Məhkəmə qərarları › İş №2(3-7)-1247/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1247/2026

02.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1247/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda satılaraq pulunun paylara uyğun bölünməsi, yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Iddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda satılaraq pulunun paylara uyğun bölünməsi, yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ##.##.2024-cü il tarixli ************ reyestr nömrəli çıxarışla iddiaçı İddiaçı mülkiyyətində olan 1/2 paya düşən torpaq sahəsinin və onun üzərində yerləşən yaşayış evinin naturada bölünməsinin təmin edilməsini, əmlakın naturada bölünməsi ekspertiza rəyi ilə mümkün hesab edilmədiyi təqdirdə, sözügedən daşınmaz əmlakın açıq hərracdan satılaraq, əldə olunan pul vəsaitinin iddiaçı İddiaçı 1/2 payına uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını, iddiaçı İddiaçı mübahisəli yaşayış sahəsinə (evə) istifadə hüququnun tanınması və həmin evə köçürülməsi, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını, Göygöl Rayon Məhkəməsinin ##.##.2022-ci il tarixli qərardadı ilə qəbul edilmiş müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər dəyişdirilmədən qüvvədə saxlanılmasını, iş üzrə əvvəllər ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və Maraqlı şəxs mütənasib olaraq tutularaq iddiaçı İddiaçı ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı (hakim Leyla Hüseynzadə) ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mediasiya prosesinin keçirildiyi və arayışın verildiyi ##.##.2024-cü il tarixdə Göygöl rayonu ərazisində heç bir mediasiya təşkilatı fəaliyyət göstərməmişdir. Həmin dövrdə Samux * saylı Mediasiya Təşkilatının nümayəndələri Göygöl rayonu ərazisinə də xidmət göstərdiklərinə görə məcburi olaraq ən yakın ərazidə yerləşən həmin təşkilata müraciət edilmişdir. Məhkəmə 2026-cı ildə qərardad çıxararkən müasir vəziyyəti əsas götürmüş, lakin mediasiyaya müraciət olunan ##.##.2024- cü il tarixindəki obyektiv imkansızlığı araşdırmamışdır. Iddia ərizəsinin "xahiş edirəm" hissəsində tələbləri tam, aydın və dəqiq qeyd edilmişdir. Qanunun 31.2-ci maddəsinə əsasən, məhkəmə ilə eyni şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda, mübahisəyə məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatında baxılır. ##.##.2024-cü il tarixdə Göygöl rayonunda mediasiya təşkilatı mövcud olmadığı üçün ən yaxın olan Samux * saylı Mediasiya Təşkilatına müraciət edilməsi tam qanunauyğun olmuşdur. Məhkəmə bu normanı yanlış şərh etmişdir. O, iddiaçı İddiaçı, cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın bölünməsi və yaşayış evinə köçürülmə tələbi ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət edərkən tərəfindən Samux * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş müvafiq arayış iddia ərizəsinə əlavə olunmuşdur. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması və mediasiya aidiyyətinin pozulması əsası ilə geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, o, məhkəmə ilə eyni rayonda yerləşən X2 müraciət etməli olduğu halda Samux * saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Lakin məhkəmənin bu nəticəsi tamamilə əsassızdır və faktiki hallara cavab vermir: 1. Mediasiya prosesinin keçirildiyi və arayışın verildiyi ##.##.2024-cü il tarixdə Göygöl rayonu ərazisində heç bir mediasiya təşkilatı fəaliyyət göstərməmişdir. 2. Həmin dövrdə Samux * saylı Mediasiya Təşkilatının nümayəndələri Göygöl rayonu ərazisinə də xidmət göstərdiklərinə görə məcburi olaraq ən yaxın ərazidə yerləşən həmin təşkilata müraciət edilmişdir. 3. Məhkəmə 2026-cı ildə qərardad çıxararkən müasir vəziyyəti əsas götürmüş, lakin mediasiyaya müraciət olunan ##.##.2024-cü il tarixindəki obyektiv imkansızlığı araşdırmamışdır. 4. Iddia ərizəsinin "xahiş edirəm" hissəsində tələbləri tam, aydın və dəqiq qeyd edilmişdir. Məhkəmə iddia ərizəsini formal əsaslarla geri qaytarmışdır. Tərəfindən mediasiya prosesində iştirakı təsdiq edən sənəd təqdim edildiyi halda, məhkəmə subyektiv mülahizələrlə sənədi etibarsız saymış, bu da ədalət mühakiməsinə əlçatanlıq hüququnu məhdudlaşdırmışdır. Qərardad obyekiv faktlara söykənmədiyi və müraciət tarixinə hüquqi qiymət verilmədiyi üçün əsaslılıq tələbinə cavab vermir. Məhkəmə iş üzrə mediasiya arayışının verildiyi tarixdəki faktiki halları (X3bolmamasını) araşdırmamış, birtərəfli mövqe nümayiş etdirmişdir. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda satılaraq pulunun paylara uyğun bölünməsi, yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbi barədə mübahisəyə həmin məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət etməli olduğu halda, bu tələbə əməl etməmiş, Samux * saylı Mediasiya Təşkilatına müraciət etməsinə dair arayışı ərizəsinə əlavə etmişdir. Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanunun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin qanunun 31.2-ci maddəsinə əsasən tərəflər qarşılıqlı razılıq əsasında mübahisəyə baxacaq mediasiya təşkilatı və ya mediator barədə razılığa gələ bilərlər. Belə razılıq olmadıqda, mübahisəyə həmin məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu maddənin üçüncü cümləsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatında baxılır. Məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün olmadıqda, tərəflərdən hər hansı birinin müraciəti əsasında mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə mediasiyanın aparılması üçün mediator müəyyən edə bilər. Göründüyü kimi iddiaçı İddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən əvvəl Samux * saylı Mediasiya Təşkilatına deyil, X2 müraciət etməli idi. Azərbaycan Respublikasının MPM-in 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə etməlidir. Bundan başqa iddiaçı tərəfindən iddia ərizəsinin “xahiş etdim” hissəsində tələb qeyrimüəyyən göstərilmişdir. Eyni zamanda cavabdeh qismində iki nəfərin qeyd olunmasına baxmayaraq Maraqlı şəxs şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar qeyd edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPMin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar