Məhkəmə qərarları › İş №2(5-106)-57/2026

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-106)-57/2026

13.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № 2(5-106)-57/2026 13.03.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7 və İddiaçı iştirakı ilə İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, əri X6 xx.xx.2007-ci il tarixdə ölmüşdür. Ərindən fərdi yaşayış evi miras qalmışdır. Ondan miras qalmış əmlakla əlaqədar hüquqi savadı olmadığına görə vərəsəlik şəhadətnaməsi almaq üçün vaxtında notariusa müraciət etməmişdir. Mirasın kütləsinə daxil olan əmlakı faktiki qəbul etsə də öz adına sənədləşdirməmiş, həmin miras əmlakı sənədləşdirmək istəyərkən ona notarius ofisindən mirasın qəbulu üçün ölən şəxsin ölüm günündən üç ay müddət ərzində mirasın qəbulu üçün müraciət etmək hüququ izah edilmiş və itirilmiş müddətin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzrlü hesab edərək uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Cavabdeh məhkəməyə məktub göndərərək onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan arayışın surətindən görünür ki, Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi ev 371-də yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 məxsusdur. İş materiallarında olan AZ-İ 245694 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan İİ-jq 350400 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Ruquya Bayram qızı ilə xx.xx.1980-cı il tarixdə nikahlarını qeyd etdirmişlər. İş materiallarında olan Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli 1181 nömrəli məktubundan görünür ki, xx.xx.2007-ci il tarixdə ölmüş X3 vərəsəlik işi ilə əlaqədar İddiaçı xx.xx.2025-ci il tarixdə ofisə olunmuş müraciəti ilə əlaqədar müəyyən olunmuşdur ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət gecikdirilmiş, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət ərzində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutlar təqdim olunmamışdır. Ona görə də ona itirilmiş müddətin uzadılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çəri paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çəri miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin əri və əri, babanın əri və əri. Nənənin əri və əri, babanın əri və əri o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olundu ki, xx.xx.2007ci il tarixdə ölmüş X2 fərdi yaşayış evi miras qalmışdır. İddiaçı mərhum - X3 arvadı olmaqla birinci növbə vərəsəsidir. İddiaçı üzrlü səbəbdən notarius ofisinə qanunvericiliyin müəyyən etdiyi müddət ərzində ərizə verməmiş, ona görə də vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı tərəfindən miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət ərzində notarius ofisinə müraciətin gecikdirilməsi üzrlü sayılmalı, İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə ölmüş X2 miras qalmış əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən olunmuş müddət uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar