Məhkəmə qərarları › İş №e-2-2(113)-3088/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3088/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3088/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı “xxxx” Şirkətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi, dəymiş ziyanın əvəzi olaraq 100.000 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi, dəymiş ziyanın əvəzi olaraq 100.000 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, “xxxx” Şirkətini təmsil etmək üçün İddiaçı və X1 adına etibarnamə verilsə də, həmin etibarnamə “xxxx” Şirkəti tərəfindən deyil, X3 East FZE adlı şəxs tərəfindən verilmiş, həmin şəxsin “xxxx” Şirkəti adından etibarnamə vermək səlahiyyətinin olmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” Şirkətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması, ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi, dəymiş ziyanın əvəzi olaraq 100.000 manat pul cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar