Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № e-2(3-10)-634/2026 02.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və mənzildən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: istifadə hüququ) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və X2 ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzildən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlin köçdüyü Şəki şəhər, N.Nərimonaov küçəsi, * saylı ünvanında yerləşən evə azyaşlı uşaqları ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 ilə birlikdə istifadə hüquqlarının tanınması, evdən istifadə etməklərinə cavabdeh tərəfindən edilən manelərə qadağa qoyulması və dövlət rüsümü kimi ödənilmiş 50 manat, mediasiya xərci ilə bağlı ödənilmiş 60 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## ##### 2017 –ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olaraq ailə qurub. Nikahları həmin tarixdə Şəki rayonu Qeydiyyat şöbəsində bağlanıb və nikahın bağlanması haqqında akt qeydləri kitabında 52 nömrə ilə qeyd edilib. O, nikaha daxil olduqdan sonra qayınatası X6 atası Kərimov Qurbanın adına ünvan 4 ünvanında olan mənzilə gəlin köçüb. Sözügedən evin mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd yoxdur, evlə bağlı yalnız ##.##.2006-cı il tarixdə vəfat etmiş qayınatası X6 adına texniki pasport işlənib hazırlanmışdır ki, bu da hüquqmüəyyənedici sənəd deyildir. Onların birgə nikahlarından 2 uşaqları ##.##.2018-ci il təvəllüdlü X3, ##.##.2020-cı il təvəllüdlü X4 olub. Mənzilin əvvəlki mülkiyyətçisi olmuş idddiaçının qaynatası ##.##.2006-cı ildə vəfat edib. Ər-arvad arasında münasibətlərin gərginləşməsi səbəbindən o, cavabdehin oğlu ilə nikahlarını pozmaq qərarına gəlib və 2017- ci il aprel ayından bu günədək ünvan 1 ünvanında yerləşən mənzildə yaşayır. Şəki Rayon Məhkəməsinin ##.##.2025-ci il *(***)***/**** nömrəli qətnaməsi ilə onunla X5 arasında bağlanmış nikah pozulub. Hazırda qaynanası onun və övladlarının həmin mənzildə yaşamasına müxtəlif yollarla maneələr törədir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmiş, buna görə də, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Şəki Rayon Məhkəməsinin (Hakim A.Mövlayev) ## ##### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzildən istifadəyə cavabdeh tərəfindən yaradılan maneələrin ona qadağan edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, çəkilmiş 110 (bir yüz on) manat məhkəmə xərcinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı ## ##### 2017-cu il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuş, aralarında bağlanmış nikah ##.##.2025- ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş uşaqlarının onun himayəsinə verilməsi qət edilmişdir. Bundan başqa cavabdeh iddiaçının keçmiş qaynanasıdır. İddiaçı nikaha daxil olduqdan sonra ünvan 2 ünvanında yerləşən mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşayır. Lakin hazırda iddiaçı iddia edir ki, mübahisəli mənzil onun qaynanasının olmaqla qaynanası olan cavabdeh tərəfindən onların həmin mənzildə yaşamaqlarına maneələr törədilir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə ilk nöbvədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsi”nə dair ## ####### 2013cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin qaynanası olan cavabdehə məxsus olduğunu bildirsə də, mənzilə dair hər hansı sənədi məhkəməyə təqdim etməmiş, məhkəmə sorğusu əsasında cavabdehə məxsus hər hansı mənzilin olmadığı müəyyən olunmuşdur.
9. Bundan başqa mənzilin cavabdehə məxsus olduğunu güman etsək o zaman iddiaçının həmin mənzilə 2017-ci ildə nikah bağladıqdan sonra köçdüyünü nəzərə alaraq məhkəmə qeyd edir ki, tərəflər arasında münasibət 2009-cu il #######ın #-dən sonra yarandığından hazırki mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin keçmiş gəlini olmaqla Mənzil Məcəlləsinin 30.1-ci maqddəsi ilə nəzərdə tutulmuş şəxslər kateqoriyasına aid olmamış, mənzildən istifadə hüquqlarının əmələ gəlməsi üçün cavabdehlə notariat qaydada saziş bağlanmamış və onun mənzilə istifadə hüquqlarının olması dövlət reyestrində qeydə alınmamışdır. Demək ki, iddiaçı hətta həmin mənzilə köçüb orada yaşasa da, onun həmin mənzilə istifadə hüquqları yaranmamışdır.
11. Bundan başqa məhkəmə qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərində göstərilən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
12. Qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd etmişdir ki, əvvəla iddiaçının tələbində mübahisələndirdiyi mənzilin cavabdehin xüsusi mülkiyyətində olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Mübahisəli mənzilin cavabdehin mülkiyətində olduğunu güman etsək belə iddiaçının qanunun tələblərinə əsasən həmin mənzilə istifadə hüquqları yaranmamışdır. Bununla belə hazırki dövrə qədər iddiaçının 2025-ci ilin aprel ayında cavabdehin oğlu ilə olan nikahı pozulsa da, həmin mənzildə yaşamasına icazə verilərək onun özünə yaşamaq üçün başqa yaşayış sahəsi tapmasına kifayət qədər şərait yaradılmışdır.
13. Bundan başqa məhkəmə onu da qeyd edir ki, mübahisəli mənzilin kimin mülkiyyətində olmasına dair məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilmədiyindən iddiaçının azyaşlı övladlarının mənzilə istifadə hüquqlarının yaranıb-yaranmamasına hər hansı hüquqi qiymət verilməsi mümkün deyildir. Göründüyü kimi iddia tələbinin faktiki və hüquqi əsasları mövcud olmadığından məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlir.
14. İşdə olan ##.##.2025-ci il tarixli 1940972114 ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumu olmaqla, cəmi 110 manat məhkəmə xərci çəkmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 110 manat məhkəmə xərci iddiaçının özünə aid edilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsi”nə dair ## ####### 2013-cü il tarixli qərarı, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2015-ci il tarixli Qərardadı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1, 68.3, 68.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki halları tam, obyektiv və hərtərəfli araşdırılmamış, dəlillər məhkəmə tərəfindən qəbul edilməmiş, sübutlar əlaqəli şəkildə qiymətləndirilməmiş, ziddiyyətli məqamlar aydınlaşdırılmamış, qanun səhv təfsir olunmuş, tətbiq edilməli qanunu tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. 18.Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2017-ci ildə yarandığına və mübahisə olunan ev müvafiq dövlət qeydiyyatına alınmadığına, mülkiyyətçisi olmadığına görə tərəflər arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisə ## ####### 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməlidir.
19. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2 (*-***)-***/**** saylı qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı İddiaçı və cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29 (hissə III) Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
24. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qızların ogey ata və ananı saxlamaq vəzifəsi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları:
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarı.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarı.
28. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
29. 47. “Akimova Azərbaycana qarşı” iş üzrə ##.##.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə ##.##.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə ## ### 2003-cü il tarixli qərarlarında Avropa İnsan Haqları Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X14 Haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 10 aprel 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*- ***)-***/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ## ##### 2017-cu il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından ##.##.2018-ci il təvəllüdlü X3 və ##.##.2020-ci il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibəti pozulmuş, nikah ##.##.2025- ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş uşaqlarının onun himayəsinə verilməsi qət edilmişdir. İddiaçı nikaha daxil olduqdan sonra ünvan 2 ünvanında yerləşən mənzilə köçmüş və hazırda da həmin mənzildə yaşayır. Mənzilə dair ##.##.2006-cı il tarixdə vəfat etmiş qayınatası X6 adına texniki pasport işlənib hazırlanmış, lakin sözügedən ev daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydə alınmamışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2017-ci ildə yarandığına və mübahisə olunan ev müvafiq dövlət qeydiyyatına alınmadığına, mülkiyyətçisi olmadığına görə tərəflər arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisə ## ####### 2009-cu il tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun həll edilməli olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
39. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
40. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququ ilə bağlı yaranan mübahisədir.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. 43.İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəki Ərazi İdarəsinin məhkəmənin sorğusuna verilmiş cavab məktubunda ünvan 1 ünvanında cavabdeh Cavabdeh qızının adına qeydiyyata alınmış hər hansı bir əmlakın olmadığı bildirilmişdir.
44. Kollegiya qeyd edir ki, iddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, iddiaçının özü iddia tələbində evlə bağlı ##.##.2006-cı il tarixdə vəfat etmiş qayınatası X6 adına texniki pasport işlənib hazırlandığını qeyd etmiş və hazırda həmin fərdi yaşayış evi cavabdehin istifadəsindədir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
47. Qeyd edilən qərarın tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, mübahisənin düzgün həll edilməsi üçün məhkəmə tərəfindən iddiaçının cavabdehin ailə üzvü olub-olmaması məsələsi müəyyən edilməlidir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, ailə qanunvericiliyinin istinad edilən yuxarıda sadalanan müvafiq normalarında qayınananın gəlinini saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
49. Həmçinin Ailə Məcəlləsinin 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
50. Beləliklə məhkəmə kollegiyası təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına belə qənaətə gəlir ki, iddiaçının ailə qanunvericiliyi əsasında fərdi yaşayış evindən cavabdehlə birlikdə onun ailə üzvü kimi istifadə etmək hüquqları yaranmamışdır.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
52. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.