Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-275/2024 13.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti ASC–nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia qaldıraraq, cəmi 5716 manat və 77.56 manat dövlət rüsumunun cavabdehdən tutulub İddiaçı Sığorta Şirkəti ASC-nə verilməsı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şirkət tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı, ** OP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Ford Transit” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Ford Transit” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4544 manat, X1 yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat, “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin borusuna dəymiş zərərə görə isə 422 manat olmaqla cəmi 5716 AZN (beş min yeddi yüz on altı manat) sığorta ödənişi həyata keçirmişdir. Bildirilir ki, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqlarıyaranmışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş Sabunçu Rayon Məhkəməsinin qərarına əsasən, Əhmədov X2 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Belə ki, o törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfə yüngül dərəcəli bədən xəsarəti yetirməklə yanaşı, hadisə yerindən yayınmışdır. Ona görə də ödənilmiş 5716 manat pul subroqasiya qaydasında Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Odur ki, iddianın təmin olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edirlər. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı hüquqi şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh ünvanına məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: xx.xx.2022-ci il tarixli 3(008)-6308/2022 saylı qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. №120065 saylı Sığorta Aktından görünür ki, xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta “Ford Transit” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4544 manat sığorta ödənişi həyata keçirmişdir. №117230 saylı Sığorta Aktından görünür ki, İddiaçı Sığorta” tərəfindən X1 yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat sığorta ödənişi həyata keçirmişdir. № 121999 saylı Sığorta Aktından görünür ki, İddiaçı Sığorta” tərəfindən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin borusuna dəymiş zərərə görə 422 manat sığorta ödənişi həyata keçirmişdir. İşdə olan arayışdan görünür ki, Sabunçu rayon DYPŞ bildirir ki, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2023–cü il tarixli subroqasiya məktubundan görünür ki, İddiaçı Sığorta Cavabdeh 5716 manat sığorta ödənişini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi “Opel Astra” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakixanov qəsəbəsində Ş.Kamilov küçəsindən N.İsmayılov küçəsinə çıxarkən yolnəqliyyat hadisəsi törətmiş və "Fort TR" markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Bundan başqa toqquşma nəticəsində zərbədən "Fort TR" markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək yolun sol hissəsinə avtomobilə və digər maneəyə çırpılmışdır. Nəticədə "Fort TR" markalı, ** YJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 4544 manat məbləğində maddi zərər dəymişdir. İddiaçı şirkət həmin ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Cavabdeh yol –nəqliyyat hadisəsi törətdiyinə görə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə bağlanan icbari sığorta müqaviləsindən yaranan subroqasiya hüququ ilə bağlı mübahisədir və İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanunun xüsusi normaları əsasında həll olunmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı. 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 63.2. Subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. 63.5–ci maddəsinə əsasən bu Qanunun 52–1.1–ci maddəsində nəzərdə tutulmuş sığortaçı sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıya qarşı subroqasiya hüququndan istifadə edir. Bu zaman zərərvuranın mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçı subroqasiya hüququ irəli sürmüş sığortaçı qarşısında sığorta ödənişinin bu Qanunda müəyyən edilmiş qaydada həyata keçirilməsi üçün öhdəlik daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 327.8. Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır Tərəflər arasında yaranmış münasibətlər sığorta müqaviləsi üzrə, hazırki mübahisə isə Subroqasiya hüququ üzrə yaranmışdır. Subroqasiya qaydasında verilən iddia tələbinin maddi hüquqi əsasını “İcbari sığortalar haqqında” Qanunun sığorta münasibətlərində Subroqasiya hüququnun yaranması əsaslarını tənzimləyən 25-ci maddəsi (bu qərarın 21 - 30-cu paraqrafları) təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki halları “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş dispozisiya şərtləri əsasında təhlil olunduqda görünür ki, cavabdehə münasibətdə bu halların mövcudluğu təsdiq olunur. Nəzərə alınmalıdır ki, iddiaçı tələbini baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınmasını iddia edərək, tələbini “İcbari sığortalar haqqında” Qanunun 63.1-ci maddəsi ilə əsaslandırmışdır. Bu normanın məzmunundan göründüyü kimi, həmin normaya əsasən iddianın təmin olunması üçün zəruri şərt - baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınmasıdır. Baxılan işdə də məhkəmə işin hallarını araşdıraraq,baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdehin hadisə yerindən yayındığını müəyyən etmişdir. Ümumiyyətlə baş vermiş sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması o zaman sığortaçının hadisəni törətmiş şəxsə qarşı Subroqasiya hüququnun yaranmasına əsas ola bilər ki, Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsaslar, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” adlanan 4-cü fəslinin məqsədlərinə uyğun olsun. Sürücünün hadisə yerindən yayındığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. Bununla belə sürücünün hadisə yerindən yayınması nəticəsində zərərin artdığı, zərərin qarşısının alınmasının qeyri-mümkün olması müəyyən edilmir. Eyni zamanda məhkəmə qərarında cavabdehin hadisə yerini tərk etməsi nəticəsində subroqasiya qaydasında tələbetmə əsasını müəyyən edən sərxoşluğunun və ya başqa halın olması əks edilmir, əksinə qərarda sığortalının həkim rəyi ilə sərxoş olmadığı müəyyən olunmuşdur. Eyni zamanda cavabdehin polisdə verdiyi izahatda hadisə yerindən yayınma səbəbi kimi halı pisləşmiş ankoloji xəstə olan sərnişini tibb müəssisəsinə çatdırmaq olması qeyd edilmişdir. Sığorta şirkəti tərəfindən sığorta hadisəsi zamanı sığortalının hadisə yerini tərk etməsinin ziyanın artmasına nə kimi təsir göstərdiyi əsaslandırılmamış, sübuta yetirilməmişdir. Sürücünün hadisə yerini tərk etməsi halı özözlüyündə nəticə yaratmadığı halda, sığorta şirkətinə subroqasiya qaydasında məbləğin ödənilməsi tələbinə əsas yaranmamış olur. Beləliklə iddiaçının subroqasiya qaydasında cavabdehdən vurulmuş zərərin əvəzinin alınması əsası olmadığından iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı Ford Transit” markalı, ** JY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4544 manat, X1 yüngül dərəcəli bədən xəsarətinə görə 750 manat, “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xəttinin borusuna dəymiş zərərə görə isə 422 manat olmaqla cəmi 5716 AZN (beş min yeddi yüz on altı manat) sığorta ödənişi və 77.56 manat dövlət rüsumunun pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən alınaraq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №e-2(051)-275/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-275/2024
13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver