Məhkəmə qərarları › İş №e-2(013)-3325/2023

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3325/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3325/2023 21.12.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı «İcbari Sığorta Bürosu» X3 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə 21 dekabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: «İcbari Sığorta Bürosu» X3 nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh 80 manat verilmiş sığorta ödənişinin və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 110 manat pulun tutularaq iddiaçı «İcbari Sığorta Bürosu» X3 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş Nəsimi rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi Nissan Armada markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi törətdiyindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 346.1-ci maddələri ilə təqsirli bilinmişdir. Hadisə zamanı Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari sığorta müqaviləsinə dair məlumatın surətindən görünür ki, Nissan Armada markalı, ** XE *** dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də sığortalı olmuşdur. xx.xx.2022-ci il tarixli arayışın və avtomobilin qeydiyyatına dair çıxarışın surətlərindən görünür ki, BMW 528İ markalı avtomobil ** BR *** dövlət qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci ildə «İcbari Sığorta Bürosu» X4-də sığortalanmışdı. xx.xx.2022-ci il tarixdə isə həmin avtomobil özgəninkiləşdirilmiş və ona ** PK *** dövlət qeydiyyat nişanı verilmişdir. xx.xx.2020-ci il tarixli İC AA 6949/20 nömrəli sığorta aktının və xx.xx.2020-ci il tarixli ödəniş qəbzinin surətlərindən görünür ki, C.M.X6 markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi törədərək X1 idarə etdiyi Nissan Maxima markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə nəticəsində X2 dəymiş zərərə görə «İcbari Sığorta Bürosu» X4 tərəfindən 80 manat ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarə etdiyi Nissan Armada markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və X1 idarə etdiyi Nissan Maxima markalı ** KG *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşaraq ona zərər vurmuşdur. Dəymiş ziyana görə iddiaçı X2 80 manat ödəniş etmişdir. Hadisə baş verən zaman Cavabdeh hadisə yerindən yayınmışdır. Belə olan halda «İcbari Sığorta Bürosu» X4-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 80 (səksən) manat sığorta ödənişi və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq «İcbari Sığorta Bürosu» X3 xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar