Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2651/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Baloğlan qızına; iddiaçı Cavabdeh Baloğlan qızının cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: xususi mülkiyyətdə olan yaşayış sahəsinə istifadə hüququnun yaranması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və nümayəndəsi İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Baloğlan qızı və nümayəndəsi nümayəndə1 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Baloğlan qızına qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Baloğlan qızının ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı (Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İşin halları
1. İş üzrə tərəflər İddiaçı Cavabdeh Baloğlan qızı bacı-qardaşdırlar. Mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s ev 26, mənzil 52 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Baloğlan qızının adına dövlət qeydiyyatına alınmışdır və hazırda da onun mülkiyyətindədir. İddiaçı ##.##.2008-ci il tarixdən həmin ünvana pasport qeydiyyatına düşmüş, hazırda isə həmin mənzildə yaşamır.
Birinci instansiya məhkəməsində icraat
2. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Baloğlan qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D”y/s, ** saylı evin ** nömrəli mənzilə istifadə hüquqlarının tanınması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İlkin iddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Baloğlan qızı onun bacısıdır. O, bacısının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” y/s, ** saylı evin, ** nömrəli mənzilində daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla 1997-ci ildən 2022-ci ilə qədər faktiki olaraq yaşamış və onunla birlikdə birgə təsərrüfat idarə etmişdir. Sözügedən mənzili bacısı öz şəxsi vəsaiti hesabına deyil, ata mülkləri olan Bakı şəhəri, Gəncə prospekti, ev 47a, ** nömrəli mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına əldə etmişdir. Bacısı ona söz vermişdir ki, “ata mülkü satıb sənə də ev almaq üçün köməklik edəcəm”. Lakin cavabdeh ata mülkləri olan mənzili sataraq özünə qeyd olunmuş ünvanda yerləşən bu evi almış və ona isə ev almaq üçün heç bir köməklik etməmişdir. O, mübahisə predmeti olan bu mənzildə bacısı və onun ailə üzviləri ilə birlikdə yaşamağa başlamışdır. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhər İH-nin MKTİ-nin *** nömrəli Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş **-*** nömrəli, ##.##.2025-ci il tarixli arayışından da göründüyü kimi həmin mənzildə pasport qeydiyyatındadır və ##.##.2022-ci il tarixə qədər, yəni 25 il həmin mənzildə yaşamışdır. Lakin sonradan bacısı ilə münasibətləri pisləşmiş və o, məcbur olub hazırda yaşadığı evə köçmüşdür.
4. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Baloğlan qızı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil ##.##.1997-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi 101884). Həmin tarixdən göstərilən mənzilin mülkiyyətçisidir və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Əvvəllər qardaşı da onunla birlikdə həmin mənzildə yaşayırdı. ##.##.2022-ci il tarixdə qardaşı özünə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz evə köçüb orada yaşayır. Bu halı təsdiq edəcək sübutları iddia ərizəsinə əlavə etmişdir. Qardaşına evindən qeydiyyatdan çıxması üçün dəfələrlə müraciət etmişdir, lakin evindən qeydiyyatdan çıxmaq istəmir. Onun qeydiyyatdan çıxarılması ilə bağlı tərəfindən Suraxanı Rayon Polis İdarəsinə müraciət olunmuş və müraciətinin müsbət həlli mümkün olmadığından ona məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Qardaşının ona məxsus mənzildə qeydiyyatda olması əlavə kommunal xərclərə yol açır və evlə bağlı sənədləşmə işlərində ona maneələr yaradır. Həmçinin onun mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qaldığına görə mülkiyyəti üzərində sərbəst şəkildə sərəncam verə bilmir. Beləliklə də, hesab edir ki, məhkəmə tərəfindən cavabdehin ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməlidir.
6. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşılıqlı iddia tələbinə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, məhkəməyə təqdim etdiyi iddia ərizəsində də iddia tələbinin qanuni olduğunu kifayət qədər əsaslandırmışdır. Belə olan halda cavabdeh X3 belə qaışılıqlı iddia tələbi irəli sürməsi tamamilə absurddur. Yəni, mübahisə predmeti olan mənzilə hələ ki, mövcud olmayan istifadə hüququnun xitam verilməsini məhkəmədən tələb etmək tamamilə absurd və məntiqsiz olmaqla yanaşı, eyni zamanda qanunsuzdur. Cavabdeh belə bir tələb irəli sürməkdə subyektiv hüquqa malik deyildir. Əgər gələcəkdə məhkəmə tərəfindən onun həmin mənzilə istifadə hüququ tanınarsa, yalnız bundan sonra bacısı ona qarşı həmin tələblə məhkəməyə müraciət edə bilər. İndiki halda isə sözügedən mənzilə dair olmayan istifadə hüququna xitam verilməsinə dair məhkəməyə iddia verilməsi nəinki qanuni baxımdan düzgün deyil, eyni zamanda tamamilə absurd və məntiqsizdir. Odur ki, bu qarşılıqlı iddia ərizəsi qanunsuz və əsassız olduğundan rədd edilməli və onun qanuni iddia ərizəsi təmin olunmalıdır.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə həm ilkin, həm də qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
8. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh Baloğlan qızının adına ##.##.1997-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İş üzrə tərəflər bacı-qardaşdır. İddiaçı iddia ərizəsində həmin mənzildə 1997-ci ildən fasiləsiz yaşadığını qeyd etsə də, tərəflərin izahatından, elecə də İddiaçı ##.##.2025-ci il tarixdə məhkəmə iclasında verdiyi izahatından (##.##.2025-ci il tarixli məhkəmə iclasının 07:35-ci dəqiqəsində) müəyyən edildi ki, mülkiyyətçinin qardaşı olan İddiaçı 2008-ci ildən həmin ünvanda qeydiyyata düşməklə, həmin tarixdən mübahisəli ünvanda yaşamışdır. Odur ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq olunmalıdır.
9. İş materiallarından da göründüyü kimi, tərəflərin mənzildən istifadə hüququ barədə notarial qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyil. Həmçinin o, mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvləri kateqoriyasına aid deyil. İddiaçı tərəfindən yaşayış sahəsindən istifadə hüquqlarının əmələ gəlməsi və ya davam etdirilməsi ilə bağlı razılaşma və ya bu hüququn saxlanmasına əsas ola biləcək hallar üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Onun həmin fərdi mənzildə qeydiyyatda olması isə istifadə hüququn yaranması üçün əsas deyil. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli yaşayış sahəsindən istifadə hüququ olmadığından ilkin iddia tələbi təmin edilə bilməz.
10. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, qarşılıqlı iddi üzrə iddiaçı Cavabdeh Baloğlan qızı cavabdeh İddiaçı mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini tələbini irəli sümüşdür. Yuxarıda sadalananlardan isə müəyyən olunur ki, İddiaçı mübahisə predmeti olan mənzilə istifadə hüququ yaranmamışdır. Odur ki, yaranmayan hüquqa xitam verilməsi halı da mümkün deyildir.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız hesab edilsə belə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənzilə istifadə hüququ olmadığından hazırkı qətnamə onun Cavabdeh Baloğlan qızına məxsus mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir.
12. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2 və 228.5-ci maddələrinə; “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2001-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri
13. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və onun iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh Baloğlan qızı onun bacısıdır. O, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “D” yeni Günəşli qəsəbəsi, “D” y/s, ** saylı evin ** nömrəli mənzilində daimi yaşayış yeri üzrə qeydiyyatda olmaqla 1997-ci ildən 2022-ci ilə qədər faktiki olaraq yaşamış və onunla birlikdə birgə təsərrüfat idarə etmişlər. Qeyd etmişdir ki, sözügedən mənzili o öz şəxsi vəsaiti hesabına deyil, onların ata mülkü olan Bakı şəhəri, Gəncə prospekri, ev 47a, ** nömrəli mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına əldə etmişdir. Bacısı ona söz vermişdir ki, ata mülkü satıb ona da ev almaq üçün köməklik edəcək. Lakin cavabdeh ata mülkü olan mənzili sataraq özünə yuxarıda qeyd olunmuş ünvanda yerləşən bu evi aldı və ona isə ev almaq üçün heç bir köməklik etmədi. O, mübahisə predmeti olan bu mənzildə bacısı və onun ailə üzvləri ilə birlikdə yaşamağa başladı. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhər İH-nin MKTİ-nin *** nömrəli Mənzil Tikinti kooperativi tərəfindən verilmiş **-*** nömrəli, ##.##.2025-ci il tarixli arayışından da göründüyü kimi həmin mənzildə pasport qeydiyyatındadır və ##.##.2022-ci il tarixə qədər, yəni 25 il həmin mənzildə yaşamışdır. Lakin sonradan bacısı ilə münasibətləri pisləşmiş və o, məcbur olub hazırda yaşdığı evə köçmüşdür. Cavabdeh Baloğlan qızının ona qarşı verdiyi qarşılıqlı iddia ərizəsindən də göründüyü kimi cavabdeh mübahisə predmeti olan mənzildən onun istifadə hüququna xitam verilməsini tələb edir. Yəni, belə qənaətə gəlinir ki, onun bu mənzildə istifadə hüququ mövcuddur və onun tərəfindən qəbul olunmuşdur. Əslində isə həmin mənzilə istifadə hüququnun tanınıb-tanımamasına hələ məhkəmə tərəfindən qiymət veriləcəkdir. Belə olan halda cavabdeh Cavabdeh Baloğlan qızının belə qarşılıqlı iddia tələbi irəli sürməsi tamamilə absurddur. Yəni, mübahisə predmeti olan mənzilə hələ ki, mövcud olmayan istifadə hüququnun xitam verilməsini məhkəmədən tələb etmək tamamilə absurd və məntiqsiz olmaqla yanaşı, eyni zamanda qanunsuzdur. Konkret deyilsə, cavabdeh Cavabdeh belə bir tələb irəli sürməkdə subyektiv hüquqa malik deyildir. Əgər məhkəmə tərəfindən onun həmin mənzilə istifadə hüququ tanınarsa, yalnız bundan sonra ona qarşı həmin tələblə məhkəməyə müraciət edə bilər. İndiki halda isə bir daha qeyd etmişdir ki, onun sözügedən mənzilə dair olmayan istifadə hüququna xitam verilməsinə dair məhkəməyə iddia verilməsi nəinki qanuni baxımdan düzgün deyil, eyni zamanda tamamilə absurd və məntiqsizdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və nümayəndəsi İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. 17.Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Baloğlan qızı və nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etmişlər.
Apellyasiya baxışının hədləri
18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 19.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 20.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 21.Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, onun iddia tələbinin təmin edilməsi xahiş edilir. Kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyasının
22.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
23.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
24.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 26.157.4-cü maddəsinə əsasən sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 27.228.1-ci 228.2-ci 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. 28.560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 29.560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına görə, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
31.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 32.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 33.217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
34.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 35.İşin müəyyən olunan faktik halları baxımından iddia tələbinin maddi hüquqi əsası ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il ########ın #-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 36.İşə baxmış məhkəmə də mübahisəli mənzilin ##.##.1997-ci il tarixdə 21166 nömrə ilə cavabdehin adına dövlət qeydiyyatına alındığını, iddiaçının isə həmin mənzilə daimi yaşamaq üçün 2006-cı ildən (boşandıqdan sonra) köçüdüyünü nəzərə alaraq, mübahisənin həllinə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etmişdir. Məhkəmənin gəldiyi nəticə Mülki Məcəllənin 228ci maddəsinin dispozisiya şərtlərinə uyğundur. 37.Belə ki, Mülki Məcəllənin həmin maddəsinin məzmunundan aydın olur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə yaşayan ailə üzvlərindən yalnız ər, arvad, valideynlər və uşaqlar yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdirlər və onların istifadə hüququnun tanınması üçün notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunmur. Həmin maddədə göstərilən digər şəxslərin istifadə hüququnun yaranması üçün isə notarial qaydada təsdiq olunmuş müqavilə tələb olunur. Lakin iş materiallarına əsasən tərəflərin arasında belə razılaşmanın mövcud olması müəyyən edilməmişdir. 38.Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə iddiaçının istinad etdiyi hallar onun mübahisəli mənzilə istifadə hüququnun yaranmasını əsaslandırmır. Həmin hallar, mahiyyət etibarilə, qarşı tərəfə məxsus mənzildə paya və həmin payın əvəzində kompensasiya almaq hüququna malik olması barədə mövqeyi ilə bağlıdır. Belə ki, iddiaçı əsasən cavabdehin ata mülkünü sataraq ona ev almaqda kömək edəcəyi barədə vədə əməl etmədiyinə istinad edir. İşin müəyyən olunmuş hallarına görə də, iddiaçı öz iradəsi ilə uzun müddətdir başqa ünvanda daimi yaşayır və hazırda yaşayış sahəsinə olan tələbatının ödənilməsi üçün mübahisəli mənzilə ehtiyacı yoxdur. 39.Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 40.Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir. 41.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Abdıyev Rəna Qafarova