Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1079/2026 29.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Əliyeva Aytən Heydər qızı və Ibrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Prokuror Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X3, Məhkum Məhkum və müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü X1 iştirakı ilə, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini, ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti ilkin ərizəyə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən prokuror X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə əlaqədar işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq, iş materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. ##.##.2025-ci il tarixli Hacıqabul Rayon Məhkəməsinin hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 134, 145.2.1, 145.2.3, 145.2.6, 228.1, 234.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. ##.##.2026-cı il tarixli Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, Hacıqabul Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi üzrə cəza təyin edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. Nəticədə, Azərbaycan Respublikası CM-nin 145.2.1, 145.2.3, 145.2.6, 228.1, 234.1 və 66.2-ci maddələri ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmçinin barəsində Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli “Konstitusiya və Suverenlik Ili münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 3.1-ci və 5.2.3-cü bəndləri tətbiq olunaraq cəza müddəti 6 (altı) ay azaldılmışdır. Məhkum Məhkum şəxsi işindən görünür ki, Istintaq Təcridxanasında saxlandığı müddət ərzində daxili rejim qaydaları pozuntusu hallarına yol verdiyinə görə təcridxana rəhbərliyi tərəfindən ##.##.2024-cü il tarixdə 03 (üç) gün müddətinə cərimə təcridxanasına təcrid edilməklə barəsində bir dəfə tənbeh tədbiri tətbiq edilmiş və həvəsləndirilməmişdir. Digər tərəfdən hökm üzrə üzərində olan 133 (bir yüz otuz üç) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində ekspertiza xərci tərəfindən ödənilməmişdir. Bundan əlavə o, əvvəllər məhkum olunmuşdur. ** saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Məhkum ##.##.2026-cı il tarixdə Umbakı Penitensiar Müəssisəsindən ** saylı cəzaçəkmə müəssisəsinə gətirilmişdir. O, Istintaq Təcridxanasında saxlandığı müddət ərzində daxili rejim qaydaları pozuntusu hallarına yol verdiyinə görə təcridxana rəhbərliyi tərəfindən ##.##.2024-cü il tarixdə 03 (üç) gün müddətinə cərimə təcridxanasına təcrid edilmişdir. Məhkum Məhkum müəssisəyə gəldiyi gündən onunla karantin briqadasında islah məqsədli fərdi tərbiyəvi söhbətlər aparılmış, daxili intizam qaydaları, hüquq və vəzifələri izah olunmuş, sualları cavablandırılmışdır. Məhkum Məhkum ** saylı CÇM-də cəza çəkdiyi müddət ərzində cəzanın çəkilməsi üçün müəyyən olunmuş rejimin tələblərinə əməl edən məhkum kimi tanınsa da, onunla aparılan islah məqsədli fərdi tərbiyəvi söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum etdiyi cinayəti etiraf etsə də, tərbiyəvi söhbətlərdən özünə düzgün nəticə çıxartmağa çalışmır. Verilən tapşırıqları yerinə yetirmir, dəstədə keçirilən mədəni-kütləvi və ictimai tədbirlərdə iştirak etməyə maraq göstərmir. Əməyə və təhsilə münasibəti qənaətbəxş deyil. Fiziki cəhətdən sağlamdır. Məhkum Məhkum şəxsi işinin materiallarından aydın olur ki, hökm üzrə üzərində 133 (bir yüz otuz üç) manat 28 (iyirmi səkkiz) ekspertiza xərci vardır. Xasiyyətcə sakit-qapalıdır, məhkum yoldaşları ilə mehribandır. Ailə üzvləri və yaxın qohumları ilə telefon vasitəsilə əlaqə saxlayır. Müəssisə əməkdaşlarına qarşı qeyrisəmimidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Müəyyən müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzalarından şərti olaraq vaxtından əvvəl azad etmə, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi və məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi məsələləri ilə bağlı yaradılmış Komissiya” tərəfindən məhkum Məhkum barəsində, ##.##.2026-cı il tarixdə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmasına dair mənfi protokol verilmişdir. Məhkum Məhkum cəzasının qanunla müəyyən olunmuş hissəsini çəkmişdir. Yuxarıda göstərilənləri, eləcə də törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini və komissiyanın mənfi rəyini nəzərə alaraq, AR CM-nin 76.3.1-ci maddəsinə əsasən onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məqsədə uyğun hesab edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər. Həmin Məcəllənin 76.3-cü maddəsinə görə, məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını, ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini, xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunub-olunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Göründüyü kimi cəza çəkdiyi müəssisənin mülahizəsini məhkəmələr üçün müraciətin rədd olunması üçün şərtsiz əsas olmasa belə, məhkəmə tərəfindən qərar qəbul edilən zaman mülahizənin müsbət xarakterizə olunub-olunmaması məhkəmə tərəfindən xüsusi diqqət yetirilməlidir. Habelə, həmin plenum qərarında qeyd edilmişdir ki, “Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin novünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır”. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum cəzasının qanunla müəyyən edilmiş hissəsini çəksə də, məhkumun islah olunub-olunmaması və cəzasının şərti olaraq vaxtından əvvəl azad edilməsinin mümkün olub-olmaması məsələləri birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmaqla, onun ərizəsinin təmin edilməməsi düzgün həll edilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən məhkumun apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır, birinci instansiya məhkəməsinin məhkumun cəzasının şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizənin təmin edilməməsi barədə gəldiyi qənaəti isə qanuni, əsaslı və işin faktiki hallarının düzgün qiymətləndirilməsi kimi hesab edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum Məhkum hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Bakı şəhəri ** saylı Vəkil Bürosunun üzvü X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş 15 (on beş) iş saat hüquqi xidmətə görə X1 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkum Məhkum hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş 15 (on beş) iş saat hüquqi xidmətə görə X1 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Ramin Qaraqurbanlı Hakimlər Aytən Əliyeva Anar Ibrahimov
Məhkəmə qərarları › İş №7(3-6)-1079/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1079/2026
29.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver