Məhkəmə qərarları › İş №e-2(011)-3004/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3004/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3004/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 27 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, HP markalı notebook üçün 892 manat ödənilməmiş hissə, 89 manat cərimə borcu; 28 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı saat üçün 674 manat ödənilməmiş hissə, 67 manat cərimə borcu; 12 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV üçün 385 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu; 21 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən, Power Bank, 2 ədəd Realme Buds, Xiaomi markalı saat üçün 310 manat ödənilməmiş hissə, 31 manat cərimə borcu; 06 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********83012 olan Samsung Galaxy A01 markalı telefon üçün 165 manat ödənilməmiş hissə, 16 manat cərimə borcu; 31 may 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********52507 olan Xiaomi Redmi 8A markalı telefon üçün 124 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu; 17 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, 6.5” Smart Segway holder üçün 72 manat ödənilməmiş hissə, 57 manat cərimə borcu olmaqla, ümumilikdə 2.882 manat borc və 48.82 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 12 avqust 2019-cu il, 17 dekabr 2019-cu il, 31 may 2020-ci il, 21 sentyabr 2020-ci il, 06 noyabr 2020-ci il, 27 dekabr 2020-ci il və 28 dekabr 2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh HP markalı notebook, Samsung markalı saat, Hoffmann LED TV, Power Bank, 2 ədəd Realme Buds, Xiaomi markalı saat, Samsung Galaxy A01 markalı telefon, Xiaomi Redmi 8A markalı telefon, 6.5” Smart Segway holder almış və nəticədə cavabdehin 2882 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 12 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1512 manat olan Hofmann LED TV üçün ümumilikdə 423 manat olmaqla 385 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu; 17 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 435 manat olan 6.5” Smart Segway holder üçün ümumilikdə 79 manat olmaqla 72 manat ödənilməmiş hissə, 57 manat cərimə borcu; 31 may 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 368.60 manat olan Xiaomi Redmi 8A markalı telefon üçün ümumilikdə 136 manat olmaqla 124 manat ödənilməmiş hissə, 12 manat cərimə borcu; 21 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 531.60 manat olan Power Bank, 2 ədəd Realme Buds, Xiaomi markalı saat üçün ümumilikdə 341 manat olmaqla 310 manat ödənilməmiş hissə, 31 manat cərimə borcu; 06 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 284.40 manat olan Samsung Galaxy A01 markalı telefon üçün ümumilikdə 181 manat olmaqla 165 manat ödənilməmiş hissə, 16 manat cərimə borcu; 27 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1082.40 manat olan HP markalı notebook üçün ümumilikdə 981 manat olmaqla 892 manat ödənilməmiş hissə, 89 manat cərimə borcu; 28 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 892.80 manat olan Samsung markalı saat üçün ümumilikdə 741 manat olmaqla 674 manat ödənilməmiş hissə, 67 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.848,80 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh HP markalı notebook, Samsung markalı saat, Hoffmann LED TV, Power Bank, 2 ədəd Realme Buds, Xiaomi markalı saat, Samsung Galaxy A01 markalı telefon, Xiaomi Redmi 8A markalı telefon, 6.5” Smart Segway holder almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 31 mart 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borclara aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 12 avqust 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 38 manat cərimə məbləği azaldılaraq 3 manat məbləğində; 17 dekabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 57 manat cərimə məbləği azaldılaraq 5 manat məbləğində; 31 may 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 12 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 21 sentyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 31 manat cərimə məbləği azaldılaraq 3 manat məbləğində; 06 noyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 16 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 27 dekabr 2020ci il tarixli müqavilə üzrə hesablanmış 89 manat cərimə məbləği azaldılaraq 8 manat məbləğində; 28 dekabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 67 manat cərimə məbləği azaldılaraq 6 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 12 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 385 manat əsas borc, 3 manat cərimə borcu; 17 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 72 manat əsas borc, 5 manat cərimə borcu; 31 may 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 124 manat əsas borc, 2 manat cərimə borcu; 21 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 310 manat əsas borc, 3 manat cərimə borcu; 06 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 165 manat əsas borc, 2 manat cərimə borcu; 27 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 892 manat əsas borc, 8 manat cərimə borcu; 28 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 674 manat əsas borc, 6 manat cərimə borcu olmaqla, cəmi 2.651 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 48.82 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 48.82 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 385 (üç yüz səksən beş) manat əsas borc, 3 (üç) manat cərimə borcu; 17 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 72 (yetmiş iki) manat əsas borc, 5 (beş) manat cərimə borcu; 31 may 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 124 (bir yüz iyirmi dörd) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 21 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 310 (üç yüz on) manat əsas borc, 3 (üç) manat cərimə borcu; 06 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 165 (bir yüz altmış beş) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 27 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 892 (səkkiz yüz doxsan iki) manat əsas borc, 8 (səkkiz) manat cərimə borcu; 28 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 674 (altı yüz yetmiş dörd) manat əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, cəmi 2.651 (iki min altı yüz əlli bir) manat pul vəsaiti və 48.82 (qırx səkkiz manat səksən iki qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar