Məhkəmə qərarları › İş №e-2(004)-4762/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4762/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4762/2023 17.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə üzrə müvafiq mənzilin dəyəri tam ödənilmişdir, lakin cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmiş və mənzil indiyə qədər iddiaçıya təhvil verilməmişdir. Göstərilənlər nəzərə alınmaqla cavabdeh tərəfindən iddiaçıya mənzilin təhvil verilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan İcraçı "xxxx" MMC ilə Sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzil İddiaçı satılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtləri çıxış edir. Belə ki, sözügedən müqaviləyə və xx.xx.2021-ci il tarixli maliyyə arayışına əsasən müəyyən edilir ki, Sifarişçi İddiaçı tərəfindən müqavilə öhdəliklərinə tam əməl edilsə də, İcraçı "xxxx" MMC üzərinə düşən öhdəlikləri icra etməmiş, mübahisə predmeti olan mənzili İddiaçı təhvil verməmişdir. Nəticədə, MM-in 157.4-cü maddəsinin tələbləri əsas götürülməklə, iddiaçının mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, sübutetmə yükünün cavabdehin üzərində olmasına baxmayaraq iddia tələbinin təkzib edilməsi istiqamətində hər hansı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, aktiv prosessual sübutetmə fəaliyyəti cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə sübutların təmin edilməsi istiqamətində e-2(004)-4762/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardad qəbul edilməsinə baxmayaraq cavabdeh tərəfindən etinasız münasibət göstərilmiş, qərardadın icrası təmin edilməmiş, müdafiə xarakterli hər hansı mülahizə məhkəməyə bildirilməmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. ünvan 1 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 7-ci mərtəbə, ümumi sahəsi 57.6 kv.m. olan 1 otaqdan ibarət 205 nömrəli mənzil cavabdeh "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar