Məhkəmə qərarları › İş №e-2-2(113)-1396/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1396/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1396/2025 05.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X8 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İdddiaçı "X5 Company" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-cü il tarixli, S19/22 saylı Təchizat Müqaviləsiəsasında 2186,86 manat əsas, 1948.9 manat dəbbə pulu və 61 manat ödəniləcək dövlət rüsumu olmaqla cəmi, 4073.95 manat Cavabdehtərəfindən “X10 Company” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cü il tarixdə “X10 Company” MMC ilə cavabdeh arasında S26 /22 saylı “Təchizat” müqaviləsi müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən “X10 Company” MMC, yəni Satıcı bu müqavilədə nəzərdə tutulmuş mallarıalıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbuledərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Təchizatçıya ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin “hesablaşma qaydaları” başlıqlı 4-cü maddəsinə əsasən Bu “Müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “Mal”ların “Satıcı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “Mal”ın ödənişi onun satıldığı tarixdən etibarən 30 (otuz) təqvim günü müddətində “Satıcı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. “Mal”ların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “Alıcı” satılan “Mal”ın bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-fakturada göstərilən çatdırılma tarixindən 90 (doxsan) təqvim günündən gec olmamalıdır. “Mal”ların qablaşdırılması və etiketləşdirilməsi dəyəri bu “Müqavilə”yə əsasən onun dəyərinə daxildir. “Satıcı”nın ödəniş hesabına vəsait daxil olduğu andan təhvil verilmiş “Mal”lar ödənilmiş hesab olunur.

3. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə verərək, xx.xx.2022-cü il tarixli, S26/22 saylı Təchizat Müqaviləsi əsasında 2186,86 manat əsas, hər il üçün 5% olmaqla cəmi 218,69 manat dəbbə pulu və 62 manat dövlət rüsumu (cəmi 2467,55manat) cavabdeh tərəfindən tutularaq X5 Company MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4. II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

6. Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə göstərilən malları alsa da, hamısını geri qaytardığndan iddianın rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

8. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli S26/22 nömrəli nömrəli alqısatqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Müqaviləyə əsasən “təchizatçı” “alıcı”ya “mal” satır, “alıcı” isə həmin “mal’ı qəbul edir və “müqavilə” ilə razılaşdırılmış qaydada “mal”ın dəyərini “təchizatçıya”ya ödəyir. Bu “müqavilə” çərçivəsində “mal” termini dedikdə spirtli məhsullar nəzərdə tutulur. - 2.1-ci bəndinə əsasən “mal”ların təchizatı bu “müqavilə”nin bütün müddəti ərzində bu “müqavilə”yə “əlavə’lər və onun ayrılmaz hissəsi olan “spesifıkasiya”lar əsasında ayn-ayrı partiyalarda hissə-hissə həyata keçirilir. - 4.1-ci bəndinə əsasən bu “müqavilə”nin 2.4-cü bəndinə uyğun olaraq “malların” “Təchizatçı” qüvvələr tərəfindən çatdırılması hallarda, təhvil verilmiş “malın” ödənişi onun satıldığı tarixdən etibarən 30 təqvim günü müddətində “Təchizatçı”nın ödəniş hesabına vəsait köçürülməklə, qaimə və (və ya) qaimə-fakturalarda göstərilən qiymətlərlə həyata keçirilir. malların müvafiq partiyasının bir hissəsinin realizasiyası zamanı, “alıcı” satılan “malların bir hissəsini bu bənddə müəyyən edilmiş müddətdə ödəməlidir. Lakin istənilən halda, təhvil verilmiş hər bir mal partiyası üçün ümumi ödəniş müddəti hesab-faktuı ada göstərilən çatdırılma tarixindən 90 təqvim günündən gec olmamalıdır. - 5.1-ci bəndinə əsasən “alıcı” tərəfindən bu “Müqavilə”nin şərtlərinə əsasən ödəniş/satış hesabatları qaydalarına riayət olunmadıqda “Alıcı” “Təchizatçh’ya hər gecikən gün üçün 0.3% dəbbə pulu (cərimə) ödəyir. Müqavilə hər iki tərəfin imzası və satıcının möhürü ilə təsdiq olunmuşdur.

10. İddiaçı ilə cavabdeh arasında 10 may 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən Cavabdeh iddiaçıya 2186.86 manat borcu var.

11. İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 14/12 saylı maliyyə arayışından görünür ki, xx.xx.2024 tarixinə fiziki şəxs Cavabdeh “Şərab evi Samir-Günəşli" iaşə obyekti üzrə cavadehə 4382.44 manat (yazılan qaimələrin məbləği: 2195.58 manat,ödənilən məbləğ:2195.58 manat,dəbbə pulu: 1948.49 manat) qalıq borcu mövcuddur.

12. İddiaçı tərəfindən cavabdehə EBCM 300056 nömrəli xx.xx.2022-ci il tarixli 362.84 manat,EBCN 905134 nömrəli xx.xx.2023-cü il tarixli 189.36 manat, EBCO 143960 nömrəli xx.xx.2023-cü il tarixli 125.76 manat, EBDB 937102 nömrəli xx.xx.2023-cü il tarixli 101.76 manat, EBDC 660287 nömrəli xx.xx.2023-cü il tarixli 1679.67 manat,EBDB 721936 nömrəli xx.xx.2023-cü il tarixli 539.84 manat, EBDB 846012 nömrəli xx.xx.2023-cü il tarixli 198 manat,EBDK 984639 nömrəli xx.xx.2023-cü il tarixli 735.60 manat məbləğində elektron qaimələr göndərilmişdir.

13. Şahid X1 verdiyi ifadəsində sözügedən müvafiq obyektin onun olduğunu, lakin VÖENnin Bahar xanımın adına olduğunu qeyd etdi. Əlavə olaraq bildirdi ki qarşı şirkətin ekspeditoru bizə dair heç bir borcumuz olmadığını bildirmişdir. İddia ərizəsində qeyd olunan mallar onların obyektinə gətirilsə də onlar tgərəfindən geri qaytarılıb.

14. Şahid verdiyi ifadəsində “X4” MMC-də ekspeditor vəzifəsində işlədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, ciddiaçı tərəfindən cavabdehə mallar verlmiş,həmin malları bir hissəsinin dəyəri ödənilmiş,digər hissəsi isə iki dəfə mallar qaytarılmışdır. Amma son haqq hesabda cavabdehin iddiaçıya müəyyən qədər borcu qalmışdır.

15. İddiaçı tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlanaraq borcun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq məhkəmə instansiyasına müraciət ediləcəkdir. V. Tətbiq edilən hüquq:

16. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

19. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

20. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

21. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edərək müxtəlif adda malları cavabdehə təqdim etmişdir. Cavabdehin məhkəmədə verdiyi izahati, həmçinin şahid ifadələri ilə cavabdeh tərəfindən malların təhvil verilməsi təsdiq edilir. Lakin cavabdeh təhvil təslim aktları ilə təhvil aldığı malları geri qaytardığını iddia etsə də, geri qaytarma barədə heç bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş 2186.86 manat dəyərində malların dəyərini ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur.

22. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim olunan təhvil-təslim aktlarının cavabdehin birlikdə işlədiyi həmçinin məhkəmə iclasənda şahid qismində dindirilmiş X1 tərəfindən həmçinin cavabdehin özü tərəfindən imzalanması məhkəmə iclasında həm cavabdehin özü həmçinin S.Xancanov tərəfindən təsdiq edilmişdir.

23. Məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən təqdim olunmuş malların dəyərini – 2186.86 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia tələbi 2186.86 manat məbləğində hissəsində təmin edilməli, Cavabdeh 2186.86 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

24. Bundan başqa iddiaçı öz iddia tələbində müqavilə dəyərinin ödənilməsinin gecikməsinə görə illik 5%-lə hesablanmış 218.69 manatın da cavabdehdən tutulmasını tələb etmişdir.

25. Məhkəmə cavabdeh tərəfindən borcun ödənilməsinin gecikdirildiyi müddəti, yəni keçən müddəti və 2186.86 manat əsas borc məbləğini nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli və illik 5% ilə hesablanmış 218.69 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 62 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

27. Məhkəmə hesab edirki, iddia qismən təmin edildiyindən dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə idda tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 44 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, S19/22 saylı Təchizat Müqaviləsinə əsasən, 2186.86 (iki min yüz səksən altı manat səksən altı qəpik) manat əsas borc, ödənişin gecikdirilməsinə görə illik 5% dərəcəsi ilə hesablanmış 218.69 (iki yüz on səkkiz manat altmış doqquz qəpik) manat faiz borcu və 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu İddiaçı MMCnin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar