Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3297/2021 01.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh X1rşı “istismar haqqının tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh X1rşı “istismar haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış “Radiotezliklərin ayrılması, radioelektron vasitələrin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” 300 nömrəli 14.09.2016-cı il tarixli müqaviləyə əsasən cavabdehdən 3542,35 manat tezlik və radioelektron vasitələrinə görə istismar haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında “Radiotezliklərin ayrılması, radioelektron vasitələrin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənməsi haqqında” 300 nömrəli 14.09.2016-cı il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan müqavilənin 2.1ci bəndinə əsasən idarələri tərəfindən tezlik və radioelektron vasitələrdən istifadəyə görə 2019-cu il üçün 4180 manat məbləğində 5K-19, 4K-19 saylı hesablar təqdim olunmuşdur. Cavabdehə təqdim olunmuş hesablar Azərbaycan Respublikası Tarif Şurasının 23.07.2004-cü il tarixli Qərarına əsasən təsdiqlənmiş “Radiotezliklərin qeydiyyatı və elektromaqnit uzlaşmanın təmini və istismarına nəzarət tarifləri”nin 50-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı iil 11 may tarixli 190 npmrəli qərarı ilə təsdiq edilmiş Televiziya və radio yayımında radiotezliklərdən istifadə tariflərinin 3, 3.2, 3.3-cü bəndləri əsasında tərtib olunmuşdur. İddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq cavabdeh öhdəliklərini tam icra etməmişdir. Müqavilənin 3-cü bəndində qeyd olunur ki, cavabdeh təqdim olunan hesabın 10 gün müddətində ödənilməsini təmin etməlidir. Lakin hal-hazıradək cavabdeh qeyd olunan dövr ərzindən qalmış 3542,35 manat borcunun ödənilməsini təmin etməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış “Radiotezliklərin ayrılması, raidoelektron vasitələrin qeydiyyatı və radiorabitədən istifadənin tənzimlənmməsi haqqında” 14 sentyabr 2016-cı il tarixli 300 nömrəli müqaviləyə əsasən icraçı (iddiaçı) sifarişçinin (cavabdeh) rəsmi müraciətini nəzərə alaraq RV və RRX rabitəsi üçün tezliklər təyin edib, radiorabitə avadanlıqlarının istismarı üçün icazə verir. İddiaçı tərəfindən təqdim olunmuş 5K-19 nömrəli hesabdan görünür ki, 01.01.2019- 31.12.2019-cu il üçün istismar haqqı ƏDV daxil olmaqla 700 manat təşkil edir. İddiaçı tərəfindən təqdim olunmuş 4K-19 nömrəli hesabdan görünür ki, 01.01.2019- 31.12.2019-cu il üçün istismar haqqı ƏDV daxil olmaqla 3480 manat təşkil edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 10.09.2020-ci il tarixli pretenziya məktubuna əsasən iddiaçı ilə cavabdeh arasında imzalanmış müqavilə üzrə cavabdehdən müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Belə ki, Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Nəticə: Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya pul ödəməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 14 sentyabr 2016-cı il tarixli 300 nömrəli müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya 14 sentyabr 2016-cı il tarixli 300 nömrəli müqavilə və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 3542,35 manat (üç min beş yüz qırx iki manat otuz beş qəpik) məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3297/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3297/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver