Məhkəmə qərarları › İş №e-2-2(113)-1860/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1860/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1860/2021 04.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı (MMC) Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Publik Hüquqi şəxsinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 4124 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında 13.03.2020-ci il tarixli, № 11/B saylı “Sərnişin daşıma ilə bağlı xidmətlərin göstərilməsinə dair müqavilə” bağlanmışdır. Müqavilənin tələblərinə əsasən Sifarişçi İcraçıya sərnişin daşıma xidmətləri göstərməyi, Sifarişçi isə İcraçıya müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətdə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərindən müqaviləyə əsasən üzərlərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, Sifarişçi tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Belə ki, tərəflərindən təqdim edilmiş və müvafiq olaraq təsdiq edilmiş 18.03.2020-ci il tarixli EBAH 849115 saylı eqaimə ilə - 1584 manat, 16.05.2020-ci il tarixli EBAJ 970592 saylı e-qaimə ilə - 790 manat, 23.06.2020-ci il tarixli EBAL 476749 saylı e-qaimə ilə - 1600 manat, 07.08.2020 tarixli EBAN 361235 saylı e-qaimə ilə - 150 manat olmaqla, ümumilikdə İddiaçınə 4124 manat borcu mövcuddur. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 22 fevral 2021-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edərək, 3 gün ərzində 4124 manat məbləğində olan borcun ödənilməsi xahiş edilmişdir. Lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, heç bir məbləğ ödənilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək vəkilə ödənilmiş 1000 manat məbəğində vəsaitin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, 4124 manat məbləğində borc hal – hazırda mövcuddur. Lakin hüquqi xidmətə görə ödənilmiş 1000 manat məbləğində vəsaitin tutulması ilə razı deyildir. İş materiallarında olan: - İddiaçı ilə Cavabdeh arasında 13.03.2020-ci il tarixli, № 11/B saylı “Sərnişin daşıma ilə bağlı xidmətlərin göstərilməsinə dair müqavilə” bağlanmışdır. Müqavilənin tələblərinə əsasən Sifarişçi İcraçıya sərnişin daşıma xidmətləri göstərməyi, Sifarişçi isə İcraçıya müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətdə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. - “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X7n və İddiaçı MMC0nin arasında bağlanan Sərnişin daşımaz ilə bağlı xidmətlərin göstərilməsinə dair 13.03.2020-ci il tarixli 11/B nömrəli müqaviləyə 01 saylı əlavənin razılaşma prokoluna əsasən göstərilən xidmətin ümumi dəyəri 1463 manat qeyd olunmuşdur. - 16.03.2020-ci il tarixli sərnişin daşıma xidmətlərininin göstərilməsi haqqında təhviltəslim aktına əsasən xidmətin dəyəri 1584 manat təşkil etmişdir. - 17.03.2020-ci il tarixli 013 saylı hesab fakturaya əsasən İddiaçı MMC tərəfindən 09.03.2020-ci il tarixli müqavilə üzrə 1584 manat dəyərində, 15.05.2020-ci il tarixli, 48 saylı hesab fakturaya əsasən 790 manat dəyərində, 16.06.2020-ci il tarixli 80 saylı hesab fakturaya əsasən 1600 manat dəyərində və 13.07.2020-ci il tarixli 109 saylı hesab fakturaya əsasən 150 manat dəyərində sərnişin daşıma xidməti göstərilmişdir. - 18.03.2020-ci il tarixli, EBAH seriyalı, 849115 saylı elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən 09.03.2020-ci il tarixli müqavilə üzrə TƏBİB-ə 1584 manat dəyərində, 16.05.2020-ci il tarixli, EBAJ seriyalı, 970592 saylı elektron qaiməyə əsasən 790 manat dəyərində, 23.06.2020-ci il tarixli, EBAL seriyalı, 476749 saylı elektron qaiməyə əsasən 1600 manat dəyərində və 07.08.2020-ci il tarixli, EBAN seriyalı, 361235 saylı elektron qaiməyə əsasən 150 manat dəyərində sərnişin daşıma xidməti göstərilmişdir. - 10.04.2020-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən göstərilən xidmətinin ümumi dəyəri 790 manat, 29.05.2020-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən göstərilən xidmətinin ümumi dəyəri 800 manat, 01.06.2020-ci il tarixli qiymətlərin razılaşdırma protokoluna əsasən göstərilən xidmətinin ümumi dəyəri 150 manat qeyd olunmuşdur. - 26.04.2020-ci il tarixli nəqliyyat xidmətinin göstərilməsi haqqında 2 saylı təhvil təslim aktına əsasən xidmətin dəyəri 790 manat, 04.06.2020-ci il tarixli 3 saylı təhvil təslim aktına əsasən 1600 manat və 06.06.2020-ci il tarixli 4 saylı təhvil təslim aktına əsasən isə 150 manat təşkil etmişdir. - 16.03.2021-ci il tarixli, hüquqi yardımın göstərilməsi haqqında 330 saylı müqavilə ilə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. - 16.03.2021-ci il tarixli, BD1 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən 20 saylı Vəkil bürosunun hesbaına 1000 manat məbləğində pul vəsaiti köçürülməsi qeyd olunmuşdur. - 22.04.2021-ci il tarixli EBBA seriyalı, 576874 saylı elektronq aiməyə əsasən 20 saylı vəkil bürosu tərəfindən İddiaçı MMC-yə 1000 manat məbləğində xidmət göstərilməsi qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - 842.2-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı, yaxud gediş haqqı ödəniş alətindən istifadə etməklə ödənildiyi andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. - 842.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafından ayrı qayda irəli gəlmirsə, sərnişin daşınması haqqında müqaviləyə tapşırıq müqaviləsi haqqında göstərişlər tətbiq edilir. - 843.2-ci maddəsinə əsasən daşımanın dəyəri daşıyıcının tələbi ilə, lakin ən geci sərnişin nəqliyyat vasitəsindən düşənədək ödənilməlidir. İşdən göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında 13.03.2020-ci il tarixli, № 11/B saylı “Sərnişin daşıma ilə bağlı xidmətlərin göstərilməsinə dair müqavilə” bağlanmışdır. Müqavilənin tələblərinə əsasən icraçıya sifarişçiyə sərnişin daşıma xidmətləri göstərməyi, sifarişçi isə icraçıya müqavilə ilə müəyyən edilmiş məbləğdə, qaydada və müddətdə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərindən müqaviləyə əsasən üzərlərinə götürdüyü öhdəliklər tam yerinə yetirilərək xidmətlər icra edilsə də, sifarişçi tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Belə ki, tərəflərindən təqdim edilmiş və müvafiq olaraq təsdiq edilmiş 18.03.2020-ci il tarixli EBAH 849115 saylı eqaimə ilə - 1584 manat, 16.05.2020-ci il tarixli EBAJ 970592 saylı e-qaimə ilə - 790 manat, 23.06.2020-ci il tarixli EBAL 476749 saylı eqaimə ilə - 1600 manat, 07.08.2020 tarixli EBAN 361235 saylı e-qaimə ilə - 150 manat olmaqla, ümumilikdə İddiaçınə 4124 manat borcu mövcuddur. Lakin cavabdeh müqavilənin 3.3-cü bəndinin şərtini pozaraq iddiaçının göstərdiyi xidmətlərə razılaşdırılmış xidmət haqqını iddiaçıya ödəməmişdir. Bununla belə cavabdeh hüquqi şəxs müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin etmiş olduğu xəbərdarlığa məhəl qoymadan yaranmış borcu tam ödəməkdən hal – hazıra kimi yayınmışdır. Buna görə də məhkəmə hesab edir ki, 4124 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia təmin olunmalıdır. Bundan başqa məhkəmə 1000 manat vəkil xidməti ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından və məhkəmə prosesi zamanı iddiaçı tərəfindən belə 1000 manat xidmət haqqı ilə bağlı müqaviləni və ödəniş tapşırığını məhkəməyə təqdim etmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan normadan göründüyü kimi hüquqi yardıma görə çəkilmiş xərclər tutularkən məhkəmə tərəfdən ağlabatan məbləğdə alınmasının təmin edilməsi halı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 4124 manat əsas borca görə 1000 manat hüquqi yardım xərci çəkilməsi ağlabatan məbləğ hesab oluna bilməz və həmin məbləğ 200 manat həddində müəyyən edilməlidir. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və hüquqi yardım üçün ödənilmiş xidmət haqqının əvəzi qismində 200 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Tibbi Ərazi Bölmələrinin X2 Hüquqi şəxsinə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 4124 manat məbləğində pul vəsaiti Tibbi Ərazi Bölmələrinin X2 Hüquqi şəxsindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat və hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 200 manat məbləğində pul vəsaiti Tibbi Ərazi Bölmələrinin X2 Hüquqi şəxsindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar