Məhkəmə qərarları › İş №e-2(010)-2396/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-2396/2023

15.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-2396/2023 15.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı, Cavabdeh2 və Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə (üçüncü şəxs X5) qarşı “vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 873/1 saylı bağ sahəsində yerləşən 1200 m2 torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Xəzər rayonu, Türkan qəsəbəsi, 873/1 saylı bağ sahəsində yerləşən 1200 m2 torpaq sahəsi X6 doğma atası X9 məxsus olmuşdur. Belə ki, Bakı şəhəri İcraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin 231 nömrəli kooperativinin 2 nömrəli orderi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarına əsasən X9 Türkan bağlar sahəsində 231 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi üçün 879/1 nömrəli bağ ayrılmışdır. Nəzərinizə çatdırım ki, X13 X3 ilə rəsmi nikah münasibətində olmuş və bu nikahdan X14, Cavabdeh2 olmaqla 2 övladları olmuşdur. xx.xx.2022-ci il tarixdə X13 vəfat etmişdir. Qeyd edim ki, X8 atası 1995-ci ildə, anası isə 1997-ci ildə vəfat etmişdir. Bundan sonra qeyd edilən torpaq sahəsi İddiaçı istifadəsinə keçmişdir. Atamın vəfatından sonra Cavabdeh2 notariat kontorundan müvafiq vərəsəlik şəhadətnaməsinin rəsmiləşdirilməsi məqsədi ilə müvafiq hərəkətlərin icra edilməsində iştirakdan yayınmış, sonradan notariat kontoruna müraciət edildikdə isə qanunla müəyyən edilmiş müddətin keçməsi səbəbi ilə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd edilməlidir ki, sözügedən torpaq sahəsi atamın vəfatından sonra mənim tərəfimdən faktiki olaraq vərəsəlik qaydasında qəbul edilmiş və tərəfimdən həmin əmlaka istifadə və sahiblik edilmişdir. Belə ki, müxtəlif vaxtlarda sözügedən torpaq sahəsinin təsərrüfat işləri ilə məşğul olmuşam”.

İddia tələbinin dəqiqləşdirilməsi.

3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 879/1 saylı bağ sahəsi sahəsində yerləşən 1200 m2 torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması və payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, mübahisəli torpaq sahəsi atası öləndən onun istifadəsində olmuşdur. Həmin torpaq sahəsində ağac əkib becərmiş, bağ kimi istifadə etmişdir. Torpaq sahəsinin öz istifadəsində olması ilə bağlı məhkəməyə sənəd də təqdim etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edərək bildirdi ki, iddiaçı onun bacısıdır. Həqiqətən də ataları rəhmətə gedəndən sonra bağ sahəsindən iddiaçı istifadə edir. Bu səbəbdən iddianın təmin edilməsinə etiraz etmir. Lakin atasından miras qalmış həmin torpaq sahəsi üzərində öz payının da tanınmasını xahiş edir.

6. Məhkəmə iclasında üçüncü şəxs qismində işə cəlb edilmiş X5 bildirdi ki, iddiaçı və cavabdeh onun doğma qızlarıdır. Əri X13 rəhmətə gedəndən sonra iddiaçı atasından miras qalmış həmin torpaq sahəsindən istifadə etmişdir və hal-hazırda da istifadə edir. Həmin torpaq sahəsindən digər qızına (cabdehə) də pay verilməsini istəyir. İddianın təmin olunmasına etiraz etmir.

7. Cavabdeh 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında cavabdehin nümayəndəsinin iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

İş materialları.

8. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2174 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş atası X8 adına V-483/2022 saylı vərəsəlik işi açılmışdır. Lakin mirasın qəbul edilmə müddəti buraxılmışdır. Bu səbəbdən mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

9. Azərbaycan SSR Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Türkan bağlar sahəsi 231 nömrəli kooperativi tərəfindən verilmiş 2 nömrəli orderin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarına əsasən X9 Türkan bağlar sahəsində 231 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 879/1 nömrəli bağ ayrılmışdır.

10. Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 10/517 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 231 №-li Türkan bağ-tikinti kooperativi üzvlərinin siyahısında olmuşdur.

11. Bakı şəhəri Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş, Xİ-JQ № 388994 doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X14 (atası X13, anası X5) xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-cı il tarixdə 757 nömrə ilə qeyd edilmişdir.

12. Bakı şəhəri Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş, Xİ-JQ № 454463 doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 (atası X13, anası X5) xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 165 nömrə ilə qeyd edilmişdir.

13. Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1983-сü il tarixdə verilmiş İİİ-JQ 303270 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 və X4 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 431 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Matkazina soyadı verilmişdir.

14. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 257988 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X13 dəqiqləşdirilməmiş beyindaxili qansızmadan xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 240 nömrə ilə qeyd edilmişdir.

15. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-T 034980 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Nuyan Çağlar və X14 arasında xx.xx.2017-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1678 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Matkazina Nuyan soyadı verilmişdir.

16. Bakı şəhər Xəzər rayonu Türkan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 622 nömrəli arayışdan görünür ki, X11 vəfat edəndən sonra Türkan qəsəbəsi, 879/1 saylı bağ sahəsində yerləşən 1200 m2 torpaq sahəsinin torpaq vergisi qızı Aliya Matkazina-Nuyan tərəfindən ödənilmişdir və torpaq sahəsi onun istifadəsindədir.

17. Cavabdeh2 tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh2 xx.xx.2022-ci ildə ölmüş atası X7 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsini qəbul etmədiyini, etmək niyyətində də olmadığını bildirmişdir.

18. X5 tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X5 xx.xx.2022-ci ildə ölmüş əri X7 irs qalmış (yaşayış (ev, mənzil və otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatan hissəsini qəbul etmədiyini, etmək niyyətində də olmadığını bildirmişdir.

İşin faktiki halları.

19. Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 10/517 nömrəli qərarına əsasən Türkan bağlar sahəsində 231 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 879/1 nömrəli bağ X9 ayrılmışdır.

20. Üçüncü şəxs kimi işə cəlb edilmiş X5 X8 arvadı, İddiaçı və Cavabdeh2 isə onların birgə nikahlarından doğulmuş qızlarıdır.

21. X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

22. Ramiz Matkazinin ölümündən sonra ondan qalan 879/1 nömrəli bağ sahəsinə mərhumun qızı İddiaçı faktiki sahiblik etməyə başlamışdır.

Tətbiq edilən hüquq.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 1291. Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması. Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.

Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyrimümkün olsun. Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur. Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi.

26. İşin faktiki hallarından görünür ki, mərhum X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 879/1 saylı bağ sahəsində yerləşən 0.12 ha (1200 m2) torpaq sahəsi atasının ölümündən sonra İddiaçı faktiki sahibliyindədir. İşin bu halını mərhumun digər vərəsələri – arvadı X5 və qızı Cavabdeh2 da qəbul etmişdir. Həmçinin torpaq sahəsinin yerləşdiyi qəsəbə bələdiyyəsi torpaq sahəsinin atasının ölümündən sonra İddiaçı tərəfindən istifadə edilməsi və torpaq vergisinin onun tərəfindən ödənilməsi ilə bağlı müvafiq arayış vermiş və həmin arayış məhkəməyə təqdim edilmişdir.

27. Belə olan halda məhkəmə hesab edir ki, iddianın Cavabdeh2 tərəfindən etirafı qəbul edilməlidir. Belə ki, cavabdeh bacısının atasından miras qalmış torpaq sahəsinə atasının ölümündən bəri faktiki sahiblik etdiyini bildirərək iddianı etiraf etmiş, bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir.

28. Məhkəmə hesab edir ki, bu etiraf qanuna zidd deyil. Belə ki, İddiaçı atasının ölümündən sonra torpaq sahəsinə faktiki sahiblik etməsi məhkəmə tərəfindən müəyyən edildiyindən onun torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması qanuna uyğundur.

29. Həmçinin bu etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini də pozmur. Belə ki, mərhumun məlum olan digər iki vərəsəsi – bu iş üzrə cavabdeh olan qızı Cavabdeh2 və bu iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş arvadı X5 iddianı qəbul etdiklərini bildirmişlər. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsi üzərində vərəsəlik hüququnun tanınması gələcəkdə cavabdeh, eləcə də üçüncü şəxsin də bu torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının tanınmasını istisna etmədiyindən iddianın etiraf edilən hissədə təmin edilməsi cavabdehin və üçüncü şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur.

30. Bundan başqa məhkəmə nəzərə alır ki, mərhum X8 bu iş üzrə tərəflərdən başqa birinci növbə vərəsəsinin olması məhkəmə araşdırması gedişində müəyyən edilməmişdir. Mərhumun başqa vərəsələrinin olması ümumən istisna edilməsə də, iddiaçının miras üzərində vərəsəlik hüququnun tanınması digər vərəsələri gələcəkdə miras əmlak üzərində vərəsəlik hüququnun tanınmasına dair iddia ilə məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Bu səbəbdən məhkəmə iddianın etirafının hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı nəticəsinə gəlmişdir.

31. Belə olan halda məhkəmə hesab edir ki, iddia etiraf olunan hissədə təmin edilməli, İddiaçı atası X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 879/1 saylı bağ sahəsində yerləşən 1200 m2 torpaq sahəsi üzərində vərəsəlik hüququ tanınmalıdır.

32. Lakin iddianın miras əmlak üzərində iddiaçının payının müəyyən edilməsi hissəsinə məhkəmədə baxıla bilməz. Belə ki, məhkəmə iclasında verilmiş izahatlardan görünür ki, miras qoyanın digər vərəsələri olan cavabdeh və üçüncü şəxsin miras əmlakdan iddiaçıya çatası payla bağlı heç bir mübahisələri yoxdur. Həmçinin məhkəməyə Cavabdeh2 və üçüncü şəxs Cənnət Matkazina tərəfindən notariat ofisinə ünvanlanmış və notariat qaydasında təsdiq edilmiş ərizələr təqdim edilmişdir. Həmin ərizələrdən görünür ki, cavabdeh Rumiya Matkazina mərhum atasından, üçüncü şəxs Cənnət Matkazina isə mərhum ərindən qalmış mirasın özünə çatası hissəsini qəbul etmədiyini və qəbul etmək niyyətində olmadığını bildirmişdir. Bu ərizələrin hər ikisi qətnamənin qəbul edildiyi tarixdə qüvvədə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, miras əmlakdan iddiaçıya çatası payın həcmi ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Bu səbəbdən iddiaçının miras əmlak üzərində vərəsəlik payının müəyyən edilməsi hissəsində iddiaya məhkəmədə baxıla bilməz.

33. Belə ki, miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur (§ 24). Miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır (§ 23).

34. Belə olan halda məhkəmə hesab edir ki, mərhumun vərəsələri arasında miras əmlak üzərində paylarla bağlı mübahisə olmadığından hazırkı iş üzrə iddiaçının vərəsəlik hüququnun tanındığı miras əmlak üzərində payı məhkəmə tərəfindən müəyyən edilə bilməz. Belə ki, müvafiq bölgü notarial qaydada aparılmalıdır. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-2396/2023 nömrəli qərardadı ilə iş üzrə icraata miras əmlak üzərində payın müəyyən edilməsi hissəsində xitam verilmişdir.

Məhkəmə xərcləri.

35. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsi üçün ödənilməli dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

36. Məhkəmə hesab edir ki, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi iddianın təmin edilmiş hissəsinə mütənasibdir.

Məhkəmənin gəldiyi nəticə.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, mərhum X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 879/1 saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.

38. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Mərhum X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 879/1 saylı bağ sahəsində yerləşən 0.12 ha torpaq sahəsinə İddiaçı vərəsəlik hüququ tanınsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar