Məhkəmə qərarları › İş №e-2(003)-3120/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3120/2025

04.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3120/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktı” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, İşin halları İddiaçı cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilməsi faktı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə ölmüş mərhum X8na məxsus Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1901 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən fərdi ev tikmək üçün ayrılmış ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.196*-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. xx.xx.1990-cı il tarixdə X1* ilə nikah bağlamışdır. Birgə nikahdan aşağıda adları qeyd olunan uşaqları olmuşdur: X15 – xx.xx.1991-ci il təvəllüdlü; X16 – xx.xx.1992-ci il təvəllüdlü; X9 – xx.xx.1993-cü il təvəllüdlü. X8 xx.xx.1963-cü il tarixdə doğulmuş, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun birinci növbə vərəsələri o, uşaqları X15, X16 və X3r. Mərhum ərindən ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi miras qalmışdır. Belə ki, həmin torpaq sahəsi Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1901 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən fərdiev tikmək üçün mərhum ərinə ayrılmışdır. Torpaq sahəsi ayrıldıqdan sonra oranı mişar daşı ilə hasara alaraq ev inşa etdirmişlər. Evin tikintisi tam olaraq 2008-ci ildə başa çatmışdır. Ondan sonra onlar yeni inşa etdirdiyi evə köçərək bu günə kimi orada yaşayırlar. Mərhum əri E.Kərimov da ölən gününə kimi həmin ünvanda yaşamışdır. Eyni zamanda o və övladları inşa etdirdiyi evin ünvanında pasport qeydiyyatındadırlar. O sözügedən miras əmlakı faktiki qəbul edərək miras əmlakdan istifadə etmişdir. Mirası faktiki qəbul etməyi ilə bağlı sübutları məhkəməyə təqdim edəcək. Mərhum ərindən miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı notariat ofisinə müraciət etmişəm. Lakin notarius mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürdüyündən adıma qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə cavabdeh Bakı şəhəri 7 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. İddiaçınin yoldaşə rəhmətə gedib. Evlə bağlı mübahisə olduğunu görməyib, ele bir hala şahid olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İddiaçı onun qonşusudur. Təxminən 10-15 ildir qapı bir qonşudur. Sevinc xanım hazırki vaxtadək həmin evdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı onun iş yoldaşıdır. Sevinc xanım yoldaşı ilə birlikdə Binə qəsəbəsində yaşayırdı. Yoldaşı 3-* il əvvəl rəhmətə gedib. İş materiallarına əlavə olunmuş sənədlər Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1901 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamının surətindən görünür ki, X1* ev tikmək üçün ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi ayrılmışdır. Əzizbəyov Rayon Binə Bələdiyyəsi vergi qəbzlərinin sürətindən görünür ki, X1* torpaq vergisi ödəyicisi kimi qeydiyyatda idi. Nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X1 Sevinc İman qızı ilə xx.xx.1990-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və barədə 2700 nömrəli qeyd aparılmışdır. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı və digərləri ünvan 2 ünvanında qeydiyyatdadır. ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X1* xx.xx.2021-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı Notariat ofisinin 0*.06.2025-ci il tarixli məktubunun sürətindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 12*6-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 12*8-ci maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. “Notariat haqqında” Azərbaycan Respublıkası Qanunun 59-ci maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, müraciəti təmin edilməsindən imtina edilir. Göstərilənlərlə əlaqədar qanunvericiliyin tələblərinə müvafiq olaraq, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilib. Azərbaycan Respublikası Xəzər rayonu Binə Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 126 saylı məktubunun sürətindən görünür ki, hal-hazırda ünvan 3 ünvanda yaşayan mərhum X11 həyat yoldaşı İddiaçı 600 kv.m torpaq sahəsinə görə Xəzər Rayonu Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbayсan Respublikası Mülki Məсəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151-сi maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 11*5-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 11*6-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 12*3-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 12*6-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1159.1.1-сi maddəsinə əsasən, birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin məhkəmə müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, İddiaçınin izahatını və şahidlərin ifadələrini dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Hazırkı iddia üzrə İddiaçı miras əmlakı uzun müddətdir faktiki olaraq qəbul edərək istifadə etdiyi üçün miras payının qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi ev tikmək üçün ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi X11 mülkiyyəti olmuş olduğundan, mübahisəli torpaq miras əmlakı kütləsidir. ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin mülkiyyətçisi X1* xx.xx.2021-ci ildə vəfat etmiş, vəfat edərkən mübahisəli torpaq sahəsi, yəni ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini heç kəsə vəsiyyət etməmişdir. İddiaçı və digərləri atası vəfat etdikdən sonra, sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş evdə yaşamaqla miras əmlakı faktiki olaraq qəbul etmişdir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini miras qoyan X11 ölüm məqamı mülkiyyətində olduğundan, iddiaçı miras qoyan X11 arvadı olduğundan, ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi miras əmlakı kütləsinə daxil olduğundan, iddiaçı miras qoyanın vəfatından sonra mirası qanun üzrə qəbul etmək üçün Bakı şəhəri 7 saylı notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməklə mirası qanun üzrə qəbul etdiyindən, ərizə əsaslıdır. Məhkəmə miras əmlakına dair vərəsələrin dairəsini araşdıraraq hesab edir ki, İddiaçı miras qoyanın oğlu olduğundan, miras qalmış əmlaka qanun üzrə birinсi növbəli vərəsədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mirası qəbul edilməsi faktının müəyyən edilməsinin miras əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olduğundan, lakin İddiaçı bu faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, İddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10 və 10.1-ci bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni İddiaçı ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Qəbul etmə dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür ki, bu da formal və qeyri-formal üsulla həyata keçirilir. Mirasın formal olaraq qəbul edilməsi o deməkdir ki, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn hərəkət notarial qaydada həyata keçirilir. Mirasın qeyri-formal əldə edilməsi dedikdə isə mirasın faktiki olaraq qəbul edilməsi başa düşülür. İş materiallarından məlum olur ki, X1* xx.xx.2021-cü ildə vəfat etdikdən sonra onun mirası olan ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini heç bir vərəsə formal, yəni notarial qaydada, qəbul etməmişdir. Mərhumun mirasının qeyri-formal qaydada, yəni faktiki olaraq vərəsələr tərəfindən qəbul edilməsi məsələsinə gəldikdə isə, məhkəmə hesab edir ki, həmin miras əmlak İddiaçı və digərləri tərəfindən faktiki idarə edilməklə qəbul edilmişdir. Miras əmlakı faktiki qəbul etmə dedikdə, həmin əmlak üzərində faktiki sahiblik etmə və faktiki idarə etmə, öz xərcləri hesabına miras əmlakın mühafizəsi və onun idarə edilməsi başa düşülür. Belə ki iş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı mübahisəli evin torpaq vergisini ödəmişdir. X1* xx.xx.2021-cü ildə vəfat edərkən qanun üzrə vərəsə olan İddiaçı və digərlərinin miras əmlakı faktiki surətdə idarə etməyə başlamaqla mirasa yiyələnərək həmin əmlakda sahiblik hüququnu həyata keçirməsi işin məhkəmə iclasında araşdırılan halları ilə təsdiq olunmuşdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mirası qəbul edilməsi faktının müəyyən edilməsinin miras qoyan X7 miras qalmış əmlakın vərəsəlik üzrə qəbul edilməsinə dair əhəmiyyəti olduğundan, İddiaçınin miras qoyan X* miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır. Lakin, iddiaçı buna dair ona lazım olan sənədi başqa qaydada əldə edə bilməmişdir. Buna görə də mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, X7 miras qalmış ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi İddiaçı və digərləri tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. xx.xx.2021-ci il tarixdə ölmüş X12 məxsus Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 1901 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən fərdi ev tikmək üçün ayrılmış ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin İddiaçı tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar