Məhkəmə qərarları › İş №7(3-6)-1323/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1323/2026

28.09.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1323/2026 28.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X4, Müdafiəçi – “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Məhkum – Məhkum iştirakları ilə, Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsinin təmin edilməməsinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarından məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum təyin olunmuş cəzasının çəkilməmiş hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Ramilə Xəzri) ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təqdimat verən orqan cəza çəkən məhkum Məhkum Bakı Ağır Cinayətlər məhkəməsinin ## ###### 2018-ci il tarixli hökmü ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan məhkum apellyasiya şikayəti verib Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə isə prokurorun çıxışını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Təqdimat verən orqan tərəfindən verilmiş mülahizədən görünür ki, məhkum Bakı Ağır Cinayətlər məhkəməsinin ##.##.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.1, 177.3.2, 29,177.3.1, 29,177.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qabaqcadan əlbir olan bir qrup şəxslə qaynaq aparatı və digər alətlərdən istifadə edib müxtəlif ərazilərdə yerləşdirilən bankomatların saxlanc yerləri olan seyflərdən külli miqdarda pulu talamaqla “xxxx”ASC-nə məxsus 437.843,00 manat, “xxxx"ASC-nə məxsus 10.591,00 manat nağd pulu oğurlamışlar. Həmçinin, “xxxx"ASC-nə məxsus bankomatdakı 35.341,00 manat və “xxxx"ASC-nə məxsus bankomatdakı 147.427,00 manat pulu oğurlamaq istəyərkən gözətçinin gəlməsi səbəbindən cinayəti başa çatdırmamaqla ərazini tərk etmişlər. Barışıq əldə olunmayıb .10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli: ##.##.2017-ci il tarixdən hesablanmış, cəzasının sonu: ##.##.2027-ci il tarixdə bitir. Məhkum Bakı İstintaq və * saylı İstintaq təcridxanasında saxlanılmış, ##.##.2025-ci il * saylı İstintaq təcridxanasından Təqdimat verən orqan qəbul olunmuşdur. Qəbul olunduğu gündən məhkumla fərdi tərbiyəvi söhbətlər aparılmış, hüquq və vəzifələri izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmişdir.Şəxsi işinin materiallarından göründüyü kimi, Təqdimat verən orqan cəza çəkdiyi müddətdə ##.##.2029, ##.##.2022, ##.##.2023, ##.##.2023, ##.##.2023 və ##.##.2023-cü illərdə ümumilikdə altı dəfə tənbeh tədbiri tətbiq olunmuş, mənfi xarakterizə olunan məhkumlarla ünsiyyətə üstünlük verməklə ictimai işlərdə təşəbbüskar deyil, həmçinin mədəni-kütləvi tədbirlərdə iştirakdan yayınır, verilən tapşırıqları icra etməkdə həvəssizdir, əməyə münasibəti mənfidir. Kollektivçilik ənənələrinə və birgəyaşayış qaydalarına yanaşma tərzi qənaətbəxş deyil. Asudə vaxtını səmərəsiz keçirtməklə hər hansı ictimai işlə məşğul olmur.Onunla aparılan fərdi söhbətlər zamanı azadlığa çıxmaq, cəmiyyətdə layiqli yer tutmaq arzusunda olduğunu bildirsə də müşahidə xarakterli profilaktik söhbətlərdən bu qənaətə gəlmək olar ki, məhkum törətdiyi cinayəti qismən etiraf edir və əməlindən peşmançılıq hissi keçirməsində səmimi deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlmək olar ki, məhkum onunla aparılan profilaktiki, tərbiyəvi söhbətlərdən özü üçün düzgün nəticə çıxarmamış, daxili intizam qaydalarına riayət etməmişdir.Məhkumun cəzasının çəkilməmiş qalan hissəsini çekmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair mülahizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının təsis etdiyi komissiya tərəfindən müzakirə olunmuş, komissiyanın ##.##.2026-cı il tarixli iclasının ** saylı protokolu ilə barəsində mənfi rəy bildirilmişdir. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Məhkum islah olunmadığını, cəza çəkdiyi müddət ərzində tənbeh tədbirinin tətbiq edildiyini, mənfi mülahizə verilməsini nəzərə alaraq hesab edir ki, məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair ərizəsi təmin olunmamalıdır. Məhkəmə kollegiyası bir daha məhkumunun şəxsi işini araşdıraraq məhkum barəsində mənfi xarakterli mülahizə verilməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (CİM) 70.1-ci maddəsinə əsasən ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər. Həmin məcəllənin 70.2.3-ci maddəsinə əsasən ilk dəfə ağır cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə iki hissəsini çəkdikdə keçirilə bilərlər. İlk növbədə qeyd olunmalıdır ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ##.##.2010-cu il tarixli Plenum Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Bununla yanaşı, məhkəmə kollegiyası məhkum tərəfindən törədilmiş cinayətin xarakterini (CM-in 234.4.1, 234.4.3-cü maddələri) də nəzərə alaraq cinayətin yönəldiyi subyekti, cinayətin törədilməsi üsulunu, onun cəza çəkdiyi müddət ərzində olan davranışını onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2010-cu il tarixli “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Plenumunun qərarında qeyd olunduğu kimi məhkumun cəza çəkdiyi müddətdə davranışı və onun şəxsiyyətini səciyyələndirən hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarından görünür ki, şərti azad olma və ya cəzaçəkmə növünün dəyişdirilməsi barədə məhkumun ərizəsinə baxarkən onun cəzaçəkmə müddətinin son dövrü deyil, bütövlükdə cəzaçəkmə müddəti qiymətləndirilməlidir. Məhkumun bütün cəza çəkdiyi dövrə nəzər saldıqda məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum cəza çəkdiyi müddətdə stabil davranışa malik olmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi haqqında ərizəsinin təmin edilməsi məqsədəmüvafiq deyil, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-nin 193, 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin məhkum Məhkum cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsinin təmin edilməməsinə dair ## ###### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov(sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar