Məhkəmə qərarları › İş №e-2(125)-1468/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-1468/2024

29.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-1468/2024 29.03.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X14 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı daşınmaz əmlakın vərəsəlik üzrə sənədləşdirilməsi ilə bağlı evə baxış keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanda yerləşən miras əmlaka vərəsəlik hüququnun tanınması məqsədi ilə həmin evin mərhum atası Cavabdeh1 Abdulla oğluna məxsus olması barədə arayışın verilməsi üçün baxışın keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaratdığı maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası Cavabdeh1 Abdulla oğlu xx.xx.1993-cü ildə vəfat etmişdir. Atası vəfat edərkən mülkiyyətində olmuş M.Məmmədov küçəsi, 41 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. O, uzun illər yəni 2021-ci ilə kimi orada yaşamışdır. Bu səbəbdən miras əmlakın ona aid hissəsini qəbul etmək üçün notariat ofisinə müraciət etmişdir. Notariat ofisindən mərhum atasının adına olması barədə arayış verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 Saylı Gəncə Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsinin əməkdaşları evə baxış keçirilməsi üçün miras əmlak yerləşdiyi ünvana getsələr də, cavabdehlər müayinə baxışına şərait yaratmayaraq buna imkan verməmişdirlər. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdehlər vərəsəliyin onun tərəfindən qəbul edilməsini istəmədikləri üçün evə müayinə baxışı keçirilməsinə şərait yaratmayacaqlar. Buna görə də hesab edir ki, əmlaka vərəsəlik hüququ tanınması üçün evə baxış keçirilməsinə yaradılan maneəçilik aradan qaldırılmalıdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZ-İİ 241763 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 Abdulla oğlu xx.xx.1993-cü ildə ölmüşdür. AZB-036365 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1961-ci ildə Gəncə şəhərində anadan olmuş X4 ata qrafasında Cavabdeh1 Abdulla oğlu, ana qrafasında isə X3 qeyd olunmuşdur. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 3 saylı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 726 nömrəli məktubdan görünür ki, mərhum Cavabdeh1 Abdulla oğlunun vərəsəsi qızı İddiaçı Gəncə şəhəri, M.Məhərrəmov küçəsi, 41 saylı evə dair vərəsə kimi tanınması ilə bağlı notariat ofisinə müraciəti ilə əlaqədar olaraq, həmin daşınmaz əmlakın mərhum Cavabdeh1 Abdulla oğlunun adına qeydə alınıb, ora vərəsəlik edilməsi üçün reyestrdən arayış verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-2-33/2-9692/2023 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair xx.xx.1939-cu il tarixli, 6037 nömrəli Torpaq qeydi X7 adına olmuşdur. Kirovabad şəhər notariat kontorunun xx.xx.1939-cu il tarixli, 13306 reyestr nömrəli müqaviləsinə əsasən X12 tərəfindən X1. Fərdi yaşayış evinin yerləşdiyi xx.xx.1939-cu il tarixli, 980 nömrəli Torpaq qeydi X5 adına işlənilmişdir. Azərbaycan Sovet Sosialist Respublikası adından xx.xx.1948-ci il tarixli 2-ci dairə məhkəməsinin qərarına əsasən mülk X5 vərəsələri Həmidova Tamara və X2. Kirovabad şəhər notariat kontorunun xx.xx.1951-ci il tarixli, 9650 reyestr nömrəli müqaviləsinə əsasən Həmidova Tamara və X10 tərəfindən Cavabdeh1 Abdulla oğluna satılmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 531,0 kv.m torpaq sahəsinə dair xx.xx.1951-ci il tarixli Torpaq qeydi Cavabdeh1 Abdulla oğlunun adına qeyd edilmişdir. xx.xx.1987-ci ildə aparılmış inventarizasiya işləri zamanı fərdi yaşayış evi ümumi sahəsi 214,3 kv.m, yaşayış sahəsi 74,4 kv.m, köməkçi sahəsi 139,9 kv.m olan üç yaşayış otağından, yerləşdiyi torpaq sahəsi 556,0 kv.m-dən ibarət olmuşdur. Fərdi yaşayış evi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən ərizəçi Cavabdeh1 Abdulla oğlunun vərəsəsi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-12272/2023 saylı bildirişdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mübahisə olduğu üçün müayinə baxışına şərait yaradılmadığından daşınmaz əmlak üzərində vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi mümkün olmamışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq edilmiş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- MM) 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də fiziki və hüquqi şəxslərin digər hərəkətləridir. (mad. 14.2.8) MM-in 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasıdır. (mad. 6.1.7) MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçının atasından miras əmlak qalmışdır. İddiaçının atasından miras qalmış əmlak üzərində vərəsəliklə bağlı sənədləşmənin aparılmasına cavabdehlər tərəfindən maneçilik törədildiyi üçün iddiaçının mülki hüquqlarının həyata keçirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bunda n sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin hallarını araşdırıb hüquq normaları baxımından qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin olunmalı, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxışı keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneçilik aradan qaldırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə müayinə baxışı keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneçilik aradan qaldırılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar