Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4512/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Ələkbərzadə İlham Əli oğlunun cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payın müəyyən olunması və əmlakların açıq hərracda satılaraq əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ələkbərzadə İlham Əli oğlu cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payın müəyyən olunması və əmlakların açıq hərracda satılaraq əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Accent” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ½ payının müəyyən olunması və həmin avtomobilin açıq hərracda satılaraq əldə olunmuş vəsaitin ½ hissəsinin ona ödənilməsi və Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ünvanında olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,0212 ha torpaq sahəsi üzərində ½ payının müəyyən olunması və əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin ½ hissəsinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh yazılı qaydada vəsatət təqdim edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.4-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı iş üzrə ##.##.2026-cı il tarixli qərardadı əsasında İlham Ələkbərzadə barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ##.##.2026-cı il tarixli, **** saylı rəydə Ələkbərzadə İlham Əli oğlunun öz psixi vəziyytinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik olmadığı, demensiya fonunda sayıqlama formasında psixi xəstəlik ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi ##.##.2026-cı il tarixli e-*(*****)-***/**** saylı qərardadı ilə mülki iş üzrə təkrar məhkəmə-psixiatriya ekspertizası təyin etmişdir və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası MPM-nin 254.4-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101)- ****/**** saylı qərardadına əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, hazırkı - iddiaçı Ələkbərzadə İlham Əli oğlunun cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payın müəyyən olunması və əmlakların açıq hərracda satılaraq əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dair e-*(*-***)-****/**** saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Hazırda iddiaçı həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101)- ****/**** saylı qərardadının ləğv edilməsi, iş üzrə icraatın bərpa olunaraq mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-101)- ****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər hakim iş üzrə icraatı dayandırmalıdır (254.1.4, 256.0.3). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair ## #### 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarını müəyyən edərək qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarının siyahısı Mülki- Prosessual Məcəllənin 254.1-ci maddəsində verilmişdir. Həmin məcburiliyi şərtləndirən əsaslardan biri də mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan, iş üzrə preyudisial əhəmiyyət kəsb edən məsələnin nizamlananasınadək həmin işə baxılmasının ümumiyyətlə mümkün olmamasından ibarətdir. İş materiallarından müəyyən edilir ki, hazırkı iddia Ələkbərzadə İlham Əli oğlu tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.2-ci maddəsinin tələbinə əsasən, ərizənin fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən verilməsi ərizənin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında Ələkbərzadə İlham Əli oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə mülki işin olduğunu nəzərə alaraq, əsaslı olaraq Ələkbərzadə İlham Əli oğlunun fəaliyyət qabiliyyətli olub-olmaması məsələsinə qiymət verilmədən, hazırkı mülki işin baxılmasının davam etdirilməsini məqsədəmüvafiq hesab etməmişdir (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında Ələkbərzadə İlham Əli oğlunun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə e-*(*-***)-***/**** saylı mülki iş mövcuddur.). Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, şikayətdə irəli sürülən dəlillər hazırkı şikayətə baxan məhkəmənin araşdırma predmeti deyil. Həmin ərizə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmiş, iş üzrə prosessual hərəkətlər aparılmış, ekspertiza təyin edilmiş və hazırda həmin iş məhkəmənin icraatında olmaqda davam edir. Başqa məhkəmənin icraatında olan işin başlanmasının prosessual əsaslarının və həmin iş üzrə ərizəçinin məhkəməyə müraciət etmək hüququnun olub-olmamasının qiymətləndirilməsi həmin işin icraatında olan məhkəmənin və müvafiq hallarda onun məhkəmə aktlarını yoxlayan yuxarı instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, icraatın dayandırılmasının məqsədi məhz bu məsələnin qanunla müəyyən edilmiş qaydada səlahiyyətli məhkəmə tərəfindən yekun həllini gözləmək və həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktından asılı olaraq hazırkı iş üzrə müvafiq prosessual hərəkətlərin həyata keçirilməsini təmin etməkdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı Ələkbərzadə İlham Əli oğlunun cavabdeh Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklar üzərində payın müəyyən olunması və əmlakların açıq hərracda satılaraq əldə edilmiş vəsaitin bölünməsi” tələbinə dair e-*(*-***)-****/**** saylı işin nəticəsi - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-***/**** saylı mülki işin nəticəsindən asılılığının mövcudluğu aşkardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №e-2(3-6)-4512/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4512/2026
23.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver