla əvəz olunmuşdur. Aktı tərəflər imzalamışlar. Aktın sonunda qeyd edilmişdir ki, istismardan çıxarılmış su sayğacı laborator yoxlamadan keçirilməsi üçün NÖCİ-yə göndəriləcəkdir. Sayğacın laborator yoxlanılması iddiaçının nümayəndəsi qismində əməkdaşının iştirakı ilə həyata keçirilmiş və müəyyən olunmuşdur ki, suölçən cihazının laborator avadanlıq üzrə yoxlanılması nəticəsinə əsasən kipliyi pozulmuşdur. Suölçən cihazın elektron və mexaniki gösətriciləri arasında fərq var. Suölçən cihazın qapaqaltı platform hissəsi çatlaqdır. Suölçən cihazın daxilinə su sızması aşkar olunmuşdur. Nisbi xətanın təyini üçün yararlı deyildir. Suölçən cihaz təmirə və istismara yararsızdır. Sayğac yoxlanıldıqdan sonra nəticəsinə dair xx.xx.2023-cü il tarixli, 39209/0255791 nömrəli rəy verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfin imzaladığı aktla qeyri-yaşayış sahəsinə yeni sayğac quraşdırılmış və sayğacsın istifadə müddəti 44 gün təşkil edir. Göründüyü kimi, sayğacda qüsur olmuş və bunun nəticəsində sayğacın elektron göstəricisi istehlak olunmuş suyun sərfiyyatını düzgün aparmamışdır ki, cavabdeh mexaniki göstəricinin göstəricisinə uyğun hesabat aparmış və bunda da haqlı olmuşdur. İstehlak olunmuş və sayğaçın elektron hissəsində qeydə alınmamış suyun dəyərinin hesablanması ilə bağlı müəyyən edilmişdir ki, sayğacın mexaniki göstəricisi 1807 m3, elektron göstəricisi isə 311,2 m3 olmuşdur. Eyni zamanda sayğacın mexaniki göstəricisi ilə elektron göstəricisi arasındakı fərq (1807 m3 – 311,2 m3 = 1495,8 m3) 1495,8 m3 təşkil etmişdir. Balansda qalan 254,4 m3 fərq də çıxılmaqla yekun sərfiyyat 1241,4 m3 təşkil etmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, sayğac laborotor müayinə uçün xx.xx.2023-cü il tarixdə götürülmüş və yeni sayğac xx.xx.2023-cü il tarixdə quraşdırılmış, sayğacsız istifadənin d-20 mm-lik xətlə qoşulma müddəti 44 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sudan istifadə qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə qaydalarının 6.15-ci bəndinə əsasən, suölçən cihaza müdaxilə və pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) halları aşkar edildikdə, STKM suölçən cihazın sonuncu dəfə göstəricilərinin qeyd edilməsindən sonrakı dövr üçün sərf edilmiş suyun həcmini aşağıdakı qaydada müəyyənləşdirir və hesablaşma aparır: 6.15.1. istehlakçının müdaxiləsi halında bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq; 6.15.2. pozuntu (suölçən cihazın göstəricilərinin xətasının Xidmətin müəyyən etdiyi normalardan artıq olması) aşkar edildikdə isə istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən. Hazırki iş üzrə sayğacda qüsurlar istehlakçının müdaxiləsi əsasında baş vermədindən hesablama qaydaların 6.15.2-ci bəndinə uyğun aparılmalıdır ki, cavabdeh təşkilat hesablamanı həmin bəndə uyğun aparmışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi məhkəmə iclasında məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 44 günlük hesabatın aparılma qaydası xx.xx.2023-cü ildən oncəki bir ilin əvvəlinə, yəni xx.xx.2022-ci ilə olan aylıq sayğacın üzərində olan sərfiyyat 281 m3 təşkil etmişdir. Sonuncu sərfiyyat 1807 olmuş və bundan 281 çıxıldıqda 1526 m3 sərfiyyat 364 günə bölünmüş və 1 günlük sərfiyyat 4,18 m3 təşkil etmişdir. 364 günə bölünmıəsinin səbəbi ondan ibarətdir ki, bir il əvvələ götürdükləri sərfiyyat xx.xx.2022-ci ildən olduğuna görə hesablama 364 günə uyğun aparılmışdır. Cavabdehin nümayənəsinin hesablamanın aparılmasına dair bildirdikləri Nazrlər Kabinetinin qərarına, iş materiallarına və abonentin saldosuna uyğun olduğundan məhkəmə tərəfindən qəbul edilir. Yalnız cavabdehin nümayəndəsi 1526 m3 sərfiyyatın 364 günə bölünməsi nəticəsində 4,18 günlük sıərfiyyat alındığına dair dəlilləri ilə razılaşmır ki, 1526 / 364 günə bölünməsi nəticəsində 4,18 deyil, 4,19 gündəlik sərfiyyat yaranır. Lakin cavabdeh iddiaçıya daha az sərfiyyata görə hesabat aparmışdır ki, bu halı da ağırlaşdırmaq məhkəmə araşdmasının predmetini təşkil etmir. Göründüyü kimi cavabdeh tərəfindən sayğaca müdaxilənin olması aşkar edilmiş və sudan istifadə qaydalarının 6.15.2-ci bəndinin tələbləri iddiaçıya hesablamanın aparılmasına icazə verir ki, abonentin 1 günlük sərfiyyatı 4,18 m3 olmaqla birbaşa qoşulma müddəti olaraq abonentə 44 gün üçün hesablanmış su sərfiyyatı 183,96 m3 təşkil edir. Cavabdehə 44 günlük qoşulma ilə birlikdə ümumilikdə hesablanmış sərfiyyat 1425,36 m3 olmaqla istehlak edilmiş suyun dəyəri 2850,7 manat (1425,36 m3 x 2 manat) təşkil edir. Belə ki, Azərbaycan Respublikası Tarif Şurasının Cavabdeh ASC-nin “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin təsdiq edilməsi” barədə xx.xx.2016-cı il tarixli 6 nömrəli qərarına əsasən qeyri-əhali istehlakçı qrupu üzrə 1 m3 xammal su üçün 1 manat və tullantı sularının axıdılması üçün 1 m3 tullantı suyuna görə hesablaşma 1 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı Sudan istifadə qaydalarının 6.13-cü bəndinin tələbləri və tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən quraşdırılmış su sayğacının işlək vəziyyətdə saxlanılmasını, o cümlədən, üzərindəki plombların toxunulmazlığına, avadanlığın qorunmasına görə məsuliyyət daşıdığı halda öhdəliyini yerinə yetirməmiş və nəticədə suölçən cihaza müdaxilə nəticəsində qapaqaltı platform hissəsi çatladığından daxilində su sızması baş vermişdir ki, məhkəmənin qənaətinə görə sayğaca müdaxiləyə görə aparılmış hesabat və onun dəyərinə dair cavabdehin hərəkətləri qanuni olmuşdur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumu 48,06 manat təşkil edir. İddia tələbi rədd edildiyindən ödənilməmiş 48.06 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı “cavabdeh tərəfindən akt əsasında hesablanmış 2806 manat borcun silinməsi və akt tərtib edilən vaxtdan hal-hazıradək əsassız olaraq tutulmuş 2089 manat pulun geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 48,06 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar