Məhkəmə qərarları › İş №e-2-2(113)-3628/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3628/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3628/2024 06.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 kətibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Cavabdehin nümayəndəsi X2 İddiaçı cavabdeh “Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia və dəqiqləşmə ərizə ilə məhkəməyə müraciət edərək 74306 manat dəymiş zərərin və tərəfindən ödənilmiş 353,27 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Aqrar Sığortaçı-"xxxx" ASC ilə Aqrar Sığortalı İddiaçı arasında xx.xx.2022-ci il tarixində BS-**********- QS. BS-**********-QS, BS- **********-QS, BS-**********-QS. BS**********-QS, BS-**********-QS, BS-**********- QS, BS- **********-QS, BS-**********-QSB, S-**********-QS, BS**********- QS, BS-**********-QS, BS- **********-QS, BS-**********-QS, BS-**********- QSB,S-**********-QS, BS**********-QS, BS- **********- QS. BS-202211382-QS, BS-**********-QS, BS-**********- QSB, S-**********-QS saylı Sığorta Şəhadətnamələri bağlanmışdır. Həmin şəhadətnamələr üzrə ümumi sığorta məbləği 117154,87 manat müəyyən edilmiş və Sığortalı tərəfindən 2296, 74 manat sığorta haqqı ödənilmişdir. Vasitəçi Aqrar Sığortaçı kimi “Qala Sığorta” Açıq səhmdar Cəmiyyəti göstərilmişdir. Şəhadətnamədə Sığorta təminatının sığorta haqqı ödənildikdən 7 gün sonra başlandığı razılaşdırılmışdır. Şəhadətnamədə Sığortanın xx.xx.2023-cü il saat 23:59-dan xx.xx.2023-cü il saat 23:59-dək qüvvədə olması göstərilir. Sığorta Müqaviləsinin qüvvədə olduğu ərazi Oğuz rayonudur. Sığortalı tərəfindən Oğuz rayonunun Başağıl kəndində 150 ha sahədə taxıl əkilmişdir. 2023-cü ildə bir neçə dəfə güclü dolu yağmışdır. 01 iyun 2023cü yağması səbəbindən taxııl zəmilərinə böyük zərər dəyməsi barədə Hidrometrologiya Komitəsinin məlumatı əsasında “REPORT” İnformasiya Agentliyi məlumat yaymışdır. Məhz bu səbəbdən məhsuldarlıq 2022-ci ilə nisbətən 2023-cü ilə xeyli aşağı düşmüşdür. Taxılın əkilməsi və biçilməsi də daxil olmaqla 1 ha çəkilən xərc 1100 manat (bir min bir yüz) təşkil edir. 150 ha sahəyə çəkilən xərc 165000 manat (bir yüz altmış beş min) təşkil edir. 7..2022-ci ildə məhsuldarlıq hər hektardan 4000 kq olduğu halda, 2023-cü ildə, zəmilərə dolu zərər vurduğu ildə məhsuldarlıq hər hektardan 700 kq olmuşdur. Buğdanın bir kq-nın satışı sahədən 0,28 manat təşkil edir. 2022-ci ildə gəlir 165000 manat olduğu halda, 2023-cü ildə 29400 manat olmuşdur. Göründüyü kimi dolu yağması nəticəsində əldə olunan gəlir 135600 manat az olmuşdur. Şəhadətnamələr üzrə ümumi sığorta məbləği 117154,87 manat (bir yüz on yeddi min yüz əlli dörd manat səksən yeddi qəpik) müəyyən edilmiş və 2023-cü ildə güclü dolu yağması nəticəsində məhsuldarlıq xeyli aşağı olmuş, əldə edilən gəlir 29400 manat olmuşdur. (117154,87 manat - 29400 manat = 87754,87 manat) Həmin məbləğin, yəni, 87754,87 manat məbləğin mənə ödənilməsi barədə -"xxxx" ASC-yə müraciət etmiş, lakin Sığortaçı tərəfindən həinki mənim haqlı tələbim yerinə yetirilməyib, hətta mənim müraciətlərimə cavcab verilməyib. “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli 431 saylı qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta” Qaydalarına əsasən aşağıda göstərilən risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır. Daha sonra cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə (bundan sonra-Cəmiyyət) qarşı “87754,87 (səksən yeddi min yeddi yüz əlli dörd manat 87 qəpik) manat məbləğində dəymiş zərərin və özü tərəfindən ödənilmiş 353,27 (üç yüz əlli üç manat 27 qəpik) manat məbləğində dövlət rüsumunun Cəmiyyətdən tutularaq ona ödənilməsi tələbinə dair” iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3628/2024 nömrəli qərardadı ilə Aqrar Sığorta Fondu (bundan sonra-Fond) əlavə cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Sığortalı İddiaçı ilə Fondun adından onun idarəedici qurumu olan cəmiyyət arasında kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortasına dair buğda bitkisi üzrə BS-**********-QS, BS- **********- QS, BS-**********-QS, BS-**********-QS, BS-**********-QS, BS-**********-QS nömrəli sığorta müqavilələri bağlanmış, həmin müqaviləyə əsasən sığortalanmış əkin sahələrinə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və ya subasma, normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin hərəkətləri) risklərinin baş verməsi nəticəsində sığortalanmış məhsula dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. Təminat müddəti ərzində sığortalı İddiaçı 1651 X4 rayonu, Baş Daşağıl kəndində yerləşən buğda sahələrinə dolu, yağış yağması, külək nəticəsində zərər dəyməsi barədə məlumat daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən zərərin qiymətləndirilməsi üçün müstəqil ekspert təyin edilmişdir. Müstəqil ekspert tərəfindən tərtib edilmiş rəydə sığortalanmış əkin sahələrini alaq otları basdığı, təminata daxil hər hansı riskin aşkarlanmadığı və sahəyə quraqlıq nəticəsində zərər dəydiyi qeyd olunmuşdur. Qaydaların 2.3.1-ci yarımbəninin 5-ci abzasına əsasən quraqlıq riski sığorta risklərindən istisnaya daxil edilmiş və həmin riskin baş verməsi nəticəsində yaranan zərərlərə görə sığorta təminatının verilməsi nəzərdə tutulmamışdır. Qaydaların 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır Qaydaların 1.22.1-ci bəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edir. Həmçinin AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi, həm qanunvericiliklə, həm də sığortalı İddiaçı ilə bağlanmış sığorta müqavilələri üzrə quraqlıq riski üzrə təminat verilmədiyindən və Qanunun 17.1-ci maddəsinə əsasən, sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edilməsi Fondun vəzifəsi olduğundan nəticədə sığorta hadisəsinin mövcud olmadığı əsası ilə Fond tərəfindən sığorta ödənişinin verilməsindən imtina barədə qərar (2024-cü il 4 aprel tarixli 12-9/2-H-42-257/2024 nömrəli məktub ilə) qəbul edilmişdir.Cavabdeh iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, məhkəmənin gedişində iş üzrə əlavə cavabdehin cəlb olunması zərurəti yaranmışdır, odur ki, Aqrar Sığorta Fondunu əlavə cavabdeh kimi işə cəlb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin e-2-2(113)-3628/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Aqrar Sığorta Fondunu başqa cavabdeh qismində iş üzrə icraata cəlb edilmişdir. xx.xx.2024-cü il tarixində iddiaçının nümayəndəsi cavabdehin siyahıdan çıxarılması barədə vəsatət verərək "xxxx" ASC-nin adının cavabdehlər siyahısından çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3628/2024 saylı qərardadı ilə vəsatət təmin edilmiş və İddiaçı cavabdehlər "xxxx" Açıq Səhimdar Cəmiyyətinə və Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi cavabdeh "xxxx" ASC-yə dair hissədə geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə icraata xitam verilməsinə dair münasibətdə bildirdi ki, hal-hazırda bu işlərlə bağlı dəqiq bir mövge yoxdur ki, Aqrar Sığorta Fonduna qarşı olan işlərə hansı məhkəmədə baxılmalıdır. Ali Məhəməyə məktub hazırlayıblar ki, Ali Məhkəmə mövgeyi bildirsin. Çünki inzibati məhkəmə də qeyd edir ki, mülki qaydada baxılmalıdır. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələbin mahiyyətini iddiaçı onun əkin sahəsinə dəymiş zərərin əvəzinin ödənilməsi təşkil edir və iş üzrə cavabdeh yalnız Aqrar Sığorta Fondudur. Belə ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən aqrar sığorta orqanı sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən sığorta ödənişinin verilməsi barədə qərar bu Qanun və sığorta qaydalarında müəyyən edilmiş müddətdə icra edilir. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 7.2-ci bəndində qeyd olunmuşdur ki, belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. - 262.3-cü maddəsinə əsasən həmin Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta pulunun ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya hazırkı iddia ilə məhkəmə aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddia ərizəsi verilərkən ********** saylı qəbzə əsasən ödənilmiş 354 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar