Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3691/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********54920 SAMSUNG GALAXYA16, BOROFONE qulaqlıq, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti, PAKET L xidməti üçün 453.6 manat ödənilməmiş hissə, 45.36 manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, HİSENSE TV , QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti üçün, 349.2 manat ödənilməmiş hissə, 34.92 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********37948 XİAOMİ REDMİ 14C, Samsung Charger, X4 1 İL xidməti, Paket M xidməti üçün 345.9 manat ödənilməmiş hissə, 34.59 manat cərimə, ümumilikdə 1263.57 manat borc, 32.64 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kod **********54920 Samsung Galaxy A16, Borofone qulaqlıq, X4 1 İL xidməti, Paket L xidməti, Hisense TV, X4 2 İL xidməti, İMEİ Kod **********37948 Xiaomi Redmi 14C, Samsung Charger, X4 1 İL xidməti, Paket M xidməti almış və nəticədə 1263.57 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 579.6 manat (6 ay x 75.6 manat + 126 manat ilkin ödəniş) olan İMEİ Kod **********54920 Samsung Galaxy A16, Borofone qulaqlıq, X41 İL xidməti, Paket L xidməti üçün ümumilikdə, 498.96 manat olmaqla ondan, 453.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45.36 manat cərimə, xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 449.2 manat (12 ay x 29.1 manat + 100 manat ilkin ödəniş) olan Hisense TV, X4 2 İL xidməti üşün ümumilikdə, 384.12 olmaqla ondan, 349.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.92 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 447.9 manat (6 ay x 57.65 manat + 102 manat ilkin ödəniş) olan İMEİ Kod **********37948 Xiaomi Redmi 14C, Samsung Charger, X41 İL xidməti, PAKET M xidməti üçün ümumilikdə, 380.49 manat olmaqla ondan, 345.9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34.59 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 328 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin Cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kod **********54920 Samsung Galaxy A16, Borofone qulaqlıq, X4 1 İL xidməti, Paket L xidməti, Hisense TV, X4 2 İL xidməti, İMEİ Kod **********37948 Xiaomi Redmi 14C, Samsung Charger, X4 1 İL xidməti, Paket M xidməti almış və nəticədə 1263.57 manat borc yaranmışdır. Göründüyü kimi, Cavabdeh alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməyərək, nəticədə iddiaçıya ödənilməli olan borcu ödəməmişdir. Halbuki, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən Cavabdeh ona satılmış əşyaların dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600-cü maddəsinsə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor mal satarkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrdən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan müvafiq olaraq azaldılaraq 22 manat, 17 manat, 17 manat məbləğində saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu qismində ödənilmiş 32,64 manat pul Cavabdeh tutularaq ona ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 453.6 manat ödənilməmiş hissə, 22 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 349.2 manat ödənilməmiş hissə, 17 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 345.9 manat ödənilməmiş hissə, 17 manat cərimə, ümumilikdə 1204.7 manat borc, 32.64 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №e-2(050)-3691/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3691/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver