Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2878/2021 22.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Koroğlu” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı MMC-in xeyrinə GSM müqaviləsinə əsasən 905 manat 97 qəpik xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 935 manat 97 qəpik tutulması qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə üzürlü bir səbəb göstərməmişdir. Hazırki iş üzrə Cavabdeh MMC-nin nümayəndəsi X2 isə məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının məhkəmə iclasında iştirak etməməsi səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda həmin Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0 və 259.0.7 maddələrinə uyğun olaraq, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinin üzrlü səbəblə əlaqəli olmasına dair iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aytən Əliyeva İş № e-2-2(113)-2028/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU BAKİ KOMERSİYA MƏHKƏMƏSİ Bakı Komersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi ilə, İddiaçı ATL Tech” MMC-nin cavabdeh “A X4” MMC-ə qarşı müqavilənin ləğvi və pul məbləğinin ödənilməsi tələbinə dair işə 02 iyun 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:00-da açılır. Hakim məhkəmə iclasını açır və baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verib bildirir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Sədrlik edən məhkəmə bildirişlərinin tərəflərə çatdırılıb-çatdırılmamasını aydınlaşdırır və iş materiallarını nəzərdən keçirir. Məhkəmə müşavirəyə gedir. Müşavirədə məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardadı qəbul edir. Məhkəmə iclası saat 15:10-da bağlı elan olunur. Protokol 02 iyun 2021-ci il tarixdə tərtib olundu. Hakim: Katib:
Məhkəmə qərarları › İş №e-2-2(113)-2878/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2878/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver