Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3252/2021 09.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçın nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçın Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyun 2019-cu il tarixli №660/2019 saylı alqı-satqı müqaviləsi əsasında yaranmış ƏDV birlikdə 110463 manat əsas borc, adı çəkilən müqavilənin pozulması əsasında hesablanmış 200000 manat məbləğində dəbbə pulu və 11046,30 manat cərimə pulu olmaqla ümumilikdə 321509,30 manat pul vəsaitinin CavabdehMMC tərəfindən İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 iyun 2019-cu il tarixində İddiaçıMMC ilə Cavabdeh MMC arasında № 660/2019 saylı “alqı-satqı” müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçıMMC, yəni satıcı bu müqaviləyə əlavə edilmiş və onun ayrılmaz tərkib hissəsi sayılan qiymət razılaşma protokolunda göstərilən Malları “X1 ”MMC-yə, yəni alıcıya sataraq onun mülkiyyətinə verməyi, Alıcı isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müvafiq müqavilənin “Ödəniş şərtləri” başlıqlı 6-cı maddəsinə əsasən alıcı bu müqavilə üzrə satılan mallara görə satıcıya Müqaviləyə əlavə edilmiş Qiymətlərin razılaşma protokoluna uyğun olaraq və qaimə-faktura ilə nəzərdə tutulmuş malların 100% dəyərinin ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Həmin maddənin 2-ci bəndində göstərilir ki, qiymətlərin razılaşma protokolunda müəyyənləşdirilmiş məbləğ “alıcı” tərəfindən bu müqavilənin şərtlərinə uyğun olaraq birdəfəlik olaraq qabaqcadan nağdsız bank köçürməsi şəkildə “Satıcı”ya ödəməlidir. Bu bənddə göstərilmiş qaydada malların tam dəyəri ödənilmədikdə “Satıcı” onun ödənilməsini “Alıcı”-dan tələb etməyə haqlıdır. Lakin, müqavilə əsasında baş tutmuş alqı-satqı proseslərini təsdiq edən elektron-qaimələr və elektron-qaimələr əsasında əks olunmuş mallar, satıcı tərəfindən alıcının mülkiyyətinə verilməsinə baxmayaraq, alıcı, yəni Cavabdeh MMC Ədv daxil 110463 manat məbləğlərində malın dəyərlərini, tərəflərin müqavilə üzrə razılaşdırdıqları, eləcə də, alıcının üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq satıcıya, yəni İddiaçı MMC-yə ödəməmişdir. Mübahisələrin həlli ilə bağlı müddəaları nəzərdə tutan 7-ci maddənin “Tərəflər müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri və fikir ayrılıqlarını mümkün olduğu təqdirdə danışıqlar yolu ilə həll edirlər” tələbləbinə əsasən dəfələrlə müqavilənin ödənişlə bağlı hissəsinin icra edilməməsinə görə şifahi şəkildə telefon vasitəsilə və üzbə-üz görüşərək müraciət olunmasına baxmayaraq, yuxarıda qeyd etdiyim elektron-qaimələr əsasında yaranmış ümumilikdə 110463 manat borcun ödənilməsi barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh MMC-yə təxminən 2 il ərzində müxtəlif növ mallar satılsa da, sonuncunun 110463 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək hazırki işin başqa məhkəmə iclasları ilə üst-üstə düşdüyünə görə işin təxirə salmasını xahiş etmiş, lakin nümayəndə iştirak edəcək digər məhkəmə iclası barədə məlumat vermədiyinə görə, məhkəmə cavabdehin hazırki iclasda iştirak etməməsinin səbəblərini üzrlü hesab edilə bilməz və bu əsasa görə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 11 iyun 2019-cu il tarixli 660/2019 saylı “alqı-satqı” müqavilədən görünür ki, həmin müqavilə İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış və müqaviləyə əsasən satıcı İddiaçı MMC malları alıcı Cavabdeh MMC-yə sataraq onun mülkiyyətinə verməyi, sonuncunun isə həmin malları qəbul edərək, müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. 12.06.2019-cu il tarixli EAAV seriyalı, 702576 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC tərəfindən, Cavabdeh MMC-yə 6018,00 manat, 18.06.2019-cu il tarixli EAAV seriyalı, 889059 nömrəli elektron qaimə üzrə 2147,60 manat, 25.07.2019-cu il tarixli EAAX seriyalı, 639671 nömrəli elektron qaimə üzrə 4073,83 manat, 09.09.2019-cu il tarixli EAAZ seriyalı, 553754 nömrəli elektron qaimə üzrə 775,97 manat, 19.09.2019-cu il tarixli EBAA seriyalı, 085140 nömrəli elektron qaimə üzrə 2322,24 manat, 19.09.2019-cu il tarixli EBAA seriyalı, 085221 nömrəli elektron qaimə üzrə 64,66 manat, 19.09.2019-cu il tarixli EAAV seriyalı, 085299 nömrəli elektron qaimə üzrə 1288,56 manat, 01.10.2019-cu il tarixli EAAV seriyalı, 602554 nömrəli elektron qaimə üzrə 5683,38 manat, 01.10.2019-cu il tarixli EBAA seriyalı, 604667 nömrəli elektron qaimə üzrə 5735,98 manat, 01.10.2019-cu il tarixli EBAA seriyalı, 616116 nömrəli elektron qaimə üzrə 1561,14 manat, 01.10.2019-cu il tarixli EBAA seriyalı, 616327 nömrəli elektron qaimə üzrə 8190,38 manat, 09.10.2019-cu il tarixli EBAA seriyalı, 979014 nömrəli elektron qaimə üzrə 859,04 manat, 09.10.2019-cu il tarixli EBAA seriyalı, 979051 nömrəli elektron qaimə üzrə 387,04 manat, 16.10.2019-cu il tarixli EBAB seriyalı, 258296 nömrəli elektron qaimə üzrə 387,04 manat, 16.10.2019-cu il tarixli EBAB seriyalı, 258780 nömrəli elektron qaimə üzrə 1203,60 manat, 16.10.2019-cu il tarixli EBAB seriyalı, 258482 nömrəli elektron qaimə üzrə 258,66 manat, 16.10.2019-cu il tarixli EBAB seriyalı, 258423 nömrəli elektron qaimə üzrə 2521,90 manat, 28.10.2019-cu il tarixli EBAB seriyalı, 712476 nömrəli elektron qaimə üzrə 193,99 manat, 28.10.2019-cu il tarixli EBAB seriyalı, 712328 nömrəli elektron qaimə üzrə 1616,60 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571497 nömrəli elektron qaimə üzrə 5394,49 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571486 nömrəli elektron qaimə üzrə 594,25 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571494 nömrəli elektron qaimə üzrə 6238,78 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571491 nömrəli elektron qaimə üzrə 1081,82 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571501 nömrəli elektron qaimə üzrə 8161,71 manat, 18.11.2019-cu il tarixli EBAC seriyalı, 571499 nömrəli elektron qaimə üzrə 129,33 manat, 20.11.2019-cu il tarixli EBAC seriyalı, 734220 nömrəli elektron qaimə üzrə 64,66 manat, 20.11.2019-cu il tarixli EBAC seriyalı, 734064 nömrəli elektron qaimə üzrə 323,32 manat, 02.12.2019-cu il tarixli EBAD seriyalı, 264984 nömrəli elektron qaimə üzrə 129,33 manat, 18.12.2019-cu il tarixli EBAE seriyalı, 080565 nömrəli elektron qaimə üzrə 5849,26 manat, 18.12.2019-cu il tarixli EBAE seriyalı, 080441 nömrəli elektron qaimə üzrə 1293,28 manat, 27.12.2019-cu il tarixli EBAE seriyalı, 468390 nömrəli elektron qaimə üzrə 3119,80 manat, 27.12.2019-cu il tarixli EBAE seriyalı, 467904 nömrəli elektron qaimə üzrə 233,99 manat, 12.02.2020-ci il tarixli EBAG seriyalı, 299644 nömrəli elektron qaimə üzrə 14818,44 manat, 11.03.2020-ci il tarixli EBAH seriyalı, 541823 nömrəli elektron qaimə üzrə 6628,06 manat, 08.04.2020-ci il tarixli EBAİ seriyalı, 537248 nömrəli elektron qaimə üzrə 468,34 manat, 13.04.2020-ci il tarixli EBAİ seriyalı, 695744 nömrəli elektron qaimə üzrə 468,34 manat, 22.04.2020-ci il tarixli EBAJ seriyalı, 042658 nömrəli elektron qaimə üzrə 468,34 manat, 30.04.2020-ci il tarixli EBAJ seriyalı, 349034 nömrəli elektron qaimə üzrə 468,34 manat, 07.05.2020-ci il tarixli EBAJ seriyalı, 593714 nömrəli elektron qaimə üzrə 468,34 manat, 08.05.2020-ci il tarixli EBAJ seriyalı, 677379 nömrəli elektron qaimə üzrə 468,34 manat, 08.05.2020-ci il tarixli EBAJ seriyalı, 677607 nömrəli elektron qaimə üzrə 2847,10 manat, 01.06.2020-ci il tarixli EBAK seriyalı, 570135 nömrəli elektron qaimə üzrə 14093,92 manat, 04.06.2020-ci il tarixli EBAK seriyalı, 748003 nömrəli elektron qaimə üzrə 3351,20 manat, 04.06.2020-ci il tarixli EBAK seriyalı, 748060 nömrəli elektron qaimə üzrə 1935,20 manat, 06.07.2020-ci il tarixli EBAM seriyalı, 028660 nömrəli elektron qaimə üzrə 2322,24 manat, 06.07.2020-ci il tarixli EBAM seriyalı, 030412 nömrəli elektron qaimə üzrə 4125,28 manat, 29.07.2020-ci il tarixli EBAM seriyalı, 975590 nömrəli elektron qaimə üzrə 387,04 manat, 25.08.2020-ci il tarixli EBAP seriyalı, 088346 nömrəli elektron qaimə üzrə 3879,84 manat, 26.08.2020-ci il tarixli EBAP seriyalı, 138700 nömrəli elektron qaimə üzrə 3879,84 manat, 28.08.2020-ci il tarixli EBAP seriyalı, 266982 nömrəli elektron qaimə üzrə 17513,09 manat, 28.08.2020-ci il tarixli EBAP seriyalı, 300220 nömrəli elektron qaimə üzrə 340,31 manat, 01.09.2020-ci il tarixli EBAP seriyalı, 408644 nömrəli elektron qaimə üzrə 905,34 manat, 02.09.2020-ci il tarixli EBAP seriyalı, 457893 nömrəli elektron qaimə üzrə 4417,57 manat, 11.09.2020-ci il tarixli EBAP seriyalı, 856749 nömrəli elektron qaimə üzrə 9086,00 manat, 09.10.2020-ci il tarixli EBAR seriyalı, 077791 nömrəli elektron qaimə üzrə 936,68 manat, 14.10.2020-ci il tarixli EBAR seriyalı, 264875 nömrəli elektron qaimə üzrə 7306,56 manat, 21.10.2020-ci il tarixli EBAR seriyalı, 534637 nömrəli elektron qaimə üzrə 9320,58 manat, 21.10.2020-ci il tarixli EBAR seriyalı, 534481 nömrəli elektron qaimə üzrə 8463,67 manat, 11.11.2020-ci il tarixli EBAS seriyalı, 431934 nömrəli elektron qaimə üzrə 7673,54 manat, 11.11.2020-ci il tarixli EBAS seriyalı, 432164 nömrəli elektron qaimə üzrə 3168,54 manat, 17.11.2020-ci il tarixli EBAS seriyalı, 686575 nömrəli elektron qaimə üzrə 6184,62 manat, 23.11.2020-ci il tarixli EBAS seriyalı, 916701 nömrəli elektron qaimə üzrə 3870,40 manat, 26.11.2020-ci il tarixli EBAT seriyalı, 102890 nömrəli elektron qaimə üzrə 2521,90 manat, 26.11.2020-ci il tarixli EBAT seriyalı, 103261 nömrəli elektron qaimə üzrə 3879,84 manat, 26.11.2020-ci il tarixli EBAT seriyalı, 103159 nömrəli elektron qaimə üzrə 2457,23 manat, 03.12.2020-ci il tarixli EBAT seriyalı, 395409 nömrəli elektron qaimə üzrə 2909,88 manat, 07.12.2020-ci il tarixli EBAT seriyalı, 551614 nömrəli elektron qaimə üzrə 7306,56 manat, 07.12.2020-ci il tarixli EBAT seriyalı, 551277 nömrəli elektron qaimə üzrə 5949,09 manat, 08.12.2020-ci il tarixli EBAT seriyalı, 589677 nömrəli elektron qaimə üzrə 644,28 manat, 09.12.2020-ci il tarixli EBAT seriyalı, 665713 nömrəli elektron qaimə üzrə 2907,05 manat, 15.12.2020-ci il tarixli EBAT seriyalı, 888894 nömrəli elektron qaimə üzrə 4899,36 manat, 17.12.2020-ci il tarixli EBAV seriyalı, 021407 nömrəli elektron qaimə üzrə 1357,94 manat, 16.12.2020-ci il tarixli EBAT seriyalı, 966769 nömrəli elektron qaimə üzrə 1163,95 manat, 21.01.2021-ci il tarixli EBAW seriyalı, 370272 nömrəli elektron qaimə üzrə 2081,52 manat, 21.01.2021-ci il tarixli EBAW seriyalı, 367989 nömrəli elektron qaimə üzrə 5203,80 manat, 25.01.2021-ci il tarixli EBAW seriyalı, 502797 nömrəli elektron qaimə üzrə 132,40 manat, 03.03.2021-ci il tarixli EBAY seriyalı, 220650 nömrəli elektron qaimə üzrə 5848,08 manat məbləğində malların satışı həyata keçirilmişdir. 01.02.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi haqqında 1 nömrəli aktdan görünür ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 11 iyun 2019-cu il tarixli 660/2019 saylı müqavilə üzrə hər iki tərəfin razılığı ilə aparılmış qarşılıqlı üzləşdirmə nəticəsində Cavabdeh MMC-nin ƏDV daxil 110463 manat borcun olduğu müəyyən edilmişdir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir, əgər alğı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467, 567, 598.1 və 598.2-ci maddələri). Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı MMC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı MMC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, Cavabdeh MMC 01.02.2021-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi haqqında aktda göstərilən 110463 manat borcu ödəməməklə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, İddiaçı MMC Cavabdeh MMC-yə 200000 manatdan artıq mallar satmış, sonuncu müəyyən ödənişlər etsə də, 110463 manat məbləğində borcu ödəməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq, iddiaçının 110463 manat məbləğində əsas borc tələbi hissəsində iddiasını əsaslı hesab edir. Alqı-satqı müqaviləsinin 9.4-cü maddəsinə əsasən 11046,30 manat məbləğində cərimə tələb olunsa da, məhkəmə cavabdehin həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, tənasübsüz surətdə yüksək olan cəriməni azaldaraq 1537 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının 200000 manat məbləğində dəbbə pulu tələbi hissəsində iddiası rədd edilməlidir, belə ki, İddiaçı MMC sözügedən tələblə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən ƏDV daxil 110463 manat əsas borc və 1537,00 məbləğində cərimə, cəmi 112000,00 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ƏDV daxil 110463 manat əsas borc və 1537,00 məbləğində cərimə, cəmi 112000,00 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia 200000 manat məbləğində dəbbə pulu tələbi hissəsində rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3252/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3252/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver