Məhkəmə qərarları › İş №e-2(3-6)-4626/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4626/2026

22.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4626/2026 22.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, İddiaçı İsgəndərova Mehriban Əjdər qızının cavabdeh İsgəndərov İbrahim Bayraməli oğluna qarşı “payın müəyyən edilməsi və əmlakın naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadından cavabdeh İsgəndərov İbrahim Bayraməli oğlu tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsgəndərova Mehriban Əjdər qızı cavabdeh İsgəndərov İbrahim Bayraməli oğluna qarşı “payın müəyyən edilməsi və əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** saylı qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi və ekspert rəyi alınanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Cavabdeh İsgəndərov İbrahim Bayraməli oğlu şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-98)- ****/**** saylı qərardadının ləğv edilməsini, işə bu hissədə yenidən baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılması, ekspertizanın təyin edilməsi məsələsinin tərəflərin, o cümlədən cavabdehin və onun nümayəndəsinin iştirakı ilə yenidən müzakirəyə çıxarılmasının təmin edilməsi, mübahisəli əmlaklara dair bağışlanma müqavilələrinin etibarlılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan, iş **(*-*)-***/**** saylı əlavə kassasiya şikayəti üzrə yekun qərar qəbul edilənədək, hazırkı iş üzrə icraatın dayandırılmasının təmin edilməsi, işə yenidən baxılarkən cavabdeh tərəfə ekspertə veriləcək suallar barədə mövqe bildirmək, əlavə və alternativ suallar təqdim etmək, habelə ekspertə və ekspert müəssisəsinə etiraz etmək hüququnun təmin olunmasının göstərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-**)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından cavabdeh İsgəndərov İbrahim Bayraməli oğlu tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayətdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin məhkəmənin ##.##.2026-cı il tarixli, e- *(*-**)-****/**** saylı qərardadından cavabdeh İsgəndərov İbrahim Bayraməli oğlu tərəfindən verilmiş şikayət kağız daşıyıcıda, PDF formatında tərtib edilmiş və təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin məhkəmənin ##.##.2026-cı il tarixli, e-*(*-**)- ****/**** saylı qərardadından cavabdeh İsgəndərov İbrahim Bayraməli oğlu tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar