Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2-2(3-8)-23/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Dəmirov Ilqar Kamal oğlu və Məmmədov Zaur Ikram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, Cavabdeh Cavabdeh qanuni təmsilçisi Nümayəndə iştirakı ilə, Iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI Işin halları:
1. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icraçı Cavabdeh arasında bağlanmış turizm xidmətlərinə dair ## ###### 2024-cü il tarixli *** nömrəli müqaviləyə əsasən sifarişçinin müraciətinə əsasən icraçı “aviabiletlərin bronlaşdırılması, satışı və dəyişdirilməsi; otel və mənzillərin, sanatoriyaların bronlaşdırılması, ekskursiyaların təşkili, avtomobillərin icarəsi (sürücü daxil və xaric), qonaqlar üçün transfer xidmətinin təşkili, ölkədaxili turların təşkili; beynəlxalq marşrutlar üzrə individual və qrup şəklində səyahət turlarının təşkili; viza dəstəyi; səyahət sığortalarının rəsmiləşdirilməsi, ölkəyə giriş dəvətnamələrinin verilməsi və s. xidmətlərin ilin bütün günləri və günün 24 saatı göstərilməsini, sifarişçi isə bu xidmətlərin qarşılığının ödənilməsini öz üzərinə götürmüşdür.
2. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh MMC hər ayın 1-dən 31-dək göstərdiyi xidmətlər üçün müvafiq müddət bitdikdən sonra 5 gün ərzində sifarişçiyə rəsmi hesab və üzləşmə aktı təqdim edir. Sifarişçi öz növbəsində aktda qeyd olunan perioddan 15 gün ərzində bank vasitəsilə müvafiq ödənişi həyata keçirir.
3. Cavabdehxxxx“xxxx” MMC-yə aviabilet satışı ilə bağlı: - ##.##.2024-cü il tarixli EBDX seriyalı ****** nömrəli 3000 manat; - ##.##.2024-cü il tarixli EBDX seriyalı ****** nömrəli 500 manat; - ##.##.2024-cü il tarixli EBDX seriyalı ****** nömrəli 2800 manat; - ##.##.2024-cü il tarixli EBEB seriyalı ****** nömrəli 3150 manat məbləğində elektron qaimə-fakturalar göndərilmişdir.
4. xxxx”xxxxCavabdeh MMC-nin hesabına ## ###### 2024-cü il tarixli *** nömrəli müqaviləyə əsasən: - ## ###### 2024-cü il tarixli ödəniş tapşırığı ilə 3000 manat; - ## ###### 2024-cü il tarixli ödəniş tapşırığı ilə 500 manat; - ## ###### 2024-cü il tarixli ödəniş tapşırığ ilə 2800 manat; - ## ##### 2024-cü il tarixli ödəniş tapşırığı ilə 3150 manat məbləğində olmaqla cəmi 9450 manat ödəniş həyata keçirilmişdir.
5. Nərimanov rayon Polis Idarəsinin Istintaq Şöbəsinin ## ###### 2024-cü il tarixli qərarından görünür ki, X1 X2 onun 9450 manat məbləğində pul vəsaitini ələ keçirməsi barədə müraciəti üzrə araşdırma aparılmış və araşdırmanın nəticəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, material üzrə izahatı alınmış X2 bildirmişdir ki, 2019cu ildən "xxxx" turizm şirkətinin direktoru vəzifəsində işləyir. Rəhbərlik etdiyi şirkətin işi vətəndaşlara turizm xidməti göstərməkdən ibarətdir. 2024-cü ilin yanvar ayında əvvəllər tanımadığı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə "Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə zəng vuraraq özünü Elvira xanım kimi təqdim edərək “xxxx” MMC-nin əməkdaşı olduğunu və şirkətin əməkdaşlarına bilet almaq istədiyini bildirmişdir. O, Elvira xanıma qiymətlər barədə məlumat vermiş, Elvira xanım isə şirkətin mühasibi Nicat adlı şəxsin onunla əlaqə saxlayacağını bildirmişdir. Bir neçə saatdan sonra “xxxx” MMC-nin mühasibi Nicat adlı şəxs "Whatsapp" mesajlaşma programı vasitəsi ilə onunla əlaqə saxlamış və bildirmişdir ki, ödənişi kart vasitəsi ilə deyil, VÖEN hesabına köçürmə yolu ilə edəcəklər. Bundan sonra o, turizm qrupunda olan Cavabdeh turizm şirkətinin direktoru Nümayəndələ əlaqə saxlamışdır. Nümayəndə şirkətin məlumatlarını ona göndərmiş və qarşı tərəfin korporativ şirkət olduğu halda qarşılıqlı şəkildə müqavilə bağlamaq lazım olduğunu bildirmişdir. Nümayəndə müqaviləni hazırlayıb elektron formada imzalı şəkildə göndərmiş, o isə həmin müqaviləni Nicat adlı şəxsə təqdim etmişdir. ## ###### 2024-cü il tarixdə “xxxx” MMC-nin direktoru da müqaviləni imzaladıqdan sonra Nicat adlı şəxs müqaviləni Nümayəndə təqdim etməsi üçün Rəfail Dostəliyevə göndərmişdir. “xxxx” MMC-nin əməkdaşları üçün 2024-cü ilin may ayında nəzərdə tutulan uçuşa görə beh kimi “xxxx”xxxxCavabdeh MMC-nin ********** nömrəli hesabına 3000 (üç min) manat pul köçürülmüşdür. Rəfail Dostəliyev “xxxx” MMC-nin əməkdaşlarının may ayında uçuş edəcəklərini nəzərə alıb həmin 3000 manat pula başqa şəxslərə bilet almışdır. Həmin biletlər "xxxx”xxxxtərtib olunaraq ona göndərilmiş, bundan sonra o, Nümayəndələ danışıq aparmaq üçün Cavabdeh şirkətinə getmişdir. Nümayəndələ aralarında olan danışıq zamanı heç bir narahatlığın olmadığını və hər bir şeyə özünün cavabdeh olduğunu bildirmiş, həmçinin yaxın zamanda Istanbul istiqamətində 15 bilet sifariş olunacağını, bu barədə əvvəlcədən məlumat verəcəyini demişdir. ##.##.2024-cü il tarixdə Nümayəndə yenə də "Whatsapp" mesajlaşma proqramı vasitəsi ilə pasport göndərib bir bilet lazım olduğunu demiş və ödənişin şirkət tərəfindən ödəniləcəyini bildirmişdir. Eyni qayda ilə şirkətə qaimə göndərilmiş Cavabdeh şirkətinin hesabına 500 manat pul köçürülmüşdür. Bilet isə elektron formada ona təqdim olunmuşdur. ##.##.2024-cü il tarixdə “xxxx”xxxxCavabdeh MMC-nin hesabına 2800 manat pul köçürülmüşdür. O, yenə də həmin pula başqa adamlara bilet sifariş etmişdir. “xxxx”xxxxköçürülən pullarla başqa adamlara biletlər aldığından nə "xxxx”xxxx“xxxx”xxxx“xxxx”xxxx3150 manat Cavabdeh MMC-nin hesabına ödəniş olunmuşdur. Yəni əvvəlcədən əldə olunmuş razılıq əsasında 15 nəfərin ümumi 9450 manat ödənişi “xxxx”xxxx"xxxx”xxxx“xxxx”xxxx3150 manat Cavabdeh MMC-nin hesabına ödəniş olunan pula da o, başqa şəxslər üçün bilet almışdır. ##.##.2024-cü il tarixdə “xxxx” MMCnin əməkdaşı Elvira xanım ona zəng vuraraq şirkət tərəfindən sifariş olunan 15 əməkdaşın bileti barədə maraqlanmışdır. O, həmin biletləri başqa adamlara satdığını bildirməmiş, biletlərin qiymətinin qalxdığına görə biletləri ala bilmədiyini demişdir. Daha sonra isə “xxxx” MMC-nin mühasibi Nicat adlı şəxs ona zəng vuraraq biletləri ala bilmədiyi halda şirkət tərəfindən ödənilmiş 9450 manat pulu geri qaytarmasını istəmişdir. O, pulu may ayı ərzində qaytaracağını bildirdikdə, Nicat onunla razılaşmışdır.
Birinci instansiya məhkəməsində icraat:
6. Iddiaçı cavabdehə qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icra olunmamış müqavilə üzrə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əsas borc, 940 (doqquz yüz qırx) manat məbləğində maddi ziyan və Mərkəzi Bankın uçot faiz dərəcəsinə əsasən hesablanmış 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10862,5 (on min səkkiz yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC və Cavabdeh MMC arasında ## ###### 2024-cü il tarixli ** nömrəli Turizm xidmətlərinə dair müqavilə imzalanmışdır. Müqavilənin 2.3-cü bəndinə əsasən Cavabdeh MMC müştərilərin turist səfərinə hazırlanması, zəruri sənədlərin təmin edilməsi, viza dəstəyinin verilməsi, turistlərin sığortalanması, onlara əldə etdikləri turizm xidmətləri barədə doğru və tam məlumat verilməsinə görə məsuliyyət daşıyır. Qeyd olunan xidmətlərin göstərilməsi müqabilində 14- ## ### 2024-cü il tarixlərini əhatə edən Bakı–Istanbul–Bakı marşrutu üzrə 15 nəfərlik aviabiletin ümumi dəyəri tərəflər arasında 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində razılaşdırılmışdır. Təqdim edilmiş bank rekvizitlərinə uyğun olaraq ümumilikdə 9450 (doqquz min dörd yüz əlli) manat vəsait “xxxx”xxxxtam şəkildə ödənilmişdir: ##.##.2024-cü il tarixdə – 3000 (üç min) manat; ##.##.2024-cü il tarixdə – 500 (beş yüz) manat; ##.##.2024-cü il tarixdə – 2800 (iki min səkkiz yüz) manat; ##.##.2024-cü il tarixdə – 3150 (üç min yüz əlli) manat. Lakin bu günə qədər Cavabdehxxxxmüqavilə öhdəlikləri heç bir şəkildə yerinə yetirilməmiş, nəzərdə tutulan 15 nəfər üçün aviabiletlər təqdim olunmamış, xidmətlərin heç biri göstərilməmişdir. Müqavilənin icrası ilə bağlı dəfələrlə müraciətlər edilməsinə baxmayaraq cavabdeh tərəfindən könüllü şəkildə heç bir addım atılmamış, müqavilə öhdəliklərinin icrası təmin edilməmişdir. Nəticə etibarilə ## ###### 2024-cü il tarixində bağlanmış ** nömrəli “Turizm xidmətlərinə dair” müqavilənin faktiki icrası baş tutmamış, müştərilər qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməməsi səbəbindən “xxxx” MMC zəruri tədbirlər görməyə məcbur olmuşdur. Belə ki, nəzərdə tutulmuş Bakı–Istanbul–Bakı marşrutu üzrə 15 nəfərlik aviabiletin təmin edilməsi məqsədilə “xxxx”xxxxalternativ olaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılıq əldə olunmuşdur. Müvafiq razılaşma çərçivəsində ## ### 2024-cü il tarixində “xxxx” MMC-yə 10390 (on min üç yüz doxsan) manat məbləğində vəsait ödənilməklə, 15 nəfərlik aviabilet təmin edilmişdir. Beləliklə, cavabdeh Cavabdehxxxxmüqavilə öhdəliklərinin icra olunmaması, “xxxx” MMC-nin əlavə maliyyə xərclərinə məruz qalmasına səbəb olmuşdur. Əgər Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etsəydi, “xxxx” MMC həmin aviabiletləri əvvəlcədən razılaşdırılmış 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əldə edəcəkdi. Lakin müqavilənin icrasız qalması nəticəsində “xxxx” MMC alternativ xidmət üçün əlavə olaraq 940 (doqquz yüz qırx) manat artıq xərc çəkməyə məcbur olmuşdur. Cavabdeh tərəfin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranmış bu maddi fərq birbaşa dəymiş zərər kimi qiymətləndirilməli və cavabdeh tərəfindən tam şəkildə ödənilməlidir. Həmçinin, cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 9450 (doqquz min dörd yüz əlli) manat əsas borc, 940 (doqquz yüz qırx) manat maddi ziyan və həmin borc üzrə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hesablanacaq Mərkəzi Bankın uçot dərəcəsinə əsasən faiz məbləği də tam şəkildə “xxxx” MMC-yə ödənilməlidir.
8. Iddiaçı ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində göstərildiyi kimi cavabdeh borc məbləğini ödəməmişdir. Ödənişlərin gecikdirildiyini və bu günədək heç bir ödəniş həyata keçirilmədiyini nəzərə alaraq, cavabdeh yalnız əsas borcu deyil, həm də gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Əsas borcun məbləği 9.450 (doqquz min dörd yüz əlli) manat təşkil edir. Hesablamalara görə gecikdirilmiş müddət üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış illik beş faizlə hesablanmış faiz məbləği 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən icra olunmamış müqavilə üzrə 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əsas borc, 940 (doqquz yüz qırx) manat məbləğində maddi ziyan, 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 10862,5 (on min səkkiz yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul vəsaitinin, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 9450 (doqquz min dörd yüz əlli) manat məbləğində əsas borcun, əsas borc məbləği üzrə gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə hesablanmış 472,5 (dörd yüz yetmiş iki manat əlli qəpik) manat məbləğində faiz borcunun, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın və 119,23 (yüz on doqquz manat iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 10558,98 (on min beş yüz əlli səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
11. Cavabdeh apellyasiya şikayətində Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən öhdəliklə bağlı ümumi normalara istinad edərək, tərəflər arasında hansı hüquq münasibətlərinin mövcud olmasını ümumiyyətlə müəyyən etməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. Hazırki iş üzrə işin müəyyən edilmiş hallarına görə sifarişçi “xxxx” MMC ilə icraçı Cavabdeh MMC arasında bağlanmış turizm xidmətlərinə dair ## ###### 2024-cü il tarixli *** nömrəli müqavilə bağlanmışdır. Cavabdeh iddiaçı ilə müqavilə münasibətlərini birbaşa deyil, üçüncü şəxs X2 vasitəsilə həyata keçirmişdir. Birinci instansiya məhkəməsi məhz bu halın araşdırılması məqsədi ilə tərəflərdən sübutlar tələb etmiş olsa da, cavabdeh tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmişdir. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, cavabdehin öhdəliklərin icrasını üçüncü şəxs X2 vasitəsilə həyata keçirməsi isə onu müqavilə üzrə məsuliyyətdən azad etmir, tərəflər arasında birbaşa müqavilə münasibətləri mövcuddur və həmin müqavilədə X2 tərəf, icraçı, nümayəndə və ya məsul şəxs qismində iştirakını təsdiq edən hər hansı müddəa mövcud deyildir, bu səbəbdən, cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasını üçüncü şəxsin davranışları ilə əlaqələndirməsi əsaslı hesab edilə bilməz. Göründüyü kimi məhkəmə qeyd edilən qənaətə gəlməklə istinad etdiyimiz maddənin tələblərini pozmuşdur. Belə ki, həmin maddəyə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Iş materiallarında olan Nərimanov rayon Polis Idarəsinin Istintaq Şöbəsinin ## ###### 2024-cü il tarixli qərarından görünür ki, X1 X2 onun 9450 manat məbləğində pul vəsaitini ələ keçirməsi barədə müraciəti üzrə araşdırma aparılmış və araşdırmanın nəticəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Istinad edilən qərardan və işə əlavə edilmiş digər sənədlərdən göründüyü kimi, sifarişçi “xxxx” MMC ilə icraçı Cavabdeh MMC arasında bağlanmış turizm xidmətlərinə dair ## ###### 2024-cü il tarixli *** nömrəli müqavilə münasibətləri tərəflər birbaşa deyil, üçüncü şəxs X2 vasitəsilə həyata keçirmişdir. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. O zaman sual olunur: Əgər məhkəmə yalnız tərəflər arasında bağlanmış müqaviləyə əsaslanırsa, müqavilənin birbaşa və ya 3-cü şəxs vasitəsi ilə aparılmasının araşdırılmasına nə lüzum var idi? Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh X2 faktiki olaraq sifarişlərin ötürülməsi və icra prosesində vasitəçi kimi qəbul etmişdirsə, bu hal cavabdehin daxili riskləri çərçivəsində qiymətləndirilməlidir və iddiaçı üçün hər hansı hüquqi nəticə doğurmur. Məhkəmənin qeyd edilən qənaəti bir daha təsdiq edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarına deyil, yalnız iddiaçının marağına xidmət edən mövqe sərgiləmişdir. Cavabdeh iş materiallarında olan avans ödənişlərinə istinad edərək bildirir ki, tərəflər arasında daha əvvəl hər hansı münasibətlərinin olmadığı, əvvəlki tarixlər üzrə ödənişdən sonra biletlərin ona təqdim edilmədiyi halda yenə də ödəniş etməsinə əsas verən etibarlı əlaqələrin mövcud olmadığı halda 4 aydan çox müddət ərzində iddiaçı “xxxx”xxxxcavabdeh Cavabdeh MMC-dən biletlərin tələb olunmaması, cavabdehlə birbaşa əlaqə yaratmağa çalışmaması halı məhz iddiaçının riski kimi qiymətləndirilməlidir. Cavabdeh bildirir ki, Cavabdehxxxx“xxxx” MMC ilə müqavilə münasibətlərini birbaşa deyil, üçüncü şəxs X2 vasitəsilə həyata keçirdiyindən və bu hal iddiaçı tərəfindən də qəbul edildiyindən, cavabdeh Cavabdeh MMC deyil, məhz X2 olmalıdır. Cavabdeh şikayətində prosessual normaların pozulmasına dair MPM-in 88, 217.1, 385.1.1, 386 və 387-ci maddələrinin məzmununa istinad etmiş, habelə göstərmişdir ki, hazırkı iş üzrə məhkəmə işin faktiki hallarını və təqdim olunmuş sübutları mahiyyəti üzrə düzgün və hərtərəfli qiymətləndirməmiş, sadəcə formal hallara qiymət verməklə kifayətlənmişdir.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyası MPM-in 14.1-ci maddəsinin tələbləri baxımından proses iştirakçılarına prosessual hüquq və vəzifələri izah etmiş, mübahisənin barışıq yolu ilə həll edilməsini təklif etmiş, iddiaçının nüməyəndəsi cavabdeh tərəfindən əsas borcun ən azı yarısının ödəniləcəyi təqdirdə qalan məbləğin hissə-hissə ödənilməsinin, digər tələblərdən isə imtina edilməsinin mümkünlüyü bildirmiş, cavabdehin qanuni təmsilçisi isə hazırda şirkətin maliyyə vəziyyətinin yaxşı olmadığını, hazırda yalnız tələb olunan məbləğ üzrə ayda 500 manat ödəmək imkanı olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisənin barışıq yolu ilə həll edilməsi üçün məhkəmə iclasları təxirə salınmış, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək tərəflər arasında danışıqlar aparılan zaman barışıq əldə edilmədiyini bildirmiş, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3.Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır. 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 862. Turist xidmətlərinin göstərilməsinə dair müqavilə 862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 862.3. Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. 862.4. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq olunur. Maddə 863. Turist səfərinin həyata keçirilməsi və qüsurlara görə təşkilatçının məsuliyyəti 863.1. Turist səfərinin təşkilatçısı səfəri elə həyata keçirməlidir ki, səfərin qarantiya verilmiş xassələri olsun və turist səfərinin dəyərini, yaxud adi istifadəyə və ya müqavilənin məqsədlərinə uyğun istifadəyə yararlığını istisna edən və ya azaldan qüsurları olmasın. 863.2. Bu Məcəllənin 863.1-ci maddəsində göstərilmiş qüsurlar olduqda, bu Məcəllənin 846.2-846.4-cü maddələri tətbiq edilir. Lakin müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, turist səfərinin təşkilatçısı vəziyyəti düzəltmək üçün səfər iştirakçısının ona təyin etdiyi ağlabatan müddəti ötürmüş olsun. Əgər vəziyyəti düzəltmək mümkün deyildirsə və ya təşkilatçı bundan imtina edirsə və ya müqavilənin dərhal ləğv edilməsi səfər iştirakçısının xüsusi mənafelərinə uyğundursa, müddət təyin etmək tələb olunmur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 47. Işdə iştirak edən şəxslərin hüquq və vəzifələri 47.1. Işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, hazırkı işdə tərəflər arasında turizm xidmətlərinə dair ##.##.2024-cü il tarixli müqavilənin bağlanması, həmin müqaviləyə əsasən “xxxx”xxxxsonuncunun təqdim etdiyi elektron qaimə-fakturalar əsasında aviabilet satışı ilə bağlı Cavabdeh MMC-yə 9450 manat ödəməsi, lakin həmin ödəniş müqabilində cavabdeh tərəfindən iddiaçıya aviabiletlərin təqdim edilməmədi işin mübahisəsiz halıdır.
19. Müqavilə üzrə ödənişlər edilməsinə baxmayaraq aviabilətlərin təqdim edilməməsi səbəbindən iddiaçının ödənilmiş məbləğin və faiz borcunun tutulması tələbinə dair cavabdehin etirazının və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, cavabdeh iddiaçı ilə müqavilə münasibətlərini birbaşa deyil, üçüncü şəxs X2 vasitəsilə həyata keçirmişdir, buna görə də, cavabdeh Cavabdeh MMC deyil, məhz X2 olmalıdır.
20. Həmin dəlillə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin təqdim etdiyi və məzmnu mübahisələndirilməyən X2 ilə iddiaçının əməkdaşı Elvira Babayeva arasındakı "Whatsapp" yazışmalarından görünür ki, iddiaçının əməkdaşlarına məxsus pasport məlumatları onların adına aviabiletlərin yazılması məqsədi ilə Rəfail Dostəliyevə göndərilmiş, lakin aviabiletlər təqdim olunmamışdır. Eyni zamanda X2 ilə cavabdehin əməkdaşı arasındakı "Whatsapp" yazışmalarından müəyyən olunur ki, CavabdehxxxxRəfail Dostəliyevin sifarişi əsasında iddiaçının əməkdaşı olmayan müxtəlif şəxslərin adına aviabiletlər alınaraq Rəfail Dostəliyevə təhvil verilmişdir.
21. X2 hazırkı qərarın 5-ci bəndində istinad edilən izahatının məzmunundan göründüyü kimi, tərəflər arasında turizm xidmətlərinə dair ##.##.2024-cü il tarixli müqavilə bağlandıqdan sonra o, cavabdehin qanuni təmsilçisi olan Nümayəndələ danışıqlar aparmış, aralarında olan danışıq zamanı “heç bir narahatlığın olmadığını və hər bir şeyə özünün cavabdeh olduğunu” bildirmişdir.
22. Həm qeyd edilən izahat, həm də Nümayəndə məhkəmə kollegiyasının iclasında verdiyi izahatla müəyyən olunur ki, sonuncu R.Dostəliyevlə əvvəlcədən “turizm qrupunda” tanış olmuş və hazırkı mübahisəyə əsas olmuş müqaviləni də Cavabdeh MMC R.Dostəliyevin vasitəçiliyi ilə bağlamışdır. Bununla belə iş materiallarında olan müqavilədən onun bir tərəfdən iddiaçının direktoru Taleh Zalov, digər tərəfdən isə cavabdehin direktoru Nümayəndə tərəfindən imzalandığı və hər iki hüquqi şəxsin möhürü ilə təsdiqləndiyi müəyyən olunur. Həmin müqavilənin mətnində tərəflərin öz öhdəliklərini R.Dostəliyev vasitəsi ilə icrası ilə bağlı hər-hansı bir razılaşması mövcud deyildir.
23. Işə apellyasiya qaydasında baxılarkən cavabdehin qanuni təmsilçisi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun verdiyi izahatında R.Dostəliyevi məhz iddiaçının “əməkdaşı” kimi tanıdığını bildirsə də işin yuxarıda qeyd edilən halları ilə bu izahat təkzib olunur. Bundan əlavə, Nümayəndə R.Dostəliyevi məhkəmə iclasında ifadə vermək üçün şahid qismində dəvət edəcəyini bildirməklə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq o, şahidi ifadə vermək üçün təqdim etməmiş, bu barədə vəsatət verməmişdir.
24. Beləliklə, hazırkı işdə cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli müqaviləyə əsasən yaranmış öhdəliyə uyğun olaraq iddiaçı tərəfindən alınacaq aviabiletlərə görə ödənişlər üçün elektron-qaimə fakturalar təqdim edilmiş, edilmiş ödənişlər müqabilində aviabiletlərin məhz iddiaçının əməkdaşlarının adına verilməli olmasından cavabdehin qanuni təmsilçisi Nümayəndə məlumatlı olmuş, lakin müqavilə şərtlərinə və Mülki Məcəllənin öhdəliklərin icrası ilə bağlı yuxarıda istinad edilən normalarına əməl edilməməklə öhdəlik icra olunmamışdır.
25. Beləliklə, hazırkı iş üzrə cavabdeh Mülki Məcəllənin 448.4-cü maddəsində nəzərdə tutulmuş qaydada pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirə bilmədiyindən öhdəliyin pozulmasına görə məsuliyyət daşıyır.
26. Belə olan təqdirdə kollegiya Mülki Məcəllənin 425, 433, 443.1, 445.2.1, 443.7, 443.9 və 448.1-ci maddələrinin tələbləri baxımından bu qənaətə gəlir ki, cavabdeh müqavilə üzrə dəyəri ödənilmiş aviabiletləri iddiaçıya təqdim etməkdən ibarət olan vəzifələrinin icrası ilə bağlı “...vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə” hərəkət etməmiş, bu vəzifənin icrası ilə bağlı onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyan tərəf kimi öhdəliyini kreditora və ya icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməmiş, icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb etmədiyindən bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşımaqla kreditora – yəni iddiaçı “xxxx” MMC-yə dəymiş zərərin əvəzini ödəməyə borcludur.
27. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iddia tələbi üzrə cavabdehin məhz Cavabdeh MMC olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh müqavilə üzrə öz öhdəliyini icra edərkən onun riskləri çərçivəsində biletlərin sifarişçiyə çatdırılmamasına görə şəxsən məsuliyyət daşımışdır. Bu səbəbdən də apellyasiya şikayətinin müvafiq dəlilləri əsassızdır və təmin edilməməlidir.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.