Məhkəmə qərarları › İş №e-2(011)-395/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-395/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-395/2023 27.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı əqdin etibarsız hesab edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **-SR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil üzərində Cavabdeh2 ilə Cavabdeh1 arasında aparılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **-MY-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə dair verilmiş AE107785 saylı, xx.xx.2021-ci il tarixli şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə iclasının yeri vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı tərəfin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh2 ilə 08 noyabr 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və nikahları Səadət Sarayında (Bakı nikah evində 969 nömrəli akt qeydi tərtib olunmuş) qeydə alınmışdır. Birgə nikahdan övladları olmamışdır. İlk vaxtlarda münasibətləri normal olsa da, daha sonra cavabdehlə aralarında olan münasibətlər pozulmuş və cavabdehlə birgə yaşamaqları baş tutmamışdır. Bunun nəticəsi olaraq aralarında olan nikah əlaqələri faktiki olaraq 01 noyabr 2020-ci il tarixdə 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində pozulmuş, AZ-İ seriyalı, 371649 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Birgə nikah dövründə onlar “X2 Rover” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı minik avtomobil birgə nikah dövründə əldə edilmişlər. Həmin “X2 Rover” minik markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin Cavabdeh2 tərəfindən Cavabdeh1 satılmışdır. Həmin avtomobilə dair alqı-satqı müqaviləsi bağlanarkən, iş üzrə İddiaçı razılığı olmalı idi. Lakin, belə bir razılıq olmamış, ümumiyyətlə həmin avtomobilin satılması barədə məlumatdan ümumiyyətlə xəbəri olmamışdır. Eyni zamanda 2014-cü il buraxılışlı, “X2 Rover” minik markalı, qara metalik rəngli, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobil həbs qoyularaq cərimə meydançasına yerləşdirilməsi və həmin avtomobilin cavabdehə və üçüncü şəxslərə satılması qadağan edilməsi barədə müvəqqəti təminat tədbiri barədə ərizə verilmiş və həmin müvəqqəti təminat tədbiri İsmayıllı Rayon Məhkəməsi hakimi Rəfayel Şirinov tərəfindən verilən MTT(037)-16/2022 nömrəli, 30 mart 2022-ci il tarixli Qərardad ilə təmin olunmulşdur. Lakin, buna baxmayaraq iş üzrə Cavabdeh2 tərəfindən həmin avtomobil qeyri-qanuni olaraq, satılmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında mülki işə mahiyyəti üzrə baxılıb, iddianın rədd edilməsini xahiş etdi. İşin halları - Cavabdeh2 oğlu və İddiaçı xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. - “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **-SR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil xx.xx.2019-cu il tarixdə Cavabdeh2 mülkiyyətinə keçmiş, xx.xx.2021ci il tarixdə isə alqı-satqı yolu ilə Cavabdeh1 mülkiyyətinə keçmişdir. - İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh2 qarşı “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **- SR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin bölgüsü tələbinə dair iddiası rədd edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 2(107)-187/2023-saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-283/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2297/2023-cü il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 187/2023-saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına istinadən qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Həmin qərarda qeyd edilmişdir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Beləliklə, əqdlərin etibarlı olması üçün qanunda nəzərədə tutulmuş 4 şərtin mövcudluğu vacibdir. Əqdin subyektiv tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqdə iradə və iradənin ifadə edilməsinə adi edilən şərt, əqdin formasina aid edilən şərt. Bu şərtlərin hər biri olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd etdikləri və istədikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə yuxarıda istinad etdiyi qanunvericilik normalarının müddəalarını və işin faktiki hallarını təhlil edərək belə qənaətə gəlir ki, “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **-SR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil tərəflərin birgə nikahı dövründə əldə edilsə də, birgə vəsait hesabına əldə edilmədiyindən İddiaçı mübahisəli avtomobil üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir. Beləliklə, Cavabdeh2 öz mülkiyyətində olan əmlaka dair sərbəst sərəncam vermək hüququna malikdir. Belə olan halda, Cavabdeh2 mülkiyyətində olan “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **- SR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə dair sərbəst surətdə sərəncam vermək hüququndan istifadə edərək Cavabdeh1 adına özgəninkiləşdirmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 Cavabdeh1 arasında “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **-SR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin alqı-satqısına dair müqavilənin etibarlılığını şübhə altına alan hallar müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **-SR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil üzərində Cavabdeh2 ilə Cavabdeh1 arasında aparılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “X2 Rover”minik markalı, 2014cü il buraxılışlı, **-MY-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə dair verilmiş AE107785 saylı, xx.xx.2021-ci il tarixli şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **-SR-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil üzərində Cavabdeh2 ilə Cavabdeh1 arasında aparılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və “X2 Rover”minik markalı, 2014-cü il buraxılışlı, **-MY-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilə dair verilmiş AE107785 saylı, xx.xx.2021-ci il tarixli şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar