Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1775/2020 18.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh “xxxx” ASC-yə qarşı sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASCdən sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 8149 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1/% faiz hesablamaqla, 410 manat, 30 manat dövlət rüsumu cəmi 8589 manat tutularaq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, “İddiaçı “ MMC-in mülkiyyətində olan “CHANGAN CS75” markalı ** PS *** dövlət qeydiyyat nişanlı Ban nömrəsi LS4ASE92JWJ100897 olan minik avtomobili “xxxx“ ASC-də sığortalanaraq kasko sığorta şəhadətnaməsi verilmişdir. Sığortalı avtomobil xx xxxx 2019-cu il tarixdə saat təxminən 12:30 radələrində “CHANGAN CS 75” markalı ** PS *** dövlət qeydiyyatlı avtonəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən sürücü X1 rayonu istiqamətində Qaraməryəm- İsmayılı–Şəki yolunun 80-ci km istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan ” FORD FUSİON“ markalı, ** SP *** dövlət qeydiyyat avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Avtoqəza nəticəsində kasko sığortalı avtomobilə 8149 manat ziyan dəymişdir. Sığortalı avtomobilin sığorta şəhadətnaməsi ilə təminat verilən riskdən avtonəqliyyat hadisəsindən baş verməsi, avtomobili idarə edən şəxsin ayıq olması, avtomobilə dəyən zərərlər yuxarıda istinad edilən müvafiq dövlət orqanı tərəfindən qəbul edilən qərarda birmənalı göstərilmişdir. Bundan əlavə, sığortalı olaraq sığorta haqqını “xxxx” ASC-yə ödənilib, sığorta hadisəsi barədə səahiyyətli dövlət orqanına Dövlət Yol Polisnə məlumat verilmişdir, hadisə yerində sürücü qalmış və avtomobili idarə etmək hüquq verən sürücülük vəsiqəsini DYP-yə təqdim etmişdr. Sığorta hadisəsi baş verən zaman hadisə yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İsmayıllı rayon DYPŞ-nin əməkdaşı gəlmiş, X12 Haqqında TP ******* saylı qərar qəbul etmişdir. Tam sığortalı avtomobilin sürücüsü X5 16 03.2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 ci maddəsi ilə 40 manat miqdarında cərimə edilmişdir. Sürücülər ayıq vəziyyətdə olmuş, avtomobili idarə etməyə hüquq verən müvafiq sürücülük vəsiqəsi və avtomobili idarə etmək üçün etibarnaməsi olmuşdur. Hadisə nəticəsində sığortalı avtomobillərə əhəmiyyətli dərəcədə ziyan dəymişdir. (küsür aktı işə əlavə edilir.) Kasko Sığortalı avtomobilə dəymiş zərəri “xxxx” ASC-dən tələb etsələr də sığorta şirkəti dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X6 izahatında iddianı qəbul etməyərək, bildirmişdir ki, İddiaçı MMC-yə məxsus avtomobili idarə edən X7 əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğuna görə AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. İddiaçı MMC ilə bağlanmış sığorta şəhadətnaməsinə əlavə edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası Qaydaları”nın 3.14-cü maddəsinə əsasən sığortalının, faydalanan şəxsin və ya nəqliyyat vasitəsinin idarə etmək hüququ olan şəxsin kobud ehtiyatsızlığı nəticəsində nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil deyil, həmin Qaydaların 3.14.2-ci maddəsinə əsasən hərəkət istiqamətlərinə aid olan tələblərin pozulması kobud ehtiyatsızlıq hesab olunur. Bu səbəbdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1 və 935.1.8-ci maddələrinin tələbləri nəzərə alınaraq, hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Buna görə də tələbin rədd olunmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: X12 haqqında TP saylı ******* nömrəli qərardan görünür ki, “CHANGAN CS75” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X7 xx xxxx 2019-cu il tarixdə saat 12:30 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 1002 nömrəli etibarnamədən görünür ki, İddiaçı MMC ona məxsus “CHANGAN CS75” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün X4 vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində zərərçəkən qismində müəyyən edilən digər şəxs barədə məlumatdan görünür ki, xx.xx.2019-cu il tarixdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan hadisə baş verən zaman X7 tərəfindən idarə edilən “CHANGAN CS75” markalı ** PS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. DİN-nin BDYP-nin YPXA-nın İV tağımı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli 3202/8 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan məlum olur ki, xx.xx.2020-ci il tarixdə saat 12:30-da İsmayıllı-Şəki yolunun 80-cı km-da nəqliyyat vasitələrinin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermişdir. İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarına əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxs (İddiaçı MMC-yə məxsus) ** PS *** dövlət qeydiyyat nişanlı “CHANGAN CS75” minik markalı avtomobili hadisə baş verdiyi anda vəkalət əsasında idarə edən X7 olmuşdur. MC********** nömrəli sığorta şəhadətnaməsindən görünür ki, (sığortalı İddiaçı MMC–yə məxsus) buraxılış ili 2017-ci il olan “CHANGAN CS75” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “xxxx Şirkəti” ASC tərəfindən Kasko sığorta növü ilə sığortalanmış, sığorta haqqı 2436 manat, sığorta məbləği 35000 manat, azadolma məbləği 450 manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsi tərəfindən razılaşdırılmış və “xxxx” ASC tərəfindən təsdiq edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası Qaydaları”nın 3.14-cü maddəsinə əsasən sığortalının, faydalanan şəxsin və ya nəqliyyat vasitəsinin idarə etmək hüququ olan şəxsin kobud ehtiyatsızlığı (3.14.1. İşıqforun və ya nizamlayıcının qadağanedici işarəsində hərəkətin davam etdirilməsi; 3.14.2. Hərəkət istiqamətlərinə aid olan tələblərin pozulması; 3.14.3. Yolda müəyyən edilmiş hərəkət sürətinin yaşayış məntəqələrində 20 km/saatdan, magistral yollarda 30 km/saatdan artqı aşılma) nəticəsində nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil deyil. İddiaçı MMC-nin Servis Mərkəzinin xx.xx.2020-ci il tarixli qiymət cədvəlindən görünür ki, İddiaçı MMC-yə məxsus “CHANGAN CS75” markalı ** PS *** dövlət qeydiyyat nişanlı Ban nömrəsi LS4ASE92JWJ100897 olan minik avtomobilinə dəymiş zərər usta və təmir xərcləri ilə birlikdə ümumilikdə 8149 manat müəyyən edilmişdir. AS-20/718 nömrəli, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “xxxx” ASC İddiaçı MMC-yə müraciət edərək, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DİN BDYPİ YPXA İV tağımı tərəfindən tərtib edilmiş TP ******* saylı X12 haqqında qərarına əsasən, İddiaçı MMC-yə məxsus avtomobili idarə edən X7 əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğuna görə AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Qeyd edilir ki, İddiaçı MMC ilə bağlanmış sığorta şəhadətnaməsinə əlavə edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası Qaydaları”nın 3.14-cü maddəsinə əsasən sığortalının, faydalanan şəxsin və ya nəqliyyat vasitəsinin idarə etmək hüququ olan şəxsin kobud ehtiyatsızlığı nəticəsində nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil deyil, həmin Qaydaların 3.14.2-ci maddəsinə əsasən hərəkət istiqamətlərinə aid olan tələblərin pozulması kobud ehtiyatsızlıq hesab olunur. Bu səbəbdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1 və 935.1.8-ci maddələrinin tələbləri nəzərə alınaraq, hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. xx xxxxxxx 2020-ci il tarixli, 9/3229 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, buraxılış ili 2017-ci il olan “CHANGAN CS75” minik markalı, ** PS *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7767 manat müəyyən olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit etdiyi razılaşmadır. 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. 903.2-ci maddəsinə əsasən sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 935.1.2-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 3-cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Şöbəsi tərəfindən razılaşdırılmış və “xxxx” ASC tərəfindən təsdiq edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası Qaydaları”nın 3.14-cü maddəsinə əsasən sığortalının, faydalanan şəxsin və ya nəqliyyat vasitəsinin idarə etmək hüququ olan şəxsin kobud ehtiyatsızlığı, yəni, hərəkət istiqamətlərinə aid olan tələblərin pozulması heç də sığorta ödənişinin verilməsindən imtina olunmanın əsası hesab edilə bilməz, belə ki, qanunvericiliyə əsasən sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər, həmçinin cavabdeh, İddiaçı MMC-yə məxsus avtomobili idarə edən X3 əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozduğuna görə AR İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinməsi ilə İddiaçı MMC ilə bağlanmış sığorta şəhadətnaməsinə əlavə edilmiş “Avtomobil nəqliyyatı vasitələrinin kasko sığortası Qaydaları”nın 3.14-cü maddəsinə əsasən sığortalının, faydalanan şəxsin və ya nəqliyyat vasitəsinin idarə etmək hüququ olan şəxsin kobud ehtiyatsızlığı nəticəsində nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil olmadığını və həmin Qaydaların 3.14.2-ci maddəsinə əsasən hərəkət istiqamətlərinə aid olan tələblərin pozulması kobud ehtiyatsızlıq hesab olunmasını əsas gətirərək sığorta ödənişinin verilməsindən imtina etsə də, məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla tərəflər arasında bağlanmış sığorta müqviləsinin (şəhadətnaməsinin) müddəlarında sığorta ödənişinin verilməsindən qeyd edilən imtinanın səbəbləri arasında məhz nəqliyyat vasitəsininin sürücüsü tərəfindən hərəkət istiqamətlərinə aid olan tələblərin kobud ehtiyatsızlıqla pozulması barədə müddəa əks olunmamış, ikincisi isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarından bəs edir və həmin maddənin tələblərinin pozulması ilə nəticələnən hərəkətlərin edilməsi kobud ehtiyatsızlıq kimi qeyd edilməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini və iş üzrə təqdim edilmiş mötəbər sübutları nəzərə alaraq belə nəticəyə gəlir ki, sığorta təşkilatı baş vermiş hadisənin sığorta hadisəsi hesab olunmaması ilə bağlı iddiaçıya verdiyi imtinası tam əsassızdır, eyni zamanda sığorta şəhadətnaməsinə və qanunun tələblərinə ziddir. Beləliklə məhkəmə tərəfindən qeyd edilən hal sığorta hadisəsi hesab olunduğundan, həmin hadisəsi ilə əlaqədar iddiaçıya dəymiş maddi ziyan sığortaçı, yəni cavabdeh təşkilat tərəfindən ödənilməlidir. Məhkəmə dəymiş zərərlə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilən hesabata görə dəymiş ziyanın 8149 manat (450 manat franşiza əlavə edilməklə) olduğunu qeyd etsə də, məhkəmə xx xxxxxxx 2020-ci il tarixli, 9/3229 nömrəli məhkəmə ekspertizasının rəyini əsas götürərək, dəymiş ziyanı 7767 manat məbləğində müəyyən etmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, ekspert tərəfindən müəyyən edilmiş 7767 manat məbləğində vəsaitdən azadolma (franşiza-450 manat) çıxılandan sonra qalan 7317 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% hesablamaqla 410 manat ödənilməsi tələbi hissəsində iddia qismən təmin edilməlidir, bələ ki, əsas tələb qismən, yəni 7317 manat həcmdə təmin olunduğuna görə 50 gün üçün 0,1% hesablamaqla həmin vəsait 365,85 manat təşkil edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, sığorta ödənişi olan 7317 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% hesablamaqla 365,85 manat ümumilikdə 7682,85 manat məbləğində pul cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 89,76%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 89,76%-i, yəni 26,93 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 89,76 manatı “xxxx” ASC-dən, 10,24 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən sığorta ödənişi olan 7317 manat, həmçinin ödənişin verilməsinin gecikdirildiyi hər günə 0,1% hesablamaqla 365,85 manat ümumilikdə 7682,85 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26,93 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 89,76 manatı “xxxx” ASC-dən, 10,24 manatı isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ 013601**********3944 SWİFT BİK: CTREAZ22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1775/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1775/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver