Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4228/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2005-ci il tarixli, 2- ***/**** saylı qətnaməsindən Maraqlı şəxs İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “mənzilin yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Məmmədəliyev 2 küçəsi, * saylı evin ** saylı mənzilin yaşayış sahəsinə istifadə hüququnun tanınmasına və həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *-***/**** saylı iş üzrə qəbul etdiyi ## ##### 2005-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Məmmədəliyev -2 küçəsi, * saylı evin ** saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınaraq pasport qeydiyyatına alınması və həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanılması Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. ##.##.2026-cı il tarixdə Maraqlı şəxs İsfəndiyar oğlu apellyasiya şikayəti ilə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *-***/**** saylı iş üzrə qəbul etdiyi ## ##### 2005-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küç. ev 1, mənzil 18-ə istifadə hüququnun tanınmasına və həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *-***/**** saylı ##.##.2005-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev-2 küç. * saylı evin ** saylı mənzilinin yaşayış sahəsinə istifadə hüququ tanınaraq passport qeydiyyatına alınması və həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanılmasının Sabunçu rayon İcra Hakimiyyətinə həvalə edilməsi qət edilmişdir. Qətnamədən narazıdır. İddiaçı iddia etdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev-2 küç. * saylı evin ** saylı mənzili Maraqlı şəxs atası İsfəndiyar Alıyevə məxsus olmuş, onunla icarə müqaviləsi bağlanmış, icarə müqaviləsi qüvvədə olduğu halda həmin ünvana məcburi köçkün kimi köçərək yaşayan İddiaçı həmin ünvana icarə müqaviləsi bağlaması onun atasının və ailə üzvlərinin maraqlarına toxunmuşdur. Hazırda qətnamə barədə məlumatları olmuş, atası vəfat etdiyi üçün vərəsəlik haqqında şəhadətnamə almış və hazırda atasının vərəsəsi kimi mübahisəli qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verir. Qətnamə barədə nə mərhum atasına, nə də ona məlumat verilməmişdir. Belə ki, qətnamə hüquqlarını pozmuşdur. Hesab edirəm ki, həmin qətnamə əsassız olduğundan ləğv olunmalıdır. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin mənzilin icarədarı mərhum həyat yoldaşı Maraqlı şəxs İsfəndiyar oğlunun atası İsfəndiyar Alıyev olmuşdur. Onun ailə üzvləri kimi onunla birlikdə təsərüfat aparmışdır. Hər hansı hüququna xitam verilməmişdir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Lakin müqaviləni ləğv etmək üçün əsaslar mövcud deyildi. Məcburi köçkün məskunlaşdığı üçün hələ atası evdən kənarlaşdırılmışdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyildir. Hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə işi araşdırmadan birtərəfli qaydada yalnız iddiaçının təqdim etdiyi yalnış məlumatlara və əsası olmayan sənədlərə istinad etməklə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Belə ki, mərhum atası İsfəndiyar Alıyev həmin ünvanda ailə üzvləri ilə yaşamışdır. Həmin ünvana görə onunla Sabunçu Rayon XDS İcraiyyə komitəsi arasında tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin tarixdən də orda yaşamışdır. Lakin hazırki iddiaçı İddiaçı ailə üzvləri ilə məcburi köçkün gəldikdən sonra iddiaçının yaşayış hüququ pozulmuş, İddiaçı məcburi köçkün kimi həmin ünvanda məskunlaşmışdır. O, həmin ünvandan yalnız məcburi köçkün kimi istifadə etmiş, heç bir yaşayış və istifadə hüuqu əldə etməmişdir. Həmin dövrə komunal xidmətlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət hesabına ödənilmişdir. Eyni zamanda məcburi köçkünlərin məskunlaşdıqları ünvanlardan çıxarılması torpaqların işğaldan azad edilməsindən sonra mümkün olacağı barədə göstəriş verilmişdir. Lakin İddiaçı Dövlətin humanist addımlarından sui istifadə edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəlivev-2 küç. * saylı evin ** saylı mənzilini mənimsəmək qərarına gəlmişdir. Guya o, mənzildən açıq, fasiləsiz və vicdanla istifadə etmişdir. Mənzil sahibinin və İcra Hakimiyyətinin humanist davranışlarının qarşılığında ona yaşamaq üçün etibar edilmiş mənzili ələ keçirmək vicdanlı əldə etmək sayıla bilməz. O, zatən məcburi köçükün kimi orada məskunlaşdığından daimi yaşamalı idi. Ancaq bu ona istifadə hüququnun tanınması və onunla icarə müqaviləsinin bağlanmasına əsas ola bilməzdir. Onunla icarə müqaviləsinin bağlanması qanunsuz və əsassızdır. Təbii ki, o, buna məhkəmənin ##.##.2005-ci il tarixli qətnaməsi ilə nail olmuşdur. Hazırki nıübahisələndirdiyi qətnamə heç bir maddi və prosessula hüquq normalarına əsaslanmamışdır. Ümumiyyətlə anoloji qaydada qəbul edilmiş hansısa qərara istinad edilməmişdir. İddiaçı məcburi köçkün olmasını məhkəmədən gizlətmiş və təəssüf ki, məhhkəmə də bununla bağlı heç bir araşdrıma aparmamışdır. Mənzilin icra müqaviləsi əsasında icarədər kimi mərhum atası İsfəndiyar Alıyev çıxış edir. Lakin məhkəmə tərəfindən onun iştirakı təmin edilmir. İşə 3-cü və ya maraqlarına toxunan şəxs kimi cəlb edilmir. Təbii ki, iddiaçı məhkəmədən sonrada etdiyi bu hərəkətləri gizlədir. Hətta ərazinin MKİS-nin bu sənəddən məlumatı olmur. Çünki 2019-cu il tarixdə tərəfindən MKİS-ə müraciət edilir və cavabında həmin ünvanda məcburi köçkünlərin məskunlaşdığı bildirilir. Halbuki, Məcburi Köçkün ailəsi yaşadığı evi ələ keçirir və onunla icra Hakimiyyətinin bağladığı müqavilə qüvvədə ola-ola məhkəmə bununla bağlı icra hakimiyyətinə müraciıt edərək həmin müqaviləni ələd etmir və sübut kimi qiymətləndirmir. Eyni zamnda atamı 3-cü şəxs kimi işə cəlb etmir. Təbii ki, mərhum atası da səbrsizliklə Məcburi Köçkünlərin torpaqlarının qaytarılacağı günü gözləyir. Təbii ki, torpaqları işğaldan azad olunduqdan sonra mərhum atasının ailə üzvləri də məcburi köçkünlərin qayıdacağına sevinir. Lakin bu sevinc çox çəkmir. 2025-ci ilin mart ayında artıq iddiaçı ailə üzvlərinin həmin evdən istifadə hüuqunun itirilməsi barədə məhkəməyə müraciəı edir və qeydiyyatdan çıxarılırlar. Həmin vaxtı məhkəməyə gələndə artıq qərar qüvvəyə minməsi və icra olunması məlum olur. Bundan sonra məhkəmənin qətnaməsi ilə istifadə hüuqlqrı itirilərkən hazırki mübahisəli qətnaməyə istinad edilmişdir. Bundan sonra qətnamə əldə edilir və qanunla nəzərdə tutulmuş qaydada və müddətdə apellyasiya şikayəti verilir. Məhkəməyə atasının hüquqi varisi kimi müraciət edir. Bununla bağlı vərəsəlik şəhadətnaməsi mövcuddur. İddiaçı qeyd edir ki, onun yaşadığı mənzilə guya cavabdehlər qanunsuz olaraq qeydiyyata düşmüşlər. İddiaçının bu fikri tamamilə əsassızdır. Göründüyü kimi onun hansı əsasla qeydiyata düşməyi göz qabağındadır. Çünki iddiaçı Füzuli rayonundan məcburi köçkün gəlmiş, evi zəbt edərək həmin ünvanda yaşamışdır. Sabunçu Rayon Məhkəməsinin *-***/**** saylı ##.##.2005-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması ilə bağlı iclas təyin edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ##### 2005-ci il tarixli, 2- ***/**** saylı qətnaməsindən Maraqlı şəxs İsfəndiyar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qərardadından şikayət verərək onun ləğv edilməsi və apellyasiya şikayətinin mümkünsüz hesab edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verən şəxs Maraqlı şəxs İsfəndiyar oğlunun apellyasiya şikayəti mümkünsüz hesab edilərək mövcud qərardad ləğv olunmalıdır. ünvan 1 ünvanında yerləşən mənzildə 1997-ci il tarixdən 2005-ci ilədək mərhum Alıyev İsfəndiyar Abbas oğluna hər ay o, dövrü ki, manatla 20.000 ( iyirmi min) manat kirayə haqqı verərək yaşamışdır. Həmin Bakı şəhəri, Sabunçu qəsəbəsi, Məmmədəliyev 2 küçəsi,ev 1,mənzil 18 ünvanında yerləşən 1 otaqlı evi ##.##.2005-ci il tarixdə apellyasiya şikayəti verən şəxsin atası Alıyev İsfəndiyar Abbas oğlundan 2500 ( iki min beş yüz) ABŞ dollarına almışdır. Beləliklə, bütün bunları təsdiq edən aktların surətləri mövcuddur. 2500 ABŞ dollarının 1300 ( min üç yüz) ABŞ dollarını ##.##.2005-ci ildə bilavasitə mərhum Alıyev İsfəndiyar Abbas oğluna həmin evdə verdi, qalan 1200 ( min iki yüz) ABŞ dollarını isə həmin ilin dekabr ayında yenə bilavasitə Alıyev İsfəndiyara verdi. Apellyasiya şikayətini verən şəxsin apellyasiya şikayətində qeyd etdikləri qaçqın kimi zəbt etməyi açıq aşkar yalandı- mübahisəli mənzili zəbt etməmiş, qarşılıqlı razılıq əsasında 2.500 ( iki min beş yüz) ABŞ dollarına almışdır. Onu da bildirir ki, məhkəməyə təqdim olunmuş Sabuçu rayon ** saylı MKİS-nin 2019-cu il tarixli saxta arayışı həqiqəti əks etdirmir. Bununla bağlı Bakı şəhər Sabunçu Rayon Prokurorluğuna müraciət olunacaq. Mübahisəli mənzildə əvvəllər hər ay kirayə haqqı ödəyərək yaşamış, daha sonra mərhum Alıyev İsfəndiyar Abbas oğlu ilə qarşılıqlı razılığa əsasən 2.500 ( iki min beş yüz) manat faktiki alqı-satqı edərək almışdır. Həmin mənzili aldıqdan sonra əsaslı təmir tikinti işləri görərək əlavə bir otaq və eyvan tikdirdi. Bu günədək Bakı şəhərində görünməyib ki,hansısa qaçqın zəbt etdiyi mənzildə müvvəqqəti yaşamasını bilərək əsaslı tikinti apararaq əlavə otaqlar inşa etdirib. Bu günədək Bakı şəhərində görünməyib ki, hansısa qaçqın zəbt etdiyi mənzildə müvvəqqəti yaşamasını bilərək əsaslı tikinti apararaq əlavə otaqlar inşa etdirib. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək almış olduğu mənzilə yaşayış sahəsinə istifadə hüququnun tanınması və həmin mənzilə dair onunla icarə müqaviləsinin bağlanmasını xahiş etdi. Sabunçu Rayon Məhkəməsi iddia ərizəsinə əlavə olunmuş sənədlərə qiymət verərək ##.##.2005-ci il tarixdə *-*** saylı iş üzrə iddiamı tam təmin edərək qətnamə qəbul etmişdir. İddia ərizəsinə mərhum Alıyev İsfəndiyar Abbas oğlunun razılıq ərizəsi və aktların surətləri əlavə olunmuşdur. Sözügedən qətnamə 2005- ci ildə qəbul olunsa da 2025-ci il tarixdə onunla Sabunçu rayon İcra Hakimiyyəti ilə kirayə müqaviləsi bağanmışdır. Apellyasiya şikayəti verən şəxsin atası Alıyev İsfəndiyar Abbas oğlu 2009-cu ildə dünyasını dəyişib. Həmin ildə kirayə müqaviləsidə qüvvədən düşüb. Apellyasiya verən şəxs Maraqlı şəxs İsfəndiyar oğlu heç vaxt mübahisəli mənzildə yaşamayıb və mərhum atasının mübahisəli mənzili ona satmasını bilirdi. Eyni zamanda Maraqlı şəxs İsfəndiyar oğlu atasının ölümündən sonra 16 il ərzində vərəsə kimi zamanında gəlib kirayə müqaviləsini onunla bağlanmasını Sabunçu rayon İcra Hakimiyyətindən xahiş etməmişdir. Bu 20 il ərzində Maraqlı şəxs İsfəndiyar oğlu bir dəfə də olsun polisə və məhkəməyə onu mənzildən çıxarılmasına dair müraciət etməmişdir. Maraqlı şəxs İsfəndiyar oğlunu 2005-ci ilin qətnaməsindən xəbəri varıydı. Sabunçu Rayon Məhkəməsi apellyasiya şikayətini mümkünsüz hesab etməli olduğu halda, Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadında qeyd olunur ki, Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısının ##.##.1996-cı il tarixli *** nömrəli sərəncamı sözügedən mənzil ilə bağlı hazır ki, qətnamədən öncə Alıyev İsfəndiyar Abbas oğlunun kirayə müqaviləsi bağlamaq hüququ olmuşdur və işə baxılan zaman Alıyev İsfəndiyar Abbas oğlu tərəf kimi işə cəlb edilmədiyindən, sözügedən qətnamə Alıyev İsfəndiyar Abbas oğlunun vərəsəsinin hüquq və vəzifələrinə toxunduğu müəyyən edilməli və Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin *-***/**** saylı iş üzrə qəbul etdiyi ## ##### 2005-ci il tarixli qətnaməsindən Alıyev İsfəndiyar Abbas oğlunun vərəsəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilsin. Apellyasiya şikayəti verən şəxs Maraqlı şəxs İsfəndiyar oğlu mərhum atasının mübahisəli mənzili ona satmasını bilirdi, atası ilə birgə yaşamadıqlarından birgə təsərufat aparmamış və 2005-ci ilin qətnaməsindən xəbəri varıydı. Maraqlı şəxs İsfəndiyar oğlunun vermiş olduğu apellyasiya şikayətinə qarşı müdafiə mövqeyini müəyyən etmək zərurəti yarandığından Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə rəsmi ərizə ilə müraciət edərək iş materiallarını surətini ona təqdim olunmasını xahiş etsə də Sabunçu Rayon Məhkəməsi ##.##.2026-cı il tarixdə yazılı cavab olaraq bildirmişdir ki, işin saxlanılma müddəti bitdiyindən ekspert komissiyası tərəfindən ekspertiza olunaraq məhv edilmişdir. Sabunçu Rayon Məhkəməsi mövcud qərardadı ilə apellyasiya şikayətini mümkün hesab edir digər tərəfdəndə müddətin keçməsini əsas gətirərək onun məhkəmədə müdafiə mövqeyini, hüquqlarının həyata keçirilməsini məhdudlaşdıraraq Sabunçu Rayon Məhkəməsi iş materiallarının ekspertiza olunaraq məhv olunmasını bildirir. Maraqlı şəxs İsfəndiyar oğlunun ##.##.2005-ci il tarixli, ***/**** saylı qətnamədən xəbəri varıydı və bu hal sübuta yetirilmədi. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkıməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İş üzrə hər hansı daxil olmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, hər hansı subyektin qəbul edilən məhkəmə aktı ilə hüquq və vəzifələrinə toxunan subyekt kimi tanınması üçün məhz işə məhkəmədə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. Maraqlarına toxunan şəxs Maraqlı şəxs İsfəndiyar oğlu ərizəsində bu zərurəti əsaslandırmış və qətnamənin onun hansı maraqlarına toxunduğunu izah etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, ərizədə göstərilən dəillər əsaslı olmaqla mübahisələndirilən qətnamənin Maraqlı şəxs İsfəndiyar oğlunun maraqlarına toxunması halı mövcuddur. Bu səbəbdən kollegiya birinci instansiya məhkəməsinin Maraqlı şəxs İsfəndiyar oğlunun qətnamə ilə hüquq və maraqlarına toxunan şəxs qismində tanınması və onun apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qənaəti ilə razılaşır. Şikayətin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, onlar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(3-6)-4228/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4228/2026
09.09.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver