Məhkəmə qərarları › İş №e-2-2(113)-1139/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1139/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1139/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 100485,70 manat vurulmuş zərərin əvəzi kimi pul və mediasiya xərci kimi ödənilmiş 410 manat məbləğində xidmət haqqının reqres qaydada alınaraq, İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (daşıyıcı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınma müqaviləsinə əsasən daşıyıcı sifarişçi ilə “X5” MMC (alıcı) arasında imzalanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə Rusiya Federasiyasının Belqorod vilayətində yerləşən satıcı ООО «Белгранкорм»dan dondurulmuş toyuq ətini -18 (mənfi on səkkiz) dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşımalı idi. Həmin dondurulmuş toyuq əti daşıyıcı tərəfindən daşınma üçün digər daşıyıcı Cavabdeh2 təklif edilmiş və yükün daşınma şərtləri ona bildirilmişdir. Cavabdeh2 tərəfindən daşıyıcının təklifi qəbul edilmiş və mülkiyyətində olmuş soyuducu kameralı **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquya xx.xx.2023-cü il tarixdə satıcının ünvanında dondurulmuş toyuq əti yüklənmişdir. Bu hal beynəlxalq nümunəli əmtəənəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi zamanı həmin qaimədə öz əksini tapmışdır. O qaimədə yüklərin çatdırılmasının xüsusi razılaşdırılmış şərtləri kimi dondurulmuş toyuq ətini -18 (mənfi on səkkiz) dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşınması qeyd edilmiş və həmin sənəd sürücü Şahid tərəfindən imzalanaraq, Cavabdeh2 bu barədə məlumat verilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, yükün əsas daşınma şərti olan -18 dərəcə temperaturda daşınmasına sürücü Şahid və sahibkar Cavabdeh2 tərəfindən nəzarət edilməmiş və **- OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquda olan dondurucu kamerada temperatur +18 dərəcədə saxlanılaraq dondurulmuş toyuq əti alıcının ünvanına gətirilənə qədər ərimiş və təmamilə istehlaka yararsız hala düşmüşdür. Bu fakt yük ölkəyə gətiriləndən sonra alıcının ünvanında müəyyən edilmişdir. Bununla bağlı video görüntü və akt mövcuddur. Bu barədə alıcı tərəfindən dərhal Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilmiş və Agentliyin X1 xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli aktla 18200 kq istifadəyə yararsız toyuq əti "xxxx" ASC-nin işçi qüvvəsi tərəfindən Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda müvafiq qaydada məhv edilmişdir. Alıcı “X5” MMC-nin sifarişçi "xxxx" MMC-yə və sonuncunun da daşıyıcı İddiaçı MMC-yə ünvanlanmış pretenziya məktublarına əsasən cəmi 100485,70 manat vurulmuş zərər daşıyıcı İddiaçı MMC tərəfindən ödənilməlidir. Daşıyıcı həmin məbləği hissə-hissə ödəyir. Lakin Cavabdeh2 ilə bu məsələni həll etmək istiqamətində danışıqlar aparılsa da, pretenziya bildirişi göndərilsə də, mediasiya təklifi verilsə də, onun mövqeyini bu məsələdə müəyyən etmək mümkün olmamışdur. O, hətta mediasiya prosesində də iştirak etməmişdir. Cavabdeh2 mülkiyyətində olmuş soyuducu kameralı **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşqunu məsuliyyətdən yaxa qurtarmaq məqsədilə Baş X6 İdarəsinin verdiyi məktubda qeyd edildiyi kim,i xx.xx.2023-cü il tarixdə özgəninkiləşdirmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859-cu maddəsinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən Cavabdeh2 ünvanlanan pretenziya bildirişində qeyd olunmuşdur ki, İddiaçı MMC (daşıyıcı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınma müqaviləsinə əsasən daşıyıcı sifarişçi ilə “X5” MMC (GFC) arasında imzalanmış xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə Rusiya Federasiyasının Belqorad vilayətində yerləşən satıcı OOO «Белгранкорм»dan dondurulmuş toyuq əti -18 dərəcə temperaturu olan dondurucu kamerada GFC alıcının Azərbaycan Respublikasındakı ünvanına daşımalı idi. Daşıyıcı tərəfindən həmin dondurulmuş toyuq ətinin daşınması Cavabdeh2 təklif edilmiş, daha sonra cavabdeh tərəfindən daşıyıcının təklifi qəbul edilmiş və dondurulmuş toyuq əti mülkiyyətində olan **- OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquya xx.xx.2023cü il tarixdə satıcının ünvanında yüklənmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi, yükün əsas daşınma şərti olan -18 dərəcə temperaturda daşınmaya əməl edilməmiş və mülkiyyətində olan **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquda temperatur +18 dərəcədə saxlanılaraq dondurulmuş toyuq əti alıcının ünvanına gətirilənə qədər ərimiş və tamamilə istehlaka yararsız hala düşmüşdür. Qeyd edilir ki, pretenziya bildirişində qeyd olunmuşdur ki, guya İddiaçı MMC tərəfindən yükün daşınma şərtləri Cavabdeh2 bildirilmişdir. Belə ki, İddiaçı öz məsuliyyətini aradan qaldırmaq üçün belə bir yalan uydurmuşdur. Tərəflər arasında olan “Whatsapp” sosial şəbəkəsində aparılan yazışmalardan da sübut olunur ki, həmin şirkət yalnız yükün ünvanını bildirərək, Azərbaycana daşınmalı olduğunu qeyd etmiş, əlavə heç bir təlimat yaxud göstəriş verməmişdir. Ümumiyyətlə, şirkətlə Cavabdeh2 arasında nəinki yük daşıma müqaviləsi, heç bir hüquqi sənəd bağlanılmamışdır. İddiaçı MMC-nin təqdim etdiyi pretenziya bildirişi tamamilə yalan iddialara əsaslanır. İddiaçı MMC tərəfindən cavabdehə Azərbaycan Respublikası Mülki Məcəlləsinin yük daşıyıcısının məsuliyyəti adlanan 859-cu maddəsinin 4-cü bəndinə əsasən 100485,70 manat vurulmuş zərərin reqres qaydada ödənilməsi tələb olunur. Əgər İddiaçı öz işini bu qədər peşəkar görürdüsə, qanunvericilik normalarına bələd idisə, nə üçün həmin şəxslə heç bir müqavilə imzalamırdı? Belə ki, Cavabdeh2 arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə müqavilənin imzalanmaması, daşınmanın yalnız sosial şəbəkə üzərindən danışıqlar vasitəsilə aparılması bunun arxasında digər faktorların mövcudluğuna dəlalət edir. Həmin faktorlar isə aydındır ki, yükdaşımanın bazar qiymətindən olduqca aşağı bir vəsaitlə həyata keçirilməsilə bağlıdır. İş üzrə əhəmiyyət kəsb edən digər bir məqam isə ondan ibarətdir ki, dondurulmuş toyuq ətini **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını ilə beynəlxalq daşımanı Cavabdeh2 deyil, Şahid həyata keçirtmişdir. Belə ki, sürücü Şahid notariat qaydasında təsdiqlənmiş etibarnamə ilə həmin avtomobilə qanuni əsasla sahiblik edən şəxs olmuşdur. İddiaçı tərəfindən elektron sistemə daxil edilmiş sənədlər içərisində "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktubu aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə aid malların daşınmasını həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən daşıyıcı sifarişçinin adından yükdaşıma prosesini icra etməyi öz öhdəliyinə götürür. Bundan başqa, pretenziya məktubunda qeyd olunmuşdur ki, **-OL- ***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquda temperatur -18 dərəcədə saxlanılmalı olan dondurulmuş toyuq əti əriyərək tamamilə istehlaka yararsız hala düşmüşdür. Buna görə də daşınma zamanı korlanmış malların dəyərini və bununla bağlı tərəfindən çəkilmiş və ya çəkiləcək xərclərin 30 iş günü ərzində ödənilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli pretenziya məktubu eyni vaxtda və eyni məzmunda İddiaçı MMC-yə ünvanlamışdır. Cavabdehə aydın olmayan məqam ondan ibarətdir ki, həmin pretenziya məktubundan başqa əlavə edilmiş digər sənədlər içərisində: tərəflər arasında bağlanılan müqavilədə və yaxud məhkəməyə ünvanlanmış iddia ərizəsində "xxxx" MMC-nin adı çəkilmir. Bununla da, həmin pretenziya məktublarından aydın olur ki, "xxxx" MMC-nin həmin toyuq məhsullarının daşınmasına dair həm "xxxx" MMC ilə, həm də İddiaçı MMC ilə müqaviləsi mövcuddur. Hansı səbəbdən həmin toyuq məhsullarının daşınmasına dair "xxxx" MMC ilə imzalanan əhəmiyyət kəsb edən müqavilənin sübut kimi əlavə edilmədiyi sual altındadır. Kiçik bir nüans da olsa, əlavə edilmiş sübutların həqiqiliyini şübhə altına alan digər bir məqam isə odur ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC və "xxxx" MMC-yə ünvanlanmış pretenziya məktublarının eyni predmet barəsində olmasına və eyni şəxs tərəfindən, eyni gündə ünvanlanmasına baxmayaraq, firma rekvizitləri müxtəlif şablonda əks olunmuşdur. Aydındır ki, əgər "xxxx" MMC ilə digər tərəflər, yəni "xxxx" MMC və İddiaçı MMC arasında mübahisə predmeti olan toyuq məhsullarının beynəlxalq daşıması ilə bağlı hər hansı bir müqavilə olmuşdursa, bunun məhkəmədən gizlədilməsində əsas məqsəd iş üzrə ədalətli və obyektiv qərar çıxarılmasına maneçilik yaratmaqdan ibarətdir. Beləliklə, bir daha aydındır ki, həmin toyuqların yararsız hala gəlməsinin başlıca səbəbi Cavabdeh2 diqqətsizliyi ucbatından deyil, İddiaçı MMC-nin tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi və digər subyektiv faktorlardan olmuşdur. Belə ki, görüləcək işi müvafiq iş üzrə peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq İddiaçı MMC-nin vəzifəsidir. Yuxarıda qeyd olunan faktlardan bir daha sübut olunur ki, İddiaçı MMC Cavabdeh2 öz ehtiyatsızlığı ucbatından vurulan 100485,70 manat zərərin reqres qaydada geri qaytarılmasını tələb edə bilməz. Cavabdeh ümumiyyətlə daşınmanı həyata keçirməmiş, eyni zamanda daşınmanın həyata keçirilməsilə bağlı vəzifə təlimatlarını özündə əks etdirən müqavilə yaxud digər hüquqi sənəd imzalamamış, həmin şirkətə qarşı üzərinə heç bir öhdəlik götürməmişdir. Eyni zamanda həmin yükdaşımanı Şahid həyata keçirdiyi üçün İddiaçı MMC-nin Cavabdeh2 100485,70 manat pul vəsaitinin tələb edilməsi üçün heç bir subyektiv hüququ yoxdur. Tədqiq olunan sübutlar:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

6. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, daşıyıcı qismində İddiaçı MMC ilə sifarişçi qismində "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 01M/2023 nömrəli yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən daşıyıcı növbəti nəqliyyat daşıma xidmətlərinin öz adından, sifarişçinin hesabına həyata keçirilməsi öhdəliyini üzərinə götürür: yükün avtomobil nəqliyyatı vasitəsilə daşınmasını öz adından yerinə yetirmək və ya təşkil etmək (sifarişçinin yükünün daşınması ilə əlaqədar öz adından müqavilələr bağlamaq), yükün göndərilməsini və alınmasını təmin etmək, sifarişçinin yükünün sifarişçinin anbarına çatdırılması ilə əlaqədar olaraq sifarişçinin bütün göstərişlərini yerinə yetirmək. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən daşıyıcı sifarişçinin yazılı razılığı ilə sifarişçinin maraqlarını, tariflərin səviyyəsini və tədarük müddətlərini nəzərə almaqla sifarişçinin yüklərini hansı nəqliyyat vasitəsi ilə daşınmasını şəxsən təyin edə bilər. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən daşıyıcı xidmətlərinin dəyəri sifarişçinin nəqliyyat sifarişləri əsasında tərəflər ilə razılaşdırılır və hər bir ayrıca daşınma üzrə xidmətlərin göstərilməsinə görə hesab-fakturada göstərilir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən yükün zədələnməsi, korlanması və ya məhv edilməsi nəticəsində dəyən zərərlərin ödənməsi üçün sifarişçi daşıyana bunları təqdim etməlidir: qəbul aktının orijinalını, - mal-nəqliyyat qaiməsinin (CMR) (sürücünün mütləq imzası ilə) surətini; - zədələnmiş və ya itirilmiş yükün dəyərinin, həmçinin 7.1.1-ci bəndində sadalanan və yükün zədələnməsi və ya itirilməsi nəticəsində dəyən zərərlərin ödənişinə əlavə olunan digər xərclərin hesabını. Həmin müqavilənin 7.7-ci bəndinə əsasən daşıyıcı müqavilə üzrə cərimələri, eləcə də, yükün zədələnməsi və ya itirilməsi nəticəsində dəyən zərərlərin məbləğini sifarişçiyə ödəyir. Bu ödəmə sifarişçiyə hazırkı müqaviləyə əsasən yüklərin daşınmasına görə onun borc məbləğini azaldan kredit-notun təqdim olunması yolu ilə aparılır. Sifarişçi həmçinin dəyən zərərlərin və cərimələrin ödəniş məbləğlərinin sifarişçinin bank hesabına köçürülməsi yolu ilə ödənilməsini daşıyıcıdan tələb etmək hüququna malikdir.

8. Ekspeditor qismində "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli, İN-GFC/TR/001 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi yüklərin lazımi məntəqələrə daşınmasını ekspeditora həvalə edir və ekspeditor bu öhdəliyi öz üzərinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ekspeditorun məqsədi yüksək keyfiyyətli müştəri xidmətlərini təmin etməkdir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən göstəriləcək hər xidmətə dair hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən xidmət sifarişi tərtib edilir və tərəflər arasında imzalanır. Xidmətlərin dəyəri, daşınma marşrutu və digər şərtlər öz əksini xidmət sifarişində tapır. Həmin müqavilənin 3.10-cu bəndinə əsasən əgər nəqliyyat prosesində yükün zədələnməsi, korlanma və ya itməsi ekspeditor və (və ya) onun kontragentlərinə görə baş veribsə, tərəflər qarşılıqlı razılaşır və yükün yoxlanması üçün ekspeditorun hesabına müstəqil ekspert təyin edir. Ekspeditor fırıldaqçılıq və ya açıq şəkildə xəta istisna olmaqla, ekspert tərəfindən hər iki tərəf üçün yekun və məcburi olan qərara əsasən dəymiş zədələrə görə sifarişçi qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 3.11-ci bəndinə əsasən əgər yükün korlanması, zədələnməsi və ya itməsi daşıma prosesi (yükün daşıyıcı tərəfindən qəbul edildiyi andan yükü qəbul edən və ya səlahiyyətli şəxsə çatdırılmasına qədər) zamanı baş verərsə, ekspeditor yükün bütövlüyü ilə bağlı sifarişçi qarşısında cavabdehlik daşıyır.

9. İddiaçı tərəfindən iş materiallarına daşıyıcı qismində "xxxx" MMC ilə sifarişçi qismində "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 01R/2023 nömrəli yüklərin avtomobil nəqliyyatı ilə beynəlxalq daşınmasına dair müqavilə təqdim edilmişdir.

10. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0010182 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ79AİİB******************** nömrəli hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “İnvoice İNV.2023.0262 Müqavilə 01M.2023 ziyanın kompensasiya olunması” olaraq qeyd edilmişdir.

11. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0010184 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ79AİİB******************** nömrəli hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “İnvoice İNV.2023.0262 Müqavilə 01M.2023 ziyanın kompensasiya olunması” olaraq qeyd edilmişdir.

12. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0010185 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ79AİİB******************** nömrəli hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “İnvoice İNV.2023.0262 Müqavilə 01M.2023 ziyanın kompensasiya olunması” olaraq qeyd edilmişdir.

13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0010190 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ79AİİB******************** nömrəli hesabına 5000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “İnvoice İNV.2023.0262 Müqavilə 01M.2023 ziyanın kompensasiya olunması” olaraq qeyd edilmişdir.

14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ0010192 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ79AİİB******************** nömrəli hesabına 5000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “İnvoice İNV.2023.0262 Müqavilə 01M.2023 ziyanın kompensasiya olunması” olaraq qeyd edilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ231003001 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ79AİİB******************** nömrəli hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “İnvoice İNV.2023.0262 Müqavilə 01M.2023 ziyanın kompensasiya olunması” olaraq qeyd edilmişdir.

16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ231012001 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ79AİİB******************** nömrəli hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “İnvoice İNV.2023.0262 Müqavilə 01M.2023 ziyanın kompensasiya olunması” olaraq qeyd edilmişdir.

17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ231013001 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin AZ79AİİB******************** nömrəli hesabına 10000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı “İnvoice İNV.2023.0262 Müqavilə 01M.2023 ziyanın kompensasiya olunması” olaraq qeyd edilmişdir.

18. xx.xx.2023-cü il tarixli, NR-AGRİ WO dd nömrəli yoxlama hesabatı adlı sənəddə qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli CMR No 001964-də qeyd olunur ki, **-OL-*** AZ/**-ZX-*** AZ nömrəli yük maşını ilə daşınan bağlamaların ümumi sayı ilə aşağıdakı məhsul(lar) xalis çəkisi 19008 kq 1200 ədədə bərabərdir. 1) Sümüksüz file stripslər (HS) zam. (8 bağlama); 2) “İstiotlu” qanadlar zam. (6 bağlama); 3) sümüksüz fıle stripslər (OR) zam. (8 bağlama); 4) OR baldır zam; 5) HS baldır zam. Baxış xidməti "xxxx" MMC-nin Azərbaycan Respublikasının Bakı şəhərində yerləşən ərazisində aparılıb, sözügedən məhsulun baxış yerində yerləşən **-OL-***/**-ZX-*** dövlət nömrə nişanlı qatda saxlanması aşkar edilib. Yük maşınının qapıları açılanda içərisindəki yükün taxta altlıqlara yığılmış və qoruyucu materiala bükülmüş karton bağlamalarda olduğu görülüb. Karton paketlərin ümumiyyətlə təmiz və yaxşı vəziyyətdə olduğu aşkar edilmişdir. Karton bağlamaların səthində istehsalçı, istehsal tarixi; Xalis çəki və s. Temperatura ölçülməsi (müştərinin təlimatları): Müştərinin şifahi göstərişinə əsasən yük maşınının qapıları açılan anda DDP400W tipli rəqəmsal termometr vasitəsi ilə yükün içərisindəki temperaturun ölçülməsi (Sertifikat No: OMS K 08264 xx.xx.2022-xx.xx.2023) həyata keçirilmişdir. Müştəri, aşağıdakı rəqəmi -18.2 dərəcəni aşkarladı: Müştəri nümayəndəsinin şifahi məlumatlarına və sifarişçinin təqdim etdiyi şəkillərə əsasən 31 yanvar 2023-cü il tarixində **-OL-***/**-ZX-*** dövlət nömrə nişanlı yük maşını Azərbaycanın Xırdalan şəhərində yerləşən anbara gələrkən sözügedən yük maşınının qapıları SGS iştirakı olmadan açıldı. Müştərinin təqdim etdiyi əlavə məlumatlara və fotoşəkillərə əsasən içəridə olan yükün ərimiş vəziyyətdə olduğu və qapıların açılması zamanı temperaturun +10,1 dərəcə olduğu müəyyən edilib. Bu səbəbdən sözügedən yük maşınının qapıları bağlanıb, temperatur -18 dərəcəyə qoyulub və son vaxtlar SGS inspektoru dəvət olunub. Bundan əlavə, qeyd olunan yük maşınından götürüldüyü bildirilən “isti” temperatur registratoru müştəri nümayəndəsi tərəfindən hesabata əlavə edilməsi xahişi ilə SGS müfəttişinə təhvil verilmişdir, qeyd olunan cihazdan götürülmüş temperatur göstəricilərinin oxunuşuna əlavələrdə baxın. Vizüal müayinə (müştərinin təlimatları). Müştərinin şifahi göstərişlərinə uyğun olaraq, yükün vizual müayinəsi üçün təsadüfi qaydada cəmi 72 ədəd bağlama (hər paletdə 03 bağlama) seçilmişdir. Bağlamaların içərisində yüklərə xarici müayinə zamanı yük bağlamalarının içərisində tünd qırmızı rəng dəyişikliyinin əyani əlamətləri müşahidə olunub. Yuxarıda qeyd olunan bütün əməliyyatlar fotoreportajda öz əksini tapıb. Buradakı saxlanılan malların yoxlanılmasının nəticələri (“Tapıntılar”) müştərinin göstərişlərinə uyğun olaraq yoxlama üçün təhlükəsiz şəkildə əlçatan olan malların bir hissəsinin və ya hissələrinin tədqiqinə ciddi şəkildə aiddir və onu əhatə edir. Nəticələr yalnız yoxlamanın vaxtı və yerinə aiddir və yoxlamadan əvvəl və sonra malların bir hissəsinin və ya hamısının mövcudluğuna dair sübut təşkil etmir və nəzərdə tutulmur. SGS malların saxlandığı yerə nəzarət etmir və malların saxlanması və təhlükəsizliyi üçün heç bir məsuliyyət daşımır. SGS i) saxlama yerinin operatoru tərəfindən təqdim olunan sənədlərin düzgünlüyünə və həqiqiliyinə (əgər varsa); ii) Mallara sahiblik və mülkiyyət hüququ; iii) Malların kəmiyyəti və keyfiyyəti. SGS bu sertifıkat/hesabat əsasında görülən və ya görülməyən hər hansı hərəkətin nəticələrinə görə heç bir məsuliyyət daşımır. Bu sənədin hər hansı sahibinə tövsiyə olunur ki, buradakı məlumatlar yalnız yükün təhlükəsiz və asanlıqla əldə edilə bilən hissələrinin vizual yoxlanılması ilə məhdudlaşır. Bu sənəd http://www.sgs.com/en/Terms-and-Conditions.aspx ünvanında əldə edilə bilən Ümumi Xidmət Şərtləri əsasında şirkət tərəfindən verilir. Burada müəyyən edilmiş məsuliyyətin məhdudlaşdırılması, təzminat və mühakimə hüquqi məsələlərinə diqqət yetirilir. Bu sənədin hər hansı sahibinə tövsiyə olunur ki, buradakı məlumatlar yalnız müdaxilə zamanı və əgər varsa, müştərinin göstərişləri çərçivəsində şirkətin tapıntılarını əks etdirir. Şirkətin yeganə məsuliyyəti onun müştərisi qarşısındadır və bu sənəd əməliyyatın tərəflərini əməliyyat sənədləri üzrə bütiin hüquq və öhdəliklərini həyata keçirməkdən azad etmir. Bu sənədin məzmununun və ya görünüşünün hər hansı icazəsiz dəyişdirilməsi, saxtalaşdırılması və ya saxtalaşdırılması qanunsuzdur və qanun pozuntusuna yol verənlər qanunun ən yüksək həddi ilə təqib oluna bilərlər.

19. “X5” MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılan xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC "xxxx" MMC-yə aid malların daşınmasını həyata keçirir. Həmin müqavilənin 2.3.1-ci bəndinə əsasən dondurulmuş məhsulların daşınması üçün bizim tərəfdən ekspeditora öncədən məlumat verilir və maşın artıq dondurucu kamera ilə sifariş olunur. Sonuncu sifariş olunan daşıma zamanı cəmiyyətimiz tərəfindən OOO «Белгранкорм» daim aldığımız dondurulmuş toyuq ətinin daşınması üçün -18 dərəcəli buz dolablı maşın sifariş olunmuşdur. Sifarişimizin şərtlərinə əsasən ekspeditor həmin məhsulu istehsalçıdan götürərək bizim Xırdalan şəhərində yerləşən anbarımıza çatdırmalı idi. Lakin məhsulun anbarda təhvil-təslim edildiyi zaman bizə məlum olmuşdur ki, dondurulmuş toyuq əti bütün yol boyu +18 dərəcə ilə daşınmış və məhsul bizim anbara çatdırıldıqda artıq istifadəyə yararsız hala düşmüşdür. Qeyd olunan bu hal ekspeditor tərəfindən təyin olunmuş sürücü Şahid səhlənkarlığı ucbatından baş vermişdir. Bunu bütün yol boyu maşında olan “şpion” adlı qurğunun nəticələri də təsdiq edir. Aramızda bağlanan müqavilənin 3.11-ci bəndinə əsasən daşınma prosesi zamanı yükün korlanması baş verərsə, ekspeditor yükün bütövlüyü ilə bağlı sifarişçinin qarşısında cavabdehlik daşıyır. Qeyd olunan hallan nəzərə alaraq daşınma zamanı korlanmış malların dəyərini və bununla bağlı tərəfimizdən çəkilmiş və ya çəkiləcək xərclərin sizin tərəfdən 3 (üç) iş günü ərzində ödənilməsini xahiş edirik. Bu müddət ərzində ödəniş olmadığı təqdirdə, faktiki xərclərdən başqa, dolayı xərcləri də hüquq müstəvisində tələb etmək məcburiyyətində olacağıq. Xərclərin açıqlanması: Malın invoys dəyəri – 78457,15 manat, köçürməyə görə bank komissiyası - 196,15 manat, gömrük rüsumları – 506,20 manat, broker xidməti - 145 manat, nəqliyyat xərci - 2250 ABŞ dolları (3825 manat), utilizasiya xərci: -1932,11 manat, boşaldılma xərci – 95,76 manat olmaqla, cəmi: 85157,37 manat + ƏDV.

20. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubunda qeyd edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanılan xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC "xxxx" MMC-yə aid malların daşınmasını həyata keçirir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən daşıyıcı sifarişçinin adından yükdaşıma prosesini icra etməyi oz öhdəliyinə götürür. **-OL-***AZ/**- ZX-***AZ markalı avtonəqliyyat vasitəsi istifadə olunan sifarişdə daşıma zamanı "xxxx" MMC tərəfindən göndərici OOO «Белгранкорм» dondurulmuş toyuq ətinin daşınması üçün -18 dərəcəli buz dolablı maşın sifariş olunmuşdur. Sifarişimizin şərtlərinə əsasən daşıyıcı həmin məhsulu istehsalçıdan götürərək real alıcının Xırdalan şəhərində yerləşən anbarına çatdırmalı idi. Lakin məhsulun anbarda təhvil-təslim edildiyi zaman real alıcıya məlum olmuşdur ki, dondurulmuş toyuq əti bütün yol boyu +18 dərəcə ilə daşınmış və məhsul bizim anbara çatdırıldıqda artıq istifadəyə yararsız hala düşmüşdür. Qeyd olunan bu hal daşıyıcı tərəfindən təyin olunmuş sürücü Şahid səhlənkarlığı ucbatından baş vermişdir. Bunu bütün yol boyu maşında olan “şpion” adlı qurğunun nəticələri də təsdiq edir. Aramızda bağlanan müqavilənin 5.12-ci bəndinə əsasən daşınma prosesi zamanı yükün korlanması baş verərsə, ekspeditor yükün bütövlüyü ilə bağlı sifarişçinin qarşısında cavabdehlik daşıyır. Qeyd olunan halları nəzərə alaraq daşınma zamanı korlanmış malların dəyərini və bununla bağlı tərəfimizdən çəkilmiş və ya çəkiləcək xərclərin sizin tərəfdən 30 iş günü ərzində ödənilməsini xahiş edirik. Bu müddət ərzində ödəniş olmadığı təqdirdə faktiki xərclərdən başqa, dolayı xərcləri də hüquq müstəvisində tələb etmək məcburiyyətində olacağıq. Xərclərin açıqlanması: Malın invoys dəyəri – 78457,15 manat, köçürməyə görə bank komissiyası - 196,15 manat, gömrük rüsumları – 506,20 manat, broker xidməti - 145 manat, nəqliyyat xərci - 2250 ABŞ dolları (3825 manat), utilizasiya xərci: -1932,11 manat, boşaldılma xərci – 95,76 manat olmaqla, cəmi: 85157,37 manat + ƏDV

21. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, GFCC-0022 nömrəli hesab-fakturadan görünür ki, "xxxx" MMC-nin çatdırılma zamanı ərzaq mallarının istifadəyə yararsız hala düşməsinə görə ödəniləcək kompensasiya məbləği (məhsulun anbara daxil olma maya dəyəri və utilizasiya xərcləri daxil) 100485,70 manat (85157,37 manat + 15328,33 manat ƏDV) təşkil edir.

22. OOO «Белгранкорм» tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1311/001964 nömrəli hesab-fakturadan görünür ki, "xxxx" MMC-nin hesabfakturada qeyd edilən 5 adda mal(lar)a əsasən ödəməli məbləğ ******* rubl təşkil edir.

23. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 207OCT********** nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən OOO «Белгранкорм» hesabına ******* rubl məbləğində ödəniş edilmişdir.

24. xx.xx.2023-cü il tarixli Qısa idxal bəyannaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, X3, ev 64) 1.57 kütlə % və ya çox ev quşu ətindən və ya ət əlavələrindən ibarət-çiy (OOO «Белгранкорм») file sümüksüz (strips.hs)-150 qutu-3 palet qanad “acılı” – 550 qutu-11 palet file sümüksüz (strips or)-300 qutu – 6 palet olmaqla, cəmi 17100 kq mallar bəyan edilmişdir.

25. xx.xx.2023-cü il tarixli Gömrük bəyannaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, X3, ev 64) 1.57 kütlə % və ya çox ev quşu ətindən və ya ət əlavələrindən ibarət-çiy (OOO «Белгранкорм») file sümüksüz (strips.hs)-150 qutu-3 palet qanad “acılı” – 550 qutu-11 palet file sümüksüz (strips or)-300 qutu – 6 palet olmaqla, cəmi 17100 kq gətirilmişdir.

26. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X1 malların (məhsulların) zərərsizləşdirilməsi, məhv edilməsi, geri qaytarılması və ya utilizasiyası (təkrar emalı, təyinatının dəyişdirilməsi) barədə xx.xx.2023-cü il tarixli, Q-41/23 nömrəli qərarında qeyd edilmişdir ki, Abşeron rayonu, Sumqayıt-Xırdalan şossesi ünvanında fəaliyyət göstərən anbarda "xxxx" MMC tərəfindən ölkəyə idxal olunan istehlaka yararsız, ümumi çəkisi 19008 kq dondurulmuş toyuq əti məhsulları Agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilsin.

27. "xxxx" ASC-nin idarə heyətinin sədr müavini tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmiş, GFC" MMC tərəfindən gətirilmiş istifadəyə yararsız toyuq yarımfabrikatlarının (toyuq budu, toyuq qanadı və toyuq filesi məhsulları) Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda məhv edilməsi barədə aktda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Bərk məişət tullantılarının utilizasiyası şöbəsinin mütəxəssisi Bünyad Cabbarov, Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun sahə nəzarətçisi Səməd Novruzov, Təhlükəsizlik xidmətinin mühafizəçisi Cenur Həsənov, Daxili nəzarət şöbəsinin nümayəndəsi Abil Şükürov, "xxxx" loqistika şirkətinin nümayəndəsi Cəmilə Manafova, AQTA-nın nümayəndəsi Yunis Allahverdiyev və “Təmiz Şəhər" ASC ilə "xxxx" MMC arasında bağlanmış 004/630/m nömrəli 18 noyabr 2021-ci il tarixli müqaviləyə əsasən sifarişçi qismində çıxış edən Xalid Məmmədov və Azər Hümbətov bu aktı 4 (dörd) nüsxədə tərtib etdilər və imzaladılar ondan ötrü ki, Rusiya Federasiyasından OOO «Белгранкорм» tərəfindən istehsal olunan və **-OL-*** AZ/**-ZX-*** AZ dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycana idxal olunan (xx.xx.2023-cü il tarixli hesab faktura № 1311/001964, baytarlıq sertifikatı 3116134, mənşə sertifikatı RUAZ **********), həqiqətən də 21 fevral 2023-cü il tarixində daha sonra **-UO-*** / **-ZJ-*** yük nəqliyyat vasitəsinə yüklənərək təhvil verilən 18200 (on səkkiz min iki yüz) kq istifadəyə yararsız toyuq yarımfabrikatları (toyuq budu, toyuq qanadı və toyuq filesi məhsulları) məhsulları "xxxx" ASC-nin işçi qüvvəsi tərəfindən boşaldılmış və Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda müvafiq qaydada məhv edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, **-UO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yuyulmuş və dezinfeksiya edilmişdir.

28. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 02 nömrəli hesab-fakturadan görünür ki, "xxxx" MMC-nin hesab-fakturada qeyd edilən 4 adda xidmət(lər)ə (1) xx.xx.2023-cü il tarixində vaxtı keçmiş toyuq yarımfabrikatları məhsullarının BŞTZP-da müvafiq qaydada zərərsizləşdirilməsi, 2) yük boşaltma xərci (10 tona qədər, 3) yük boşaltma xərci (10 tondan artıq), 4) yuma və dezinfeksiya) əsasən ödəməli məbləğ 2294,40 manat (1944,41 manat + 349,99 ƏDV 18%) təşkil edir.

29. İddiaçı tərəfindən təqdim olunan rus dilində tərtib olunmuş sənəddən görünür ki, veterinar sertifikatının nömrəsi ******* olan, 6.01.2023-cü il tarixli, 1311/001964 nömrəli hesab-fakturaya əsasən 5 adda toyuq yarımfabrikat məhsullarının -18 dərəcə tempraturda saxlanılması şərti ilə sürücü Şahid tərəfindən **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını ilə beynəlxalq daşıması həyata keçiriləcəkdir.

30. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən “DE Fendo” Vəkil Bürosunun vəkili Nümayəndə1 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13- 16/2-152944/2023 nömrəli məktubda qeyd edilmişdir ki, 30 oktyabr 2023-cü il tarixli 258 nömrəli məktubunuza cavab olaraq, DİN Baş X6 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən Cavabdeh2 adında qeydiyyatda olan, qeydiyyatdan çıxarılan və etibarnamə ilə istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı Sizə göndərilir. Eyni zamanda nəzərinizə çatdırılır ki, Şahid adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur, etibarnamə ilə istifadəsinə verilmiş nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı cavab məktubuna əlavə olunur.

31. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin kömpüter çıxarışları məlumatları əlavə edilmişdir.

32. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AZ231228001 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatının AZ27AİİB400600D**********106 nömrəli hesabına 410 manat məbləğində ödəniş edilmişdir.

33. İddiaçı MMC tərəfindən Cavabdeh2 göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 3 (üç) iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 850.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. 859.4-cü maddəsinə əsasən daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır. 859.5-ci maddəsinə əsasən daşıyıcıya qarşı bütün iddialar yük qeyd-şərtsiz qəbul edildikdən və ödənildikdən sonra ödənilir. 861.1-ci maddəsinə əsasən daşıyıcıya qarşı iddialar müddətin keçməsinə görə bir ildən sonra, yəni yükün məhv olduğu, itirildiyi və ya gecikdirildiyi təqdirdə çatdırmanın həyata keçirilməli olduğu gündən, yük zədələndikdə isə onun yük alana verildiyi gündən qüvvəsini itirir. Etiraz qaydasında yük alan və ya yük göndərən istənilən vaxt öz pretenziyalarını irəli sürə bilərlər, bu şərtlə ki, onlar bir illik müddət ərzində reklamasiya haqqında öz tələblərini bildirmiş olsunlar və iddia yükün qəbul edilməsi nəticəsində qüvvəsini itirməsin. Daşıyıcının qəsdi və kobud ehtiyatsızlığı halları istisna təşkil edir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 780.1.2-ci maddəsinə əsasən tapşırığın icrasının üçüncü şəxslərə verilməsinin şəraitdən irəli gəlməsi halı istisna olmaqla, vəkalət alan tapşırığı şəxsən özü icra etməlidir. 780.4-ci maddəsinə əsasən hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.9-cu maddəsinə əsasən borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır. 456-cı maddəsinə əsasən borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın: 3.7-ci bəndinə əsasən daşıyıcının bu Qaydaların 5 nömrəli əlavəsindəki formaya uyğun olaraq tərtib edilmiş birdəfəlik sifarişi qəbul etməklə, əmtəə-nəqliyyat qaiməsi tərtib etməsi avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilənin bağlanmasına bərabər tutulur. 38.1-ci bəndinə əsasən avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları zamanı beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — CMR) bu Qaydaların 22 nömrəli əlavəsində nəzərdə tutulmuş nümunəvi formaya uyğun üç nüsxədə tərtib edilir, yükgöndərən və daşıyıcı tərəfindən imzalanır. CMR üzrə yükgöndərən və daşıyıcının imzalarının rəsmiləşdirilməsi mətbəədə çap edilmə üsulu ilə və ya yükgöndərənin və daşıyıcının ştempelinin əvəz edilməsi yolu ilə aparıla bilər. CMR-in birinci nüsxəsi yükgöndərənə verilir, ikinci nüsxəsi yükü müşayiət edir və yükalana verilir, üçüncü nüsxəsi isə daşıyıcıda qalır. 42.1.10-cu bəndinə əsasən yükgöndərənlərə və ya yükalanlara daşıyıcı tərəfindən vurulmuş real zərərin əvəzini ödəmək daşıyıcının vəzifəsi kimi müəyyən edilmişdir. 48.2.2-ci bəndinə əsasən yükün tam və ya qismən itirilməsinə, o cümlədən zədələnməsinə və ya çatdırılmanın gecikdirilməsinə görə daşıyıcı məsuliyyət dşıyır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi

38. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC (daşıyıcı) ilə "xxxx" MMC (sifarişçi) arasında bağlanmış xx.xx.2023-cü il tarixli daşınma müqaviləsinə əsasən daşıyıcı sifarişçi ilə “X5” MMC (alıcı) arasında imzalanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə Rusiya Federasiyasının Belqorod vilayətində yerləşən satıcı ООО «Белгранкорм»dan dondurulmuş toyuq ətini -18 (mənfi on səkkiz) dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşımalı idi. Həmin dondurulmuş toyuq əti daşıyıcı tərəfindən daşınma üçün digər daşıyıcı Cavabdeh2 təklif edilmiş, Cavabdeh2 tərəfindən daşıyıcının təklifi qəbul edilmiş və mülkiyyətində olmuş soyuducu kameralı **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquya xx.xx.2023-cü il tarixdə satıcının ünvanında dondurulmuş toyuq əti yüklənmişdir. Bu hal beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsinin (CMR) rəsmiləşdirilməsi zamanı həmin qaimədə öz əksini tapmışdır. O qaimədə yüklərin çatdırılmasının xüsusi razılaşdırılmış şərtləri kimi dondurulmuş toyuq ətini -18 (mənfi on səkkiz) dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşınması qeyd edilmiş və həmin sənəd sürücü Şahid tərəfindən imzalanmışdər. Yükün əsas daşınma şərti olan -18 dərəcə temperaturda daşınmasına nəzarət edilməmiş və **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquda olan dondurucu kamerada temperatur +18 dərəcədə saxlanılaraq dondurulmuş toyuq əti alıcının ünvanına gətirilənə qədər ərimiş və tamamilə istehlaka yararsız hala düşmüşdür. Bu fakt yük ölkəyə gətiriləndən sonra alıcının ünvanında müəyyən edilmişdir. Alıcı tərəfindən dərhal Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilmiş və Agentliyin X1 xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli aktla 18200 kq istifadəyə yararsız toyuq əti "xxxx" ASC-nin işçi qüvvəsi tərəfindən Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunda müvafiq qaydada məhv edilmişdir. Alıcı “X5” MMC-nin sifarişçi "xxxx" MMCyə və sonuncunun da daşıyıcı İddiaçı MMC-yə ünvanlanmış pretenziya məktublarına əsasən cəmi 100485,70 manat vurulmuş zərər daşıyıcı İddiaçı MMC tərəfindən ödənilməlidir. Qeyd olunan məbləğdən 70000 manat məbləğində vəsait iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Qeyd olunan hallar iş üzrə sübutlarla öz təsdiqini tapır.

39. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada bağlanan daşıma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdehin nümayəndəsi etirazında tərəflər arasında olan “Whatsapp” sosial şəbəkəsində aparılan yazışmalarda da həmin şirkətin yalnız yükün ünvanını bildirərək, Azərbaycana daşınmalı olduğunu, əlavə heç bir təlimat yaxud göstəriş vermədiyini qeyd edərək, iddiaçı ilə Cavabdeh2 arasında yük daşıma müqaviləsinin bağlanılmadığını bildirmişdir. Lakin məhkəmə cavabdehin nümayəndəsinin etirazını əsassız sayaraq hesab edir ki, daşıma müqaviləsi şifahi formada bağlanmışdır. Belə ki, müəyyən olunur ki, tərəflər arasında “Whatsapp” üzərindən daşıma ilə bağlı yazışmalar aparılmışdır (iddiaçı yazışmaların silindiyini bildirərək, həmin yazışmaları təqdim etməmişdir). Cavabdeh tərəf göründüyü kimi, tərəflər arasında olan “Whatsapp” sosial şəbəkəsində aparılan yazışmalarda da həmin şirkətin yalnız yükün ünvanını bildirərək, Azərbaycana daşınmalı olduğunu, əlavə heç bir təlimat yaxud göstəriş verməməsini qeyd etmişdir. Daşınma cavabdehin mülkiyyətində olan **-OL-***/**-ZX-*** nömrəli, Volvo/Schimtz markalı yük maşını və yarımqoşquda sürücü Şahid vasitəsilə daşınmışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin kömpüter çıxarışları məlumatlarından görünür ki, cavabdeh mülkiyyətində olan çoxsaylı nəqliyyat vasitələrini etibarnamə əsasında müxtəlif şəxslərə müəyyən müddətlər üçün vermişdir. **-OL-***/**-ZX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi hazırkı daşımanı həyata keçirmiş sürücüyə etibarnamə ilə (istifadə hüququ ilə) xx.xx.2023-cü il tarixdə verilmiş, xx.xx.2023-cü il tarixdə isə həmin nəqliyyat vasitəsi başqa bir şəxsə verilmişdir. Beləliklə, daşıma ilə bağlı razılaşma tərəflər arasında olmuş, cavabdeh daşımanı həyata keçirməyi sürücü Şahid həvalə etmişdir. DYP tərəfindən verilən məlumatlardan göründüyü kimi, həmin sürücünün adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur, iddiaçı tərəfindən etibarnamə ilə müəyyən müddət üçün onun, daha sonra başqa sürücülərin istifadəsinə verilmiş nəqliyyat vasitələri olmuşdur. **-OL-***/**-ZX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi də daha sonra cavabdeh tərəfindən satılmışdır.

40. Cavabdeh etirazında bildirir ki, toyuqların yararsız hala gəlməsinin başlıca səbəbi Cavabdeh2 diqqətsizliyi ucbatından deyil, İddiaçı MMC-nin tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi və digər subyektiv faktorlardan olmuşdur. Qeyd edildiyi kimi, cavabdeh etraz ərizəsində bildirir ki, iddiaçı cavabdehə yalnız yükü Azərbaycana daşınmalı olduğunu qeyd etmiş, əlavə heç bir təlimat yaxud göstəriş verməmişdir. Lakin bu, inandırıcı görünmür, hər bir halda daşıyıcı hansı yükü, hansı şərtlərlə daşımalı olmasına dair məlumatlı olmuşdur. Bu, belə olmasaydı, tərəflər araslnda hər hansı razılşma olmaz və yüklərin daşınması həyata keçirilə bilməzdi.

41. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin onun tərəfindən ümumiyyətlə daşınmanın həyata keçirməməsi, eyni zamanda daşınmanın həyata keçirilməsilə bağlı vəzifə təlimatlarını özündə əks etdirən müqavilə yaxud digər hüquqi sənədin imzalanmaması, həmin şirkətə qarşı üzərinə heç bir öhdəlik götürməməsinə dair etirazı əsassızdır. Həmçinin təqdim olunmuş beynəlxalq nümunəli əmtəə-nəqliyyat qaiməsindən (CMR) görünür ki, yüklərin çatdırılmasının xüsusi razılaşdırılmış şərtləri kimi dondurulmuş toyuq ətini -18 (mənfi on səkkiz) dərəcə temperaturu olan dondurucu kamerada alıcının Azərbaycan Respublikasındakı ünvanına daşınması qeyd edilmiş və həmin sənəd sürücü Şahid tərəfindən imzalanmış, yəni daşınmanın hansı şərtlərlə, hansı temperaturda daşınmalı olması barədə cavabdeh tərəf əvvəlcədən məlumatlı olmuşdur.

42. Beləliklə, tərəflər arasında şifahi formada daşıma müqaviləsi bağlanmışdır.

43. Daşıyıcı olan hazırkı cavabdeh daşımanı verdiyi şəxsə tapşırmış, daşıma həyata keçirilmişdir. Daşıma üzrə öhdəliklər pozulmuş, daşınan yük tamamilə məhv olmuş, zərər dəymiş, dəymiş zərərin ödənilməsi müqavilə üzrə tərəflərdən tələb edilmiş, sonuncu olaraq isə iddiaçı tərəfindən dəymiş zərərdən 70000 manat "xxxx" MMC-yə ödənilmiş və iddiaçının cavabdehə qarşı reqres hüququ yaranmışdır.

44. İddiaçı cavabdehdən vurulmuş zərərin əvəzi kimi 100485,70 manat pul vəsaitinin tutulmasını xahiş edir. Həmin məbləğə malın gömrük dəyəri – 78457,15 manat, köçürməyə görə bank komissiyası - 196,15 manat, gömrük rüsumları – 506,20 manat, broker xidməti - 145 manat, nəqliyyat xərci - 2250 ABŞ dolları (3825 manat), utilizasiya xərci: -1932,11 manat, boşaldılma xərci – 95,76 manat olmaqla, cəmi: 85157,37 manat + ƏDV 15328,33 manat (ümumilkdə 100485,70) daxildir

45. Yuxarıda qeyd olunduğu kimi, göstərilən məbləğdən 70000 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Ödəniş tapşırıqlarında ödənişin təyinatı qrafasında 01M/2023 nömrəli müqavilə, ziyanın kompensasiyası qeyd olunmuşdur.

46. Məhkəmənin qənaətinə əsasən iddiaçı tərəfindən ödənilmiş 70000 manat məbləğində pul vəsaiti dəymiş ziyan qismində cavabdehdən tutula bilər. İddiaçı tərəfindən ödənilməyən məbləğlər ziyan kimi cavabdehdən tutula bilməz.

47. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 vurulmuş zərərə görə 70000 (yetmiş min) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

48. Eləcə də, iddiaçı 410 manat mediasiya xərcinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

49. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 410 (dörd yüz on) manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 vurulmuş zərərə görə 70000 (yetmiş min) manat, 410 (dörd yüz on) manat mediasiya xərci olmaqla, cəmi 70410 (yetmiş min dörd yüz on) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar